qorxmaq sözü azərbaycan dilində

qorxmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qorxmaq • 93.0921%
  • Qorxmaq • 5.5921%
  • QORXMAQ • 1.3158%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sevməkdən qorxmaq lazım deyil (film, 1998)
Sevməkdən qorxmaq lazım deyil (hind: प्यार किया तो डरना क्या, Rom: Pyaar Kiya To Darna Kya) — Hindistan melodramıdır. Hind dilində çəkilmiş olan bu film 27 mart 1999-cu ildə yayımlanmışdır. == Süjet xətti == Muskan (Kajol) və qardaşı Vişal (Arbaz Xan) valideynlərinin ölümündən sonra əmiləri Thakur Ajay Singh (Dharmendra) ilə birlikdə yaşayırlar. Gözəl Muskanın pərəstişkarlarının, aşiqlərinin sayı-hesabı yoxdur, lakin Vişal bacısının yanında güclü bir kişini görmək istədiyi üçün bir-birinin ardınca gələn taliblərdən imtina edir. Muskan kollec üçün Mumbaya getməyə qərar verəndə, qardaşı istəmədən və yalnız valideynlərinə onun arzusunu yerinə yetirəcəyinə söz verdiyi üçün onu kollecə buraxır. Kollecdə qız zəngin bir iş adamının oğlu Surac Khanna (Salman Khan) ilə tanış olur. Suracın atası ilə olan münasibətləri çox gərgindir və ona nifrət edən ögey anası ucbatından evi tərk etmək məcburiyyətində qalmışdır. O, Muskana aşiq olur, lakin Muskanın yanına gələn Vişalla görüşəndən sonra onu Muskanın sevgilisi zənn etdiyinə görə onu özünə rəqib kimi görür və onunla arasında mübahisə və dava-dalaş yaranır. Potensial qohumların arasındakı münasibətlər ümidsiz bir formada getdikcə pozulur və bundan sonra Suracın inadkar Vişalı bacısı üçün uyğun bəy olduğuna inandırması üçün hələ çox iş görməsi lazım gəlir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.71 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 •••••••••• 1.57
2005 •••• 0.67
2007 •• 0.21
2009 •••••• 0.96
2010 ••••••• 1.18
2011 ••••• 0.77
2012 •• 0.17
2013 •••••••••••••••••• 3.06
2014 ••••• 0.69
2015 •••• 0.68
2016 ••••• 0.69
2017 •• 0.33
2018 0.15
2019 0.14
2020 ••••• 0.80

qorxmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir adam, ya şey, yaxud hadisə və s. qarşısında qorxu hiss etmək, ürkmək, xoflanmaq, qorxaqlıq göstərmək. Qaranlıqdan qorxmaq. İtdən qorxmaq. – [Novruz:] Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan? N.Nərimanov. // Cəsarət edə bilməmək. O, qaranlıqda bayıra çıxmağa qorxur. // Narahat olmaq, təşvişə düşmək, təlaş etmək. Mahirə qorxmuş kimi dörd yanına boylandı. M.Hüseyn. 2. Çəkinmək, sağınmaq, ehtiyat etmək. Soyuq suda çimməkdən qorxur. Yağışa düşəcəyimdən qorxuram. Onunla üz-üzə gəlməkdən qorxuram. – Buğac inamlı səslə davam etdi: – Qorxma, anacan, mənə bu yaradan ölüm yoxdur. M.Rzaquluzadə. 3. Bir şeyin təsirindən xarab olmaq, pozulmaq, korlanmaq. Bu bitkilər soyuqdan qorxmur.

    Azərbaycan dilinin izahlı lüğəti / qorxmaq

qorxmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 çəkinmək — sağınmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / qorxmaq
  • 4 QORXMAQ Mən isə sözümdən dönə bilmirəm, yazmağa da qorxuram (M.İbrahimov); BAĞRI YARILMAQ [Heydər bəy:] Vallah, Hacı, səni tanımayan adam olsa, görəndə bağrı yarılacaq (M.F.Axundzadə); BAK ETMƏK (kl.əd.) Şimdi risvayi-cəhan oldum, nədən bak eylərəm? (M.Ə.Sabir); CANINA ÜŞÜTMƏ DÜŞMƏK (fr.v.) Bir anlığa Kəlbiyevin canına üşütmə düşdü (M.İbrahimov); ÇƏKİNMƏK (dan.) (ehtiyat etməklə qorxmaq) Vaqif: Xan məndən utanır, çəkinir bir az; Mən getsəm, qırğının hesabı olmaz (S.Vurğun); DƏHŞƏTƏ GƏLMƏK (bərk qorxmaq) O, ürəyinə haradansa birdən-birə daman hissin təsirindən az qala dəhşətə gəldi (Ə.Qasımov); DİKSİNMƏK (bir şeyin təsirindən qorxmaq) Bahadır diksinir öz səsindən... (B.Vahabzadə); EYMƏNMƏK Əqrəbsiz saata baxanda adam nədənsə eymənirdi... (Anar); HÖVL ETMƏK ..Qoca birdən hövl edib tərpəndi (B.Bayramov); HÜRKMƏK (həm insan, həm də heyvanlar haqqında) Dəvələr hürkərək bir-birinə dəyib bütün yolu tuturdular (M.İbrahimov); Fərman Mələyə: Bilmirəm, sən məndən hürkürsən (M.İbrahimov); XOFA DÜŞMƏK Mən tamam ömrümdə əgər iki dəfə bərk xofa düşmüşəm.. (C.Məmmədquluzadə); XOFLANMAQ (az qorxu hiss etmək) Niyə özüm özümdən; Mən bu gün xoflanıram? (B.Vahabzadə); QORXUYA DÜŞMƏK Bu kənd hər atlı görəndə qorxuya düşür.. (S.Rəhimov); ÜRƏK-GÖBƏYİ DÜŞMƏK (fr.v.) Nardaranlılar qışqıraraq: Adə, ay evin tikilsin, neynirsən, ürək-göbəyimiz düşdü ki... (H.Abbaszadə); VAHİMƏ BÜRÜMƏK Tellini yenidən vahimə bürüdü (S.Hüseyn); VAHİMƏLƏNMƏK Cıdır düzünə çıxıb dərənin o tayına baxanda Qaraş vahimələnirdi (Ə.Vəliyev); VAHİMƏYƏ DÜŞMƏK Elsevərin başına gələn bu qərib fikirdən vahiməyə düşdü (Ə.Qasımov); VƏHMƏLƏNMƏK Ana ..gurultudan vəhmələnən uşağının ağlar gözlərini öpərkən, başına ağır bir şey dəydi (Mir Cəlal).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qorxmaq

qorxmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QORXMAQ – ÜRƏKLƏNMƏK Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan? (N.Nərimanov); Baloğlan Qədirov pulun tapılmadığını görüb ürəkləndi (C.Əmirov).

    Azərbaycan dilinin antonimlər lüğəti / qorxmaq

qorxmaq sözünün rus dilinə tərcüməsi

  • 1 бояться, побаиваться, робеть, страшиться, трусить, опасаться, испугаться

    Azərbaycanca-rusca lüğət / qorxmaq
  • 2 глаг. 1. бояться: 1) испытывать страх. İtdən qorxmaq бояться собаки, iynədən qorxmaq бояться уколов, oddan qorxmaq бояться огня, böhtandan qorxmaq бояться клеветы, imtahandan qorxmaq бояться экзамена, soyuqdan qorxmaq бояться холода, məsuliyyətdən qorxmaq бояться ответственности 2) портиться от чего-л., не переносить чего-л. Rütubətdən qorxur боится сырости, istidən qorxur боится жары, işıqdan qorxur боится света 2. опасаться, побаиваться. Soyuqdəymədən qorxmaq опасаться простуды, məğlubiyyətdən qorxmaq опасаться поражения 3. трусить. Düşmən qarşısında qorxmaq трусить перед противником, imtahan qarşısında qorxmaq трусить перед экзаменом, həyatına görə qorxmaq трусить за жизнь 4. испугаться (почувствовать испуг). İtdən qorxdu он испугался собаки, maşından qorxdu он испугался машины, qorxuram ki … боюсь, что …, qorxdu ki … он побоялся, что …; bərk qorxmaq перепугаться ◊ oddan qorxan kimi qorxmaq бояться как огня кого, чего; öz kölgəsindən qorxmaq бояться собственной тени

    Azərbaycanca-rusca lüğət / qorxmaq

qorxmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to be* afraid (of), to fear (d.); (bərk) to dread (d.); yoluxmaqdan ~ to be* afraid of infection; itdən ~ to be* afraid of a dog, to fear a dog; bir kəsdən / şeydən bərk ~ to dread smb. / smth.; çətinlikdən ~ to be* afraid of difficulties, to be* daunted by difficulties; təhlükədən ~ to shrink* in the face of danger; 2. (tamamlıqsız) to be* frightened; to have* the wind up; to get* cold feet; d.d. to chicken out; to fear; Qorxuram gecikək I fear we’ll be late; Qorxuram yağış yağa It’s raining, I fear; Qorxma! Don’t fear! Don’t be afraid / be frightened!

    Azərbaycanca-ingiliscə lüğət / qorxmaq

qorxmaq sözünün fransız dilinə tərcüməsi

qorxmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кичӀе хьун; itdən qorxmaq кицӀикай кичӀе хьун; 2. кичӀ акатун; рикӀ тахьун (тавун); игьтият авун, чугварвалун; 3. са куьни (мес. къаю) эсер авуникди харапӀ хьун, чӀур хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / qorxmaq

qorxmaq sözünün türk dilinə tərcüməsi

"qorxmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qorxmaq nədir? #qorxmaq sözünün mənası #qorxmaq nə deməkdir? #qorxmaq sözünün izahı #qorxmaq sözünün yazılışı #qorxmaq necə yazılır? #qorxmaq sözünün düzgün yazılışı #qorxmaq leksik mənası #qorxmaq sözünün sinonimi #qorxmaq sözünün yaxın mənalı sözlər #qorxmaq sözünün əks mənası #qorxmaq sözünün etimologiyası #qorxmaq sözünün orfoqrafiyası #qorxmaq rusca #qorxmaq inglisça #qorxmaq fransızca #qorxmaq sözünün istifadəsi #sözlük