oynatmaq sözü azərbaycan dilində

oynatmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • oynatmaq • 94.2308%
  • Oynatmaq • 3.8462%
  • OYNATMAQ • 1.9231%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2009 •••••••• 0.16
2010 ••••••••• 0.18
2011 •••• 0.09
2012 •••• 0.09
2013 •••••••••••••••••••• 0.44
2014 •••••••••••••••• 0.34

oynatmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Uşağı əlinə alaraq, atıbtutaraq əyləndirmək, yaxud oyuncaq və başqa vasitələrlə məşğul etmək və beləliklə, özü də əylənmək. Körpəni oynatmaq. Uşaqları oynatmaq. – Vahid uşağı yanına alıb oynadır, dilə tutub yatırtmaq istəyirdi. Mir Cəlal. // Oyuncaq və s. ilə oynamaq, məşğul olmaq. Gəlinciyi oynatmaq. – Müəllimlə Mayis getdikdən sonra da Tapdıq maşını oynatmaqdan doymurdu. Ə.Vəliyev. [Qız] küncdə oturub gəlin oynadarmış. Çəmənzəminli. 2. O tərəf-bu tərəfə tərpətmək, qımıldatmaq. [Qızıl it] qulaqlarını oynadaraq qalın, boğuq səsi ilə hürər, nəşəmi pozardı. A.Şaiq. Ayaqlarımı soyuq suya salıb oynatmağa başladım. A.Divanbəyoğlu. // Tərpətmək. Kələntər qara qaşlarının altındakı qara gözlərini oynatdı. M.İbrahimov. 3. icb. Oynamağa məcbur etmək, rəqs etdirmək. Vağzalı oynatmaq. 4. Əlində atıb-tutmaq, fırlatmaq. [Doktor:] Hə, de anamın oğluyam, verim, – deyib, konfeti əlində oynadardı. M.İbrahimov. [Hidayət] əlində oynatdığı sarı yarpağı … kənara fırlatdı. B.Bayramov. 5. məc. Göstərmək, təzahür etdirmək. Şahnisə xanım yarı çevrilərək dodaqlarında mənalı bir təbəssüm oynatdı. Çəmənzəminli. 6. məc. Ələ salmaq, dolamaq, sarımaq. [Şamama Cadu:] Sən belə güman etmə ki, sən məni oynadırsan deyibsən, mən də səni ələ salıb oynadıram. Ə.Haqverdiyev. [Elçi:] Məni oynatmaq olmaz. C.Cabbarlı. // məc. Aldatmaq, aldadaraq yormaq; yuxulatmaq. İki aydır ki, məni oynadır. 7. məc. Yerindən eləmək. Yaxşı və dəbdəbəli toy qıza nağıl kimi maraqlı görünür, bütün xəyalını oynadırdı. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti

oynatmaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 OYNATMAQ I f. Rəqs etdirmək. Toyda Gülnazı xeyli oynatdılar. OYNATMAQ II f. Ələ salmaq, məsxərəyə qoymaq. Məni oynatmaq, Ayalı, səni pis günə qoyaram (C.Bərgüşad).

    Azərbaycan dilinin omonimlər lüğəti

oynatmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. понуд. от oynamaq; 2. заставить, упросить танцевать, плясать; 3. обманывать, дурачить, глумиться, разыгрывать; 4. расшатать, двигать с места, шевелить;

    Azərbaycanca-rusca lüğət
  • 2 глаг. 1. понуд. см. oynatdırmaq 2. забавлять, занимать, развлекать игрой. Uşağı oynatmaq забавлять ребенка 3. играть (обращаться с каким-л. предметом как с игрушкой: бесцельно вертеть, перебирать, двигать). Gəlincik oynatmaq играть с куклой, qələmi oynatmaq играть с ручкой; təsbeh oynatmaq перебирать четки 4. перен. kimi разыгрывать, разыграть кого-л. (подшучивая над кем-л.). Öz dostunu oynatmaq разыграть своего друга, məni oynada bilməzsən меня не разыграешь 5. расшатывать, расшатать, двигать, двинуть с места. Yerindən oynatmaq двигать с места, dayağı oynatmaq расшатать опору, dişini oynatmaq расшатать зуб 6. трясти. Ayaqlarını oynatmaq трясти ногами 7. махать, размахивать. Əl-qolunu oynatmaq размахивать руками 8. шевелить, пошевелить (приводить, привести в лёгкое движение). Barmaqlarını oynatmaq шевелить пальцами ◊ barmağında oynatmaq kimi вертеть кем; qaş-göz oynatmaq играть глазами (глазками), стрелять глазами; əsəblərini (yerindən) oynatmaq kimin играть на нервах чьих; söz oynatmaq играть со словами; yerindən oynatmaq: 1. kimi отстранять, отстранить от должности кого; 2. nəyi сдвигать, сдвинуть с места что

    Azərbaycanca-rusca lüğət

oynatmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to ask / to cause smb. to dance; to ask / to force s.o. to play (d.); 2. (axmaq yerinə qoymaq) to make* a fool (of), to pull smb.’s leg, to play a practical joke (on); 3. (yerindən tərpətmək: payanı və s.) to shake* loose (d.), (mebeli) to make* rickety (d.)

    Azərbaycanca-ingiliscə lüğət

oynatmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) faire jouer ; 2) faire danser ; 3) ébranler vt ; désemparer vt, disloquer vt (mebel, mexanizm və s) ◊ (axmaq yerinə qoymaq) moquer (se) de qn, baffouer qn ; railler qn ; tourner en dérision

    Azərbaycanca-fransızca lüğət

oynatmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. къугъурун; къверигрун; 2. юзурун (мес. рацӀамар, япар); 3. icb. къуьлиз тун (гун), кьуьлуниз мажбур авун; 4. цавуз вегьиз хкьун; элкъуьрун; 5. пер. къалурун, аквадайвал авун; 6. пер. къугъурун, квягъун, хъачун; алцурарун; 7. пер. чкадивай авун.

    Azərbaycanca-ləzgicə lüğəti

"oynatmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#oynatmaq nədir? #oynatmaq sözünün mənası #oynatmaq nə deməkdir? #oynatmaq sözünün izahı #oynatmaq sözünün yazılışı #oynatmaq necə yazılır? #oynatmaq sözünün düzgün yazılışı #oynatmaq leksik mənası #oynatmaq sözünün sinonimi #oynatmaq sözünün yaxın mənalı sözlər #oynatmaq sözünün əks mənası #oynatmaq sözünün etimologiyası #oynatmaq sözünün orfoqrafiyası #oynatmaq rusca #oynatmaq inglisça #oynatmaq fransızca #oynatmaq sözünün istifadəsi #sözlük