* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Başa örtülən hər hansı bir şey. Başındakı örtünü götürmək. – [Sevda] başındakı ağ ipək örtünü bir yana atar. H.Cavid. [Qətibə] baş örtüsünün qarşısına almaz, yaqut və incilərdən düzəlmiş bir cıqqa taxmışdı. M.S.Ordubadi. 2. Pərdə. Sinəsini açar mana; Örtüsü ağ pəncərələr. S.Vurğun. Bu məxmər örtüyünün üzərinə də bir qədər ensiz ağ örtü çəkilmişdir. S.Rəhimov. // Məc. mənada. Üzündə qalmışdır qara ləkələr; Bir matəm örtüsü geyindi şəhər. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / örtü2 сущ. 1. покрывало: 1) кусок ткани для покрывания чего-л. İpək örtü шелковое покрывало, örtünü çəkmək сдернуть покрывало, örtüyə bürünmək закутаться в покрывало 2) род легкого нарядного одеяла для покрывания кровати днём. Çarpayı örtüsü покрывало для кровати 3) перен. то, что покрывает, окутывает что-л. Toz örtüsü пыльное покрывало, qar örtüsü снежное покрывало 2. накидка (дневное покрывало для подушек на постели). Tül örtü тюлевая накидка 3. завеса: 1) занавеска, занавесь. İpək örtü шелковая завеса, məxmər örtü бархатная завеса 2) то, что скрывает, закрывает собой. Duman örtüsü туманная завеса, bulud örtüsü завеса облаков 4. укрытие (место или сооружение, которое укрывает, защищает от кого-л., чего-л.) 5. прикрытие (предмет, сооружение и т.п., защищающие, укрывающие от чего-л. 6. покрытие (то, что покрывает что-л. сверху). Qoruyucu örtü защитное покрытие 7. покров (верхний слой, покрывающий что-л.). Yerin yaşıl örtüsü зелёный покров земли, qar örtüsü снежный покров
Azərbaycanca-rusca lüğət / örtü1 сущ. 1. кьил кӀевдай, кьилел вегьидай гьар са затӀ (ягълух, фите, шал ва мс.); 2. перде.
Azərbaycanca-ləzgicə lüğəti / örtüI (Gədəbəy, Yevlax, Zəngilan) yorğan-döşək. – Qabaxcan mə:m örtümü sal, sora neynirsən elə (Zəngilan); – Gejə örtüyə girənnən arşa çəkildi yuxum (Gədəbəy) II (Ucar) ötrü. – Mən uxara sənnən örtü getmişidim
Azərbaycan dilinin dialektoloji lüğəti.