qırpmaq sözü azərbaycan dilində

qırpmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qırpmaq • 96.1538%
  • Qırpmaq • 3.8462%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2013 •••••••••••••••••• 0.15
2015 •••••••••••••••••••• 0.17
2017 •••••••••••••••••••• 0.16
2019 ••••••••••••••••• 0.14
2020 •••••••••••••••• 0.13

qırpmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Tez-tez yumub-açmaq, örtüb-açmaq (gözü, kirpiyi). Musa kişi dərinlərə getmiş, təkcə giləsi işıldayan gözlərini qırpdı. M.İbrahimov. □ Göz qırpınca – bir anda, göz yumub açınca. Göz qırpmamaq – qorxmamaq, çəkinməmək. Ən qanlı savaşlarda qorxu bilməyən, ən müdhiş həqiqətlərlə üz-üzə gəldikdə gözünü belə qırpmayan Qazan xan röyadan çox qorxardı. M.Rzaquluzadə. Gözlərini (kirpiklərini) qırpmadan (qırpmayaraq) baxmaq – gözlərini yummadan baxmaq. Cəlil başını sərt bir hərəkətlə dik qaldırdı, kirpiklərini qırpmadan durğun bir nəzərlə … baxdı. M.Hüseyn. // Gözlərini zilləyib baxmaq, gözünü çəkməmək. Zeynəb də Nadirin kəmetinalığını gördükdə sakit oturub gözlərini qırpmayaraq otağın bucağında asılmış tüfəngin çaxmağına baxırdı. B.Talıblı. 2. Bir şeyin qıraqlarını, uclarını və s.-ni kəsib atmaq, kəsmək, vurmaq, balaca-balaca qoparmaq. Lampanın fitilini bir az qırpmaq lazımdır. 3. Dişləri, ya dimdiyi ilə dartıb qopartmaq. Qazlar otu qırpırdılar.

    Azərbaycan dilinin izahlı lüğəti / qırpmaq

qırpmaq sözünün etimologiyası

  • 1 Qırmaq sözünün sinonimidir. Hər ikisi qırmaq feili ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Kərt və kəs sözləri qohum olduğu kimi, qırp və qırx (yəni kəs) sözləri də semantik baxımdan eyni kəlmələrdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qırpmaq

qırpmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. мигать, моргать; 2. рвать, щипать, ощипывать; 3. обрезать, остригать, оторвать (о растениях);

    Azərbaycanca-rusca lüğət / qırpmaq
  • 2 1 глаг. мигать, мигнуть, моргать, моргнуть (о веках глаз) ◊ göz qırpınca вмиг, в одно мгновение, gözlərini qırpmadan: 1. не моргнув глазом; 2. не смыкая глаз, не сомкнув глаз; göz qırpmamag смотреть смело в глаза чему-л.; gözlərini də qırpmaz глазом не моргнёт 2 глаг. nəyi 1. рвать, щипать, ощипывать, выщипывать. Cücərmiş otları qırpmaq выщипывать молоденькую травку 2. обрезать, остригать (о растениях)

    Azərbaycanca-rusca lüğət / qırpmaq

qırpmaq sözünün inglis dilinə tərcüməsi

qırpmaq sözünün fransız dilinə tərcüməsi

qırpmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. элягъун, фад-фад акьализ (мичӀиз) ахъаюн (вилер, кӀакӀамар); // göz qırpınca вил акьална (мичӀна) ахъайдалди, вили лупӀдалди, са гьеленда; göz qırpmamaq вил эля тавун, кичӀе тахьун; gözlərini (kirpiklərini) qırpmadan (qırpmayaraq) baxmaq вилер (кӀакӀамар) эля тавуна килигун; вилер акӀурна килигун, вил алуд тавун; 2. атӀун, тӀимил-тӀимил алудун, ягъун (са затӀунин кьилер, кӀуфар, къерехар; мес. лампадин багъунин чӀулав хьайи чка); 3. атӀуз тӀуьн, атӀун; сараривди (ва я кӀуфувди) ялиз, акьажиз, кьаз, атӀуз, чухваз тӀуьн (мес. къазари векь).

    Azərbaycanca-ləzgicə lüğəti / qırpmaq

qırpmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#qırpmaq nədir? #qırpmaq sözünün mənası #qırpmaq nə deməkdir? #qırpmaq sözünün izahı #qırpmaq sözünün yazılışı #qırpmaq necə yazılır? #qırpmaq sözünün düzgün yazılışı #qırpmaq leksik mənası #qırpmaq sözünün sinonimi #qırpmaq sözünün yaxın mənalı sözlər #qırpmaq sözünün əks mənası #qırpmaq sözünün etimologiyası #qırpmaq sözünün orfoqrafiyası #qırpmaq rusca #qırpmaq inglisça #qırpmaq fransızca #qırpmaq sözünün istifadəsi #sözlük