zim sözü azərbaycan dilində

zim

Yazılış

  • zim • 62.9032%
  • ZİM • 22.5806%
  • Zim • 8.0645%
  • ZiM • 3.2258%
  • ziM • 3.2258%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Allophylus zimmermannianus
Allophylus cobbe (lat. Allophylus cobbe) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Azərbaycan–Zimbabve münasibətləri
Azərbaycan–Zimbabve münasibətləri — Azərbaycan Respublikası ilə Zimbabve Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2008-cı ildə qurulmuşdur. Həmin ilin 24 oktyabr tarixində Azərbaycan Respublikası ilə Zimbabve Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır. == Yüksək səviyyəli qarşılıqlı səfərlər == === Nazirlər səviyyəsində səfərlər === Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvinin başçılıq etdiyi nümayəndə heyəti 2014-cü ilin aprel ayında Azərbaycanda səfərdə olmuş, 10 aprel tarixində Prezident İlham Əliyev onu qəbul etmişdir. === Prezident səviyyəsində səfər === 2019-cu ilin yanvar ayının 18-də Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlmişdir. Bu Zimbabve başçısının Azərbaycana ilk səfəridir. 19 yanvar tarixində onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü olmuşdur. Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri yanvarın 19-da başa çatmışdır. == İdman sahəsində əməkdaşlıq == 2 sentyabr 2016-cı ildə "Baku Crystal Hall"da keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Zimbabve komandası da iştirak etmiş; Olimpiadanın birinci turunda Prezident İlham Əliyev Azərbaycanın kişilərdən ibarət birinci komandasının üzvü Şəhriyar Məmmədyarov ilə Zimbabve şahmatçısı Rodvel Makoto arasındakı partiyada ilk gedişi (D2-D4) etmişdir.
Böyük Zimbabve
Böyük Zimbabve — Zimbabvenin cənub-şərq təpələrində yerləşən şəhər dağıntıları. Şəhər, son Dəmir dövründə ərazidə hakimiyyətdə olmuş Zimbabve Krallığının paytaxtı idi. Şəhərdə tikinti XI əsrdə başlamış və XV əsrdə tərk edilənə qədər davam etmişdir. Tikililər Şonaların əcdadları tərəfindən tikilmişdir. Daş şəhər, ən çoxu 18 min nəfərin yaşaya biləcəyi 7,22 kvadrat kilometr ərazini əhatə edir. Ərazi UNESCO tərəfindən Ümumdünya irsi olaraq tanınıb. Böyük Zimbabvenin yerli monarx üçün kral sarayı olaraq xidmət etdiyi güman edilir. Belə olduqda, bura siyasi hakimiyyətin iqamətgahı kimi istifadə olunmuş ola bilər. Binanın ən görkəmli xüsusiyyətləri arasında bəziləri beş metr hündürlüyündə olan divarlar var. Divarlar aralarında heç bir maddədən istifadə etməklə quru daşlardan tikilmişdir.
Dactylorhiza sambucina f. zimmermannii
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Efrem Zimbalist
Efrem Zimbalist, Jr. (30 noyabr 1918[…], Nyu-York, Nyu-York ştatı – 2 may 2014[…], Solvanq, Kaliforniya) — aktyor.
Efrem Zimbalist, Jr.
Efrem Zimbalist, Jr. (30 noyabr 1918[…], Nyu-York, Nyu-York ştatı – 2 may 2014[…], Solvanq, Kaliforniya) — aktyor.
Filipp Zimmermann
Filipp Zimmermann (Philip R. Zimmermann) — (12 fevral 1954) — dünyanın ən çox istifadə edilən e-poçt şifrləmə proqramı Pretty Good Privacy (PGP) yaradıcısıdır. O, VoIP şifrləmə protokollarında, xüsusilə də ZRTP və Zfone ilə işləyir. Zimmermann, qlobal şifrli kommunikasiya şirkəti Silent Circle-in həmtəsisçisi və baş alimidir. == Həyatı == Filipp Zimmermann 12 fevral 1954-cü ildə Camden şəhərində anadan olmuşdur. Atası beton qarışdırıcı yük maşını sürücüsü idi. Filipp Zimmermann 1978-ci ildə Boca Ratonda Florida Atlantik Universitetindən kompüter elmləri üzrə dərəcə alıb və bundan sonra San Fransisko Körfəzi ərazisinə köçdü. 1980-ci illərdə, Zimmermann, Boulder şəhərində bir proqram mühəndisi olaraq çalışmış və hərbi siyasət analitiki olaraq Nüvə Silahları Dondurma Kampaniyasının bir hissəsi olmuşdur. == Fəaliyyəti == Amerikalı proqramçı Filipp Zimmermann 1991-ci ildə o, elektron formada təsvir edilən informasiya üzərində şifrləmə əməliyyatlarını yerinə yetirməyə imkan verən PGP (Pretty Good Privacy) proqramını yaratmışdır. Zimmerman Beynəlxalq Kriptoqrafik Araşdırmalar Assosiasiyasının (International Association of Cryptologic Research), Kompüter Assosiasiyasının (Association for Computing Machinery) və Proqramlaşdırma Azadlığı Liqasının (League for Programming Freedom) üzvüdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Georq Zimmel
Georq Zimmel (alm. Georg Simmel‎, 1 mart 1858, Berlin — 28 sentyabr 1918, Strasburq) — məşhur alman sosioloqu, filosofu və tənqidçisi, "həyat fəlsəfəsinin" son nəsil nümayəndələrindən. Əsərlərində əsasən mədəniyyət fəlsəfəsi və sosioloji tədqiqatlara yer vermişdir. Çox zaman sosiologiyanın "böyük dördlüyü"nün unudulmuş üzvü kimi təqdim olunur (digər üzvlər Marks, Veber, Dürkheym). Amerika sosioloji dairələrində daha çox "Marks olmayan alman" kimi də tanınmış Zimmelin toplunun fəaliyyətində moda, pul kimi faktorların rolu, şəhər həyatının individual keyfiyyətlərə təsiri və sair bu qismdən maraqlı tədqiqat işləri olmuşdur. == Həyatı == Zimmel çox uşaqlı ailənin sonuncu, yeddinci uşağı kimi dünyaya göz açmışdır. Atası şokolad fabrikinin sahibi olmuşdur və vəfat edərkən övladların kifayət qədər miras qoymuşdur. Buna baxmayaraq, Zimmel üçün əsas miras Beynəlxalq Musiqi Nəşr Evinin yaradıcısı Yulius Fridlander (Julius Friedlände) tərəfindən qalmışdır. O, gənc Georqu öz himayəsinə götürmüş və ona elmlə məşğul ola bilməsi üçün hədsiz böyük məbləğdə vəsait qoymuşdur. Zimmelin ailəsində dini baxışlara münasibət bir qədər mürəkkəb olmuşdur.
Hans Zimmer
Hans Florian Simmer (12 sentyabr 1957[…], Frankfurt-Mayn, Hessen) — Alman film-musiqi bəstəkarı və musiqi prodüseri. O, 1980-ci ildən bəri 150-dən çox film üçün musiqilər bəstələmişdir. Onun əsərlərinə Ən yaxşı musiqiyə görə Oskar mükafatını qazandırmış Kral Şir və bundan başqa Ulduzlararası, Qladiator, Başlanğıc (film, 2010) və Qara cəngavər trilogiyası daxildir. Zimmer karyerasının ilkin mərhələsində Birləşmiş Krallıqda fəaliyyət göstərmiş və sonradan Amerika Birləşmiş Ştatlarına . O, DreamWorks Pictures-də film-musiqi bölməsinin rəhbəridir və öz qurduğu əvvəllər Media Ventures kimi tanınan Remote Control Productions şirkəti vasitəsilə digər bəstəkarlarla əməkdaşlıq edir. Studiyası Kaliforniyanın Santa Monika şəhərində yerləşir və film musiqilərinin ilkin versiyasının qısa zamanda hazırlanması üçün geniş kömpüter texnologiyası ilə təchiz olunmuşdur. Zimmerin əsərləri başlıca olaraq elektronik musiqi səslərini ənənəvi orkestr tərtibatları ilə bütünləşdirməsi ilə fərqlənir. O, dörd Qremmi mükafatı, üç Klassik Brit Mükafatları (ing. Classic Brit Awards), iki Qızıl qlobus mükafatı və bir Oskar mükafatı almışdır. Hans Zimmer The Daily Telegraph tərəfindən yayımlanan Yaşayan 100 Dahi siyahısına salınmışdır.
Hilda Zimmerma
Hilda Zimmerma (alm. Hilde Zimmermann‎; 12 sentyabr 1920, Vyana – 25 mart 2002, Vyana) — Avstriyalı siyasi fəal, Nasizmə qarşı mübarizə aparan. Avstriya müqavimət hərəkatının üzvü, Ravensbrük həbs düşərgəsi və Ölüm yürüşündən xilas olmuş şəxs. == Bioqrafiyası == 12 sentyabr 1920-ci ildə Vyanada anadan olmuşdur. Valideynləri aktiv Sosial Demokratlar idi: anası Anna Vudsam Avstriya Sosialist Partiyasının təhsil şövbəsində işləyirdi, atası dəmiryolu işçisi olaraq eyni zamanda sadiq Sosial Demokrat idi. Dörd yaşında ikən Hilda valideynləri və kiçik qardaşı Otmar ilə Kaqran kəndinə köçür. Əvvəlcə ailəsi ilə yaşayır, sonra bir müddət nənə və babasının yanında böyüyür. Valideynlər 1934-cü ildə işsiz qalır və Avstriya Vətəndaş müharibəsində iştirak edirlər. Tezliklə vbalideynləri həbs olunur: anası iki ay, atası isə altı ay həbsdə yatır. 14 yaşlı Hilda və 12 yaşlı qardaşı tək qalır.
Kristof Zimmermann
Kristof Zimmermann (12 yanvar 1993, Düsseldorf) — Çempionşip mübarizə aparan Norviç Siti klubunda müdafiənin sağ cinahında çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == Zimmermann 2014-cü ildə Borussiya Münhenqladbax klubundan Borussiya Dortmund II komandasına transfer olmuşdur. O, öz peşəkar karyerasında debütünü 3-cü Liqada 26 iyul 2014-cü ildə Rot-Veib Erfurt komandası ilə oyunda etmişdir.15 iyun 2017-ci ildə Zimmermann Borussiya Dortmund II klubundan ayrıldıqdan sonra İngiltərə təmsilçilərindən olan Norviç Siti klubu ilə iki illik müqavilə imzalamışdır. O, 1 iyul 2017-ci ildə kluba qoşulacaq.
Norton, Zimbabve
Norton — Afrikanın Zimbabve əyalətində şəhərdir. Şəhər ölkənin mərkəzi şimal hissəsindəki Maşonaland əyalətinin Qərb əyalətində yerləşən yaşayış məntəqəsidir. 2012-ci ilin rəsmi siyahıyaalınma məlumatlarına görə, şəhərdə 67,591 nəfər yaşayır. Norton dəniz səviyyəsindən 1361 m yüksəklikdə yerləşir.
Norton (Zimbabve)
Norton — Afrikanın Zimbabve əyalətində şəhərdir. Şəhər ölkənin mərkəzi şimal hissəsindəki Maşonaland əyalətinin Qərb əyalətində yerləşən yaşayış məntəqəsidir. 2012-ci ilin rəsmi siyahıyaalınma məlumatlarına görə, şəhərdə 67,591 nəfər yaşayır. Norton dəniz səviyyəsindən 1361 m yüksəklikdə yerləşir.
Orchis sambucina var. zimmermannii
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Pfals-Zimmern
Pfals-Zimmern (alm. Pfalz-Simmern‎), Vittelsbax sülaləsinin eyniadlı qolu tərəfindən idarə olunan Almaniyanın Reynland-Pfalts əyalətinin müasir Reyn-Hunsrük rayonunda yerləşən Müqəddəs Roma İmperiyasının dövlətinin adı idi. == Tarixi == Pfals-Zimmern, 1444-cü ildə, Zimmern-Çvaybrükgen qrafı Stefan onun ərazisini — Pfals-Zimmern və Çvaybrükgeni iki oğlu arasında bölüşdürdükdə, ayrıca bir knyazlıq olaraq qurulmuşdu. Stefanın qərarına görə kiçik oğlu I Lüdviq Çvaybrükgün qraflığını və Veldenz qraflığını aldı. Böyük oğlu Fridrix isə Pfals-Zimmerni almışdı. Bu torpaqlar Stefana 1453-cü ildə atası Almaniya kralı III Rupert sayəsində keçmişdi. Həmin ildə Stefan Veldenz qraflığını qayınatası III Fridrixdən miras almışdı. Stefanın titulları arasında "Bavariyada hersoq" da var idi ki, hər iki oğul bu titullardan istifadə etmək hüququnu miras aldılar, buna görə də yeni yaranan qraflıqlar bəzən hersoqluq kimi təsvir edilirdi. Pfals-Zimmern hakimləri həm də Şponhaym qrafları idilər. Vittelsbax sülaləsinin bu qolu daha sonra Pfals kürfürstlüyünü miras aldı.
Senecio zimapanicus
Senecio zimapanicus (lat. Senecio zimapanicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Zima
Zima (rus. Зима) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Zimapania
Yatrofa (lat. Jatropha) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Zimbabve
Zimbabve (ing. Zimbabwe) və ya rəsmi adı ilə Zimbabve Respublikası (ing. Republic of Zimbabwe; şona. Nyika yeZimbabwe; şi.nde. Ilizwe leZimbabwe; nıya. Dziko la Zimbabwe; nam. Inyika yeZimbabwe; tso. Tiko ra Zimbabwe; soto. Naha ya Zimbabwe; ven. Shango ḽa Zimbabwe; xosa.
Zimbabve-Rodeziya
Zimbabve-Rodeziya — 1 iyun-12 dekabr 1979-cu il tarixində mövcud olan Cənubi Afrikada tanınmayan dövlət. Zimbabve Rodeziyasından əvvəl tanınmamış Rodeziya adlı bir respublika var idi. Britaniya Konstitusiya nəzəriyyəsinə görə, 1965-ci ildə birtərəfli müstəqillik elan edildikdən sonra müvafiq hökumət olaraq qaldı. Rodeziya cəbhəsinin Zimbabve millətçilərinin antikomunist təşkilatlarının razılığı ilə quruldu. Marksizm üsyançı hərəkatlarının hakimiyyətə gəlməsinin qarşısını almağa yönəlmiş siyasi bir plan idi. Rodeziyada qaradərililərin mülki hüquqları uğrunda hərəkatın təmin edilməsinə çalışan Smit Yanın rəhbərliyi altında beynəlxalq ictimaiyyətin təzyiqi ilə Rodeziyada Silahlı müqavimətdə iştirak etməyən Afrika millətçi partiyaları arasında "Daxili məskunlaşma" sazişi bağlanmışdı. "Daxili məskunlaşma" haqqında saziş seçici siyahıları üçün təhsilə, mülkiyyətə və gəlirlərə olan tələblərin rahatlığa gətirib çıxardı ki, bu da tarixdə ilk dəfə qaradərili seçicilərin çoxalmasına səbəb oldu. Ölkənin dövlət qulluğu, məhkəmə sistemi, polis və ölkənin silahlı qüvvələri dövrün yuxarı-orta təbəqəsinin tərkibinə görə əksəriyyəti eyni məmurların rəhbərliyində qalırdı və onların əksəriyyəti ağdərili idi. Bu dəyişikliklərə baxmayaraq, yeni dövlət beynəlxalq səviyyədə tanınmadı və Lankaster Ev konfransının qərarları ləğv edildi. == Etimologiyası == 1960-cı ildə Rodeziyada Afrika millətçi siyasi təşkilatlar ölkənin "Zimbabve" adını istifadə etməsi ilə razılaşdılar.
Zimbabve Qırmızı Xaç Cəmiyyəti
Zimbabve Qırmızı Xaç Cəmiyyəti 1981-ci ildə Zimbabve Parlamentinin aktı əsasında yaradılmışdır. Qərargahı Harare şəhərində yerləşir.
Zimbabve Respublikası
Zimbabve (ing. Zimbabwe) və ya rəsmi adı ilə Zimbabve Respublikası (ing. Republic of Zimbabwe; şona. Nyika yeZimbabwe; şi.nde. Ilizwe leZimbabwe; nıya. Dziko la Zimbabwe; nam. Inyika yeZimbabwe; tso. Tiko ra Zimbabwe; soto. Naha ya Zimbabwe; ven. Shango ḽa Zimbabwe; xosa.
Zimbabve bayrağı
Zimbabve bayrağı — Zimbabvenin Dövlət bayrağı
Zimbabvedə hərbi çevriliş (2017)
Zimbabvedə hərbi çevriliş (ing. Zimbabwean coup d'état) - 2017-ci ilin 14 noyabr axşamından etibarən Afrikanın cənubunda yerləşən Zimbabvedə hərbiçilər tərəfindən gercəkləşdirilmiş Hərbi çevriliş. 14 noyabr axşamı Zimbabve Milli Ordusu paytaxt Hararedə yerləşən bəzi nöqtələrdə nəzarəti ələ keçirmişdir. Başda dövlət telekanalı ZBC (ing. Zimbabwe Broadcasting Corporation) olmaqla şəhərin mərkəzinə aparan yollar hərbiçilər tərəfindən nəzarətə götürülüb, blokpostlar quraşdırılıb. 15 noyabr tarixində Zimbabve hərbçiləri ölkənin paytaxtı Hararedə baş verənlərin hərbi çevrilişlə heç bir əlaqəsi olmadığını bəyan ediblər. Xarici telekanala açıqlamalarında hərbçilər aparılan əməliyyatların ölkədə cinayətkar qruplara qarşı olduğunu bildiriblər.Ölkənin təhlükəsizlik məsələləri üzrə milli şöbənin rəhbəri Robert Muqabe və ailəsinin ev dustaqlığında olduğunu, onun həyatı üçün təhlükə olmadığını bəyan edib. Hərbiçilər paytaxtda hökumət qurumları, parlament və məhkəmələrə gedən əsas yolları bağlayıb. Hərbçilər, həmçinin Zimbabvenin maliyyə naziri İqnasius Çombonu həbs edib. O, prezidetliyə namizəd şəxslərdən biri hesab olunurdu.
Zimbru Kişinyov FK
Zimbru — Moldovanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 13 dəfə Avropa kuboklarında iştirak edib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 1.58
2007 ••• 0.21
2008 ••••••• 0.49
2011 ••• 0.17
2012 ••• 0.17
2014 ••• 0.17
2016 ••••••• 0.52
2017 ••• 0.16

"zim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zim nədir? #zim sözünün mənası #zim nə deməkdir? #zim sözünün izahı #zim sözünün yazılışı #zim necə yazılır? #zim sözünün düzgün yazılışı #zim leksik mənası #zim sözünün sinonimi #zim sözünün yaxın mənalı sözlər #zim sözünün əks mənası #zim sözünün etimologiyası #zim sözünün orfoqrafiyası #zim rusca #zim inglisça #zim fransızca #zim sözünün istifadəsi #sözlük