* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 əd. Tünd, lap, çox, tamamilə (adətən “qara” və “qaranlıq” sözlərinin əvvəlində işlənib, onların mənalarını şiddətləndirir). Zil qara saçlar. Kömür kimi zil qara. – Zil qaranlıq gecə hər tərəfi bürümüşdü. S.Rəhimov. Üzünə dağılmış zil qara dalğalı saçları arasından Səmədin iri gözləri parıldayırdı. İ.Hüseynov.
Azərbaycan dilinin izahlı lüğəti / zil2 is. Quş ifrazatı, quş peyini. Tarlaları quş zili ilə gübrələmək.
Azərbaycan dilinin izahlı lüğəti / zil3 is. [fars.] 1. Musiqi alətlərinin ən yüksək tonu (bəm əksi). // sif. Beyindən gələn ən yüksək və nazik (səs haqqında). Zil səs. – Melodiya bir-biri ilə qarşılıqlı münasibətdə olan ayrı-ayrı səslərdən düzəlir. Bu səslər bir-birinə nisbətən zil (yüksək) və bəm (aşağı) olur. Ə.Bədəlbəyli. Birinci katibin kabinetindən eşidilən zil qışqırtı Səmədi diksindirdi. İ.Hüseynov. □ Zil pərdə – yüksək (zil) səs çıxaran pərdə (tarda, sazda). [Araz] sazın zil pərdəsini dilləndirir. A.Şaiq. Zilə çəkmək – simli musiqi alətini yüksək tonda kökləmək; zil pərdədə çalmaq. Tarı zilə çəkmək. – Sazı zilə çəkir, sözü dərinə; Mümkünmü düşünüb fikrə getməmək. H.Hüseynzadə; // bax zilə qalxmaq. Xanəndə zilə çəkdiyindən hamının gözü onda idi. M.Hüseyn. Zilə gətirmək – bax zilə çəkmək. Sazı zilə gətirmək. Zilə qalxmaq – oxuyarkən və ya çalarkən ən yüksək not götürmək, ən yüksək tona keçmək; // zil pərdədə çalmaq. Uzaqlarda, bir eyvanda zilə qalxır kaman, tar; Kənd üstüylə ötə-ötə durna uçur bir qatar. Ə.Cəmil. 2. köhn. Zəng. [Əşrəf] onları qürur ilə dinlədikdən sonra, masa üzərindəki zili basdı. A.Şaiq. ◊ Zilə çəkmək məc. – 1) çox şişirtmək, ifrata varmaq; 2) sınamaq üçün bərkə-boşa çəkmək, sıxışdırmaq.
Azərbaycan dilinin izahlı lüğəti / zil4 ZİL’ ə. 1) qabırğa; 2) böyür, yan; 2) həndəsi cismin yanlarını təşkil edən xətlərdən hər biri.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / zil5 Quş ifrazatı, quş peyini. (“Koroğlu” dastanının lüğəti) Bir şey yoxdur. Yüklənin, sürün gedək. Qaraquş idi. Qayanın başına qonmuşdu, zil atdı, uçdu getdi. (“Koroğlunun Bayazid səfəri”) (İ.A., B.A)
Azərbaycan dastanlarının leksikası / zil3 1. ZİL (zildən, ucadan çıxan səs) Olmasa da uşağın; Yaxşı səsi, zil səsi; Amma çox maraqlıdır (Ə.Kərim); QAYIM (köhn.) Xudayar bəy qayım səslə cavab verdi (C.Məmmədquluzadə); UCA Müəzzin uca səslə azan verirdi (Çəmənzəminli); YÜKSƏK. 2. zil bax zəng 1
Azərbaycan dilinin sinonimlər lüğəti / zil1 ZİL – BƏM Başdan kövrək olan kəsi; Zil yandırar, bəm ağladar (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / zil1 ZİL I sif. mus. Yuxarı səs, yuxarı registr. Cəlal da zil səslə deyir bayatı; Tutub qışqırığı bütün elatı (S.Vurğun). ZİL II ədat Tamamilə, lap qara. Gözlərin zil qaranlıq; Gəl, bir aylı gecədir (F.Qoca).
Azərbaycan dilinin omonimlər lüğəti / zil2 1 I сущ. 1. высокий голос, дискант 2. высокая нота, высокие ноты 3. высокая тональность II прил. звонкий, дискантный. Zil səs звонкий голос; zilə qalxmaq: 1. брать, взять высокую ноту (об инструменте); 2. переходить, перейти на высокую тональность (о голосе); zilə çəkmək: 1. настраивать, настроить струнный ниструмент на высокую ноту; 2. играть на высокой ноте; 3. перен. завираться, завраться (увлекаться, увлечься враньём); 4. перен. создавать, создать напряжённость в отношениях (в беседе, разговоре и т.п.) 2 в сочет. zil qara очень чёрный, zil qaranlıq кромешный мрак, полная тьма; zil qara saçlar иссиня чёрные волосы, zil qaranlıq gecə тёмная-тёмная ночь, zil qaranlıq otaq очень тёмная комната 3 сущ. птичий помёт
Azərbaycanca-rusca lüğət / zil1 I. i. high-pitched tone, tone of the highest pitch; treble, the soprano; (simli alətdə) a fret / stop of the highest tone; ~ə qalxmaq (oxuyarkən) to sing* in the highest tone, to raise one’s voice to the high-pitched tone; (çalarkən) to play* in the highpitched tone / in the highest tone; ~də kökləmək (musiqi alətini) to tune (d.) in the high-pitched tone / in the highest tone; ◊ ~ə çəkmək / qalxmaq (çox şişirtmək) to exaggerate grossly (d.); (ifrata varmaq) to do* smth. to excess II. s. high-pitched, high-range, treble, (i.s.) of treble pitch, soprano; ~ səs (müğənnidə) high-pitched / high-range voice, a treble / high singing voice, a soprano; (musiqi alətində) highpitched sound, the highest tone, sound of treble pitch; ~ pərdə (simli musiqi alətində) a fret / stop of the highest tone; ~ səsli müğənni a soprano III. əd. (usually used with the words “qara” and “qaranlıq”) very, extremely; ~ qara pitch black, pitchy; ~ qara saç very black hair; ~ qaranlıq gecə a very / extremely dark night IV. i. (quş peyini) dung of birds, droppings pl. (of birds)
Azərbaycanca-ingiliscə lüğət / zil1 [fars.] сущ. 1. зил (музыкадин алатдин лап кьакьан тон); // прил. лап кьакьан ва шуькӀуь (ван); zil pərdə зил перде, зил ван акъуддай перде (чуьнгуьрдин, тардин); zilə qalxmaq зилдиз хкаж хьун, зил пердедай ягъун (ва я лугьун); 2. куьгьн. зенг; ** zilə çəkmək пер. а) гзаф къувунарун, б) синагъ авун патал кӀевера ттун.
Azərbaycanca-ləzgicə lüğəti / zil3 кӀус. лап, гзаф, туьнт (чӀулав, мичӀи); zil qara лап чӀулав, чӀуп-чӀулав; zil qaranlıq gecə лап мичӀи, мип-мичӀи йиф.
Azərbaycanca-ləzgicə lüğəti / zil(Ordubad) baramaqurdunun peyini
Azərbaycan dilinin dialektoloji lüğəti.