otur sözü azərbaycan dilində

otur

Yazılış

  • otur • 84.6154%
  • Otur • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azov oturacağı
Azov oturacağı — 1637–1642-ci illərdə Azov qalasına nəzarət uğrunda Osmanlı və Krım qüvvələri ilə Don kazakları arasında baş tutan münaqişə. Rusiyanın cənub bölgələrinə basqınlar edən Krım və Noğay tatarları Osmanlı imperiyasının nəzarətində olan Azov qalasına arxalanırdılar. Qalanın dörd min nəfərlik əsgər və 200 topdan ibarət qarnizonu var idi. 1637-ci ilin yayında Krımda gedən daxili mübarizədən istifadə edən kazaklar Azovu ələ keçirmişdilər. 1641-ci il iyunun əvvəlində Osmanlı–tatar ordusu Azovu mühasirəyə almışdı. Bununla belə, təxminən 5,5 min nəfərdən ibarət Don kazakları qalanın müdafiəsində dözümlülük göstərərək osmanlıların çoxsaylı hücumlarını dəf etmişdilər. Ağır itkilər verən Osmanlı ordusu sentyabrın sonunda mühasirəni buraxmağa məcbur qalmışdılar. Qalanı müdafiə edən kazaklar Rusiya hökumətinə Azovu onların səlahiyyətləri altına verməyi təklif etmişdilər. Məsələni həll etmək üçün hökumət 1642-ci ildə Zemski soboru çağırmışdı. Burada deputatlardan bəziləri kazakların təklifinin lehinə çıxış etmişdilər, lakin Osmanlı imperiyası ilə müharibədən yayınmaq üçün Rusiya hökuməti Azovu tərk etmək qərarına gəlmiş və kazakları oranı tərk etməyə çağırmışdır.
Katapult oturacağı
Katapult oturacağı, əsasən döyüş təyyarələrində pilotu və ya ekipajı fövqəladə hallarda xilas etmək üçün hazırlanmış bir sistemdir. Əksər dizaynlarda pilotun oturacağı, pilotla birlikdə partlayıcı və ya raket mühərrikinin köməyi ilə təyyarədən atılır. Təyyarədən ayrılan oturacaq pilotun təhlükəsiz yerə enməsinə imkan verən bir paraşüt açır. Paraşüt dizayneri və ixtiraçı Everard Calthrop 1916-cı ildə sıxılmış hava vasitəsilə katapult prinsipi ilə işləyən bir katapult oturacağının dizaynını patentləşdirdi. Modern katapult oturacağı dizaynında ilk addımı Rumıniyalı ixtiraçı Anastase Dragomir atmışdır. Bir təyyarədən və ya nəqliyyat vasitəsindən qoparıla bilən paraşüt hissəsini özündə birləşdirən dizayn ilk olaraq 25 avqust 1929-cu ildə Paris Orly Hava Limanında sınaqdan keçirildi və müvəffəqiyyətli oldu. Katapult oturacağı dizaynı İkinci Dünya Müharibəsi dövründə çox inkişaf etdirilmişdir. Bundan əvvəl, idarəolunmaz bir təyyarədən qaçmağın yeganə yolu təyyarədən tullanmaq idi, lakin sıxılma vəziyyət, pilot üzərindəki g-qüvvəsi və hava axını kimi mənfi şərtlər səbəbiylə tez-tez uğursuz olurdu. İlk katapult oturacağı Heinkel və SAAB şirkətləri tərəfindən müstəqil olaraq hazırlanmışdır. İlk dizaynlarda sıxılmış hava itələmənin mənbəyi kimi istifadə edilmişdir.
Oturan Buğa
Oturan Buğa (1831-1890 ) Yerli dildə adı: (Tȟatȟáŋka Íyotake). O, Federal hökumətinin əsir aldığı son Siu (Lakota) qəbiləsinin böyüyüdür. Öz adını 14 yaşında Krou hindularına qarşı mübarizədə fərqlənəndə alıb. Lakota qəbiləsinə 1868-ci ildən başçılıq etməyə başlayıb. Ağlar hinduların torpaqlarına 1950-ci illərdə yerləşməyə başladılar və hinduları sıxışdırdılar. Ağlarla müharibə 1868-ci ildə bitmişdi, amma Black Hills adlanan yerdə (bu bölgə hindular üçün müqəddəs idi) qızılın tapılması gərginliyi yenidən artırdı. 1876-cı ildə mart ayında Lakota, Cheyyene və Arapahoların qatıldığı və Rosebud Creekdə keçirilən "Günəş Rəqsi" mərasimində Oturan Buğa gələcəkdən xəbərlər aldığını bilidirdi. Bir neçə həftə sonra General George Amstrong Custer və 7-ci süvari dəstəsi yerlilərin düşərgəsinə hücum etdilər. Bu döyüşdə bir çox hindu və demək olar ki, bütün ağ əsgərlər öldürüldü. 4 il sonra buffaloların nəslinin tükənməsi və qida tapılmaması səbəbi ilə Oturan Buğa təslim olmaq məcburiyyətində qaldı.
Oturan iblis
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.
Oturan pələng, gizlənən əjdaha (film, 2000)
Oturan pələng, gizlənən əjdaha (çincə: 臥虎藏龍, pinyin: Wò Hǔ Cáng Lóng, ing. Crouching Tiger, Hidden Dragon) — 2000-ci ildə istehsal edilmiş filmdir. Bu film Oskar mükafatının müxtəlif kateqoriyası üzrə 4 mükafat və 6 nominasiyaya layiq görülmüşdür. Film Vanq Dulu (1909-1977) adlı çin yazıçısının "Dəmir-Durna Seriyaları" (ing. The Crane-Iron Series) adlı əsəri əsasında hazırlanmışdır. Filmdəki hadisələr Tzin sülaləsinin dövründə baş verir. Döyüşçü Li Mu Bay "Yaşıl tale" adlı sehrli qılıncını dostuna verərək, dərin meditasiya düşüncəsinə gedir. Bu müddətdə qılınc naməlum oğrular tərəfindən oğurlanılır. Li Mu Bay bu qılıncı tapmaq üçün yollanır və müxtəlif macəralarla qarşılaşır... "Oturan pələng, gizlənən əjdaha (saundtrek)" — 2000-ci ildə "Sony Classical" səsyazma firması tərəfindən istehsal edilmişdir.
Oturaq heyvanlar
Oturaq heyvanlar - Oturaq tip ərazi bölüşdürülməsi ərazinin resurslarından populyasiya səviyyəsində nisbətən səmərəli istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: hər bir məskunlaşma sahəsi həyat üçün hər bir şərait ilə təmin olunmuşdur. Bunun nəticəsində yem, sığınacaq və digər resurslar uğrunda rəqabət minimuma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı vardır, populyasiya isə bütövlükdə inkişaf və ərazi zəbt etməyə geniş perspektiv qazanır. Məhdud əraziyə bağlılıq fərdlərə bir sıra bioloji üstünlük qazandırır, bu baxımdan, heyvanların öz əraziləri ilə mənimsənilmə dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət kəsb edir. Məskunlaşma sahəsi daxilində heyvanlar tanış oriyentir (səmt) sistemində sərbəst yerini dəyişir, yem axtarmaq üçün az vaxt sərf edir. Bir çox növlər sahədə sığınacağa, yem sahəsinə, yem ehtiyatı və s. yerə gedən əlaqələndirici cığırlar salır. Heyvanların gündəlik aktiv hərəkətləri sanki avtomatik surətdə həyata keçirilir: rezident – fərd qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə əlavə vaxt və enerji sərf etmədən catır. Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür. Oturaq heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Oturaq sümüyü
Oturaq sümüyü (lat. os ischii) — qalça sümüyünün oturaq hissəsi. Oturaq sümük bucaq altında əyilmiş oturaq sümüyün yuxarı (lat. ramus superior ossis ischii), aşağı (lat. ramus inferior oss. ischii) şaxələrdən və sümük cismindən ibarətdir. Oturaq sümüyün şaxələri qasıq sümüyü ilə birləşərək qapayıcı dəliyi (lat. foramen obturatum) əmələ gətirir.
Oturaqqarıncıqlılar
Symphyta (lat. Symphyta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan yarımdəstəsi. Pərdəqanadlıların arasında həm yetkin və sürfə formalarının quruluşuna, həm də həyat tərzinə görə ən ibtidai qrupdur. Yarımdəstənin nümayəndələri "mişarçılar" adı altında da tanınırlar. Belə ki, onların yumurtaqoyanı diş-diş aşağı kəsici səthi ilə mişarı xatırladır. Bunun köməyi ilə onlar bitki toxumalarında xüsusi kəsiklər açır və öz yumurtalarını ora qoyurlar.
Oturtma tikmə
Oturtma (qondarma) tikmə (qaz. bastırma, rus. вышивка аппликацией) — ayrıca parçalardan kəsilmiş bəzək başqa bir parça üzərinə qoyulub bərkidilməsiylə icra edilən tikmə. Bu tikmənin geniş yayıldığı yerlər Abşeron, Gəncə, Qazax, Şamxor və Göyçə gölünün ətrafı. "Rəsm"i və yaxud naxışı daha qabarıq göstərmək üçün bəzi hallarda onun altına pambıq qoyurdular. Bu üsulla ağ və qara yunu bir-birinə oturdub müəyyən təsvir əldə edirdilər. Keçmişdə saray çadırlarının əsas bəzəyində oturtma tikmə üsulundan geniş istifadə edilib. Keçə, dəri, sonralar müxtəlif rəngli parçaların kəsilib quraşdırılması yolu ilə inkişaf etdirilib. XIX əsrdə bu üsulla yüküzü, buxarı pərdəsi, süfrə, yaxud tapança qoburu, qılınc qını, yəhəraltı və s. əşyalar bəzədilirdi.
Oturum
Oturum və ya Suya oturma dərəcəsi – hərbi və mülkü gəmiqayırmada gəminin və ya qayığın suya oturma (dalma) dərəcəsi. Gəmilərin hərkətlərinin nizamlamasında mühüm rol oynayır. Oturumun aşağıdakı növləri vardır: Layihə (hesablama) oturumu Midelşpanqoutuya görə layihə oturumu Gəminin burun tərəfi ilə ilə oturum Gəminin dal tərəfi ilə oturum Orta oturum Dərəcəsinə görə: Gəminin ən dərin bölmədə suya oturumu (ds) gəminin yay yük xəttinə müvafiq suya oturma dərəcəsidir. Gəminin ən az istismar olunan suya oturma dərəcəsi (dl) gözlənilən ən az yüklənmə və onunla əlaqədar maye ehtiyatlarına, o cümlədən, zədəyə qarşı davamlılıq və/yaxud suya batma üçün zəruri ola bilən bu tip ballasta müvafiq olan gəminin istismar olunan suya oturma dərəcəsidir. Gəminin bölmədə qismən suya oturma dərəcəsi (dp) gəminin az istismar olunan suya oturma dərəcəsi, üstəgəl gəminin az istismar olunan suya oturma dərəcəsi ilə ən dərin bölmənin suya oturma dərəcəsi arasındakı fərqin 60%-dir.
Qoy oturmuşuq (veriliş, 2007)
Əyləncəli verilişdə dəvət olunan qonaqlar maraqlı mövzularda əhvalatlar və xatirələrini danışırlar. Veriliş həftəiçi hər gün efirdə olur.
Rio-Pyedranın sahilində oturdum və ağladım
"Rio-Pyedranın sahilində oturdum və ağladım" — Paulo Koelyo tərəfindən yazılmış roman. Roman, yazıçının ən məşhur əsərlərindən biridir. Bu roman, "Veronika ölməyə qərar verir" və "Şeytan və senyorita Prim" romanları ilə birlikdə yazıçının "Və yeddinci gün" trilogiyasına daxildir. Romanın kişi və qadın qəhrəmanı uşaqlıqlarını birlikdə keçirirlər, lakin bir gün kişi yeni həyat kəşf etmək, yeni insanlar tanımaq istəyi ilə yaşadığı şəhəri buraxıb uzaqlara gedir. Uzun illər ondan bir xəbər-ətər gəlmir, lap sonralar isə ara-sıra bir neçə məktub göndərməyə başlayır. Bu vaxt qadın qəhrəmanımız (Pilar) yaşadığı şəhərdə instituta daxil olur, uğur qazanmaq üçün çalışır, xoşbəxt evlilik xəyalları qurur, ideal ər ümidilə nişanlanır, amma bir müddət sonra ondan ayrılır. Yəni hər günü eyni olan, eyni insanlarla, eyni şəhərdə keçən, həyəcansız, məqsədsiz, eşqsiz bir ömür sürür. Bu arada kişi qəhrəmanımız məktublarında dindən, tanrıdan tez-tez danışmağa başlayır və ən son məktubunda dini bir mühazirə oxumaq üçün Madridə gələcəyini və Piları da o mühazirəyə dəvət etdiyini yazır. Pilar yalnız keçmişdən danışmaq və keçən o qədər ildən sonra onu görmək üçün cəmi bir günlük Madridə yollanır.
Skamyada oturmuş qadın
Skamyada oturmuş qadın (ing. Seated Woman on a Bench) — Villem de Kuninq tərəfindən hazırlanmış tunc heykəl. Villem de Kuninq əsər üzərində 1969-cu ildə işləməyə başlamışdır. Bu, onun ən böyük əsəridir. Heykəlin modeli 1972-ci ildə yaradılmışdır (gildə), 1976-cı ildə ildə isə tuncdan tökülmüşdür. Gillə işləmək üçün Villemin əlləri kiçik olduğundan böyükölçülü əlcəklər geyinmişdir. Heykəlin sağ çiynində "de Kooning/4/7" yazısı yazılmışdır. Heykəl Hirşhorn Muzeyi və Heykəl Bağında sərgilənir. Heykəlin sahibi Smitsonian İnstitutudur. Sotbisdə Arxivləşdirilib 2011-07-07 at the Wayback Machine Waymarking Barbara Hess, Willem De Kooning.
Taxtda oturmuş Madonna və uşaq müqəddəslərlə (Rafael)
Taxtda oturmuş Madonna və uşaq müqəddəslərlə (it. Madonna col Bambino in trono e cinque santi və ya Kolonna ailəsinin altarı, it. Pala Colonna) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504-1505-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. "Taxtda oturmuş Madonna və uşaq müqəddəslərlə" əsəri hal-hazırda Amerika Birləşmiş Ştatlarının Nyu-Yorkda, Metropoliten muzeyində saxlanılır.
Üzə oturma
Üzə oturma, yaxud da feissitinq (ingilis dilində Facesitting) insan cinsi hərəkətlərindən biridir. Bir cinsi partnyor adətən oral-genital və ya oral-anal əlaqəyə icazə vermək və ya məcbur etmək üçün digərinin üzünə oturur. Poza həmçinin digər erogen zonaları stimullaşdırmaq üçün altda qalan partnyorun əllərini azad şəkildə buraxmasına şərait yaradır.
İblis oturub
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.

"otur" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#otur nədir? #otur sözünün mənası #otur nə deməkdir? #otur sözünün izahı #otur sözünün yazılışı #otur necə yazılır? #otur sözünün düzgün yazılışı #otur leksik mənası #otur sözünün sinonimi #otur sözünün yaxın mənalı sözlər #otur sözünün əks mənası #otur sözünün etimologiyası #otur sözünün orfoqrafiyası #otur rusca #otur inglisça #otur fransızca #otur sözünün istifadəsi #sözlük