çıl sözü azərbaycan dilində

çıl

Yazılış

  • çıl • 83.8710%
  • Çıl • 12.9032%
  • ÇIL • 3.2258%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anqor çılpaqçası
Anqor çılpaqçası (lat. Oxynoemacheilus angorae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Quyruq üzgəci demək olar ki, çökəksizdir. Döş üzgəcləri nisbətən uzun və böyükdür. Üst çənəsində dişvari çıxıntı vardır. Bel üzgəcində 7-8, anal üzgəcində 5 şaxəli şüa, bütün cüt olmayan üzgəclərində o qədər də düzgün olmayan sıralar əmələ gətirən tünd xallar vardır. Cinsi yetkin fərdlərin yan xətlərində deşiklər aydın görünür. Bədənində xırda pulcuqlar, yanlarında müxtəlif ölçülü və quruluşu xallar vardır. Quyruq gövdəsi orta hesabla quyruq üzgəci uzunluğundadır. Döş üzgəcləri erkəklərdə uzun olub, qarın üzgəclərinə çatmağa az qalır.
Asiya çılpaqgözü
Asiya çılpaqgözü (lat. Ablepharus pannonicus) — Çılpaqgözlülər cinsinə aid növ. == Təsviri == Çənəarası qalxancıq qısa tikişlə alın qalxancıqa toxunur. Alınönü qalxancıq 2, alıntəpə qalxancığı 1 dənədir. Təpəarası qalxancıqı 1 dənədir. Gözüstü qalxancığın xarici kənarına 3–4 dənə xırda kirpik qalxancığı söykənir. Gözaltı qalxancıqdan öndə 4, nadir hallarda 3 dənə üst dodaq qalxancığı yerləşir. Göz dənəvər pulcuqlarla əhatə olunmuşdur. Gicgahın birinci cərgəsində 3 qalxancıq yerləşir. İki aralı anal qalxancıq vardır.
Avropa çılpaqgözü
Avropa çılpaqgözü (lat. Ablepharus kitaibelii) — Uzunayaqlar fəsiləsinə daxil olan Çılpaqgözlülər fəsiləsinə aid növ. Növün Latın adı botanik Paul Kitaybelin şərəfinə adlandırılıb (1757–1817). Uzunluğu 10–13,5 sm arasında dəyişir. Növ əsasən Balkan yarımadası, Egey dənizi adalarında , Kipr və Rodos adalarında, Kiçik Asiya, Suriya, İsrail, İordaniya, İraq və Sinay yarımadasında yayılmışdır. Onlar əsasən daşlıqlarda, krserofit çöllərdə və aşırımlarda yaşayırlar. Qışlamadan martın çıxırlar. İsti və qızmar yay aylarında dərələrin dib hissəsinə enirlər. Sentyabr ayında isə üzə çıxıırlar. Cəldliyi ilə fərqlənir.
Ağasəlim Çıldağ
Ağasəlim Çildağ (orijinal adı:Səlimov Ağasəlim Əliağa oğlu; 1 fevral 1930, Maştağa – 8 aprel 2008, Maştağa) — Meyxana ustası, Şöhrət ordeni laureatı. == Həyatı == Ağasəlim Əliağa oğlu Səlimov 1 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Anasının adı Fatimə xanımdır. Ona yol göstərən görkəmli qəzəlxan Əliağa Vahid və möhtəşəm söz ustadı Ağahüseyn Əfzun olmuşdur. Meyxana ustası, Şöhrət ordeni laureatı Ağasəlim Çildağ 8 aprel 2008-ci ildə 78 yaşında şəkər xəstəliyindən dünyasını dəyişib. Meyxanaçı Ağamirzənin dayısıdır.
Dağlaləsi çılğınlığı
Dağlaləsi həyəcanı (nid. Tulpenmanie, Tulpomanie, Tulpengekte və Bollengekte) — Hollandiyada Qızıl Dövründə dağlaləsi (Tulipa) soğanının qiymətinin anidən yüksəlməsinə verilən ad. Digər analoji hallarla müqayisədə bu nisbətən daha məşhuru hesab edilir. 1637-ci ilin fevral ayı dağlaləsi həyəcanının zirvə nöqtəsi hesab olunur. Həmin vaxt dağlaləsi istehsalı ilə bağlı müqavilələrin qiyməti bir işçinin illik gəlirinin 10 mislinə çatmışdır. Bu xəbər qısa zamanda bütün Hollandiyaya yayılır. Qısa zamanda bütün Avropada sahibkarlığın dağlaləsi növünə böyük maraq formalaşmışdır. Dağlaləsi həyəcanı terminindən indiki vaxtda varlıq qiymətlərinin gerçək qiymətlərindən fərqliləşməsini ifadə edən bir bənzətmə olaraq istifadə edilməkdədir.Dağlaləsi həyəcanının məşhurlaşmasında bir ingilis jurnalist tərəfindən 1841-ci ildə yazılan "Fövqəladə Kütləvi yanılmalar və İzdihamların Həyəcanı" (ing. Extraordinary Popular delusions and the Madness of crowds) adlı əsərin böyük rolu olmuşdur. Makkeyə görə bir nöqtədə tək bir Semper "Augustus" soğanı üçün 12 akr (5 hektar) ərazi təklif edilmişdir.
Kür çılpaqçası
Kür çılpaqçası (lat. Oxynoemacheilus brandtii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Qarın üzgəcləri anal dəliyinə çatır. Bədənində çox xırda pulcuqlar və bütün üzgəclərində də ifadə olunmuş, düzgün yerləşməmiş tünd qonur xallar vardır. Başqa çılpaqçalardan iri gözləri güclü kəsilmiş quyruq üzgəci və aşağı quyruq gövdəsi ilə fərqlənir. Quyruq üzgəcləri dərin haçalıdır, ucları sivridir. Üst çənəsində zəif etmiş diş şəkilli çıxıntı vardır. Bədəninin uzunluğuna görə başının uzunluğu 20-25 %, orta hesabla 22,8%, bədəninin ən çox hündürlüyü 13-19%, orta hesabla 15,2%, antedorsal məsafə 47-55% təşkil edir. Bədəninin üzərində nizamsız düzülən qonur rəngli ləkələr vardır. Üzgəclərinin üzərində sıra ilə yerləşən ləkələr olur.
Lənkəran çılpaqçası
Lənkəran çılpaqçası (lat. Oxynoemacheilus lenkoranensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bel üzgəcində bəzən 9 şaxəli şüanın olması, bir qədər uzun başı və üzgəcləri, ölçüsünün kiçikliyi ilə tipik növdən fərqlənir. == Yayılması == Onun yayılması Lənkəran vilayətindəki bir neçə çayla (Lənkəran, Viləş, Qumbaşı, Təngəru, Astara) məhdudlaşır. == Yaşayış yeri və həyat tərzi == Daşlı və ya daşılı-qumlu dibi olan kiçik çaylardayaşayan şirinsu balığıdır. Xironomid, gündəcə sürfələri, bəzən diatom su bitkiləri ilə qidalanır. Nadir hallarda taxtabitiləri yeyir. == Çoxalması == Çoxalması və böyüməsi öyrənilməmişdir. Y.Ə.Əbdürrəhmanova (1962) görə uzunluğu 39-60, ortalam 38,5 mm-dir. == Təsərrüfat əhəmiyyəti == Lənkəran çılpaqçası təsərrüfat əhəmiyyəti olmayan balıqlardandır.
Pilləkənlə enən çılpaq, No. 2
Pilləkənlə enən çılpaq, No.2 (fr. Nu descendant un escalier n° 2, ing. Nude Descending a Staircase, No. 2) - Marsel Düşan tərəfindən 1912-ci ildə çəkilmiş rəsm əsəridir. Əsər əsasən modernizm klassikası kimi qəbul edilir və çəkildiyi dövrdə çox məşhur olmuşdur. 1912-ci ildə Müstəqil rəssamlar Salonunda nümayiş etdirilməmişdən əvvəl bu əsər kubistlər və futuristlər tərəfindən rədd edilmişdir. Buna baxmayaraq, əsər 20 aprel – 10 may 1912-ci il tarixində Barselonadakı J.Dalmau Qalereyalarında keçirilən “Exposició d'Art Cubista” sərgisində həmin qruplardan olan rəssamların əsərləri ilə bir yerdə sərgilənmiş, 1913-cü ildə Nyu-Yorkda keçirilən “Arsenal sərgisi” zamanı isə böyük marağa səbəb olmuşdur. Əsər Giyom Apollinerin 1913-cü ildə nəşr edilmiş “Les Peintres Cubistes, Méditations Esthétiques” kitabına daxil edilmişdir. “Pilləkənlə enən çılpaq” əsəri Luiza və Volter Arensberqlərin kolleksiyasının tərkib hissəsi kimi Filadelfiya Sənət Muzeyində sərgilənir. == Təsviri == Yağlı boya ilə 147 sm × 89.2 sm (57.9 in × 35.1 in) ölçülü kətan üzərində çəkilmiş əsər portret janrındadır.
Uzanmış çılpaq
Uzanmış çılpaq (fr. Nu Couché) — italyan rəssamı Amadeo Modilyaninin 1917–1918-ci illərdə çəkdiyi rəsm əsəri. Dünyanın ən çox sərgilənən rəsm əsərlərindən biri sayılır. Bu rəsm əsəri hazırda dünyanın ən bahalı rəsm əsərlərinin siyahısında doqquzuncu yeri tutur. == Satılması == 9 noyabr 2015-ci ildə "Uzanmış çılpaq" əsəri Nyu-Yorkdakı "Kristis" hərracında 170,405,000 ABŞ dollarına satılıb. Rəsm əsərini çinli milyarder Liu Yiqian alıb.
Yeni Çılatqan (Avurğazı)
Yeni Çılatqan (başq. Яңы Сылатҡан, rus. Новочелатканово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Çuvaş Qaramalı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 12 km.
Zolaqlı çılpaqgöz
Zolaqlı çılpaqgöz (lat. Ablepharus bivittatus) — çılpaqgözlülər fəsiləsinə aid növ. == Xariçi görünüş == Kiçik kərtənkələ olaraq 6 sm uzunluğa malikdir. Quyruğu 1,5 dəfə böyükdür. Dişilərlər erkəklərdən həcmcə böyük olur. Göz qapağları yoxdur. == Həyat tərzi == Onlar əsasən dağlıq ərazilərdə qayaların üzərində, hündürlüyü 2100 m olan ərazilərdə yaşayırlar. Təklükə zamanı uçqunların altında gizlənirlər. Günlük aktiv həyat sürürlər. Əsasən Cücülərlə qidalanırlar.
Çılpaq məmurlar
Çılpaq məmurlar (çin sadələşdirilmiş heroqliflərlə裸体官员, pinyin luŏtĭ guānyuán) — ailəsi ölkə hüdudlarından kənarda yaşayan, əmlakı da xaricdə yerləşən və ailə üzvlərinin adına qeydiyyata alınmış dövlət qulluqçularını bildirən Çin neologizmi. ÇXR İctimai Elmlər Akademiyasının qiymətləndirməsinə görə, çinli məmurların təxminən 40%-nin ailəsi və uşaqları Çinin qitədə olan ərazisindən kənarda yaşayır. Əmlakın xaricə köçürülməsi və ailənin də ölkə hüdudlarından kənarda yaşaması məmurun mütləq rüşvətxor olmasının göstəricisi olmasa da, ÇXR hökuməti belə məmurları rüşvətə daha çox meyilli hesab edərək, onlara bəzi yüksək vəzifələri (məsələn, bəzi idarələrin rəisi və rəis müavini vəzifələri) tutmağa qadağan edir. ÇXR-nın Kommersiya Nazirliyinin məlumatlarına görə, 1978–2003-cü illərdə Çindən qaçmış dörd min rüşvətxor məmur ölkədən 50 milyard dollara yaxın vəsait çıxara bilmişlər. Onların əksəriyyəti əvvəlcə ailəsini xaricə göndərir, daha sonra pulları köçürür və özləri dəölkəni tərk edirdilər.
Çılpaqdağ
Çılpaqdağ — Ağdam rayonu ərazisində dağ. == Toponimi == Ağdam rayonu ərazisində dağ. Qazançı kəndindən şimal-qərbdə yerləşir. Hündürlüyü 1202 m. Dağın yamacları aşındığından orada bitki örtüyünün olmamasına görə belə adlanmışdır. Keçəldağ oroniminin sinonimidir.
Çılpaqdağ terrası
Çılpaqdağ terrası - çılpaqdağ zonaları üçün səciyyəvi olan pilləli relyef forması. Yüksəkliyi 1-3 m-dən bir neçə on metrə çatan dik sıxıntılı sahələr. Bərk süxurlardan təşkil olunmuş dağ yamaclarında meşə sərhəddindən yuxarıda, çılpaqdağ aşınma zonasında və qütb vilayətlərində əmələ gəlir. == Həmçinin bax == Dağ süxurlar Dağ == Mənbə == Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: Elm. 2012. səh. 53.
Çılpaqgövdə dalaqotu
Çılpaqgövdə dalaqotu (lat. Chrysosplenium nudicaule) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin dalaqotu cinsinə aid bitki növü.
Çılpaqgözlülər
Çılpaqgözlülər (lat. Ablepharus) — Uzunayaqlar fəsiləsinə aid cins. == Məlumat == Çılpaqgözlülər əsasən kiçik ölçüyə malik olurlar. Onların ümumi uzunluğu 15 olur. Bədənləri yumru və yumşaq pulcuqlarla örtülü olurlar. Bu cinsə daxil olan kərtənkələlərin özünəməxsus xüsusiyyəti ondadır ki, onların göz qapaqları yoxdur. Bu xüsusiyyət oları ilanlara bənzədir. Çılpaqgözlülər Cənubi Avropa, Cənubi Qafqaz, Önasiya, Mərkəzi Asiya və Pakistanın şərqi, Hindistanın qərbi kimi ərazilərdə yayılmışdır. Onlar əsasən otluqlarda və qumlu ərazilərdə yaşayırlar. Bu növə daxil olan kərtənkələlər yumurta qoymaqla çoxalırlar.
Çılpaqlı
Çılpaqlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində qəsəbə. == Mədəniyyəti == Əli Bayramlı şəhərinin Çılpaqlı qəsəbəsində yerləşən 4 nömrəli orta məktəbin binasının tikintisinin maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 31 avqust 2006-cı il tarixli 1643 saylı sərəncam imzalamışdır.
Çılpaqlıq
Çılpaqlıq, heç bir paltar, geyim geyinməmək vəziyyətinə deyilir. Geyinmək; bədəndəki tük örtüyünün tökülməsi və soyuq regionlara köçdükdən sonra təbii şəraitdən mühafizə olunmaq ehtiyacı nəticəsində yaranan insanlara xas olan xüsusiyyətdir. İstifadə olunan paltarın miqdarı istilik ehtiyacına və ya sosial şərait kimi funksional səbəblərə əsaslana bilər. Bəzi hallarda az və yaxud da heç geyim geyinməmək, bəzi vəziyyətlərdə isə daha çox geyim geyinmək sosial baxımdan məqbul sayıla bilər. İffət, əxlaq və sosial normalar geyinməyi şərtləndirən sosial səbəblərdəndir. Həmçinin də, çılpaqlığın qanuni olub-olmaması da buna təsir edən faktorlardandır.
Çılpaqlıq təsvirləri
Çılpaqlıq təsvirləri və ya Çılpaqlığın təsvirləri incəsənət və elmlər də daxil olmaqla, tarix boyu çılpaqlığın vizual təsvirlərini əhatə edir. Çılpaqlıq əksər cəmiyyətlərdə məhdudlaşdırılmışdır, lakin bəzi çılpaqlıq təsvirləri erotik incəsənətə və struktur funksionallığa xidmət edə bilər. Geyim həm də şəxsiyyətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi fəaliyyət göstərir və cəmiyyətdə geyim çatışmazlığının sosial kontekstdə olması gözlənilir. Qərb cəmiyyətlərində fərdlərin əksəriyyəti tərəfindən asanlıqla tanınan üç fərd incəsənət, pornoqrafiya, bilik və ya elmdir. Bu kateqoriyalardan hər hansısa birinə asanlıqla müvafiq gəlməyən istənilən bir şəkil yanlış şərh oluna bilər və bu da öz növbəsində, fikir ayrılıqlarına səbəb ola bilər.
Çılpaqlığın təsvirləri
Çılpaqlıq təsvirləri və ya Çılpaqlığın təsvirləri incəsənət və elmlər də daxil olmaqla, tarix boyu çılpaqlığın vizual təsvirlərini əhatə edir. Çılpaqlıq əksər cəmiyyətlərdə məhdudlaşdırılmışdır, lakin bəzi çılpaqlıq təsvirləri erotik incəsənətə və struktur funksionallığa xidmət edə bilər. Geyim həm də şəxsiyyətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi fəaliyyət göstərir və cəmiyyətdə geyim çatışmazlığının sosial kontekstdə olması gözlənilir. Qərb cəmiyyətlərində fərdlərin əksəriyyəti tərəfindən asanlıqla tanınan üç fərd incəsənət, pornoqrafiya, bilik və ya elmdir. Bu kateqoriyalardan hər hansısa birinə asanlıqla müvafiq gəlməyən istənilən bir şəkil yanlış şərh oluna bilər və bu da öz növbəsində, fikir ayrılıqlarına səbəb ola bilər.
Çılpaqquyruq atlanqaç
Çılpaqquyruq atlanqaç (lat. Elephantulus myurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Çılpaqquyruq zirehlilər
Çılpaqquyruq zirehlilər (lat. Cabassous) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Cənubi və Mərkəzi Amerikada yayılmış zirehli cinsi. Latın adı Karib dənizi sözünün latınlaşmış formasıdır.
Çılpaqtoxumlular
Çılpaqtoxumlular şöbəsi (lat. Gymnospermae) — iynəyarpaqlılar və buna bənzər toxumlu bitki qrupu. Çılpaqtoxumlular arxeqoniyalı bitkilərdir. Ağac və kol şəklində olurlar. Onlar birevli bitkilərdir, toxum vasitəsilə çoxalırlar. Toxumlar külək vasitəsilə yayılırlar. Çarpaz tozlanma adlanan proses may ayında gedir. Ağac və kolşəkilli nümayəndələri var. Əksəriyyətinin yarpaqları nazik iynəşəkilli olur.Meyvələri olmur. Çılpaqtoxumlulardan şamlar və sərvlər fəsiləsinin nümayəndələri geniş yayılmışdır.
Çılpaqtoxumlular cinsləri
Çılpaqtoxumlular fəsilələri

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.24
2010 •••••••• 0.09
2011 •••••••• 0.09
2012 •••••••• 0.09
2014 ••••••••••••••• 0.17

"çıl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çıl nədir? #çıl sözünün mənası #çıl nə deməkdir? #çıl sözünün izahı #çıl sözünün yazılışı #çıl necə yazılır? #çıl sözünün düzgün yazılışı #çıl leksik mənası #çıl sözünün sinonimi #çıl sözünün yaxın mənalı sözlər #çıl sözünün əks mənası #çıl sözünün etimologiyası #çıl sözünün orfoqrafiyası #çıl rusca #çıl inglisça #çıl fransızca #çıl sözünün istifadəsi #sözlük