çırpmaq sözü azərbaycan dilində

çırpmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çırpmaq • 93.5065%
  • Çırpmaq • 5.1948%
  • ÇIRPMAQ • 1.2987%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.23
2010 ••••••••• 0.09
2011 •••••••••••••••• 0.17
2012 •••••••• 0.09
2013 ••••••••••••• 0.15

çırpmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Tozunu almaq və ya başqa məqsədlə ağac və ya əllə vurmaq, döyəcləmək, silkələmək. Yun çırpmaq. Xalçanı çırpmaq. – Dəllək fitəni götürüb artırmada çırpmağa başladı, yenə bir-iki məsəl çəkmək istədi. Çəmənzəminli. Gəldiyev qapıda üst-başını çırpır, papağını düzəldirdi. Mir Cəlal. 2. Şiddətlə vurmaq, çarpmaq, yıxmaq. Pası əl-ayağını uzadır və özünü yerə çırpırdı. S.Rəhimov. Bəy zıqqana-zıqqana ağır gövdəsini yerdən üzdü, dərhal yenə döşəkcəyə çırpdı. Mir Cəlal. // Hirslə atmaq, tullamaq, çarpmaq, vurmaq. İskəndər itdən əl çəkib, çox həvəsli və kefli, şlyapasını krovatın üstünə çırpıb başlayır papiros eşməyə. C.Məmmədquluzadə. [Ruqiyyə xanım] əlini qaldırdığı qədəhlə bərabər masanın üzərinə çırpdı. S.Hüseyn. 3. Çarpdırmaq, vurmaq. Xəzri yeli axşamdan hirslə qalxıb, Bakı küçələrinin toztorpağını daşa-divara çırpırdı. S.Qənizadə. Axırda sel [Qaraca qızla Yasəməni] bir böyük daşa çırpdı. S.S.Axundov. // Şiddətlə vurmaq, ilişdirmək, zərbə endirmək. Lal Hüseyn şallağı qapdı, [Rüstəm kişinin] başına-başına çırpdı. M.İbrahimov. Çoban [düşmənə] qalxmağa fürsət verməyib çomağı başına çırpdı və özü bağıryaran bir səslə qıy vurub irəli şığıdı. M.Rzaquluzadə. 4. Tez-tez vurmaq, döyünmək (“qəlbi”, “ürəyi” sözləri ilə). [Araz] Vanyuşanı görüncə başı dumanlandı, qəlbi şiddətlə çırpmağa başladı. A.Şaiq. Bu zaman bizim qəlbimiz daha həyəcanla çırpır. M.İbrahimov. 5. Tut, qaysı və bəzi başqa meyvələri ağacın budaqlarını bir şeylə vurmaq və ya əllə tərpətməklə yerə tökmək. [Xanqulu] ağasının həyətində kələm əkir, göyərti becərir, tut ağaclarını çırpır, tutundan sirkə qayırırdı. Çəmənzəminli. 6. bax çırpışdırmaq. [Xortdan:] Görəsən, varislərindən nə qədər çırpıbdır. Ə.Haqverdiyev. 7. Bişirmək üçün yumurtanı sındırıb içindəkini qaba tökmək. Küküyə üç dənə yumurta çırpmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / çırpmaq

çırpmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

çırpmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. вытряхивать, смахивать, трусить; 2. хлопать, бить, ударять; 3. стибрить, сцапать, украсть;

    Azərbaycanca-rusca lüğət / çırpmaq
  • 2 глаг. 1. встряхивать, встряхнуть (взяв, тряхнуть, распрямляя, очищая от мусора, пыли и т.п.). Süfrəni çırpmaq встряхнуть скатерть, paltonu çırpmaq встряхнуть пальто 2. вытряхивать, вытряхнуть (тряхнув, высыпать, выбросить, выронить); трясти, вытрясти: 1) тряся, высыпать, выбросить. Qəlyanın külünü çırpmaq вытряхивать из трубки пепел, kisənin ununu çırpmaq трясти из мешка муку, cibindəki qırıntıları çırpmaq вытрясти из кармана крошки 2) тряся, очистить от пыли, соли, от содержимого. Adyalı çırpmaq трясти одеяло, kisəni çırpmaq трясти мешок, xalçaları çırpmaq трясти ковры 3. стряхивать стряхнуть (тряхнув, скинуть, сбросить). Papağının qarını çırpmaq стряхнуть снег с шапки 4. выбивать, выбить; выколачивать, выколотить: 1) ударяя, колотя, очистить от чего-л. Kilimləri çırpmaq выбивать (выколачивать) паласы, paltarının qarını çırpmaq выколачивать свою одежду от снега 2) удалять из чего-л. ударами, выбивая (грязь, пыль и т.п.). Çubuqla xalçaların tozunu çırpmaq выбивать пыль из ковров ударами палки 5. взбивать, взбить (лёгкими ударами сделать рыхлым, пышным). Balışı çırpmaq взбивать подушку, yun çırpmaq взбивать шерсть 6. сбивать, сбить с помощью длинного шеста плоды грецкого ореха 7. хлопать, хлопнуть: 1) ударом, толчком произвести глухой, короткий звук. Qamçını çırpmaq, şaqqıldatmaq (хлопнуть кнутом) 2) закрывать со стуком дверь, окно и т.п. Qapıları çırpmaq хлопнуть дверьми 3) стукнуть, ударить. Yumruğunu masaya çırpmaq хлопнуть (стукнуть) кулаком по столу 8. заливать, залить (обливать яичками). Xəmirə yumurta çırpmaq заливать тесто яичками ◊ ciblərini çırpmaq вытрясти карман (израсходовать все деньги)

    Azərbaycanca-rusca lüğət / çırpmaq

çırpmaq sözünün inglis dilinə tərcüməsi

çırpmaq sözünün fransız dilinə tərcüməsi

çırpmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. гатун, агъурун, юзурун; palazı çırpmaq рух гатун (ва я юзурун); 2. тӀвал ягъун; yun çırpmaq сариз тӀвал ягъун; 3. ягъун; элягъун; гьалчун (мес. вичи-вич чилел); 4. фад-фад ягъун, ягъун (рикӀи); 5. агалчун, агалчна кӀевун, гелягъун (мес. рак); 6. гъилив юзурна ва я са лашунив яна винел алай тут, кицик ва мс. емишар чилел авудун, кӀвадарун; 7. кил. çırpışdırmaq; 8. хун (чурун патал какаяр хана къене авайди къапуниз ичӀирун).

    Azərbaycanca-ləzgicə lüğəti / çırpmaq

Oxşar sözlər

#çırpmaq nədir? #çırpmaq sözünün mənası #çırpmaq nə deməkdir? #çırpmaq sözünün izahı #çırpmaq sözünün yazılışı #çırpmaq necə yazılır? #çırpmaq sözünün düzgün yazılışı #çırpmaq leksik mənası #çırpmaq sözünün sinonimi #çırpmaq sözünün yaxın mənalı sözlər #çırpmaq sözünün əks mənası #çırpmaq sözünün etimologiyası #çırpmaq sözünün orfoqrafiyası #çırpmaq rusca #çırpmaq inglisça #çırpmaq fransızca #çırpmaq sözünün istifadəsi #sözlük