inanmaq sözü azərbaycan dilində

inanmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • inanmaq • 82.4223%
  • İnanmaq • 17.3633%
  • İNANMAQ • 0.2144%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

inanmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir işin, sözün və s.-nin yəqinliyinə, doğruluğuna qəti əmin olmaq, arxayın olmaq, yəqin etmək. Gülnaz çölə həmişə Laçınla yanaşı gedər, onun əlliayaqlı olduğunu görüb, bacarığına ürəkdən inanardı. M.Hüseyn. Qapı döyənin Firidun olduğuna inanan Gülnaz onun sözlərini eşitmədi. M.İbrahimov. Bu sözdən sonra Nisə xala inandı. Mir Cəlal. □ İnanmağı gəlməmək – bir şeyin doğruluğuna, yəqinliyinə şübhə etmək, inana bilməmək. Hatəmin inanmağı gəlmədi. Mir Cəlal. 2. Həqiqət bilmək, doğru bilmək, gerçək bilmək. Adam hər deyilənə inanmaz. Hər cür şayiəyə inanma! Mən onun hər sözünə inanırdım. – Dəhənin dilbərimin çeşməyiheyvan dedilər; Kim inanır bu sözə, gözgörə böhtan dedilər. S.Ə.Şirvani. [Süleyman bəy:] …Təvəqqe edirəm ki, mənə etibar edib sözümə inanasan. Ü.Hacıbəyov. [İmamverdi Nurəddinə:] …İndi get, mən də görüm, nə çarə tapıram, ancaq sərvaxt ol, Əmiraslanın sözünə əsla inanma. S.S.Axundov. 3. Etibar etmək, bel bağlamaq. Ona çox da inanmaq olmaz. Xalqa inanmaq lazımdır. Dənizin sakitliyinə inanma. 4. Ümid etmək, ümidvar olmaq, yəqin etmək, əmin olmaq. Kəsiləcək yer üzündən, inanıram mən; Müsibətin, fəlakətin ilan nəfəsi. S.Vurğun. 5. din. Etiqad etmək, iman gətirmək. Dinə inanmaq. // Mövcud olduğuna qane olmaq. Taleyə inanmaq. Yuxuya inanmaq. 6. İnanmıram şəklində – şübhə bildirir. İnanmıram, o, bu gün gələ. İnanmıram, yağış yağsın.

    Azərbaycan dilinin izahlı lüğəti / inanmaq

inanmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 1. İNANMAQ [Fərzəli:] Men ki, bu kişiyə lap ürəkdən inanıram (S.Rəhimov); BAVƏR ETMƏK (köhn.) Ağanın xüsusi məvacibxor agentləri hər yeri dolanıb, belə xəbərləri buraxırdılar və avam xalq da bu agentlərin sözlərinə bavər edirdilər (Ə.Haqverdiyev); BAVƏR QILMAQ (köhn.) Məcnun ilə Leyli bərabər; Gər kim deyir isə, qılma bavər (Füzuli); BEL BAĞLAMAQ (fr.v.) Naçalniklərə, pristavlara, yasavullara bel bağlamaq olmaz (Ə.Haqverdiyev); QAİL OLMAQ İsmayıl bəy: İmama yas saxlayanların, peyğəmbərlərə inananların, Qurana qail olanların hamısı dar ağacından asılacaq (Ə.Vəliyev); QIZMAQ Hacı ilk dəfə bu məsələni ürəyi qızan adamlara açdı (Mir Cəlal); QIZINMAQ Bütün Təbrizdə sizdən başqa qızınıb etibar edəcəyim bir nəfər adam tanımıram (M.F.Axundzadə). 2. İNANMAQ Kəsiləcək yer üzündən, inanıram mən; Müsibətin ilan nəfəsi (S.Vurğun); ƏMİN OLMAQ (tamamilə inanmaq) Mina cavab verdi ki, əmin olunuz, əzizim! (İ.Musabəyov); ÜMİD BAĞLAMAQ [Şahmar:] ..gələcəyə ümid bağlamaq özü də pis deyil (B.Bayramov); ÜMİDVAR OLMAQ Qədir ailəsini yalnız Nəsirə ümidvar olub gedə bilərdi (S.Hüseyn). 3. İNANMAQ (din.), ETİQAD ETMƏK, İMAN GƏTİRMƏK

    Azərbaycan dilinin sinonimlər lüğəti / inanmaq

inanmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. верить, поверить; 2. убедиться, удостовериться; 3. доверять, полагаться;

    Azərbaycanca-rusca lüğət / inanmaq
  • 2 глаг. 1. верить, поверить: 1) вполне доверять, доверить кому-л., полагаться, положиться на кого-л. Adamlara inanmaq верить людям, dosta inanmaq верить другу, qəlb(d)ən inanmaq искренне верить, inanıram ki, … верю, что … 2) принимать, принять что-л. за истину, считать, счесть что-л. соответствующим истине. Sözlərinə inanmaq kimin верить словам чьим, hər sözünə inanmaq kimin верить каждому слову кого, şayiələrə inanmaq верить слухам, yuxulara inanmaq верить снам, kor-koranə inanmaq слепо верить 3) быть уверенным в ком-л., в чём-л. Gələcəyə inanmaq верить в будущее. İstedadına inanmaq kimin верить в талант чей, kollektivə inanmaq верить в коллектив, öz qüvvəsinə inanmaq верить в свои силы 4) веровать, быть религиозным. Allaha inanmaq верить в Бога, taleyə inanmaq верить в судьбу 2. убеждаться, убедиться (удостоверяться, удостовериться в чем-л.). Mən qəti inandım ki, … я решительно убедился в том, что … ◊ gözlərinə inanmamaq не верить своим глазам; sözə inanmaq верить на слово

    Azərbaycanca-rusca lüğət / inanmaq

inanmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to believe (d.); (etibar etmək) to trust (d.); Mən sizə inanmıram I don’t believe you; Mən gözlərimə inana bilmirəm I can’t believe my eyes; İnanın mənə! Believe me!

    Azərbaycanca-ingiliscə lüğət / inanmaq

inanmaq sözünün fransız dilinə tərcüməsi

inanmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. чӀалахъ хьун, агъун; inanmağı gəlməmək чӀалахъ тахьун, агъун тавун, са затӀунин якъинвилиз, дугъривилиз шак авун; 2. гьакъикъат яз ччир хьун, дугъри яз ччир хьун, герчек яз ччир хьун; 3. ихтибар авун, далу кутун; 4. умуд авун, якъин хьун, умун хьун; архайин хьун; 5. дин. иман гъун, агъун, чӀалахъ хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / inanmaq

inanmaq sözünün türk dilinə tərcüməsi

"inanmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#inanmaq nədir? #inanmaq sözünün mənası #inanmaq nə deməkdir? #inanmaq sözünün izahı #inanmaq sözünün yazılışı #inanmaq necə yazılır? #inanmaq sözünün düzgün yazılışı #inanmaq leksik mənası #inanmaq sözünün sinonimi #inanmaq sözünün yaxın mənalı sözlər #inanmaq sözünün əks mənası #inanmaq sözünün etimologiyası #inanmaq sözünün orfoqrafiyası #inanmaq rusca #inanmaq inglisça #inanmaq fransızca #inanmaq sözünün istifadəsi #sözlük