sarılmaq sözü azərbaycan dilində

sarılmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sarılmaq • 87.5000%
  • Sarılmaq • 9.3750%
  • SARILMAQ • 3.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

sarılmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyin ətrafına, dövrəsinə dolanmaq, dövrələnmək. Gülab ilə sığallanır, sulanır; Baş qoyur, sarılır qulağa zülfün. M.P.Vaqif. [Xanımın] çəhrayı arxalıq sinəsində yarımdairə təşkil edərək qızıl toqqa sarılmış (f.sif.) incə belində düymələnmişdi. Çəmənzəminli. 2. Bükülmək. Parça kağıza sarılıb. – Tüfəng yağlı bir əsgiyə sarılıb küncdə qoyulmuşdu. M.Rzaquluzadə. 3. məc. Bir-birini qucaqlamaq, qucaqlaşmaq. Kiçik daxmada üç nəfər fəlakətzədə xəyalat içində huşa gedib bir-birinə sarılmışdı. C.Cabbarlı. Ana-qız bir-birlərinə sarıldılar. S.Rəhman. 4. məc. Bir şeydən bərk-bərk yapışmaq, böyük həvəslə, şövqlə bir şeyə girişmək. Bu varlığınla sarıl zəhmət ilə biliyə; Başın dönsün günəşə, qolların bir çəliyə. A.Şaiq. Deyirlər sarılıb diləklərinə; Zəhmətə məftunsan bir aşıq kimi. M.Müşfiq. □ Qələmə sarılmaq – yazmağa, yazıçılığa, mühərrirliyə başlamaq. Nurcabbarın ürəyi dolu idi və ürəyini boşaltmaq üçün qələmə sarılmaqdan savayı əncam görmürdü… İ.Məlikzadə. ◊ Silaha (qılınca) sarılmaq – silahla silahlanmaq, qılıncla silahlanmaq, əlinə silah (qılınc) götürmək, silahdan (qılıncdan) yapışmaq. Bu gün silaha sarılaraq [inqilab] mübarizəsinə qalxan bütün təbrizlilər bilməli və yaddan çıxarmamalıdır ki, hazırda başladığımız bu qiyam rus xalqının əleyhinə deyil. M.S.Ordubadi. [Elçin:] Ağvan cəngavəri on səkkiz yaşından qılınca sarılır. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / sarılmaq

sarılmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

sarılmaq sözünün rus dilinə tərcüməsi

  • 1 обвиваться, обвязаться, обхватиться

    Azərbaycanca-rusca lüğət / sarılmaq
  • 2 глаг. 1. обвиваться, обвиться: 1) охватить, обвить собой что-л. İlan onun ayaqlarına sarıldı змея обвилась вокруг его ног 2) обнять, обхватить (о руках). Qolları boynuma sarıldı руки его обвились вокруг моей шеи 2. заворачиваться, быть завёрнутым. Kağıza sarılmaq заворачиваться в бумагу 3. обнимать, обнять (обхватить руками, выражая ласку, нежность и т.п., заключить в объятия). Boynuna sarılmaq kimin обнять кого за шею 4. перен. браться, взяться за что-л. Qələmə sarılmaq взяться за перо, silaha sarılmaq взяться за оружие

    Azərbaycanca-rusca lüğət / sarılmaq

sarılmaq sözünün inglis dilinə tərcüməsi

sarılmaq sözünün fransız dilinə tərcüməsi

sarılmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. алчуд хьун, аруш хьун, алчук хьун; элкъуьн; 2. алчудна, арушна кутунваз хьун (кагъаздик, пекиник, пинедик ва мс.); 3. пер. сад-садан къужахра гьатун, гарданра гьатун; 4. пер. са кардикай кӀевиз кьун, гьевесдалди (ашкъидалди) са кар ийиз авалун; qələmə sarılmaq гъиле къелем кьун, кхьирагвилиз, кхьиз авалун; ** silaha (qılınca) sarılmaq гъиле яракь (тур) кьун, яракьламиш хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / sarılmaq

sarılmaq sözünün türk dilinə tərcüməsi

"sarılmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sarılmaq nədir? #sarılmaq sözünün mənası #sarılmaq nə deməkdir? #sarılmaq sözünün izahı #sarılmaq sözünün yazılışı #sarılmaq necə yazılır? #sarılmaq sözünün düzgün yazılışı #sarılmaq leksik mənası #sarılmaq sözünün sinonimi #sarılmaq sözünün yaxın mənalı sözlər #sarılmaq sözünün əks mənası #sarılmaq sözünün etimologiyası #sarılmaq sözünün orfoqrafiyası #sarılmaq rusca #sarılmaq inglisça #sarılmaq fransızca #sarılmaq sözünün istifadəsi #sözlük