Oni sözü azərbaycan dilində

Oni

Yazılış

  • Oni • 64.8148%
  • oni • 29.6296%
  • ONİ • 5.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Oni
Oni (bələdiyyə) — Fransada bələdiyyə. Oni (şəhər) — Gürcüstanda şəhər. Oni (iblis) — yapon mifologiyasında iblis.
Oni (bələdiyyə)
Oni (fr. Osny) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Serji. Əhalisi — 16.274 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 32 km şimal-qərbdə, Serji belediyyənin 4 km şimalda yerləşir.
Oni (iblis)
Oni (yap. 鬼) — yapon mifologiyasında qırmızı, mavi və qara dəriyə malik olan, cəhənnəmin yaponlarda analoqu olan Ciqokuda yaşayan, böyük caynaqları və buynuzu olan insanabənzər iblisdir. Oninin Avropadakı analoqu şeytan və cindir. Oni çox güclü və çətin öldürüləndir. Beləki bədəninin kəsilmiş hissələrinin yerində yenisi çıxır. Döyüşdə tikanları olan dəmir əmuddan — kanabodan istifadə eləyir. Pələng dərisindən hazırlanan fundosi adlanan yan sarğı geyinirlər. Axmağa bənzər xarici görünüşünə baxmayaraq, oni çox hiyləgər və ağıllıdır, həmçinin, insanlara çevrilməyi bacarır. İnsan ətini xoşlayır. Bəzi əfsanələrdə, onların soyaya nifrət eləməsi bildirilir.
Oni (şəhər)
Oni — Qərbi Gürcüstanda şəhər. Dərin vadidə Rioni çayının sol sahilində yerləşir. Oni Bələdiyyəsinin inzibati mərkəzidir Dəniz səviyyəsindən 830m, Tbilisidən 210 km uzaqda yerləşir. Oni mənbələrdə ilk dəfə XV-XVI əsrlərdə qeyd olunur. Feodal şəhəri Oninin iqtisadi əhəmiyyəti orta əsrlərdə böyüdü. Raçanın əhəmiyyətli ticarət nöqtəsi inkişaf etdirildi və sənətkarlıq inkişaf etdi. 1846-cı ildən Kutaisi vilayətinin Raça Mazur inzibati mərkəzi var idi. Oni ərazisində bürünc baltalar (Tunc dövrü) tapılmışdır. Şəhərin sənaye müəssisələri, səhiyyə, təhsil və mədəniyyət müəssisələri var. Oni Nikorcminda yeparxiyasının iqamətgahıdır.
Milisin onilliyi (film, 1930)
Mərmər oniksi
Mərmər oniksi – Ca[CO3] - Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Kalsit və araqonitin sıx, yaxşı pardaxlanan işıqkeçirən, yaxud yarımşəffaf zolaqlı və konsentrik - zonal quruluşlu incə çalarlı sarı, çəhrayı, yaşıl, krem və qəhvəyi rəngli aqreqatları mərmər oniksi adlanır. Parıltısı tutqun parıltıdan şüşə və yağlı parıltıyadək dəyişir. Sərtliyi – 3-4. Sınıqları qeyri-hamardır. Çox vaxt gözəl tekstur rəsmləri olan bütov kütlələri əhəngdaşları, əhəngli qumdaşları və travertinlərdə və s. layabənzər cisimlər və araqatlar, müxtəlif süxurların səthində örtüklər əmələ gətirir. Tez-tez mərmər oniksinin damarcıqlarına da rast gəlinir. Karst mağaralarında əhəngdaşları içərisində stalaktit və stalaqmitləri, bəzən mürəkkəb formalı aqreqatları müşahidə edilir. İri kütlələri isti mineral bulaqların məhsulu kimi kristallaşır.
Onik Qasparyan
Onik Viktori Qasparyan (erm: Օնիկ Վիկտորի Գասպարյան; 6 yanvar 1970, Karvansaray) — Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi olan erməni general-polkovnik. 1970-ci ilin yanvar ayında anadan olub. 1976–1985-ci illərdə İcevan şəhərindəki 5 nömrəli orta məktəbdə və 1985–1986-cı illərdə İrəvandakı 147 nömrəli orta məktəbdə oxuyub. 1993-cü ildə Ermənistan Ordusuna qoşulub. Daha əvvəl 1988-ci ildən Sovet Silahlı Qüvvələrində xidmət etmişdir. İlk karyerasında İcevandakı Saro dəstəsinin tərkibində Ermənistanın müdafiəsində iştirak etmişdir. 1994-cü ildə döyüş tapşırığını yerinə yetirərkən minanın partlaması nəticəsində ağır yaralanıb. 90-cı illərin ortalarında Rusiya Müdafiə Nazirliyinin Vistrel Ali Zabit Kurslarında oxudu. 1998–2001-ci illərdə Rusiyanın Rusiya Kombinasiya edilmiş Silahlar Akademiyasında oxuyub və fərqlənmə diplomu ilə oranı bitirib. 2001–2005-ci illərdə 68617 saylı hərbi hissəyə köçürülməzdən əvvəl xidmət göstərmiş olduğu 51191 saylı hərbi hissənin komandiri olmuşdur.
Onikibarmaq bağırsaq
Onikibarmaq bağırsaq (lat. duodenum) — nazik bağırsağın ön ya birinci hissəsini təşkil edir; şəkil və vəziyyət cəhətcən müxtəlif olub, uzunluğu adətən 25–30 santimetrdir. Onikibarmaq bağırsaq onurğanın bel nahiyəsində yerləşərək, başlanan və qurtaran uclarından başqa qarın boşluğunun arxa divarına hərəkətsiz bir surətdə bağlanmışdır. Nala bənzəyir, çıxıq tərəfi sağa baxır, basıq tərəfi isə soldan mədəaltı vəzin başını əhatə edir. Onikibarmaq bağırsaq özü bir neçə hissələrə bölünür: birinci hissə — lat. pars superior (pars horisontalis superior - BNA) onikinci döş fəqərəsi ilə birinci bel fəqərəsi arasında mədə çıxacağından başlayır. Onurğanın sağ tərəfi ilə arxaya və sağa doğru üfüqi istiqamətdə gedir və öd kisəsinin boynuna çatdıqda aşağı dönərək ikinci hissəyə — enən hissəyə — lat. pars descendens keçir. Burada əmələ gələn əyriliyə lat. flexura duodenum superior deyilir.
Oniks
Oniks — mineral, ağ və qara zolaqların növbələşməsi ilə səciyyələnən əqiq. Çox vaxt qara rəngli xalsedonu oniks adlandırılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Oniks çayı
Oniks çayı — Antarktidanın ən uzun çayı. Çay Viktoriya Torpağının Rayt və quru Mak-Medro vadiləri ilə axır. Mak-Medro vadisi il boyu yağıntıdan məhrumdur. Çayın uzunluğu 30 km təşkil edir. Çayın mənsəbi Vanda gölüdür. Suyunun səviyyəsin günlük və mövsümdən asılı olaraq dəyişir. Çayın qolları yayın yonlarına yaxın (fevral, mart) buzdan azad olur. Bəzən illlərlə çay suyunu gölə çatdıra bilmir. Bəzən isə gursulu dörünü müşahidə etmək olur. 1984-cü ildə hətta yenizelandiyalılar çayla onun mənsəbinə enə bilmişlər..
Onil
Onil (isp. Onil) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Oyya-de-Kastalya ərazisinin 48,41 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 7723 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 30 km uzaqlıqda yerləşir.
Onillik
Onillik — On ildən, əsrin onda birindən ibarət vaxt hesabı. Məsələn: XX əsrin birinci onilliyi. Vaxt hesabında hər on il – bir onillikdən, hər yüz il – bir əsrdən, hər min il – bir minillikdən ibarətdir.
Onilliklərinə görə porno aktrisaların siyahısı
Onilliklərinə görə pornoaktrisaların siyahısı - bu siyahı onilliklərinə görə görkəmli pornoaktrisaların siyahısını ehtiva edir.
Onilliklərinə görə pornoaktrisaların siyahısı
Onilliklərinə görə pornoaktrisaların siyahısı - bu siyahı onilliklərinə görə görkəmli pornoaktrisaların siyahısını ehtiva edir.
Oniomaniya
Oniomaniya və ya Şopaqolik — son zamanlar dilimizə əlavə olan əcnəbi sözlərdən biridir. XX əsrdə ABŞ-də yayılmağa başlayan şopaqolizm alış-verişə qarşı qarşısıalınmaz qüvvədir. Şopaqolik sözü "Şopaqolik" filmindən sonra daha da populyarlaşdı. Filmin baş qəhrəmanı bir dərgidə maliyyə mövzusunda yazan jurnalistdir. Özü şopaqolizmdən əziyyət çəkən və daim lazımsız şeylərə çoxlu pul xərcləyən xanım oxucularına qənaət etməyin yollarından yazır. Təqribən 70% alış-verişi biz qeyri-iradi edirik. İnsan bəyəndiyi şeyi görəndə hər şeyi unudur, nəfəsalma yavaşıyır, dünya sanki yerində durur! Psixoloqlar deyir ki, bu zaman şopaqoliklər transa (özünü itirmək) girirlər. Onlar üçün qiymət əhəmiyyətsiz olur ki, bu da satıcılara əl verir. Geyim seçərkən şopaqoliklər onun brend olmasına üstünlük verirlər: don Dolce&Cabanna, ayaqqabı Miu-Miu, çanta Chanel və s.
Oniqiri
Oniqiri (yaponca: お握り və ya 御握り; おにぎり), omisubi (お結び; おむすび) və ya nigirimeşi (握り飯) ağ düyüdən hazırlanmış, üçbucaq şəklində və ya büzülmüş yapon yeməyidir. Ənənəvi olaraq, onigiri turşusu təbii konservant kimi ume (umeboshi), duzlu qızılbalıq, katsuobushi, kombu, tarako və ya digər duzlu turş tərkib hissələr ilə doldurulur. Onigiri suşi növü deyil. Sirkə, şəkər və duzlu düyü ilə hazırlanır, bəzən yüngül duzlu adi düyü ilə hazırlanır. Onigiri düyünün daşınmasını, saxlanmasını və yeyilməsini asanlaşdırsa da, suşi balıqları qorumaq üçün bir üsul olaraq doğuldu.
Onir (mifologiya)
Onir (yun. Όνειρος, "yuxu") — yunan mifologiyasında yuxunu tərənnüm edən yarımtanrı, yarımruh, Niks və Erebin oğlu, Hipnos, Tanat və Momun qardaşı. Hesioda görə "Onirlər" yuxu kütlələri olub Niksdən tırənmişlər. Troya müharibəsində Zevsin göstərişi ilə Onir Nestor cildində Aqamemnonun yuxusuna girərək ona döyüşü başlayacağı təqdirdə yunanların qələbə çalacağını deyərək, onu aldatmış olur. LXXXVI orfik nəğmə tanrı Onirə həsr edilmişdir.
Onisim Kler
Onisim Kler (25 fevral 1845 – 18 yanvar 1920, Yekaterinburq) — Ural Təbiət Elmləri Sevənlər Cəmiyyətinin qurucusu, 1920-ci ilə qədər ilham verən və daimi katibi. Geologiya və təbiətşünaslıq üzrə əsərlərin müəllifi, ilk Diyarşünaslıq muzeyinin təşkilatçısı, Yekaterinburq kişi gimnaziyasının müəllimi. Nevşatel kantonu, Korsel kommunasında bir xidmətçi ailəsində anadan olmuşdur. 1862-ci ildə İsveçrədəki Nevşatel Sənaye Məktəbini bitirmişdir. Elə həmin il Rusiya İmperiyasına gəlmişdiri. Bunun səbəbi ailə şəraitindən irəli gələrək vətənindəki universitetə girməyə imkan verməməsi olur. Trubetskoy şahzadələrindən quberyor vəzifəsini alır. Təhsil müəssisələrində fransız dilini tədris etmək hüququ üçün Sankt-Peterburq İmperator Universitetində imtahan verir. Təxminən üç il Moskvada fransız dilindən dərs deyir, daha sonra təxminən iki il Yaroslavlda çalışır və burada yerli təbiət elmləri cəmiyyətinin işində iştirak edir. 1867-ci ildə Yekaterinburq şəhərinə köçür.
Onix
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Onixofaqiya
Onixofaqiya (q.yun. ὄνυξ — dırnaq və φαγεῖν — yemək, gəmirmək) və Dırnaq yemə — dırnaqların yeyilməsi ilə müşahidə edilən bir psixoloji pozutudur. Bu pozğunluq əsasən uşaq yaşlarında müşahidə edilir. Yetkinlik yaşına çatmış insanlarda isə bu nadır bir haldır. Bu sadəcə zərərli vərdiş və ya müxtəlif psixi xəstəliyin əlaməti ola bilər. Dırnaqların müntəzəm yeyilməsi nəticələrə gətirib çıxarır, onlarda deformasiya və ətrafdakı toxumalarının zədələnməsinə gətirib çıxara bilər. Əgər problem həll edilərsə, bir müddət ərzində (iki həftəyə qədər) dırnaqlar əvvəlki vəziyyətini bərpa edir. Bu davranış uşaqlarda məktəb və ya bağçalarda problemlə əlaqədar gərginliyin artmasından qaynaqlana bilər. Bu səbəbdən problemin kökünə varmaq və bundan çıxış yolu tapmaq lazımdır. Dırnaq yemədə adətən dırnaqlardan başqa dəri böyük zərər çəkir.
Onixoforlar
Onixoforlar (lat. Onychophora; yun.. onychos — caynaq, phoros — daşıyıcı) — quruda yaşayan rütubətsevən onurğasız heyvan tipi. Onixoforlar bir çox əlamətlərinə görə qurdlarla buğumayaqlılar arasında aralıq mövqe tuturlar. Onixoforlar cənub yarımkürəsinin tropik və subtropik meşələrində yayılmışlar. Əvvəllər onlar buğumayaqlılar (lat. Artropoda) tipinin traxeyalılar (lat. Tracheata) yarımtipinə aid edilirdi. Daha sonralar müəyyən olunmuşdur ki, onixoforları traxeyalılarla yaxınlaşdıran ancaq onları quru mühitdə yaşamağa uyğunlaşdıran konvergent oxşarlıqdır. Onixoforların selomik heyvanların sərbəst tipini təşkil etməsini sübut edən bir sıra əlamətlər vardır.
Onixokriptoz
Onixokriptoza və ya dırnaq batması — dırnaq batması ilə müşahidə olunan xəstəlikdir Dırnaq batması gündəlik həyatda tez-tez rast gəlinən və dözülməz ağrılarla müşahidə olunan xəstəlikdir. Xəstəliyə daha çox ayaq, xüsusilə də baş barmaq dırnağında rast gəlinir: dırnağın kənarları dırnaq yatağının içərisinə doğru inkişaf edir, ətrafdakı yumşaq toxumalarda iltihabi prosesə səbəb olur. Onixokriptoz irsi, düzgün seçilməyən ayaqqabı, göbələk infeksiyası, ayaqların çox tərləməsi, travma, dırnağın düzgün kəsilməməsi səbəbindən yarana bilər. Dırnaq batması özünü birdən-birə büruzə vermir. İlk vaxtlar həmin nahiyədə həssaslıq və yüngül qızartı müşahidə olunur, xüsusilə dar ayaqqabı geyinəndə və uzun müddət ayaq üstə duranda ağrılar müşahidə edilir. Proses dərinləşdikcə ətraf toxumalar iltihablaşır. Barmaq uclarında, xüsusilə dırnaq ətrafında sinir ucluqları olduqca çoxdur. Yaranan iltihabi proses zamanı zədələnən sinirlər xəstədə dözülməz ağrılara səbəb olur. Ətraf toxumalar qızarır, ödemləşir, dırnağın altından irin xaric olur. Dırnağı batan barmaq ümumilikdə göyümtül-qırmızı rəng alır, şişkinləşir, ölçüləri böyüyür.
Onixomikoz
Onixomikoz və ya dırnaq göbələyi (lat. Onychomycosis) — dırnağın göbələk infeksiyası. Trichophyton rubrum, Trichophyton interdigitale, Trichophyton tonsurans və digər göbələklər tərəfindən törədilir. Xəstəlik törədicisi Epidermophyton floccosum və Microsporum canis də ola bilir. Simptomlara ağ və ya sarı dırnaq rənginin dəyişməsi, dırnağın qalınlaşması və dırnağın dırnaq yatağından ayrılması daxil ola bilər. Ayaq və ya əl dırnaqları təsirlənə bilər, lakin ayaq dırnaqlarında daha çox rast gəlinir. Bir sıra müxtəlif növ göbələklər dermatofitlər və Fusarium da daxil olmaqla onikomikoza səbəb ola bilər. Risk faktorlarına atletin ayağı, digər dırnaq xəstəlikləri, bu xəstəliyə məruz qalma, periferik damar xəstəliyi və zəif immun funksiyası daxildir. Diaqnoz ümumiyyətlə görünüşə görə və laboratoriya testləri ilə təsdiqlənir. Onikomikoz yetkin əhalinin təxminən 10 faizində baş verir, yaşlı insanlar daha tez-tez təsirlənir.
Phytoseius onilahy
Phytoseius onilahy (lat. Phytoseius onilahy) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius onilahy Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Qırmızı Ordunun Onilliyi (1928)
Film Sovet Ordusunun yaranmasının on illiyinin Azərbaycanda bayram edilməsindən danışılır.

"oni" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#oni nədir? #oni sözünün mənası #oni nə deməkdir? #oni sözünün izahı #oni sözünün yazılışı #oni necə yazılır? #oni sözünün düzgün yazılışı #oni leksik mənası #oni sözünün sinonimi #oni sözünün yaxın mənalı sözlər #oni sözünün əks mənası #oni sözünün etimologiyası #oni sözünün orfoqrafiyası #oni rusca #oni inglisça #oni fransızca #oni sözünün istifadəsi #sözlük