Nəcmətdin Xəlil Onan
Nəcmətdin Xəlil Onan (d. 1902, Çatalca, Kocaeli – ö. 17 avqust 1968, İstanbul) – türk şair, müəllim, elm xadimi, ədəbiyyat tarixçisi.Türk ədəbiyyatının artıq klassikləşmiş əsəri olan və türk ordusunun Çanaqqala döyüşündəki müdafiəsini yad edən "Bir yolçuya" şerini qələmə alan şairdir.
== Həyatı ==
1902-ci ildə Çatalcada anadan olmuşdur. Atası Düyün-i Umumiyyə məmuru Xəlil Hilmi bəy idi. Orta təhsilini Vəfa liseyində tamamlamışdır. 1919-cu ildə Darülfünun Ədəbiyyat fakültəsində olan imtahanı verərək Türk dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. Cənab Şahabətdin, Fuad Köprülü, Fərid Kam, Yusif Şərif, Yahya Kamal, Hüseyn Daniş kimi ədəbiyyatçıların tələbəsi olmuşdur. Lakin İstanbulun işğalından sonra məktəb müvəqqəti olaraq qapadıldıqdan sonra milli mübarizəyə qatılmaq üçün Ankaraya qaçmışdır. Ankara təlimatgahında zabit vəkili olmuş, Anadolu Agentliyinin Sivas sevisində çalışmış, milli mübarizə sonlandıqdan sonra İstanbula gələrək təhsilini sonlandırmış və 1924-cü ildə məzun olmuşdur.