oynamaq sözü azərbaycan dilində

oynamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • oynamaq • 98.1988%
  • Oynamaq • 1.4894%
  • OYNAMAQ • 0.3117%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 9.56 dəfə / 1 mln.
2002 •••••••••••• 10.28
2003 •••••• 4.72
2004 •••• 3.37
2005 ••••••••••• 9.45
2006 ••••••• 5.41
2007 ••••••• 5.71
2008 ••••••••• 7.80
2009 •••••••••• 8.80
2010 •••••••••••••••••••• 17.61
2011 •••••••••••••• 12.01
2012 •••••••••• 8.69
2013 •••••••••••••••••••• 17.50
2014 •••••••••••••••• 13.39
2015 •••••••••••••••••••• 16.84
2016 ••••••••• 7.64
2017 •••• 3.41
2018 ••••• 4.05
2019 •••• 2.92
2020 ••••••••• 7.69

oynamaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Oyuncaqla, yaxud əyləncə üçün olan oyunlardan biri ilə məşğul olmaq, onunla vaxtını keçirmək; əylənmək. Qaçdı-tutdu oynamaq. Gəlinciklə oynamaq. Uşaq bütün günü oynayır. – Uşaq vaxtı küçədə aşıq-aşıq oynayanda hərdənbir savaşardıq. C.Məmmədquluzadə. Rəhilə dərsdən çox yaşıdları ilə oynamağı xoşlayırdı. M.Hüseyn. // İstirahət və ya əylənmək məqsədilə idman növlərindən biri ilə məşğul olmaq. Şahmat oynamaq. Bilyard oynamaq. Nərd oynamaq. // Oynamaq üçün bir şeydən istifadə etmək. Topla oynamaq. // məc. Bir şeylə qeyri-ciddi məşğul olmaq, özünü işləyən kimi göstərmək. O şiləmir, oynayır. // məc. Boş vaxt keçirmək, vaxtını öldürmək, boş şeylərlə məşğul olmaq, əylənmək. …Mən həyata oynamağa gəlmirəm. Mir Cəlal. 2. Bir şeylə oyuncaq kimi rəftar etmək, bir şeyi məqsədsiz olaraq əlində oynatmaq, fırlatmaq və s. Açarla oynamaq. Əlindəki qaşıqla oynamaq. – …Sona … başından siyrilib çiyninə düşən ağ torunun ipək saçaqları ilə oynayırdı. Ə.Əbülhəsən. // məc. Bir şəxsə və ya şeyə oyuncaq, əyləncə kimi baxmaq, birinin arzu və iradəsi ilə hesablaşmayaraq onunla istədiyi kimi rəftar etmək. Adamlarla oynamaq olmaz. Əsəbləri ilə oynamaq. // Əylənmək, özü üçün oyuncağa, əyləncəyə döndərmək. Şirzad anladı ki, Yarməmməd mənliyi ilə oynayır. M.İbrahimov. 3. bax oynaşmaq. // məc. Sürətlə o tərəfbu tərəfə hərəkət etmək, hərəkət edərək tərpənmək. Dənizdə dalğalar oynayır. 4. məc. Şəfəqlənərək, bir şeyin üzərində, yaxud bir şeydən inikas etmək, parlamaq, bərq vurmaq. Kənd üzərində günün al şəfəqləri oynayırdı. M.Hüseyn. // Sayrışmaq. Göydə ulduzlar oynayır. 5. Təzahür etmək, görünmək, görsənmək, görünüb yox olmaq. Böyük bir maraqla açılan gözlərdə indi hədd-hüdudu olmayan bir təşviş və həyəcan kölgələri oynayırdı. Ə.Əbülhəsən. 6. Rəqs etmək. Yallı oynamaq. Vals oynamaq. – Başına döndüyüm, toy adamları; Siz də deyin: toya gələn oynasın. M.P.Vaqif. Rəqqasə ərəb qızları oynar və ara-sıra oxuyarlar. H.Cavid. 7. Teatr tamaşasında, kinoda, pyesdə və s.-də müəyyən rolu ifa etmək. Qəhrəman rolunda kim oynayır? // Tamaşaya qoymaq, göstərmək. Teatrda M.F.Axundzadənin “Hacı Qara” pyesini oynayırlar. 8. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yerindən oynamaq, rol oynamaq, sözlə oynamaq, oyun oynamaq və s.

    Azərbaycan dilinin izahlı lüğəti / oynamaq

oynamaq sözünün etimologiyası

  • 1 Dilimizdə kökü itmiş sözlər var: ayır, ayrıl, ayırd; yaşınmaq, yaşmaq; yu­xarı, yoxuş, yüksək; ayıq, ayıl; gizlə, gizli; darıx, darılmaq, darğın; yaxın, yo­vuş; asqır, öskür; əksik, əksil və s. Bunlardan biri də oyna sözüdür. Burada etimon oy (mənbələrdə играть açıqlanıb) kəlməsidir və ayrılıqda işlədilmir. Qədim mənası “hərəkət etmək” deməkdir. Oy feilindən oyun ismi və ondan isə oynamaq (əsli: oyunamaq) feili əmələ gəlib (oynaq sözünü xatırlayın). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / oynamaq

oynamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 laxlamaq — tərpənmək — səndələmək — yırğalanmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / oynamaq
  • 4 1. OYNAMAQ Oğlanlar istədikləri qızı dəvət edərək, bərabər oynayırdılar (A.Şaiq); RƏQS ETMƏK/ELƏMƏK Ballı bir dağ pərisi kimi qollarını oynadaraq rəqs edirdi (A.Şaiq); SINDIRMAQ (məc., dan.) [Fatmansa:] Gör bir Atamoğlanın qızı nə sındırır! (C.Cabbarlı); SÜZMƏK (məc., dan.) Çimnaz: Qoy sənin toy günün bir çatsın hələ; Onda süzəcəyəm bax, belə belə (S.Rüstəm). 2. OYNAMAQ (nərd, domino, şahmat, kart və s. bu kimi oyunlar) [Nəbi:] Bir belə də qumar oynamaq olarmı? Hər gün səhərə kimi oynayırlar (S.S.Axundov); VURMAQ (məc., dan.) ..dur gedək, onlara, həm bir nərdtaxta vuraq, həm də bu söhbəti deyək, o da yazsın jurnala (Qantəmir). 3. oynamaq bax əylənmək 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / oynamaq

oynamaq sözünün omonimləri (çox mənalı sözlər)

oynamaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. играть, тешиться, резвиться, забавляться; 2. танцевать, плясать; 3. разыгрывать; 4. шататься, болтаться, вывихнуть;

    Azərbaycanca-rusca lüğət / oynamaq
  • 2 глаг. 1. играть: 1) забавляться, резвиться, развлекаться. Uşaqlar oynayır дети играют, gəlincik oynamaq играть в куклы, qaçdı-tutdu oynamaq играть в ловитки, yaşıdları ilə oynamaq играть со сверстниками 2) заниматься чем-л. для заполнения досуга, для развлечения. Şahmat oynamaq играть в шахматы, nərd oynamaq играть в нарды, ustalıqla oynamaq играть мастерски 3) участвовать в соревнованиях по спортивным играм. Birinci partiyanı oynamaq играть первую партию, çempionla oynamaq играть с чемпионом, qaralarla oynamaq играть чёрными, turnirdə oynamaq играть в турнире, stadionda oynamaq играть на стадионе, meydançada oynamaq играть на площадке 4) в спортивной игре выполнять какую-л. функцию. Müdafiədə oynamaq играть в защите, hücumda oynamaq играть в нападении, mərkəzdə oynamaq играть в центре 5) перен. кем, чем. относиться к кому-л., чему-л. несерьёзно. Əsəbləri ilə oynamaq играть на нервах чьих 6) изображать на сцене, исполнять какую-л. роль. Hamlet rolunu oynamaq исполнить роль Гамлета, əsas rolda oynamaq выступать в главной роли, səhnədə oynamaq играть на сцене 2. танцевать (исполнять танец, уметь исполнять танцы); плясать. Vals oynamaq танцевать вальс, yallı oynamaq танцевать яллы, toyda oynamaq танцевать на свадьбе ◊ əsas rol oynamaq играть главную роль в чём-л.; odla oynamaq играть с огнём; oyun oynamaq играть (ломать) комедию, ölümlə oynamaq играть со смертью, siçan-pişik oynamaq играть в кошки-мышки, hissləri ilə oynamaq играть на чьих-л. чувствах, çaldığına oynamaq kimin плясать под дудку чью, yerindən oynamaq: 1. уйти со своего места, оставить своё место; 2. сдвинуться с места, шататься, расшатываться, расшататься

    Azərbaycanca-rusca lüğət / oynamaq

oynamaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to play; Uşaqlar həyətdə oynayırlar The children are playing in the yard; 2. to play (d.), şahmat ~ to play chess; futbol ~ to play football; 3. teatr. to act (d.), to perform (d.), to play (d.); rol ~ to take* / to play the part (of smb.); O “Otello”da Otello rolunu oynayır He plays Othello in “Othello”; 4. (əlindəki bir şeylə oynamaq) to toy (with), to play (with); bir kəsin əsəblərilə ~ to play / to get* on smb.’s nerves; 5. to amuse oneself; 6. to dance; yaxşı ~ to dance well; vals ~ to dance a waltz; 7. (lotereya) to raffle; 8. (zarafat etmək) to play a trick, to pull smb.’s leg; 9. (qayka və s.) to be* / to get* loose; Qayka oynayır The screw-nut is loose

    Azərbaycanca-ingiliscə lüğət / oynamaq

oynamaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) jouer vt,vi ; şahmat (kart, tennis) ~ jouer aux échecs (aux cartes, au tennis) ; atla ~ (şahmatda) jouer le cavalier ; idm. kobud ~ jouer la châtaigne ; futbol ~ jouer au football ; rol ~ jouer un rôle ; ikinci dərəcəli rollarda ~ jouer les seconds rôles (və ya les utilités) ; kiminsə əlinə uyğun ~ jouer le jeu de qn, jouer la carte de. . . ; 2) manoeuvrer vt ; kiminsə həyatı ilə ~ jouer (se) de la vie, du sort de qn ; 3) (bərq vurmaq) scintiller vi, briller vi ; chatoyer vi (qiymətli daşlar haqq.) ; pétiller vi (şərab haqq.)

    Azərbaycanca-fransızca lüğət / oynamaq

oynamaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. къугъун; къверигун; gəlinciklə oynamaq нинидив къугъун; domino oynamaq домино къугъун; 2. кил. oynaşmaq; // пер. къугъун, инихъ-анихъ гьерекат авун (мес. гьуьлел лепейри); 3. пер. къугъун, цӀарцӀар гун, нур гун, рапрапар гун (мес. цава гъетери); 4. винел акъатун, акун, акуна квахьун; 5. кьуьл авун, кьуьлун; 6. къугъун (ролуна, кинода ва мс.); // тамашадал эцигун, къалурун.

    Azərbaycanca-ləzgicə lüğəti / oynamaq

oynamaq sözünün türk dilinə tərcüməsi

"oynamaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#oynamaq nədir? #oynamaq sözünün mənası #oynamaq nə deməkdir? #oynamaq sözünün izahı #oynamaq sözünün yazılışı #oynamaq necə yazılır? #oynamaq sözünün düzgün yazılışı #oynamaq leksik mənası #oynamaq sözünün sinonimi #oynamaq sözünün yaxın mənalı sözlər #oynamaq sözünün əks mənası #oynamaq sözünün etimologiyası #oynamaq sözünün orfoqrafiyası #oynamaq rusca #oynamaq inglisça #oynamaq fransızca #oynamaq sözünün istifadəsi #sözlük