sıxılmaq sözü azərbaycan dilində

sıxılmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sıxılmaq • 92.1348%
  • SIXILMAQ • 4.4944%
  • Sıxılmaq • 3.3708%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

sıxılmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Təzyiq, sıxma və s. nəticəsində həcmcə kiçilmək, sıxlaşmaq. // Daralmaq, sıxlaşmaq, balacalaşmaq. …Getdikcə izdiham çoxalır, Ayazın ətrafını almış halqa daha da sıxılırdı. Ə.Məmmədxanlı. Nəhayət … üç yol ayrıcında bu halqa tamamılə sıxıldı. H.Seyidbəyli. 2. Büzüşmək, yığılmaq, qısılmaq. [Nadir:] Müharibə zamanı üzərimə minlərcə düşmən qurşunu yağdı da, heç qorxmadım. Burada nə üçün sıxıldım, cücəyə döndüm?! B.Talıblı. Zərifə təzədən oturduğu yerdə qurcalanıb dayısına sıxıldı. Ə.Əbülhəsən. [Tapdıq] bərk-bərk anasının qucağına sıxılıb dayandı. Ə.Vəliyev. 3. Pərt olmaq, utanmaq, tutulmaq. Əhməd bundan bir şey anlamadı. Fəqət Zəkinin ona qarşı olan soyuq hərəkətindən çox sıxıldı. A.Şaiq. Fərman həmişə belə qoçaq və dilavər qızların yanında sıxılar və özünü itirərdi. Ə.Sadıq. ◊ Sıxılıb qalmaq – balaca, dar bir yerdə yaşamalı olmaq; sığınmaq, daldalanmaq. [Dilarə Qurbanlıya:] Bağışlayın, evimiz darkeşdir, iki otağa sıxılıb qalmışıq. Çəmənzəminli. Əri Heydərqulu [Hörməti] indi həyətin küncündə sıxılıb qalan və ailənin bir anbar kimi istifadə etdiyi bir daxmaya gətirmişdi. Ə.Sadıq. Ürəyi (könlü, qəlbi) sıxılmaq – qüssələnmək, darıxmaq, xiffət etmək. [Pərviz xan:] Ana, sən allah, burax qızı, aparaq, dərsini oxusun, hərgah Münəvvər orada olmasa bizim də qəlbimiz sıxılar. M.S.Ordubadi. [Rüstəm bəy:] Bir adam bir adama öyrəşir, alışır, onu görmədikdə könlü sıxılır. Çəmənzəminli. Qədirin ürəyi çox sıxıldı, yüzbaşını o indi başa düşmüşdü. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / sıxılmaq

sıxılmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

sıxılmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 SIXILMAQ – AÇILMAQ Adamın ürəyi sıxılır (F.Kərimzadə); Səni görəndə ürəyim açılır (“Ulduz”). SIXILMAQ – SIRTILMAQ Uşaq utanırdı, sıxılırdı (C.Məmmədov); Qız, sırtılıb, özünü abırdan salma (İ.Hüseynov).

    Azərbaycan dilinin antonimlər lüğəti / sıxılmaq

sıxılmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. сжиматься, выжиматься; 2. груститься, томиться, тосковать; 3. стесняться, смущаться, конфузиться;

    Azərbaycanca-rusca lüğət / sıxılmaq
  • 2 глаг. 1. сжиматься, сжаться: 1) уменьшаться, уменьшиться в объёме, уплотняться, уплотниться под давлением, при нажиме. Yay sıxılır пружина сжимается 2) перен. ощущать, ощутить острое болезненное чувство стеснённости. Ürəyim sıxıldı сердце у меня (моё) сжалось 2. прижиматься, прижаться (тесно, плотно прислоняться, прислониться к кому-, к чему-л.). Divara sıxılmaq прижаться к стене, uşaq anasına sıxıldı ребёнок прижался к матери 3. обжиматься, обжаться, быть обжатым (становиться, стать менее влажным, более плотным и т.п. от сжимания, уплотнения). Paltar sıxıldı бельё обжалось 4. перен. робеть, оробеть (испытывать боязнь, смущение от неуверенности в себе). Cavab verərkən sıxılmaq робеть при ответе, onunla qarşılaşanda sıxılıram робею при встрече с ним 5. тесниться (размещаться в маленьком, тесном помещении). Bir otağa sıxılmışıq теснимся в одной комнате ◊ ürəyi sıxılmaq (darıxmaq) тосковать по ком-, ч ём-л.; испытывать тоску; sıxılıb qalmaq быть скованным

    Azərbaycanca-rusca lüğət / sıxılmaq

sıxılmaq sözünün inglis dilinə tərcüməsi

sıxılmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. сад-сада акӀун, агатун, гъвечӀи хьун (чуькьуьникди, илисуникди); // гуьтӀуь хьун, дар хьун, гъвечӀи хьун, агаж хьун; 2. гуькь хьун, агатун, алкӀун; агаж хьун, кӀват хьун, илис хьун; 3. перт хьун, регъуь хьун; ** sıxılıb qalmaq гъвечӀи, дар са чкада яшамиз жез амукьун, гьаникай далда кьун; ürəyi (könlü, qəlbi) sıxılmaq рикӀ чуькьуьн, рикӀ сугъул (дарих) хьун, гъамлу хьун, дарихмиш хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / sıxılmaq

sıxılmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#sıxılmaq nədir? #sıxılmaq sözünün mənası #sıxılmaq nə deməkdir? #sıxılmaq sözünün izahı #sıxılmaq sözünün yazılışı #sıxılmaq necə yazılır? #sıxılmaq sözünün düzgün yazılışı #sıxılmaq leksik mənası #sıxılmaq sözünün sinonimi #sıxılmaq sözünün yaxın mənalı sözlər #sıxılmaq sözünün əks mənası #sıxılmaq sözünün etimologiyası #sıxılmaq sözünün orfoqrafiyası #sıxılmaq rusca #sıxılmaq inglisça #sıxılmaq fransızca #sıxılmaq sözünün istifadəsi #sözlük