çin-çin sözü azərbaycan dilində

çin-çin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çin-çin • 62.5000%
  • Çin-çin • 25.0000%
  • Çin-Çin • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çin
Çin Xalq Respublikası (ÇXR) yaxud Çin, köhnə mənbələrdə Xita (Köhnə Azərbaycanca: خطا) — Şərqi Asiyada yerləşən tək partiyalı unitar dövlətdir. Çin Kommunist Partiyası tərəfindən idarə olunan ölkə 22 əyalət, beş muxtar bölgə, dörd birbaşa idarə olunan bələdiyyə (Pekin, Tyantszin, Şanxay və Çuntsin) həmçinin Honkonq və Makao xüsusi inzibati bölgələrindən ibarətdir. Çin Xalq Respublikası sahəsinin böyüklüyünə görə dünyanın 3-cü ölkəsidir. Əlverişli və geosiyasi mövqeyə malik olmaqla Mərkəzi və Şərqi Asiyada yerləşir. Çin Xalq Respublikası şimal-şərqdən və şimal-qərbdən 3645 km məsafədə RF ilə, şimal-şərqdən 1416 km məsafədə Şimali Koreya ilə şimal-qərbdən-1533 km məsafədə Qazaxıstanla, qərbdən-523 km məsafədə Pakistanla, 414 km-Tacikstanla, 76 km-Əfqanıstanla, cənub-qərbdən 3380 km məsaəfədə Hindistanla, 2185 km məsafədə Myanma ilə, 1281 km məsaəfədə Vyetnamla, 1236 km məsafədə Nepalla, 470 km məəsafədə Butanla, 423 km məsafədə Laosla, şimaldan 4673 km Monqolustanla, cənub -şərqdən Aominla (Makao) 34 km məsafədə sərhədə malikdir. Şimali Çin ovalığı ərazisindən keçən Sarı çay hövzəsi insanlar tərəfindən ilk dəfə məskunlaşmış yerlərdən biri hesab olunur. Eramızdan əvvəl 21-ci əsrdən etibarən minilliklər boyunca Çin yarım əfsanəvi Sya sülaləsi və digər irsi monarxiyalar və xanədanlıqlar tərəfindən idarə olunmuşdur. Eramızdan əvvəl 3-cü əsrdə Tsin sülaləsi digər xanədanlıqlara qalib gələrək vahid Çin imperiyasının əsasını qoymuşdur. Onların ardınca hakimiyyətə gələn və eramızdan əvvəl 206-cı ildən eramızın 220-ci ilinə qədər ölkəni idarə edən Han sülaləsinin zamanında kağız və kompas kəşf olunmuş, kənd təsərrüfatı və tibb sahələrində irəliləyiş qeydə alınmışdır. Tan sülaləsinin hakimiyyəti dövründə (618–907) isə barıt və çap etmənin kəşf olunması nəticəsində Dörd böyük ixtira tamamlandı.
Hind-Çin
Hind-Çin — Asiyanın Cənub-Şərqində yerləşən yarımada. Sahəsi 2 mln km² - dir. Yarımadanın ən böyük çayları: Mekonq, İravadi, Saluin, Menam-Çao-Praya. Yarımadada 7 ölkə: Banqladeş, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma və Tailand vardır. == Etimologiya == Yarımadanın adı avropalıların (fransızların) bura verdiyi addan qaynaqlanır. Belə ki, avropalılar yarımadada həm Çinə, həm də Hindistana aid xüsusiyyətləri birlikdə görürdülər. == İqlimi == Yarımadanın iqlimi subekvatorial musson iqlimidir, yalnız Malakka yarımadasında iqlim ekvatorialdır. Yarımadanın düzənlik hissəsində temperatur ilboyu 20 dərəcədən aşağı düşmür, yazda və yayda temperatur 28-30 dərəcəyə çatır. Dağlarda temperatur 15 dərəcə və daha aşağı düşür. == Təbii sərvətləri == Malakka yarımadasında böyük həcmdə qiymətli metallar olan qalay və volframın ehtiyatları vardır.
Li Çin
Li Çinq (7 mart 1975, Honkonq) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Çinq Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Li Çinq Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Çin (dəqiqləşdirmə)
Çin Şərqi Asiyada bir bölgə.
Çin Ensiklopediyası
Çin Ensiklopediyası (çin. 中国大百科全书; Pinyin:Zhōngguó Dà Bǎikē Quánshū ;Çin Böyük Ensiklopediyası) — Çin dilində ilk böyük-girişli müasir ensiklopediya.
Çin Respublikası
Tayvan və ya rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bugünkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bununla da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Çin Səddi
Böyük Çin səddi — qədim Çində ölkənin şimalından gələn köçəri tayfaların hücumlarına qarşı müdafiə məqsədilə tikilmiş istehkamlar xətti. == Ümumi məlumat == Bəşər tarixində gələcək nəsillərə insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Çan Çançen deyirlər. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, təxminən 17000 km uzadılmışdır. Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Sin Şixuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoymuşdur və bu dağınıq xalqlar, əl-ələ verərək dünyanın ən uzun və ən nəhəng daş divarını tikmişdilər.
Çin Taybeyi
Çin Taybeyi — Çin Xalq Respublikasında müstəmləkə dövlət olan Tayvanın idman yarışlarında istifadə etdiyi addır. (Taybey həmin dövlətin paytaxtı) Bu ad Tayvanın Çinin tərkib hissəsi olduğuna insanları inandırmaq, həmçinin Tayvan idmançılarına bu ad altında yarışmaq şansı verir. Adın qoyulması həm də iki ölkə arasında gərginliklərin müşahidə olunmaması üçün yaxşı şərait yaratmışdır. Tayvan həm də bu adla Qış və Yay Olimpiya Oyunlarına qatıla bilir, müxtəlif idman yarışlarında o cümlədən komanda idman növlərində iştirak edə bilir. Məsələn, Çin Taybeyi qadın milli voleybol komandası 1990-cu ildə keçirilən voleybol üzrə qadınlararası dünya çempionatının final mərhələsində iştirak etmişdir. Maraq üçün onu da qeyd edək ki, bu ölkə müxtəlif yarışlarda müxtəlif bayraqlardan istifadə edir. Məsələn komandanın Paralimpiya Oyunlarında, Olimpiya oyunlarında və futbol yarışlarında bayraqları fərqlidir. Bir-birinə bənzəyən bu bayraqların hamısı göy, qırmızı ləçəkşəkilli çərçivənin içində fərqli simvollardan ibarətdir. Komandanın ilk ən böyük təcrübəsi 1980 Qış Olimpiya Oyunları olmuşdur. Turnirdə yer alan Çin Taybeyi komandası medal qazana bilməsə də tarixi uğura imza atmışdı.
Çin abeliyası
Çin abeliyası (lat. Abelia chinensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, çoxsaylı, gözəl, qırmızımtıl, sallaq zoğlara malik, zərif, yarım həmşəyaşıl koldur. Yarpaqları tünd-yaşıl, oval-ucu bizdir. Uzun müddət ağ ətirli, zəngvari, qırmızı xətli çiçəkləri budaqların uclarında çiçək qruplarına yığılmışdır. İyuldan oktyabr ayınadək çiçəkləyir. == Ekologiyası == Düz günəşli, işıqlı yerlərdə yaxşı bitir. Yazın əvvəlindən payızadək bol suvarılır. Qışda temperatur kəskin aşağı endikdə yarpaqları tökülməyə başlayır.
Çin vedeliyası
Sphagneticola calendulacea (lat. Sphagneticola calendulacea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin sphagneticola cinsinə aid bitki növü.
Çin xalqı
Bu məqalə - ÇXR-nın demonimi haqqındadır. Millət olaraq "Çinlilər" adlanan xalq üçün Han xalqı səhifəsinə baxın.Çinlilər - Çin Xalq Respublikasının və Çin Tayvan Respublikasının vətəndaşlarına verilən ad.
Çin yasəməni
Çin yasəməni (lat. Syringa × chinensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Yarpağı tökülən koldur. 1777-ci ildə Ruan Botanika Bağında (Fransa) aşkar olunan bu hibrid fars yasəməni və adi yasəmənin çarpazlaşdırılması nəticəsində əmələ gəlmişdir. == Botaniki təsviri == Hündürlüyü 3-6 m, enli-yumurtavari və ya piramidal çətirli koldur. Qabığı boz rəngli, soyulandır. Budaqları nazik, düz dayanan və ya qövsvari olmaqla yuxarıya doğru əyilmişdir. Yarpaqların uzunluğu 4-8 sm, eni 2-4 sm, yumurtavari və ya yumurtavari-neştərvari formalı, yuxarısında ucu biz, bünövrəsi yumru, çılpaq, yarımdərili, parlaq yaşıl rəngli, alt tərəfi bir az açıqdır. Saplaqları nazik, uzunluğu 1,2 sm-dir. Çiçəkləri bənövşəyi, qırmızımtıl və ya bənövşəyi-qırmızımtıl rəngli, güclü xoş qoxuludur.
Çin yazısı
Çin yazısı (sadələşdirilmiş çincə: 汉字; ənənəvi çincə:漢字; pinyin: hànzì; çin. han işarələri) — çincə yazmaq üçün yaradılmış loqoqramlar. O, həmçinin qismən yapon və Koreya dilləri üçün işlənilir, və tarixən Vyetnam və juan dilləri üçün işlənilirdir. == Tarix == === Əfsanəvi mənşəsi === Əfsanəyə görə, çin yazısı Sarı İmperatora işləyən rəsmiyyətçi, Tsancie tərəfindən yaradılmış. Dünya heyvanlardan, yer landşaftından, ulduzlar və göydən öyrənib, heranlanmış, o ilk Çin yazısı olan, 字 (dzı) adlı simvolları yaratmışdı. Əfsanəyə görə, yazıların yardılma günü insanlar xəyalətlərin ağlamasını eşitdilər bəhərin yağış kimi yağmasını gördülər. === Müasir işlətmə === Çin heroqlifləri Çindən başqa başqa ölkələrdə də işlənilir. Yapon yazısında onlar hiraqana və katakana əlifbaları ilə birlikdə işlənilir.
Çin yovşanı
Çin yovşanı (lat. Artemisia cina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Yayılması və ekalogiya == Orta Asiya (Qazaxıstanın cənubu) üçün endemik növdür. Tacikstanda Sırdərya və Arıs və digər çayların kənarlarında da rast gəlinir. Çay kənarlarında, boş düzənlik və şəhərkənarı rayonlarda kütləvi şəkildə bitir. Mədəni bitkidir.
Çin çayı
Çin çayı (lat. Camellia sinensis) — == Təbii yayılması == Vətəni yabanı halda rast gəlinən Hindistan və Hind-Çinin dağlarıdır. Bizim eradan çox əsrlər əvvəl Çində becərilməyə başlanmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m - dək olan, çoxbudaqlı, kiçik, həmişəyaşıl, ağac və ya iri koldur. Yarpaqları növbəli, oval və ya uzunsov - ellipsvari, uzunluğu 6 - 8 (30- dək) sm və eni 4 sm - dək, üstü tünd yaşıl yarpaq ayasının kənarı dişli və qısa saplaqlıdır. Çiçəkləri ətirli, yarpaqların qoltuqlarında çiçək saplağında tək və ya dəstələrlə 2-5 ədəd yerləşir. Hər çiçəkdə meyvələrdə qalan 5-7 kasayarpaqları vardır; çiçək tacı 5-9 ağ ləçəkli, sarımtıl - çəhrayı çalarlı, diametri 2 - 5 sm, çoxsaylı erkəkcikləri xırda, sarı tozluqlu, dişiciyi yuxarı, yumurtalıqlı və 3 (bəzən 5) sapvari sütuncuqludur. Meyvələri hamar, 3 yuvalı, laylarla açılan, 3 iri, şarşəkilli, boz qonur, hamar toxumları olan, oduncaqlı qutucuqlardır. 2-3 yarpaqlı cavan zoğları yığılır; 4-cü yarpaq qoltuq tumurcuğu ilə budaqda qalır və tumurcuqdan yeni zoğ inkişaf edir. == Ekologiyası == Tropik və subtropik iqlimi olan regionlarda becərilir.
Çin çon
Çinçon və ya Çin çon (ing. Ching Chong) Çin əhalisinə qarşı işlənən alçaldırıcı ad. Çinliləri ələ salmaq, ağız əymək və ya çin dilini imitasiya eləmək üçün işlənə bilər. Biraq çox hallarda bu söz ilə ancaq çinlilər yox, başqa Şərqi Asiya millətləri də rastlaşır (koreyalılar, yaponlar, taylar və s.). İctimai xadimlərin çoxusu bu termini irqçilik ilə əlaqələndirir. Tələffüzü: Çinçon sözündəki "Ç" hərfi "ts" və "ç" aralığında olan bir səs ilə təsvir eləmək olar; "n" hərfi qalın "n" səsini daşıyır (çin-latın transkripsiyasında "NG" qalın "n", "N" isə incə "n" səsini bildirir).
Çin şahmatı
Çin şahmatı (Xiangqi, 象棋) – iki oyunçu üçün strateji lövhə oyunu. Çindən və etnik çinlilərin icma halında yaşadığı ərazilərdən başqa, çin şahmatı keçmişdə Vyetnamda da məşhur idi. Oyun iki ordu arasındakı döyüşü əks etdirir, məqsəd rəqibin şahını tutmaqdır. Oyun qaydaları qədim Çinin siyasi və sosial həyatına xas ünsürlərə istinadən qurulub. Çin şahmatının fərqli xüsusiyyətləri: generalların (şahların) üzbəüz gəlməsini qadağan edir; top (pao) atlayaraq tutur; lövhə üzərindəki sahə çay və saray adlanır hansi ki, bəzi fiqurların hərəkətini məhdudlaşdırır; və fiqurlar xanaların yerinə zolaqların kəsişməsində yerləşdirilir. == Lövhə == Lövhə 9 sətir və 10 sütundan ibarətdir. Go oyunundakı kimi fiqurlar kəsişmələrdə yerləşdirilir. Şaquli xətlər "fayl", üfüqi xətlər isə "rütbə" adlandırılır. Lövhə birincidən üçüncüyə və səkkizincidən onuncuya mərzkəzlənmiş iki zonadır, hər üç xala üç xal, orta nöqtədə kəsişən və əks küncləri birləşdirən iki dioqonal xətlə ayrılmışdır. Hər bir sahə 宮 kimi tanınır, "saray" və ya "qala" kimi tərcümə olunur.
Çin şizandrası
Çin şəhərləri
== Siyahı ==
Çin Əsri
Çin əsri (çin. 中国世纪; ing. Chinese Century) — XXI əsr geosiyasətinin Çində üstünlük təşkil edəcəyi ambisiyası. Bu termin xüsusilə Çin iqtisadiyyatının ABŞ iqtisadiyyatını üstələyəcəyi və dünyanın ən böyük milli iqtisadiyyatını meydana gətirəcəyi iddiası ilə əlaqədar istifadə olunur. BMT Dünya Bankının məlumatına görə, Çin son iki minilliyin əksər hissəsi üçün artıq bu statusu qoruyub saxlayır. Çin Şanxay Əməkdaşlıq Təşkilatını NATO-ya alternativ olaraq qurdu, Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna, isə Asiya İnfrastruktur İnvestisiya Bankına və Yeni İnkişaf Bankına alternativ olaraq təsis etdi . Bundan əlavə, dünya işlərində daha böyük rol oynamaq üçün demək olar ki, 1 trilyon dollar dəyərində gələcək sərmayələri olan Bir nəsil, bir yol, siyasət təşəbbüsü yaratdı. Həmçinin Trans-Pasifik Tərəfdaşlığına alternativ olaraq Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıqdan istifadə etməyi planlaşdırır.
Çin ədəbiyyatı
Çin ədəbiyyatı — Çin mədəniyyətinin bir hissəsi, Çin dilində ədəbiyyat. Çin ədəbiyyatının kökləri çox-çox qədimlərə gedib çıxır. Yaranmış əsərlər həqiqətən də möhtəşəmdir. Çin ənənəvi ədəbiyyatı xronoloji prinsipə uyğun olaraq beş mühüm tarixi mərhələyə bölünür: E.ə. 206-cı ilə qədər E.ə. 206 – b.e.
Çin əhalisi
== Əhali sayının dinamikası == 31 dekabr, 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən ÇXR-nın əhalisi hər iki cinsdən birlikdə 1 milyard 354 milyon 40 min nəfərdir.
Çin əjdahası
Çin əjdahası — Çin folklorunda və Çin mifologiyasında əfsanəvi məxluq. Əjdahaların tısbağa, balıq və xəyali varlıqlar kimi bir çox heyvana oxşayan formaları var, ancaq onlar daha çox dörd ayaqlı ilan kimi təsvir olunurlar. İn və Yan terminologiyasında əjdaha yandır, Çin feniksi isə ini tamamlayır. Çin əjdahaları ənənəvi olaraq, mərhəməti və əzəmətin qüdrətini simvolizə edir, xüsusi olaraq isə suyu, yağışı, tufanı və daşqını idarə etmək gücünə malikdir. Əjdaha həmçinin gücü, qüvvəni və buna layiq olan insanlar üçün uğuru simvolizə edir. Bununla belə, Çin imperatoru imperiyanın gücünü göstərmək üçün əjdahadan istifadə edirdi. Çinin gündəlik danışıq dilində hörmətli və məşhur insanları əjdaha ilə, bacarıqsız və nailiyyətləri olmayan insanları isə soxulcan kimi ehtiram göstərilməyən varlıqlarla müqayisə edirlər. Bir çox Çin atalar sözü və idiomlarında əjdahaya aid nümunələr var, məsələn: Ümidli birinin oğlu əjdaha olacaq (望子成龍,wàng zǐ chéng lóng, yəni, oğlunun bir əjdaha çevrilməsi ümidi ilə). == Rəmzi əhəmiyyəti == Tarixən əjdaha Çin imperatorunun simvolu olub. Çjou sülaləsində beş-caynaqlı əjdaha Səma Oğlunu , dörd caynaqlı əjdaha zadəganları (zhuhou, seigneur), üç caynaqlı əjdaha isə nazirləri (dafu) təsvir etmək üçün təyin olunmuşdu.
Çin ərgəvanı
Çin əriştəsi
Əriştə Çin mətbəxinin vacib tərkib hissəsidir. Çin əriştələri istehsal bölgəsinə, tərkib hissələrinə, forma və ya genişliyinə və hazırlanma tərzinə görə çox dəyişir. Bu məhsul Çindəki əksər regional mətbəxlərdə və xaricdə Çin əhalisi çox məskunlaşan digər ölkələrin mətbəxlərində geniş istifadə olunur. Çin əriştəsi Koreya (jajangmyeon) və Yaponiya (ramen) kimi qonşu Şərqi Asiya ölkələrinin, habelə Vyetnam, Kamboca (kuy teav), Tayland və Filippin kimi Cənub-Şərqi Asiya ölkələrinin mətbəxlərinə daxildir. == Adlandırılması == Çində dil müxtəlifliyinə görə əriştə növləri üçün bir çox ad var. Mandarin dilində buğda unundan hazırlanan əriştə miàn (sadələşdirilmiş Çin dili: 面; ənənəvi Çin dili: 麵; tez-tez "mien" və ya "mein" kimi tərcümə olunur), fěn (粉) növünə isə nişastadan hazırlanan əriştə aiddir. == Tarixi == Çin əriştəsi haqqında ilk yazılı məlumatlara Qərbi Han Xanədanlığının (25-220) bir kitabında rast gəlmk olar. Əriştələr, ümumiyyətlə buğda əriştələri, Han dövründə (e.ə. 206 - e.ə. 220) məşhur bir ərzaq məhsulu idi .

çin-çin sözünün leksik mənası və izahı

  • 1 sif. və zərf Qat-qat, təbəqə-təbəqə, lay-lay, üst-üstə. Çin-çin yığılmış odun. – Taxçalarda xırda mücrülərin üstündən əlvan, çin-çin ipək boğçalar qoyulardı. H.Sarabski. Kəpəzdən yüksələn çin-çin buludlar; Əriyib yamaca sığınır hərdən. N.Xəzri.

    Azərbaycan dilinin izahlı lüğəti / çin-çin

çin-çin sözünün sinonimləri (yaxın mənalı sözlər)

çin-çin sözünün rus dilinə tərcüməsi

çin-çin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил., нареч. къат-къат, ччар-ччар, сад-садан кьилел, харада, шакъада; çin-çin yığılmış odun шакъада ттунвай кӀарасар.

    Azərbaycanca-ləzgicə lüğəti / çin-çin

Oxşar sözlər

#çin-çin nədir? #çin-çin sözünün mənası #çin-çin nə deməkdir? #çin-çin sözünün izahı #çin-çin sözünün yazılışı #çin-çin necə yazılır? #çin-çin sözünün düzgün yazılışı #çin-çin leksik mənası #çin-çin sözünün sinonimi #çin-çin sözünün yaxın mənalı sözlər #çin-çin sözünün əks mənası #çin-çin sözünün etimologiyası #çin-çin sözünün orfoqrafiyası #çin-çin rusca #çin-çin inglisça #çin-çin fransızca #çin-çin sözünün istifadəsi #sözlük