çim sözü azərbaycan dilində

çim

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çim • 77.5510%
  • Çim • 18.3673%
  • ÇİM • 4.0816%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çim
Çim — otlağın üst qatı. Əsasən çöl və çəmən ot bitkiləri ilə örtülmüş zəminin üst qatı. Daha çox çöldə, dağ yamaclarında və meşəli çəmənliklərdə olur. Rəngi adətən tünd-yaşıldır, strukturu kəsəkli-dənəvər və ya lilli olur. Gücü 3 sm dən çoxdursa, onu, zəminlərin təsnifatında Ad indeksli müstəqil üfuqa ayırılar. O bərkdir və, həcminin yarısından çoxuna canlı bitkilərin kökləri şəbəkəsi işləmişdir. Onu müəyyən edən əlamətlərdən biri odur ki, əgər otların saplarından dartılsa, onda onun üst təbəqəsi qalan zəmindən ayrılır. Əvvəllər yaşayış yerləri üçün və müdafiə istehkamlarında geniş istifadə olunurdu. Müasir vaxtda stadionların, parkların və yaşıllıq zonalarının salınmasından sitifadə olunur.
Çim qarışqası
Çim qarışqası — Buğumayaqlılar tipinin Həşəratlar sinfinə aid olan növ == Həyat tərzi == Miqdarca ən çox olan növdür. Çox az yer tapılır ki, orada bu qarışqa növünə rast gəlinməsin. Təbiətin bu miskin varlığı öz qidasını tələsmədən, bütün künc-bucağı diqqətlə nəzərdən keçirməklə qarşısına çıxan çiçəyin və mənənəsinin şirəsini nuş edir. Çim qarışqası özlərindən kiçik cücülərlə qidalanır, heyvan cəsədlərini gəmirir. Amma onların qış üçün tədarük ütdikləri dən olur. Çim qarışqası son dərəcə məhsuldar, cəsarətli və yaman inadcıldır. Belə ki, kəşfiyyat və əmək prosesində ölənləri əvəz etmək üçün dişi fərdlər fasiləsiz olaraq yumurta qoyur. Yuvalar həmişə yumurta və puplarla dolu olur. Buna görə də təbiətdə çim qarışqası başqa növlərə nisbətən çoxluq təşkil edir və onlar geniş miqyasda yayılırlar. Bu səbəbdən də onların himayəsində olan ərazinin sərhəddini müəyyən etmək olmur.
Karoline Çimot
Karolina Şimot (22 aprel 1978) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Karolina Şimot Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Karon (çimərlik)
Karon çimərliyi — Pxuket adasında yerləşən ən uzun çimərlikdən biri. Onun uzunluğu təqribi olaraq 6 kilometrdir. Çimərlik adanın qərbində, Pxuket hava limanından 45 km aralıda yerləşir. Patonq çimərliyindən sonra ikinci istirahət məkanıdır. Karon sahilləri iki hissəyə bölünür Kiçik Karon, Böyük Karon. Cənubunda mərcan riflərini görmək olar. Şimalında kafe, restoran və mağazalar mövcuddur.
Kata (çimərlik)
Kata çimərliyi (tay หาดกะตะ) — Andaman dənizində, Pxunet adasının qərb sahilində, ən çox ziyarət olunan çimərlik. Şimaldan Karon çimərliyi ilə sərhədlənir. Kata-Noy çimərliyindən 10 km, Pxunet şəhərindən 17 km, Pxunet hava limanından 47 km aralıda yerləşir. İnzibati baxımından Pxunet vilayətinin Karon rayonuna daxildir. 1970-ci illərdən ərazidə yurizm inkişaf edir. 26 dekabr 2004-cü ildə Hind okeanında zəlzələ və sunami nəticəsində ərazi böyük zərər görmüşdür. Sahil xəttinin uzunluğu 1,5 km-dir. Sahil aypara formasındadır. Çimərliyin şimal hissədə eni 70 m, cənubda isə 50 metrdir. Çimərliyin qarşı tərəfində Pu adası yerləşir.
Kopakabana çimərliyi
Kopakabana çimərliyi (port. Copacabana) — Rio-de-Janeyronun eyni adlı rayonu və çimərlik. Quanabara körfəzi sahilində yerləşir. Uzunluğu 4 km-dir. == Tarix == Kopakabananın tarixi 1750-ci ildən başlayır. Burada bu ildə boliviyalı Kopakabananın şərəfinə kilsə tikilmişdir. 1892-ci ildə Real Qrandes tunelinin tikintisi ilə ərazi Rio-de-Janerola birləşmişdir. 1904-cü ildə sahilində Avenida Atlantika inşa edilir. Rayon XIX əsrin 50-60 illərindən etibarən məşhurlaşır. Bura ilk əvvəllər yazıcı, rəssam və artistlərin yaşadığı bir yaşayış sahəsinə çevrilir.
La-Malageta (çimərlik)
La-Malageta (isp. Playa de La Malagueta) — Malaqa şəhər çimərliyi. Öz adını şəhər məhəlləsinin adından götürülmüşdür. Çimərlik tünd quma malikdir. Malaqa limanı ilə La-Kaleta çimərliyi arasında yerləşir. 1 200 m uzunluğa və orta hesabla 45 m enə sahibdir.
La-Monça (çimərlik)
La-Monça çimərliyi - (bask Hiru Kontxa, isp. Playa de La Concha) — eyni adlı buxtanın sahilində İspaniyanın Donostiya-San-Sebastiyan şəhərində yerləşın çimərlik. Ölkədə ən məşhur çimərləklərindən biyidir. Çimərlik Urumea çayı deltası və Urqull təpəsindən bir qədər aralıda yerləşir. Çimərlik 1, 350 km uzunluğa, 40 m enə və 54 000 km² əraziyə malikdir. Çimərlik dayazlığı ilə seçilir. Qabarmalar zamanı sahəsi kiçilir. 2007-ci ildə çimərlik Antena 3 telekanalı və COPE radiosu tərfindən İspaniyanın 12 xəzinəsinə daxil olmuşdur. == Mənbə == Çimərlik haqqında məlumat. La-Monça çimərliyi.
Maho çimərliyi
Maho çimərliyi (nid. Maho Beach) — Sen-Marten adasının cənub-qərbində yerləşən çimərlik. Adanın bu hissəsi Niderlandın tərkibində bir asılı ərazi olaraq Sint-Marten bölgəsinə daxildir.. Çimərliyi məşhurlaşdıran onun Şahzadə Yulian hava limanının yaxınlığında yerləşməsidir. Bu səbəbdən bəzən təyyarələr çimərlikdə istirahət edənlərin 10-20 metr üstlərindən uçaraq hava limanına daxil olur.. çimərlik və hava limanını iki hasar ayırır. Çimərliyin uzunluğu 300 m, eni isə 10-20 metr arasında dəyişir. Çimərlikdə çoxlu sayda kafe vardır. Onlar arasında ən məşhuru Sunset Bar and Grilldir. Burada olan lövhədə təyyarələrin uçuş-eniş vaxtları yazılmışdır.
Massandra çimərliyi
Massandra çimərliyi – Yaltanın Qara dəniz sahilində yerləşən çimərlik kompleksi. Çimərlik Massandra adlı rayonunun adından hötürülmüşdür. 500 metr məsafədə sajil boyu uzanır. Burada çoxlu sayda çimərlik və restoranlar vardır. 2010 ildə Krım ərazisində ilk Mavi bayraq almış çimərlikdir. == Çimərliyin xüsusiyyəti == Çimərlik altı müdtəqil çimərliyə bölünür. Burada hovuz, duş, ayaqyolu, uşaq və idman meydançaları vardır. Çimərliyin ərazisi terrasvaridir. Çimərlik çınqıldan təşkil olunmuşdur. Çimərliyə giriş pulsuzdur.
Mağara çimərliyi
Mağara çimərliyi (mac. Barlangfürdő) — Maçarıstanda mağara daxilində yerləşən geotermal su hövzəsi. Çimərlik Mişkols şəhərinin Mişkols-Tapolsa kurortunda yerləşir. Digər bu tip mağara çimərliyi Slovakiyanın Sklene-Teplisa şəhərindədir. Temperaturu 30 °C olan bu su oynaq ağrılarını müalicə edir. Başqa termal sulardan fərqli olaraq bu suyun tərkibində duzların miqdarı çox azdır. O üzdən insanlar uzun müddət bu suda çimə bilərlər. Mağara çimərliyini yanvar ayı istisna olunmaqla il boyu ziyarət etmək mümkündür. == Ümumi məlumat == Mağara və termal su qədim dövrlərdən məlum olsa da, Tapolsa çimərliyi Macarıstanın Osmanlı İmperiyası tərəfindən işğalından sonra məşhurlaşıb (16 −17 əsrlər). Mağaranın olduğu ərazi yunan pravoslav abbatılığı Qerembeye məxsus idi.
Navayo çimərliyi
Navayo çimərliyi (yun. Ναυάγιο) — Zakinf adasının (İon adaları, Yunanıstan) şimal-qərbində yerləşən çimərlik. Çimərlik İon dənizinin sahillərində yerləşir. 1980-ci illərə qədər çimərlik "Müqəddəs Georgi" adlanırdi. Bu ad dəniz səviyyəsindən 320 m yüksəklikdə olan məbədin şərəfinə adlandırılmışdır. Sonradan bugünkü, adınl almışdır. Tərcümədə Gəmi qəzası anlamını verir. 1980 ildə yunan sahil polisi qacaqmalçıları təqib edirdilər. Panayotis gəmisi siqaret, içki və qadınları daşıyırdılar. Onlar Türkiyədən İtaliyaya istiqamətlənmişdilər.
Novxanı çimərliyi
Novxanı çimərliyi — Novxanı qəsəbəsi Sarıqaya yaşayış massivinin Xəzər dənizi sahili boyunca uzanan çimərlik. Çimərlik qərbdən Corat qəsəbəsinin inzibati ərazi sərhədindən başlayaraq Adsız burnu ərazisi də daxil olmaqla təqribi olaraq olar 7–8 km məsafədə uzanır. Əsas çimərlik sahəsindən başqa şərqə doğru ensiz çimərliklər mövcuddur. Demək olar ki, böyük qismində restoran, kafe, otel və pullu çimərliklər yerləşir. Şəhər kənarı çimərlikləri ilə müqayisədə suyunun tərkibi nisbətən normaldır.
Omeqa çimərliyi
Omeqa çimərliyi — Ukraynanın Krım yarımadası, Sevastopol şəhəri sahilində yerləşən çimərlik. Çimərlik Sevastopolun ən böyük çimərliklərindən biridir. Çimərliyin uzunluğu 700 metrdir. Çimərlik Kruqlaya buxtasında yerləşir. Sahil və dib qumdan təşkil olunmuşdur. Mərkəzi hissədə isə gilli və kiçik daşlı sahə vardır. Buxtanın dərinmliyi 5—8 metrdir. Bu səbəbdən dibi yosunla örtülüdür. Bu səbəbdən zəif bir dalğada belə yosunları sahilə çıxarır.
Ordabası Çimkənd FK
Ordabası – Qazaxıstanın Çimkənd şəhərinin futbol klubu.
Ouşen-Biç (çimərlik)
Ouşen-Biç (ing. Ocean Beach) — San-Fransisko ərazisində yerləşən çimərlik. == Xüsusiyyəti == Çimərlik Sakit okeanın sahilində, Qızıl darvaza parkının qərb qutaracağında yerləşir. Çimərliyin uzunluğu 4,7 km, eni isə 180 metrdir. Çimərlik boyu Böyük şose keçir. Çimərlik istirahət edənləri yazın əvvələrində və payızın sonları qəbul edir. Yay ayları isə ərazi bütünlüklə dumanla örtülür Çimərlikdə adətən iri tonqal qalanır. == Tarix == Elə də əlverişli iqlimi olmayan iqlimi ilə seçilir. 1884 ildə çimərlik yaxınlığına dəmiryolu, 1890-cı ildə isə tramvay xətti çəkilir. 18 aprel 1906 ildə San-Fransisko zəlzələsi (1906) baş verməsindən sonra əhali çimərlikdən düşərgə kimi istifadə etmişdir.
Panjin çimərliyi
Panjin (çin. 碱蓬草) — Çində qeyri-adi qırmızı çimərlik. Panjin Qımızı sahil — Panjin şəhərinin 30 kilometr cənub-qərbində, Liaohe çayı deltasında yerləşir. Çinin ən məşhur çimərliyidir. Rəngin səbəbi isə dayaz sahildə yaşayan qırmızı yosunların(lat. Rhodophyta rhydos-qırmızı , Fitos bitki) ifraz etdiyi maddələr — "floridean" və purpur bakteriyalarıdır. Ətrafdakı alaq otları aprel-may aylarında inkişaf edir və yosunlar maddələrini ifraz edənə kimi yaşıl olurlar. Payızda isə artıq sahil qan qırmızısına boyanır sonsuz qırmızı xalça ilə örtülür. Panjin Qırmızı sahili bir çox təşkilatlar tərəfindən qorunur və bura yalnız VİP turistlər girib tamaşa edə bilər.
Preveli çimərliyi
Preveli (yun. Πρέβελη, bəzən isə Palmalı çimərlik adlanır) — Yunanıstanda çimərlik və laqun. Çimərlik Krit adasının cənub hissəsində yerləşir. Çimərlik Liviya dənizinin sularına aiddir. Çimərliyin adı ərazidə yerləşən Preveli monastrında götürülmüşdür. Çimərlik Kurtaliotiko dərəsinin dənizə çıxısında yerləşir. Dərə ilə Meqalopotamos çayı axır. Məhs Meqalopotamos çayının hesabına çimərlik suyunun temperaturu digər akvatoriyalarla müqayisədə aşağıdır. Preveli çimərliyinin uzunluğu təxminən 210 metr, eni isə maksimum 50 metrdir. Çimərlik qumunun rəngi tünd-bozdur.
Solneçnı çimərliyi
Solneçnı çimərliyi — Ukraynanın Krım yarımadası, Sevastopol şəhəri sahilində yerləşən çimərlik. Çimərlik yaxınlığında kiçik park vardır. Çimərliyin uzunluğu 100 metrdir. 1970-ci ildə təşkil edilən çimərlik Xerson muzeyinə məxsus olmuşdur. Əvvəllər «Soldatski» çimərliyi adlanırdı. Bunun səbəbi isə yaxınlıqda olan hərbi hissələrdən əsgərlərin əsasən burada çimməsi idi. Kiçik və çınqıllardan təşkil olunmuşdur. Altda isə qum yerləşir. Çimərlyinin sağ və solunda qayalı sahil mövcuddur. 1960-cı illərdə burada «Saltan çarı haqqında nağıl» filmi çəkilmişdir.
Sumqayıt çimərliyi
Sumqayıt çimərliyi — Sumqayıt şəhərinin Xəzər dənizi boyunca uzanan sahil xəttində yerləşən çimərlik. Çimərlik Corat qəsəbəsindən başlayaraq Sarıqayabaşı burnu ərazisinə istiqamətlənir. Xüsusi ilə Yeni Corat və Corat qəsəbələrinin sahilləri balıqqulağı ilə örtülüdür. Çimərlik yay ayları şəhər sakinlərini özünə cəlb edir. Son illər sutəmizləyici qurğuların inşası və yenilənməsinə baxmayaraq, çimərlikdə ekoloji tarazlıq bərpa olunmamışdır. Sumqayıt bulvarının salınması ilə çimərliyin şimal hissəsində tikinti işləri aparılmışdır. Novxanı çimərliyinə yaxın sahələrdə restoran, kafe, otel və pullu çimərliklərin sahili örtməsi dənizə açılan mənzərənin qarşısını alır.
Taqanroq mərkəzi çimərliyi
Taqanroq mərkəzi çimərliyi — Taqanroq şəhərinin ən qədim çimərliyidur. Çimərlik sakinlər üçün 25 may 1934-cü ildə açıq elan edilmişdir. Çimərlik Rostov vilayətinin Taqanroq şəhərinin mərkəzi sahilində qərarlaşırdı. == Tarixi == 1920-ci illərin sonları, 1930-cu ilin əvvəllərində Taqanroq şəhərindı mərkəzi çimərliyin tipintisi gerçəkləşmişdir. Onun təntənəli açılışı 25 may 1934-cü ildə gerçəjləşmişdir. Çimərlik Taqjilsoyuzun balansında yerləşir. Çimərliyə giriş pulludur. 1940-ci illərdə şəhər çimərliyinin genişləndirilməsi həyata keçirilirdi. 1962-ci ildə burada bir çox işlər görülmüşdur. Uçurumda istinad divarı quraşdırılmışdır.
Teresitas (çimərlik)
Teresitas çimərliyi — Uzunluğu 1.3 km olan çimərlik. Çimərlik İspaniyanın Kanar adalarına daxil olan Tenerife adasında yerləşir. 1960-cı illərin sonların okean kənarına gəmilərlə Saxaradan sarı qum gətirilmişdir. Qumun yuyulmaması üçün sahildən müəyyən qədər aralıda suyun daxilinə dalğaqıran yerləşdirilmişdir.
UEFA Çimərlik futbolu Kuboku
== Ölkələrin performansı ==
Xosrovun çimən Şirini görməsi
Xosrovun çimən Şirini görməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçıların fikrincə, daha əvvəl də, bu mövzuda müxtəlif rəssamlar tərəfindən rəsmlər çəkilməsinə baxmayaraq, məhz Sultan Məhəmmədin əsərində mövzü özünün klassik həllini tapmışdır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini axtarmaq üçün Ərmənə gələn Xosrov, yolda çayda çimən gözəllə qarşılaşır. Onu, hürkütməmək üçün, gizlincə izləyən Xosrov, saraya gəldikdən sonra, yolda gördüyü gözəlin Şirin olduğunu başa düşür. Mövzuya dəfələrlə, müxtəlif rəssamlar tərəfindən müraciət olunsa da, onların yaratdıqları miniatürlərdə daimi bir sxem yoxdur. XV–XVI əsr Şiraz və Təbriz miniatürlərində kompozisiyanın əsas quruluşunun bədii cəhətdən ifadə edilməsindəki fərdi fərqlərə baxmadan, süjet inkişafının vahid yolu müşahidə olunursa, Hindistanda XVII əsrin sonlarında bu mövzulu rəsmlərin kompozisiyası tamamilə ayrı əsasda yaradılırdı. "Xosrovun çimən Şirini görməsi" süjetini təsvir edən ən qədim miniatür 1420-ci il tarixli Berlin əlyazmasındakı Şiraz məktəbinə aid nümunədir. == Təsvir == Miniatürün mərkəzində şaxəli ağaclar və bəyaz çiçəklərlə örtülmüş qaya fonlu bir mənzrədə gözlənilməz yad kişinin — Xosrovun ona baxmasını görüb özünü itirmiş, ilk hərəkətlə uzun qara saçları ilə çılpaqlığını gizlətməyə çalışan Şirin təsvir olunmuşdur.
Yay Olimpiya Oyunlarında Çimərlik voleybolu
Yay Olimpiya Oyunlarında Çimərlik voleybolu — 1996-cı ildən bəri tətbiq edilir. Atlanta Yay Olimpiya Oyunlarından bəri bütün olimpiadalarda proqramda olan çimərlik voleybolu əsasən olimpiya kəndlərinin sahilyanı ərazilərində keçirilir. Ancaq London Yay Olimpiya Oyunlarında çimərlik voleybolu yarışları Londonun mərkəzində olan Horse Guards Parade arenasında keçirilmişdir. Bu meydança normal çimərlik voleybolu meydançası kimi qumsalllıqlarla təmin edilmişdir. == Olimpiya Oyunlarında Kişi çimərlik voleybolu == Kişilərin çimərlik voleybolu yarışlarında ən diqqət çəkən ölkə heç şübhəsiz Amerika Birləşmiş Ştatları olimpiyaçılarıdır. Onlar üç dəfə bu yarışlarda qalib adına layiq görülmüşlər. Hətta 1996 Yay Olimpiya Oyunlarında finalda iki amreikan cütlüyü qarşılaşmış və qızıl, gümüş medalın hər ikisi ev sahibi ölkə olan ABŞ-yə getmişdir. ABŞ olimpiyaçılardan sonra turnirdə ən çox medal qazanmış ölkə Braziliyadır. Onlar kişilərin çimərlik voleybolu turnirlərində 1 dəfə qızıl, üç dəfə gümüş, bir dəfə də bürünc medal qazanmışlar. Braziliyalı Rikardo Santos isə ən çox medal qazanmış kişi çimərlik voleybolçusudur.
Yeniyetmələrin çimərlik filmi (film, 2013)
Yeniyetmələrin çimərlik filmi — 2013-cü ildə çəkilən Disney Channel orijinal filmidir.
Yəşəm çimərliyi
Yəşəm çimərliyi — Sevastopol şəhərinin Balaklan rayonu ərazisində yerləşən çimərlik. Bir çoxları bu çimərliyi Krımın ən gözəl çimərliyi hesab edir. Yəşəm çimərliyi öz növbəsində ensiz olaraq 450 m məsafədə uzanır. Çimərlik təmizliyi ilə seçilir. 150 mln il öncə fəaliyyətdə olan vulkanın yerində olan çimərlik. Dənizin fəaliyyəti nəticəsində meydana gələn çimərlik minerallarla zəngindir (Yəşəm, Halsedron və b.). Burada olan yəşəm mineralına görə bu cür adlandırılmışdır. Çimərliyin yaxınlığında Qeorqievski qayası yerləşir. Çimərlikdən bir qədər aralıda Balaklavski Müqəddəs-Qeoeqievski məbədi vardır. Məbədə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə 800 pilləkən inşa edilmişdir.

çim sözünün leksik mənası və izahı

  • 1 is. 1. Torpağın, kökləri bir-birinə sarışmış sıx ot bitkiləri bitmiş üst qatı, təbəqəsi. // Həmin qatdan kəsilmiş hissə. Uşaqlardan birisi yamacda çim kəsər, qalanları çimləri çılpaq kürəklərinə qalaq-qalaq yığıb sahilə daşıyar, çayın qolunun suyunu o biri tərəfə döndərərdilər. İ.Hüseynov. 2. Üzəri cığ və s. su bitkiləri ilə örtülmüş lehməli su qatı. [Konsul] çim altından baxan qurbağa kimi iri, domba gözlərini qarovulçuya zilləmişdi. P.Makulu.

    Azərbaycan dilinin izahlı lüğəti / çim
  • 2 əd. dan. 1. Xalis, qatışığı olmayan və ya çox az olan. Qərənfil xala Camal əmiyə dörd iri fətir uzadaraq: – Bunları tək-tək qoy, çünki çim süddə yoğurmuşam, kiflənə bilər. Ə.Vəliyev. 2. Başdan-başa, büsbütün. Xörək çim yağdır. Bu, ət deyil, çim piydir. – Dəyirmançı baxdı, gördü, bu bir qızdı Allah-taala xoş gündə, xoş saatda yaradıb. Özü də çim qızılın içində. (Nağıl). [Nəcəf və Əliqulu] evə qayıtdıqları zaman hər ikisi çim su içində idi. Q.İlkin.

    Azərbaycan dilinin izahlı lüğəti / çim

çim sözünün etimologiyası

çim sözünün sinonimləri (yaxın mənalı sözlər)

çim sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ÇİM I is. Bir bel (lapatka) ağzı qədər torpaq. ÇİM II is. Qarışqalar tərəfindən çıxarılan torpaq qatı. ÇİM III f. Yuyunmaq. Şükufə, qəbul et bu uşaqları; Su qızdır, tələsik çimdir onları (H.Billuri). ÇİM IV ədat Tamam, tamamilə. İndi o, atın çim tərə batmasına dözmədi (İ.Şıxlı).

    Azərbaycan dilinin omonimlər lüğəti / çim

çim sözünün rus dilinə tərcüməsi

  • 1 1. пласт грунта, снятый с муравой, дерн; 2. весь, сплошь, целиком;

    Azərbaycanca-rusca lüğət / çim
  • 2 1 I сущ. 1. дёрн: 1) верхний слой почвы, густо заросший травянистыми растениями и скреплённый их переплетающимися корнями 2) вырезанные из этого слоя пласты. Çim döşəmək nəyə, haraya обкладывать дёрном что 2. дернина (мелкое плавающее растение, листочки которого в виде пластинок затягивают поверхность воды) 3. ряска, тина (зеленые водоросли, плавающие густой массой в водоёмах со стоячей водой или выстилающие их дно) II прил. дерновый. Çim qatı дерновый слой 2 прил. разг. сплошной (не содержащий ничего другого; состоящий исключительно из чего-л. – обычно о жире). Bu ət çim yağdır это мясо – сплошной жир

    Azərbaycanca-rusca lüğət / çim

çim sözünün inglis dilinə tərcüməsi

çim sözünün fransız dilinə tərcüməsi

çim sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. чӀур (накьвадин ругъ хьиз векь-хъач акьалтнавай, абрун дувулар сад-садал аруш хьана ккӀанвай винел къат); // накьвадин гьахьтин къатиникай атӀана акъуднавай пай; çim salmaq чӀур кутун (чӀурукай атӀанвай гьахьтин паяр тухвана векь авачир чкада кутун); 2. винел пад ругъ хьиз цин хъчари, эчӀелри кьунвай лил квай цин къат.

    Azərbaycanca-ləzgicə lüğəti / çim
  • 2 кӀус. рах. 1. чӀим, халис, михьи, маса акахьай затӀ авачир (мес. нек); 2. вири, кьиляй-къилиз, ичӀи; bu, ət deyil, çim piydir им як туш, ичӀи (халис) пи я.

    Azərbaycanca-ləzgicə lüğəti / çim

çim sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağcabədi, Bakı, Daşkəsən, Goranboy, Xanlar, Kürdəmir, Qazax) tamam, tamamilə. – Ət çox yağlı olanda de:rix’ çim yağdı (Goranboy); – Xüreg lap çim yağdu (Bakı); – Ət çim yağdı (Daşkəsən) II (Salyan) dəfə, kərə. – Yayda gündə bi çin yatıram

Azərbaycan dilinin dialektoloji lüğəti.

"çim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çim nədir? #çim sözünün mənası #çim nə deməkdir? #çim sözünün izahı #çim sözünün yazılışı #çim necə yazılır? #çim sözünün düzgün yazılışı #çim leksik mənası #çim sözünün sinonimi #çim sözünün yaxın mənalı sözlər #çim sözünün əks mənası #çim sözünün etimologiyası #çim sözünün orfoqrafiyası #çim rusca #çim inglisça #çim fransızca #çim sözünün istifadəsi #sözlük