* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Arasına (içinə) yun, pambıq qoyulmuş mitili və s.-ni iri tikiş ataraq tikmək. Yorğança sırımaq. Döşək sırımaq. – [Gülcahan:] Vay, yorğanı sırıyanda yaddan çıxıb [qayçı] içində qalıbdır. T.Ş.Simurq. …Əlində təzə yorğan sırıyan arvad ərinə müraciət elədi. Ə.Abasov. 2. məc. dan. Zorla və ya aldatma yolu ilə qəbul etdirmək, almağa məcbur etmək. [Ələsgər:] Bir vədə var idi, arşını beş şahıya satdığın çiti Hacıya iki abbasıya sırıyırdın. Ə.Haqverdiyev. [Mirzə Cəlil:] Əsgər bəy yüz gədənin artığı baldızını mənə sırımaq istəyir. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / sırımaq1 Yorğanı sırıyırlar, sırımaq “sarımaq” (bərkitmək) sözü ilə qohumdur. Bir şeyi bir adama sırıyırıq. Bu da bərkitmək (ilişdirmək) deməkdir. Bəzi türk dillərində стягивать sözünü sıxmaq kimi tərcümə edirlər. Türkmən dilində стегать kəlməsi sıqtır sözü ilə tərcümə olunub. Sırışkak isə “цепляющийся” mənasındadır. Deməli, yorğanı sırımaq məhz “sıxmaq (bərkitmək)” deməkdir. Sırımaq sözünün məcazi mənası da var, o da “ilişdirmək” anlamına uyğun gəlir. Sırımaq “связывать” mənasında işlədilmiş sıq sözü ilə də qohum ola bilər. Sap (нить) sözü də həmin sıq kəlməsi ilə bağlıdır. Deməli, sırımaq “sapla, iplə bərkitmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sırımaq1 SIRIMAQ I f. Tikmək. Pəri nənə nəvəsinə təzə bir yorğan sırıdı. SIRIMAQ II f. Vermək. Ona görə də zornan səni mənə sırıdı (M.Əlizadə).
Azərbaycan dilinin omonimlər lüğəti / sırımaq1 1. стегать, строчить, тачать, наметывать; 2. навязывать, обременить против воли, заставить принять (хитростью, происками);
Azərbaycanca-rusca lüğət / sırımaq2 глаг. 1. стегать, выстегать, простёгивать, простегать (прошить насквозь положенный между двумя кусками ткани слой ватина, ваты, шерсти и т.п.). Döşəyi sırımaq стегать матрас, yorğanı sırımaq стегать одеяло 2. перен. простореч. всучивать, всучить (обманом или хитростью заставить взять, купить и т.п. что-либо; навязать кому-л. что-л.). Ayaqqabını baha qiymətə sırımaq всучить к ому -л. обувь за высокую цену, köhnə şeyi təzə şey kimi sırımaq всучить старую вещь вместо новой
Azərbaycanca-rusca lüğət / sırımaq1 f. 1. to stitch (d.); 2. məc. d.d. to deceive in selling smth.
Azərbaycanca-ingiliscə lüğət / sırımaq2 to deceive in selling подсовывать (подсунуть) что-либо (продавать)
Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / sırımaq1 гл. 1. раб ягъун, иридаказ цвал ягъун (къене йис, памбаг ва мс. ттуна, мес. яргъандиз); кашаб ягъун; döşək sırımaq месиз раб ягъун; 2. пер. рах. алкӀурун; сухун, гужалди ва я алцурна къачуз (кьабулиз) тун, къачуниз мажбур авун.
Azərbaycanca-ləzgicə lüğəti / sırımaq