* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Əynində heç bir paltar olmayan, bədəni heç bir şeylə örtülməmiş; paltar geyməmiş; soyunmuş, lüt-üryan. Çılpaq uşaq. Çılpaq bədən. – Bu qızlar təqribən tamamilə çılpaq idi(lər), onların önə tutduqları bir parça bezdən başqa heç bir libasları yox idi. M.S.Ordubadi. // Açıq olan, geyimlə örtülməmiş. Zəhərli bir ilan atılıb, Zəhra xalanın çılpaq qolundan sancdı. S.S.Axundov. Fəhlələrin kəmər yerinə qədər çılpaq, tərli bədənləri mis rənginə çalırdı. M.Hüseyn. // Zərf mənasında. Əynində heç bir şey olmadığı halda; lüt, paltarsız. Çılpaq yatmaq. Çılpaq olmaq. 2. Yəhərsiz, palansız, çulsuz. Səməndər çılpaq atın belinə atıldı, alt tərəfdən sürdü, Nərgizə yanaşdı. B.Bayramov. 3. məc. Bitkisiz. Çılpaq səhra. – [Gülüş Atakişiyə:] Sən çılpaq çölə düşəcək, dəhşətli maşınlar içində qalacaqsan. C.Cabbarlı. Bir-birinə söykənib yastı, çılpaq təpələr; Ətəyi kollu-koslu, zirvəsi ağ təpələr. B.Vahabzadə. 4. Yarpağı olmayan, yarpağı tökülmüş; yarpaqsız. Çılpaq kol. – Hava yavaş-yavaş işıqlanırdı, torağaylar uçuşub yeni-yeni puçurlanan ağacların çılpaq budaqlarına qonurdu. M.Hüseyn. Yonca baxdı palıda; Gördü çılpaqdır tamam. B.Vahabzadə. 5. məc. Yoxsul, paltarsız, üst-başı tökülmüş. Zeynəb qaldı ac, çılpaq və sahibsiz. C.Məmmədquluzadə. [Səlimi İsfahaniyə:] Bəs sizin insafınız necə qəbul edir ki, İranın xırda-boyük bütün şəhərlərində gündən-günə işsizlərin, ac və çılpaqların (is.) sayı artır?! M.İbrahimov. 6. məc. Əlavəsiz, artırmasız, necə var elə. Qaçay müqəddiməsiz başladı və bir növ sualları çılpaq (z.) verdi. Ə.Vəliyev. Ər isə … gözləyirdi ki, arvadı fikrini çılpaq və qəti surətdə ortaya atsın. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / çılpaq2 1. ÇILPAQ Hər gecə də Beyrək qılıncı divardan götürüb sıyırır, çılpaq qızla öz arasına qoyurdu (Anar); ANADANGƏLMƏ (tamam çılpaq) (məc.) [Fatmansa:] Lap lüt, anadangəlmə (C.Cabbarlı); ARİ (arx.) Səfillər kimi Əşcar ari (M.Hadi); ÇIL-ÇILPAQ (tamamilə lüt) ..qızlarını çıl-çılpaq oynadanlar (R.Rza); LİBASSIZ Həqiqətən bir seyid qızı haman günü məşədinin evində libassız əyləşibmiş, o da məşədinin öz arvadı imiş (Ə.Haqverdiyev); LÜT (tamam çılpaq) Adilə: Bilmirəm niyə özünə əziyyət verir, belə havada lap lüt də gəzə bilər (M.İbrahimov); ÜRYAN Baxıb üryan şəklinə; Utanmayırmı ata? (M.Rahim); PALTARSIZ Oqtay: İstəyirsən soyun, sənə paltarsız baxım (C.Cabbarlı); YALIN (əsasən ayaq haqqında) Firəngiz: Bəs, ayağın niyə yalındır, Köçəri? (B.Bayramov). 2. çılpaq bax yoxsul 3. çılpaq bax yarpaqsız 4. çılpaq bax boz 2
Azərbaycan dilinin sinonimlər lüğəti / çılpaq1 ÇILPAQ – GEYİMLİ Yalnız buna görə çılpağam çılpaq (S.Rüstəm); Qapı açıldı, cavan və təmiz geyimli bir oğlan içəri girdi (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / çılpaq2 I прил. 1. голый: 1) нагой, обнажённый, оголённый, не имеющий на себе никакой одежды, не прикрытый одеждой. Çılpaq uşaq голый ребёнок, çılpaq qadın обнажённая женщина, çılpaq bədən голое тело, çılpaq qollar оголённые руки 2) лишённый растительного покрова (листьев). Çılpaq ağac голое дерево, çılpaq budaqlar голые ветви, çılpaq kol голый куст 3) перен. лишённый или почти лишённый растительности (о местности и т.п.). Çılpaq səxra голая степь, çılpaq qaya голая скала, çılpaq torpaq оголенная земля 4) перен. нагой (ничем не прикрытый, без прикрас). Çılpaq həqiqət нагая истина (голая правда) 5) данный сам по себе, без добавлений, пояснений, обоснований и т.п.). Çılpaq rəqəmlər голые цифры 6) оголённый, лишённый покрывающего слоя. Çılpaq məftil голый, оголённый провод, çılpaq boru kəməri голый трубопровод, çılpaq sinir lifləri анат. голые нервные волокна 2. перен. обнажённый (явный, откровенный). Çılpaq həyasızlıq обнажённый цинизм II нареч. голышом, нагишом, голяком. Çılpaq gəzmək ходить голышом (нагишом) III собир. сущ. çılpaqlar (lütlər) голь, беднота
Azərbaycanca-rusca lüğət / çılpaq1 s. 1. (lüt) naked, nude; ~ bədən nude / naked body; ~ dəlil nude / naked fact; ~ həqiqət the naked truth; 2. (yarpaqdan və s.) bare, naked; ~ ağac bare / naked tree
Azərbaycanca-ingiliscə lüğət / çılpaq1 sif. nu, -e ; ~ bədən un corps nu ; pur, -e ; ~ həqiqət vérité f pure
Azərbaycanca-fransızca lüğət / çılpaq1 прил. 1. кьецӀил, кьацӀул (нугъ.); çılpaq uşaq кьецӀил аял; // нареч. кьецӀила, кьецӀилдаказ, пекер алачиз; çılpaq yatmaq кьецӀила ксун; 2. пурар, палан алачир (мес. балкӀан); 3. пер. ттар-вал, векь-хъач авачир, кьуру (мес. баябан); 4. пешер алачир ва я пешер авахьнавай (мес. ттар); 5. пер. юхсул, пек-лек алачир; 6. пер. са алавани галачиз, са затӀни артух тавуна, гьикӀ аватӀа-гьакӀа (мес. фикир лугьун).
Azərbaycanca-ləzgicə lüğəti / çılpaq