* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 3.43 |
2003 | ••• | 0.39 |
2004 | •••••• | 1.01 |
2005 | •••• | 0.67 |
2006 | ••••••• | 1.13 |
2007 | ••••••••• | 1.48 |
2008 | ••••••••• | 1.46 |
2009 | •••••••••• | 1.60 |
2010 | ••••••••••• | 1.82 |
2011 | •••••••• | 1.20 |
2012 | ••••••••• | 1.38 |
2013 | •••• | 0.58 |
2014 | •••••• | 0.86 |
2015 | •••••• | 1.02 |
2016 | ••• | 0.35 |
2017 | •••••••• | 1.30 |
2018 | •••••• | 0.90 |
2019 | ••••• | 0.70 |
2020 | •••••• | 0.93 |
1 f. 1. Yuxudan durğuzmaq, oyandırmaq, oyanmasına səbəb olmaq, oyanmağa məcbur etmək. Bir gün sübh tezdən Pərinisə yuxudan ayılıb başladı Kərbəlayı Məhəmmədəlini təpikləyib oyatmağa. C.Məmmədquluzadə. …Ümid anasını oyadıb onunla birlikdə Sədəfin atası evinə getdi. B.Bayramov. 2. məc. Canlandırmaq, diriltmək, həyat vermək. [Kolxozçular] torpağı təzədən qazıb oyatdılar, ona yeni toxumlar atdılar. Ə.Məmmədxanlı. 3. məc. Qəflət yuxusundan ayıltmaq, gözünü açmaq, hərəkətə gətirmək. “Molla Nəsrəddin” xalqın şüurunu oyadırdı, cəsarət və hərəkətə gətirirdi. M.İbrahimov. Qoca Şərqi yuxusundan Bakı oyatmış. R.Rza. 4. məc. Törətmək, əmələ gətirmək, doğdurmaq, yaratmaq. [Vaqif:] Mədinə, bilsən bu rəngin payız meşəsi məndə nə qədər dərd oyadır. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti1 OYATMAQ (yuxudan qaldırmaq) [Pərviz:] Mən yavaşca Səfanın çiyninə toxunub oyatdım (M.İbrahimov); AYAĞA QALDIRMAQ Sarıl günəş rəngli bir al bayrağa; Səsinlə elləri qaldır ayağa (S.Vurğun); AYILTMAQ Yatmırsan özün indi də, neylim, hələ yatma; Mollalara yansın ürəyin, xəlqi ayıltma (M.Ə.Sabir); BİDAR ETMƏK (kl.əd.) ..yorğanı çək başına yat, dəxi məni şirin yuxudan bidar etmə! (C.Məmmədquluzadə); DURĞUZMAQ (dan.) Üçcə gün əvvəl gec yatdığı yerdə ayağından dartıb durğuzdular (M.İbrahimov).
Azərbaycan dilinin sinonimlər lüğəti1 1. будить, разбудить; 2. возбуждать;
Azərbaycanca-rusca lüğət2 глаг. 1. будить: 1) прерывать чей-л. сон, заставлять проснуться, разбудить. Onu oyadın – qalxmaq vaxtıdır разбудите его – пора вставать, uşağı oyatmaq разбудить ребёнка 2) пробуждать, пробудить (о деятельности). Xalqın şüurunu oyatmaq пробудить сознание народа 2. вызывать, вызвать, пробуждать, пробудить, возбуждать, возбудить чувство, желание. Nifrət oyatmaq вызвать (пробудить) ненависть, məhəbbət oyatmaq (пробудить) вызвать любовь, qısqanclıq oyatmaq вызвать ревность, şübhə oyatmaq вызвать сомнение, maraq oyatmaq пробудить интерес, həvəs oyatmaq пробудить охоту, ehtiras oyatmaq возбудить страсть
Azərbaycanca-rusca lüğət1 f. to wake* (d.), to stir up (d.); məc. to awaken* (d.), to arouse (d.); Məni saat 6-da oyadın Wake me at 6
Azərbaycanca-ingiliscə lüğət1 f. réveiller vt ; éveiller vt ; évoquer vt ; maraq ~ éveiller de l’intérêt chez qn, stimuler vt ; məni dan yeri söküləndə oyat réveille-moi à l’aube
Azərbaycanca-fransızca lüğət1 гл. 1. ахварай авудун, (ахварай) къарагъарун, ахварай аватуниз себеб хьун, ахварай къарагъуниз мажбур авун; 2. пер. ччан гъун, дири авун, авагъарун (мес. ччил); 3. пер. ахварай авудун, вилер ахъаюун, уяхарун, гьерекатдиз гъун; 4. пер. арадал гъун, туьретмишун; гъун, кутун, къарагъарун (мес. са затӀуниз гьевес).
Azərbaycanca-ləzgicə lüğəti