oxşamaq sözü azərbaycan dilində

oxşamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • oxşamaq • 93.6364%
  • Oxşamaq • 4.5455%
  • OXŞAMAQ • 1.8182%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

oxşamaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Nəvaziş etmək, öz sevgisini, riqqətini ifadə etmək; nazlamaq. [Aslanın] belə kövrəldiyini görən Gilə arvad nəvəsini qucağına alıb … oxşamağa başladı. Ə.Vəliyev. // Nəvaziş, sevgi, riqqət əlaməti olaraq əli ilə sığallamaq, əlini sürtmək. [Çoban:] Bunun nə qədər ağıllı və igid heyvan olduğunu bilsən, heç vurmazsan, – deyə itin başını əlləri ilə oxşadı. A.Şaiq. Gəl, ipək saçını oxşayım! Səninlə bir an da yaşayım… M.Müşfiq. 2. məc. Xoşlandırmaq, ləzzət vermək, ruhunu oxşamaq. Xoş bir yel insanı oxşayır, köksünə sirli bir fərəh doldururdu. Çəmənzəminli. Xaçın çayı aşağı əsən sərin külək Nəcəfalı kişini oxşadı. B.Bayramov. 3. Ölü üçün oxuyub ağlamaq. Ölünü oxşamaq.

    Azərbaycan dilinin izahlı lüğəti / oxşamaq
  • 2 f. Bənzəmək. Anasına oxşamaq. Bir-birinə oxşamaq. – [Sona:] Baxıram, siz çox yaxşı adama oxşayırsınız. H.Nəzərli.

    Azərbaycan dilinin izahlı lüğəti / oxşamaq

oxşamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 bənzəmək — eyniləşmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / oxşamaq
  • 3 əzizləmək — sığallamaq — nazlamaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / oxşamaq
  • 4 I OXŞAMAQ Redaksiya rəssamı fotoşəkli çox qaşıyıb düzəliş etdiyi üçün silah özünə az oxşayırdı (H.Abbaszadə); BƏNZƏMƏK Bu səs, çağırışdan artıq əks-sədaya bənzəyirdi (M.Hüseyn); ÇƏKMƏK (məc., dan.) [Göyərçin:] Bunlar qalsa Cəbi də bunlara oxşayacaq. O, Safo babasına çəkəcək (S.Rəhimov); EYNİLƏŞMƏK, BİR CÜR OLMAQ. II OXŞAMAQ [Aslanın] belə kövrəldiyini görən Gilə arvad nəvəsini qucağına alıb.. oxşamağa başladı (Ə.Vəliyev); ƏZİZLƏMƏK Bir-birinizi əzizləyirsiniz... (İ.Əfəndiyev); NAZI İLƏ OYNAMAQ Güləndam: O ata-ana ki uşağın nazı ilə oynamır, balaca cızığından çıxdı, qapazı vurur başına (H.Abbaszadə); NAZLAMAQ Üstünə bəzəkli yumşaq taftadan; Alafa çəkərdi, nazlardı səni (R.Rza); NƏVAZİŞ ETMƏK Nəvaziş eylədim, çox tutdum dilə; Əlimi çəkəndə o qaçdı məndən.. (H.Billuri); SEVMƏK Həqiqət ər və arvad Bahadıra nəinki bir eyib tapmırdılar, hətta onu sevirdilər (N.Nərimanov). III oxşamaq bax sığallamaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / oxşamaq

oxşamaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 OXŞAMAQ I f. Bənzəmək. Su gəlir lülə-lülə; Dost gəlir gülə-gülə; Dostumun göyçək üzü; Oxşayır qızılgülə (Ə.Cavad). OXŞAMAQ II f. Sığallamaq, əzizləmək. Gəl ipək saçını oxşayım; Səninlə bir an da yaşayım (M.Müşfiq). OXŞAMAQ III f. Ağı demək, dərdinə şərik olmaq. Hər kəs öz ölüsünü oxşar (Ata. sözü).

    Azərbaycan dilinin omonimlər lüğəti / oxşamaq

oxşamaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. походить, уподобляться, смахивать, быть похожим, сходным, подобным; 2. ласкать, приласкать, нежить, лелеять, приголубливать; 3. оплакивать покойника с причитанием;

    Azərbaycanca-rusca lüğət / oxşamaq
  • 2 1 глаг. походить, быть похожим на кого-л., что-л., иметь сходство с кем-л., с чем-л. Atasına oxşamaq походить (быть похожим) на отца, birbirinə oxşamaq походить друг на друга, meymuna oxşayır kim похож на обезьяну кто 2 глаг. 1. ласкать, приласкать, приголубить: 1) нежно прикасаться к кому-, к чему-л., выражая нежность. Sevgilisini oxşamaq ласкать любимую, uşağını oxşamaq ласкать ребенка, külək üzünü oxşayır ветер ласкает лицо, inəyi oxşamaq ласкать корову 2) радовать, вызывать приятные чувства, доставлять удовольствие. Gözünü oxşamaq радовать глаз, könlünü oxşamaq ласкать душу 2. оплакивать покойника, причитая. Qohumunu oxşamaq оплакивать родственника

    Azərbaycanca-rusca lüğət / oxşamaq

oxşamaq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. f. 1. to be* like (d.), to resemble (d.), to bear* resemblance (to); 2. to caress (d.), to fondle (d.), to pet (d.) II. f. to mourn (over), to mourn over the deceased with lamentation

    Azərbaycanca-ingiliscə lüğət / oxşamaq

oxşamaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) ressembler \rə-\] vi (à qn, à qch) ; 2) caresser vt, câliner vt ; cajoler vt (tamah məqsədilə) ; choyer vt, chérir vt ; 3) pleurer vt qn ; déporer vt qn ; faire des lamentations

    Azərbaycanca-fransızca lüğət / oxşamaq

oxşamaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кинар авун, ччан-рикӀ авун, ччан-ччан лугьун; туьмер авун, кӀанивилин лишан яз кап алтадун, гъил алтадун; 2. пер. хушуниз гъун, лезет гун, руьгь шадарун; 3. кьейидахъ шехьун, лугьунарун; ölünü oxşamaq кьейидахъ лугьунарун.

    Azərbaycanca-ləzgicə lüğəti / oxşamaq
  • 2 гл. ухшар хьун; ухшар атун; bir-birinə oxşamaq сад-садаз ухшар хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / oxşamaq

oxşamaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#oxşamaq nədir? #oxşamaq sözünün mənası #oxşamaq nə deməkdir? #oxşamaq sözünün izahı #oxşamaq sözünün yazılışı #oxşamaq necə yazılır? #oxşamaq sözünün düzgün yazılışı #oxşamaq leksik mənası #oxşamaq sözünün sinonimi #oxşamaq sözünün yaxın mənalı sözlər #oxşamaq sözünün əks mənası #oxşamaq sözünün etimologiyası #oxşamaq sözünün orfoqrafiyası #oxşamaq rusca #oxşamaq inglisça #oxşamaq fransızca #oxşamaq sözünün istifadəsi #sözlük