tapmaq sözü azərbaycan dilində

tapmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tapmaq • 99.7500%
  • Tapmaq • 0.1250%
  • TAPMAQ • 0.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 22.77 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 37.69
2003 ••••••••••••• 23.62
2004 ••••••••••••• 23.92
2005 •••••• 10.80
2006 ••••••••••• 18.92
2007 •••••••••• 18.18
2008 ••••••••• 16.08
2009 •••••••••••• 21.44
2010 ••••••••••••• 22.69
2011 •••••••••••••• 25.14
2012 ••••••••••••• 24.35
2013 •••••••••••••••••• 33.41
2014 •••••••••••••••••••• 35.87
2015 ••••••••••• 20.41
2016 •••••••••• 17.35
2017 ••••••••••• 19.84
2018 ••••••••••• 20.53
2019 ••••••••••• 20.17
2020 •••••••••••• 20.82

tapmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Axtarış, aramaq nəticəsində meydana çıxarmaq, üzə çıxarmaq, əldə etmək. Axtardığı kitabı tapmaq. – Gəzib güclə bir qapı tapa bildim. S.Rəhman. Əlində zərf gəzib tapır ünvanı; Qaynayıb, başına vurur al qanı. M.Rahim. // Eyni mənada adam haqqında. [Sultan bəy:] Axır gəlib səni tapdım, maralım, maralım, dilbilməz! Ü.Hacıbəyov. [Mərcan:] Tapmısan, tut ətəyindən, bərk tut; Başqa dilbərləri artıq sən unut! A.Şaiq. // İtirdiyi və ya bir yerdə unutduğu şeyi təzədən əldə etmək, özünə qaytarmaq. İtirdiyi pulu tapmaq. Açarı stolun yeşiyindən tapmaq. // Eyni mənada itkin düşmüş və ya yeri məlum olmayan adam haqqında. Oğlunu tapmaq. – …Millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular. C.Məmmədquluzadə. [Qəndab:] Məzahiri tapıb salamat olduğunu bildim. B.Bayramov. // Əldə etmək, ələ keçirmək. [Səlim qızı:] Biz bu kənddə iki nəfər kimsəsiz… yavan çörək, onu da güclə tapırıq… C.Cabbarlı. [Fərhad] sağ cibini qurdaladı. Bir loğma quru qara çörək tapdı. Ə.Vəliyev. // Xüsusi tədqiqat, araşdırma, axtarış nəticəsində aşkara çıxarmaq, açmaq, kəşf etmək. Qazdan kauçuk almaq üsulunu tapmaq. Yeni neft yataqları tapmaq. – …Bəzi naxoşların qanında bakteri və mikrob adlı xırda heyvanat və ələfiyyət tapdılar ki, onlar çirkab və qeyri natəmiz yerlərdə nəşvü nüma edirlər. H.Zərdabi. // Hesablayaraq, fikirləşərək bir şeyin nəticəsini, cavabını müəyyən etmək, əldə etmək. Məsələnin cavabını tapmaq. Sözün kökünü tapmaq. 2. Çox axtararaq axırda əldə etmək; tapıb almaq. Ayağıma, nəhayət, ayaqqabı tapdım. – Neft səltənəti Bakıda neft tapmaq əzablı bir işə çevrilmişdi. A.Şaiq. 3. məc. Görmək, hiss etmək. Tahir bu balacaboy uşağın varlığında suçu uşaqların kədər və iztirablarını tapırdı. S.Rəhimov. [Bibixanım] elə bir xüsusiyyət tapa bilmirdi ki, xoşuna gəlməsin. B.Bayramov. // məc. Birini hər hansı bir vəziyyətdə, halda görmək. Atasını xəstə halında tapdı. // məc. Əldə etmək, nail olmaq. [Gəldiyev] illərdən bəri arzuladığı “normal” həyatı tapmışdı. Mir Cəlal. 4. Danışılan bir sözə və s.-yə istehzalı münasibət bildirir. Deməyə söz tapmısan! Tərifləməyə adam tapdınız! 5. Bir sıra isimlərdən sonra gələrək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: fürsət tapmaq, macal tapmaq, söz tapmaq, nöqsan tapmaq, yol tapmaq və s.

    Azərbaycan dilinin izahlı lüğəti / tapmaq

tapmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

tapmaq sözünün antonimləri (əks mənalı sözlər)

tapmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. находить, найти, сыскать; 2. угадать, отгадать; 3. открыть, изобретать;

    Azərbaycanca-rusca lüğət / tapmaq
  • 2 глаг. 1. находить, найти: 1) в результате поисков обнаружить, отыскать. İtirilən şeyləri tapmaq найти утерянные вещи, yeməli bir şey tapmamaq не найти съестного, pul tapmaq найти деньги 2) отыскать без вести пропавшего человека. O, bacısını tapdı он нашёл свою сестру 3) подыскать, подобрать. Yaxşı iş tapmaq найти хорошую работу, münəsib sözlər tapmaq найти подходящие слова 4) придумать (в результате размышлений). Səbəbini tapmaq nəyin найти причину чего, vəziyyətdən çıxış yolu tapmaq найти выход из положения; çarəsini tapmaq найти средство от чего 5) обнаружить в результате специальных изысканий, исследований и т.п., открыть, изобрести. Yeni süni kauçuk almaq üsulu tapmaq найти новый способ получения искусственного каучука, yeni filiz yataqları tapmaq (kəşf etmək) найти (открыть) новые залежи руды 6) определить путём умозаключений, вычислений и т.п. Sözün kökünü tapmaq найти корень слова, iki ədədin cəmini tapmaq найти сумму двух чисел 7) выбрать, выделить, уделить для чего-л. какой-л. отрезок времени. Boş vaxt tapmaq найти свободное время, qiraət üçün vaxt tapmaq найти время для чтения 8) застать. Yoldaşlarını evdə tapmadı он не нашёл (не застал) своих товарищей дома 9) получить, обрести. Əksini tapmaq найти отражение, sığınacaq tapmaq найти пристанище, öz tətbiqini tapmaq найти своё применение 10) употр. для выражения иронического отношения к высказыванию. Tərifləməyə adam tapdınız! нашли кого хвалить! 11) обнаружить, увидеть, заметить где-л. Kitabda tapmaq найти в книге, cibində tapmaq найти в кармане, şkafda tapmaq найти в шкафу 12) обнаружить, увидеть в ком-, в чём-л. какие-л. качества. Bir-birində tapmaq найти друг в друге; sən onda nə tapmısan? что ты в ней нашёл? 13) встретить со стороны кого-л. какое-л. отношение, чувство и т.п., обрести в ком-, чём-л. источник каких-л. чувств, ощущений. Sevinc tapmaq nədə найти радость в чём, təskinlik tapmaq найти утешение 2. угадывать, угадать, отгадывать, отгадать. Tapmacanı tapmaq отгадать загадку ◊ macal tapmaq найти возможность; fürsət tapmaq найти (улучить) подходящий момент; söz tapmaq найти слово; nöqsan tapmaq найти недостатки; bəhanə tapmaq найти повод; özünə tərəfdar tapmaq найти себе сторонника; dayaq tapmaq найти поддержку в ком; kimin ürəyinə yol tapmaq найти доступ к чьему сердцу; adamını tapmaq найти себе подобного; açarını tapmaq nəyin найти ключ к чему; öz ifadəsini tapmaq найти своё выражение; həyatda öz yerini tapmaq найти своё место в жизни, найти себя; özünə isti yer tapmaq найти себе тёпленькое местечко; axmaq tapmısan! нашёл дурака!

    Azərbaycanca-rusca lüğət / tapmaq

tapmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to find* (d.); rahatlıq ~ to find* comfort; dayaq ~ to find* support; söz ~ to find* words; 2. to guess (d.); tapmaca ~ to guess a riddle; düz ~ to guess right; səhv ~ to guess wrong; 3. to discover (d.); yeni ada ~ to discover a new island; səbəbini ~ to discover the cause / reason

    Azərbaycanca-ingiliscə lüğət / tapmaq

tapmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) trouver vt, découvrir vt ; rahatlıq ~ trouver le confort ; dayaq ~ trouver un soutien (un point d’appui) ; söz ~ trouver un mot ; 2) deviner vt ; trouver vt ; tapmaca ~ deviner une énigme ; düz ~ deviner juste ; səhv ~ ne pas deviner juste ; 3) découvrir vt ; ada ~ découvrir une île ; səbəbini ~ découvrir la cause de qch

    Azərbaycanca-fransızca lüğət / tapmaq

tapmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. жагъурун, якьурун; sözün kökünü tapmaq гафунин дувул жагъурун; 2. къажгъурун, яхкьурун (квахьнавай затӀ, кас ва мс.); 3. жагъун, якьун; къекъвена, жагъурна къачун; 4. пер. жагъун; акун, кьатӀун, гьисс авун.

    Azərbaycanca-ləzgicə lüğəti / tapmaq

tapmaq sözünün türk dilinə tərcüməsi

"tapmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tapmaq nədir? #tapmaq sözünün mənası #tapmaq nə deməkdir? #tapmaq sözünün izahı #tapmaq sözünün yazılışı #tapmaq necə yazılır? #tapmaq sözünün düzgün yazılışı #tapmaq leksik mənası #tapmaq sözünün sinonimi #tapmaq sözünün yaxın mənalı sözlər #tapmaq sözünün əks mənası #tapmaq sözünün etimologiyası #tapmaq sözünün orfoqrafiyası #tapmaq rusca #tapmaq inglisça #tapmaq fransızca #tapmaq sözünün istifadəsi #sözlük