yıxılmaq sözü azərbaycan dilində

yıxılmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yıxılmaq • 83.9286%
  • Yıxılmaq • 10.7143%
  • YIXILMAQ • 5.3571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

yıxılmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Öz ağırlığı ilə yerə enmək, müvazinətini, yaxud istinad nöqtəsini itirərək aşağıya devrilmək, yerə dəymək. Başı gicəllənib yıxıldı. Pilləkəndən yıxılmaq. – Məşədi, tərpənsən, yıxılarsan ki… Ü.Hacıbəyov. Gərək yadındadır… üç il qabaq mən; Qayadan dənizə yıxıldım birdən. S.Vurğun. // Kökündən qopub yerə sərilmək. Küləyin şiddətindən çoxlu ağac yıxılıbdır. // Köhnəlikdən uçmaq, dağılmaq, yerə tökülmək. Evin divarları yıxıldı. Hasar yıxıldı. 2. Yerə uzanmaq, yerə sərilmək. Onda görürsən yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. M.Ə.Sabir. □ Yıxılıb-yatmaq – yatmaq, yatmaq üçün yataqda uzanmaq. Xudayar katda ləzzətnən yıxılıb-yatdı. C.Məmmədquluzadə. İki seyid əmmaməni bir tərəfə atıb bir qədər oynadılar, axırda yıxılıb-yatdılar. Ə.Haqverdiyev. 3. məc. Hakimiyyətdən salınmaq, devrilmək, düşürülmək, düşmək. 1917-ci ilin fevralında çar mütləqiyyəti yıxıldı. – [Qatır Məmməd:] Padşah yıxıldı, gorbagor oldu; Uçdu sarayları, tar-mar oldu. Z.Xəlil. // Əmr formasında: yıxılsın! – məhv olsun! yox olsun! dağılsın! viran qalsın! Yıxılsın məğrur saray! Buludlara batsın Ay. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / yıxılmaq

yıxılmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. YIXILMAQ Adilə müvazinətini saxlaya bilməyib divanın üstünə yıxıldı (Ə.Qasımov); DƏYMƏK Bir gün səhər-səhər Gülnaz; Yol gedərkən saymaz-saymaz; Sürüşərək birdən-birə; Üzü üstə dəydi yerə (M.Seyidzadə); DÜŞMƏK Dərsə gedən bir uşaq; Çıxdı buz üstə qoçaq; Sürüşdü birdən-birə; Düşdü üz üstə yerə (M.Ə.Sabir); SƏRƏLƏNMƏK Elə bu vaxt bulvardan qayıdan Mümtaz Mötəbərov qardaşların duz kimi yaladıqlarını görəndə, dümağ ağardı və qəfildən qapının kənarında üzüüstə döşəməyə sərələndi... (M.Hüseyn); SƏRİLMƏK Kor seyid üzü üstə yerə sərildi (S.Hüseyn). 2. yıxılmaq bax devrilmək 3. yıxılmaq bax dağılmaq 1

    Azərbaycan dilinin sinonimlər lüğəti / yıxılmaq

yıxılmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. падать, пасть, упасть, валиться, сшибаться, обрушиться, обрушиваться; 2. свалиться;

    Azərbaycanca-rusca lüğət / yıxılmaq
  • 2 глаг. падать, упасть: 1. лететь сверху вниз, свалиться откуда-л., с чего-л. куда-л. Yerə yıxılmaq упасть на землю, ağacdan yıxılmaq упасть с дерева 2. разг. лишиться власти, быть свергнутым, лишиться могущества; пасть ◊ ayağına yıxılmaq kimin пасть (припасть) к ногам чьим, в ноги чьи; yıxılıb yatmaq ложиться спать; yıxılana qədər до упаду (пить, работать и т.п.); yıxılıb qalmaq лежмя лежать

    Azərbaycanca-rusca lüğət / yıxılmaq

yıxılmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to fall*; to drop; arxasıüstə ~ to fall* on one’s back; yerə ~ to fall* to the ground; pilləkandan ~ to fall* downstairs; ağacdan ~ to fall* from the tree; 2. (hakimiyyət haq.) to be* overthrown

    Azərbaycanca-ingiliscə lüğət / yıxılmaq

yıxılmaq sözünün fransız dilinə tərcüməsi

yıxılmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. ярх хьун, алабар хьун, акъалдун (мес. ттар, шалман, цал ва мс.); // алукьун, гьалч хьун, чиле акьун; üzüüstə yıxılmaq чинихъди ярх хьун; // аватун; pilləkəndən yıxılmaq гурарай аватун; // чилел яргъи хьун, агалтун; yıxılıb yatmaq ярх хьана (агалтна) ксун, ксун, ксун патал месел агалтун; 2. чукӀун, уьцӀуьн, аватун, ацахьун (мес. цал, пару, къав); yıxılsın! буйр. ф. чукӀу(ра)й! ацахьуй! барбатӀ хьуй! терг хьуй!; 3. пер. ярх хьун, тахтунай аватун (пачагь, пачагьдин гьукумат).

    Azərbaycanca-ləzgicə lüğəti / yıxılmaq

yıxılmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#yıxılmaq nədir? #yıxılmaq sözünün mənası #yıxılmaq nə deməkdir? #yıxılmaq sözünün izahı #yıxılmaq sözünün yazılışı #yıxılmaq necə yazılır? #yıxılmaq sözünün düzgün yazılışı #yıxılmaq leksik mənası #yıxılmaq sözünün sinonimi #yıxılmaq sözünün yaxın mənalı sözlər #yıxılmaq sözünün əks mənası #yıxılmaq sözünün etimologiyası #yıxılmaq sözünün orfoqrafiyası #yıxılmaq rusca #yıxılmaq inglisça #yıxılmaq fransızca #yıxılmaq sözünün istifadəsi #sözlük