oyanmaq sözü azərbaycan dilində

oyanmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • oyanmaq • 95.4545%
  • OYANMAQ • 2.2727%
  • Oyanmaq • 2.2727%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

oyanmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Yuxudan ayılmaq, gözlərini açmaq. Sübh tezdən yuxudan oyanan kimi eşitdim, … rəiyyətin birinin evində qilüqal səsi gəlir. C.Məmmədquluzadə. Nənə dərin yuxusundan; Xeyli vaxtdır oyanmışdır. M.Dilbazi. 2. məc. Canlanmaq, hərəkətə gəlmək. Kənd oyandı. – Tikintidə artıq həyat oyanırdı. Ə.Sadıq. // məc. Cana gəlmək, canlanmaq, dirilmək, inkişafa başlamaq. Hər şeydə fərəh, sevinc, təravət; Artıq oyanıb gülür təbiət. A.Şaiq. Bəzi yerlərdə torpaq yenicə oyanır, taxıllar boy atmağa başlayırlar. M.İbrahimov. 3. məc. Gözü açılmaq, qəflət yuxusundan ayılmaq, hərəkətə gəlmək. Məzlum siniflər oyandı. 4. məc. Əmələ gəlmək, doğmaq, törəmək. Birdən-birə məndə bağçaya baxmaq həvəsi oyandı. M.İbrahimov. Zeynəbin qəlbində qayğı və mərhəmət hissi oyandı. İ.Şıxlı. 5. məc. Özünü tanımaq, özündə kişilik əlamətləri hiss etməyə başlamaq.

    Azərbaycan dilinin izahlı lüğəti / oyanmaq

oyanmaq sözünün etimologiyası

  • 1 Özbək dilində bu sözün yerinə uyğon, uyğok kəlmələri işlədilir, uyxu (yuxu), uyumaq sözləri ilə qohumdur. Kök uy hissəsidir, uy+u feilidir; uyğok (uy yox, yəni “yuxu yox”) “oyaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / oyanmaq

oyanmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

oyanmaq sözünün rus dilinə tərcüməsi

  • 1 очнуться, проснуться, просыпаться, пробуждаться

    Azərbaycanca-rusca lüğət / oyanmaq
  • 2 глаг. 1. просыпаться, проснуться, пробуждаться, пробудиться: 1) переставать спать. Yuxudan oyanmaq пробудиться ото сна, səs-küydən oyanmaq проснуться от шума, soyuqdan oyanmaq проснуться от холода, tezdən oyanmaq проснуться рано 2) перен. оживляться (о природе). Meşə oyandı лес проснулся, torpaq oyandı земля проснулась 3) оживиться, прийти в движение. Şəhər oyandı город проснулся 4) перен. активизироваться, прийти в движение. Məzlum xalqlar oyandı угнетенные народы проснулись (пробудились) 5) перен. возникать, проявляться. Həvəs oyandı пробудилось желание, kin hissi oyanmışdır kimə, nəyə qarşı пробудилось чувство злобы против кого, против чего, maraq oyandı пробудился интерес 6) обнаруживаться, проявляться, возникать (о половой зрелости у подростков) 2. возбуждаться, возбудиться: 1) возникать, возникнуть, пробуждаться, пробудиться. Məndə maraq oyandı во мне пробудилось любопытство 2) приходить, прийти в состояние нервного подъёма

    Azərbaycanca-rusca lüğət / oyanmaq

oyanmaq sözünün inglis dilinə tərcüməsi

oyanmaq sözünün fransız dilinə tərcüməsi

oyanmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. ахварай аватун, вилер ахъаюн; 2. пер. ччан атун, гьерекатдиз атун; авагъун (мес. тӀебиат); 3. пер. уях хьун, вилер ахъа хьун, авамвилин ахварай аватун, гьерекатдиз атун; 4. пер. арадал атун, атун, акатун, къарагъун (мес. са затӀуниз гьевес); 5. пер. авагъун, вичиз-вич чир хьун, итимвилин лишанар гьисс ийиз авалун.

    Azərbaycanca-ləzgicə lüğəti / oyanmaq

oyanmaq sözünün türk dilinə tərcüməsi

"oyanmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#oyanmaq nədir? #oyanmaq sözünün mənası #oyanmaq nə deməkdir? #oyanmaq sözünün izahı #oyanmaq sözünün yazılışı #oyanmaq necə yazılır? #oyanmaq sözünün düzgün yazılışı #oyanmaq leksik mənası #oyanmaq sözünün sinonimi #oyanmaq sözünün yaxın mənalı sözlər #oyanmaq sözünün əks mənası #oyanmaq sözünün etimologiyası #oyanmaq sözünün orfoqrafiyası #oyanmaq rusca #oyanmaq inglisça #oyanmaq fransızca #oyanmaq sözünün istifadəsi #sözlük