zi sözü azərbaycan dilində

zi

Yazılış

  • zi • 82.9918%
  • Zi • 15.5738%
  • Zİ • 1.4344%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yan Zi
Yan Zi (19 iyun 1984) — Sinqapuru təmsil edən stolüstü tennisçi. == Karyerası == Yan Zi Sinqapuru 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Yan Zi Sinqapuru 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Mü­in Ni­ya­zi
Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahı
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Hakim Ziyex
Hakim Ziyex (19 mart 1993) — Süper Lig təmsilçilərindən olan Galatasaray klubunda hücuma meylli yarımmüdafiəçi kimi çıxış edən Niderland əsilli peşəkar Mərakeş futbolçusudur. Ziyex texnikası və cərimə zərbələri bacarığı ilə məşhurdur. == Karyerası == === Heerenveen === Ziyex 2004-cü ildə Heerenveen və Emmen klublarının futbol akademiyası məktəbinə daxil olmuşdur.[mənbə göstərin] Ziyex öz peşəkar karyerasında debütünü 2 avqust 2012-ci ildə Heerenveen klubu ilə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Rapid Buxarest klubuna qarşı oyunda etmişdir. On gün sonra Ziyex Erediviziyada debüt etmişdir. Həmin görüşdə Heerenveen NEK-ə 2-0 hesabı ilə məğlub olmuşdur. === Tvente === 18 avqust 2014-cü ildə Ziyex Tvente klubu ilə dörd illik müqavilə imzalamışdır. === Ayaks === 30 avqust 2016-cı ildə Ziyex Ayaks klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli komanda == Ziyex Niderlandda anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır. Ziyex 2015-ci ilin may ayında Niderlandın əsas yığmasına dəvət almışdır.
Hikmət Ziya
Əfəndiyev Hikmət Ziya oğlu (13 may 1929, Nuxa, Zaqatala-Nuxa dairəsi – 2 avqust 1995, Bakı) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1958), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1959), Qabaqcıl maarif xadimi (1978), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1986). == Həyatı == Hikmət Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1947–1952). "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952–1969), "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969–1984), məsul katib vəzifələrində işləmişdir (1984). Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qoqola" adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda "Atamın hədiyyəsi" (1957), "Bahar gözəldir, ya qış?" (1959), "Milçək ürəyi" (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. "Sınaq", "Ekiz qardaşlar" pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına ("Nənəmin nağılı", "İkilərin sərgüzəştləri", "Solğun çiçəklər") və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur.
Hilda Zimmerma
Hilda Zimmerma (alm. Hilde Zimmermann‎; 12 sentyabr 1920, Vyana – 25 mart 2002, Vyana) — Avstriyalı siyasi fəal, Nasizmə qarşı mübarizə aparan. Avstriya müqavimət hərəkatının üzvü, Ravensbrük həbs düşərgəsi və Ölüm yürüşündən xilas olmuş şəxs. == Bioqrafiyası == 12 sentyabr 1920-ci ildə Vyanada anadan olmuşdur. Valideynləri aktiv Sosial Demokratlar idi: anası Anna Vudsam Avstriya Sosialist Partiyasının təhsil şövbəsində işləyirdi, atası dəmiryolu işçisi olaraq eyni zamanda sadiq Sosial Demokrat idi. Dörd yaşında ikən Hilda valideynləri və kiçik qardaşı Otmar ilə Kaqran kəndinə köçür. Əvvəlcə ailəsi ilə yaşayır, sonra bir müddət nənə və babasının yanında böyüyür. Valideynlər 1934-cü ildə işsiz qalır və Avstriya Vətəndaş müharibəsində iştirak edirlər. Tezliklə vbalideynləri həbs olunur: anası iki ay, atası isə altı ay həbsdə yatır. 14 yaşlı Hilda və 12 yaşlı qardaşı tək qalır.
Hilmi Ziya Ülkən
Hilmi Ziya Ülkən (3 oktyabr 1901, İstanbul – 5 iyun 1974, İstanbul) – Türkiyənin görkəmli filosofu, sosioloqu. == Həyatı == Hilmi Ziya Ülkən 3 oktyabr 1901-ci ildə İstanbulda anadan olmuşdur. Hilmi Ziya Ülkənin düşüncələrinin formalaşmasında ilk öncə ailəsinin, daha çox atasının — professor Mehmet Ziya Ülkənin (1870–1951) mühüm rolu vardır. Mütəfəkkir yaradıcılığa müxtəlif liseylərdə müəllimlik etməklə başlamışdır. Alim Bursa, İstanbul, Ankara, Kabataş, Qalatasaray və başqa şəhər liseylərində 1933-cü ilə qədər işləmiş, coğrafiya, fəlsəfə, tarix, psixologiya, sosiologiya fənlərini tədris etmişdir. O, elə həmin dövrdən də elmi fəaliyyətə başlamışdır. Tədqiqat işi ilə əlaqədar bir il Berlində çalışan alim 1933-cü ildə qayıdaraq İstanbul Universitetinə müəllim təyin edilmişdir. 27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi. 1962-ci ildə 147 nəfər müəllimdən biri kimi Hilmi Ziya Ülkən də İstanbul Universitetindəki işinə bərpa edilir. Lakin mütəfəkkir vəzifəsindən istefa verərək, yalnız Ankara Universitetində çalışmışdır.
Hind zirəsi
Hüseynəli xan Ziyadoğlu-Qacar
Hüseynəli xan Qacar (İrəvan – 9 noyabr 1783 və ya 1783, İrəvan) — İrəvan xanı (1759/1760-1783-cü illər), Osmanlı sultanının xüsusi fərmanla Anadolu vilayətlərinin bəylərbəyi gəriliyi titulu bəxş etdiyi dövlət xadimi. == Hakimiyyəti == İrəvan xanlığında Həsənəli xan Qacarın ölümündən sonra hakimiyyətdə onu qardaşı Hüseynəli xan Qacar (1759/1760-1783-cü illər) əvəz etdi. Əgər İrəvan xanlığının yaranması Mirmehdi xan Əfşarın adı ilə bağlıdırsa, xanlığın güclənməsi də Hüseynəli xanın xidmətləri olmuşdu. Hüseynəli xan daxili siyasətdə xanlığın iqtisadi cəhətdən möhkəmlənməsinə diqqət yetirirdisə, xarici siyasətdə İrəvanın tam müstəqilliyinə nail olmaq və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq siyasəti yeridirdi. === Dağıstan xalqları ilə münasibətlər === 1760-cı ilin avqustunda Dağıstan qoşunları İrəvana yürüş etdilər. Hüseynəli xan onlara qarşı qoşun göndərdi və baş vermiş döyüşdə Dağıstan qoşunu məğlub olaraq geri çəkildi. Lakin əlavə kömək alan dağıstanlılar Araz çayına qədər gəlib çatırlar. Dağıstan qoşunu qarətçilik əməllərini sona çatdırdıqdan sonra geriyə dönərkən, Kartli-Kaxetiya qoşunları qəflətən onlara hücum edərək qoşunlarını məğlub etdilər. Bu hadisə Kartli-Kaxetiya çarlığının İrəvan xanlığı üzərində təsirini daha da möhkəmləndirmişdi. === Kartli-Kaxeti çarlığı ilə münasibətlər === Hüseynəli xan hakimiyyəti illərində İrəvan xanlığının sərhədləri daha da genişlənərək Şörəyel bölgəsini də əhatə etmişdi.
Həcc Ziyarəti (1991)
Həcc ziyarəti
Həcc (ərəb. حَجّ‎) – İslam dinin sütunlarından biri. Qurani-Kərimdə qeyd olunur: "Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər." == Həccin hökmləri == Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə həccin vacib olduğu insanlar barəsində buyurulur: "Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.". Ümumiyyətlə quran və hədislərdə həccin ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olması qeyd olunur: 1. Hədd-büluğa çatmış olsun. 2. Aqil və azad olsun. 3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
Həcc ziyarəti (film, 1991)
Həm ziyarət, həm ticarət... (film, 1995)
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. == Məzmun == "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. == Film haqqında == Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.
Kaloyanov zirvəsi
Kaloyanov zirvəsi (bolq. Калоянов връх, ‘Kaloyanov Vrah’ \ka-lo-'ya-nov 'vr&h\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 550 m hündürlüklü qaya zirvəsidir. Zirvə İlk Bolqarıstanlı Antarktida kampaniyasında iştirak edən və radio işçisi Stefan Kaloyanovun adını daşıyır. == Yerləşməsi == Kaloyanov zirvəsi 65°10′48″ c. e. 61°53′01″ q. u. koordinatlarında yerləşmişdir. Ravnoqor zirvəsindən 2.95 km cənub-qərbdə, Dimça zirvəsindən 4.38 km qərbdə, Mihnevski zirvəsindən 2.04 km şimal-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kanada zirinci
Kanada zirinci (lat. Berberis canadensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın şərqində çayların sahillərində, hündür qayalarda və yamaclarda bitir. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır, yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Vegetasiyası aprelin axırlarından oktyabrın axırlarına qədər davam edir. Çiçəkləməsi mayın axırından iyulun əvvəlinə qədərdir. Hər il bol meyvə verir. Sentyabrın axırlarında yetişir.
Kazım Ziya
Kazım Ziya Cəfər oğlu Kazımzadə (21 mart 1896, Yuxarı Əylis, Naxçıvan qəzası – 20 noyabr 1956, Bakı) — Azərbaycan teatr və kino aktyoru, pedaqoq, tərcüməçi, Azərbaycan SSR Xalq artisti (1943), "Stalin" mükafatı laureatı (1948). == Həyatı == === Həyatının erkən dövrü === Kazım Ziya 21 mart 1896-cı ildə Azərbaycanın Ordubad rayonundakı Yuxarı Əylis kəndində doğulub. Yeniyetmə yaşlarından ərəb və fars dillərini mükəmməl öyrənib. Sonralar rus və fransız dillərini də mənimsəyib. 1911-ci ildə əmisi Hüseynin ailəsi ilə Bakıya köçüb. O, 1912-ci ilin payızında burada "İttihad" İran gimnaziyasına daxil olub. Bir il sonra məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə Hüseyn Ərəblinski başda olmaqla teatr fədailəri "İttihad" məktəbində şagirdlərin nəfinə (xeyrinə) Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsinin tamaşasını göstəriblər. Bununla da Kazım Ziyanın taleyinin sənət seçimi qətiləşib. Həmin vaxtdan müxtəlif teatr dəstələrində çıxışlar edib.
Koburq zirvəsi
Koburq zirvəsi (bolq. връх Кобург, ‘Vrah Coburg’ \'vr&h 'ko-burg\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimal-şərqdə yerləşən, 783 m hündürlüklü qaya zirvəsidir. Erul yüksəkliyinə daxildir. Zirvə Bolqarıstan sülalələrindən olan Koburq sülaləsinin (1887-1946) adını daşıyır. == Yerləşməsi == Koburq zirvəsi 63°41′42″ c. e. 58°20′57″ q. u. koordinatlarında yerləşmişdir. Obidim zirvəsindən 1.25 km şimal-qərbdə, Siniger nunatakından 3.32 km şimal-şərqdə, Giqen zirvəsindən 3.32 km cənub-şərqdə, Çoçoveni nunatakından 3.34 km cənub-qərbdə yerləşmişdir.
Kompozit zirehlər
Kompozit zirehlər müasir dövrdə metal kimi klassik materialların bir çox xüsusiyyətləri inkişaf etməkdə olan texnologiyanın ehtiyacları üçün yetərli deyildir, buna görə də üstün xüsusiyyətlərə malik kompozit materiallar istehsal edilməyə başlanılmış və bu baxımdan sürətli bir inkişaf prosesi başlanmışdır. Klassik materiallarla müqayisədə kompozit materialların ən qabarıq xüsusiyyətləri yüngüllük və davamlılıqdır. Tədqiqat və inkişaf nəticəsində bu materialların çəkilmə və zərbə gücünü artırmaq; Yorğunluğu, kimyəvi müqaviməti və elektrik xüsusiyyətlərini yaxşılaşdırmaq mümkün olmuşdur və kompozit materiallar aviasiya, dəniz nəqliyyatı vasitələri, avtomobil sənayesi, maşınqayırma, inşaat, hərbi və kosmik texnologiyalarda geniş tətbiq olunmağa başlanmışdır. == Kompozit Zireh == Kompozit materiallar ümumiyyətlə bir və ya daha çox növ lif, müxtəlif sərt hissəciklərin qətranlar və ya metal/keramika matrisləri ilə müxtəlif yollarla işlənərək əldə edilir. Bu məqsəd üçün istifadə olunan liflər şüşə karbon, keramika, aramid və qarışıq liflər ola bilər. Bəzən lif əvəzinə liflərdən hazırlanmış keçə və ya parçadan istifadə olunur. Beləliklə, dözümlülük daha da artdıqca istehsalda praktiklik də təmin olunur. === Üstünlükləri === Kompozit materialların əsas üstünlükləri; fiziki xüsusiyyətlərinin tənzimlənə bilməsi, yüngüllükləri, ağırlıqlarına nisbətən yüksək müqavimət qabiliyyəti, uzun yorğunluq ömrü, kimyəvi müqavimət və mürəkkəb formaların istehsalıdır. Kompozit materialların istehsalında qatrandan başqa metal matrislərdən də istifadə olunur. Alüminium-qrafit, maqnezium-qrafit metal matrisləri nümunə olaraq verilə bilər.
Konkord zirvəsi
Konkord zirvəsi və ya Pik Soglasiya Pamir dağlarında yerləşən zirvədir.Əfqanıstan ilə Tacikistan sərhədində yerləşmişdir. Zorkul gölündən təxminən 15 km cənubdadır.
Koreya zirinci
Koreya zirinci (lat. Berberis koreana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Koreyada geniş əraziləri əhatə edir. == Botaniki təsviri == Boyu 1,5 m olan koldur. Budaqları düz, tünd-qonur, qısa, tək iynəlidir. Cavan budaqları yaşıldır. Çətiri tikanlıdır. Yarpaqları iri, çox möhkəm, yarımdərili, yumurtaşəkilli, kənarları xırda dişli, uzunluğu 7 sm-ə qədər, bir az qırışlı, tünd-yaşıl rənglidir. Payızda qırmızı rəngdə olurlar. İyunun əvvəlində sarı rəngli çiçəklər açır.
Lansetvarı zirinc
Lansetvari zirinc (lat. Berberis gilgiana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyada geniş yayılmışdır == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, budaqları az tüklü, erkən yaşlarında qırmızı-qonur, sarı, yaşlı nümayəndələrdə isə al-qırmızı-qonur rəng alan kol bitkisidir. Budağın üzərindəki iynələr əsasən 3 hissəli, uzunluğu 0,5-2,5 sm-ə qədərdir. Yarpaqların uzunluğu 2,5-4,5 sm-dir, yumurtaşəkilli-ellipsvaridir, uzunsovdur, ucu biz, kənarları dişlidir. Üst tərəfdən tutqun-yaşıl, bir az tüklü və ya çılpaq, alt tərəfdən isə boz-yaşıl rəngli və tüklüdür. Çiçəkləri parlaq yaşıl, diametri təxminən 0,6 sm-dir, uzunluğu 2,5-3,5 sm olan sıx salxımlara yığılmışdır. Meyvələri uzunsov-yumurtaşəkilli, uzunluğu 1 sm-ə qədər olub, al-qırmızıdır. == Ekologiyası == Soyuğa, küləyə, kölgəyədavamlı olub, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur.
Lardiqo zirvəsi
Lardiqo zirvəsi (bolq. връх Лардиго, ‘Vrah Lardigo’ \'vr&h lar-'di-go\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən aralıda yerləşən, 1158 m hündürlüklü qaya zirvəsidir. Zirvə Sneqotin silsiləsinə daxildir. Zirvə Bolqarıstanın Qara Dəniz sahillərində yerləşən Lardiqo burnunun adını daşıyır. == Yerləşməsi == Lardiqo zirvəsi 63°33′42″ c. e. 58°28′54″ q. u. koordinatlarında yerləşmişdir. İqnatiyev dağından 10.06 km şimal-şərqdə, Kroun zirvəsindən 4.2 km şərqdə, Mareskot burnundan 9.63 km cənub-şərqdə, Tintyava zirvəsindən 13.17 km cənub-qərbdə, Hoçstetter zirvəsindən 10.62 km şimal-qərbdə yerləşmişdir.
Li Ziqi (vloger)
Li Ziqi ([lì tsɹ̩̀.tɕʰí]; Çin: 李子 柒; 6 iyul 1990) — təşəbbüskar və internet şöhrətli Çinli vlogerdir. Çinin cənub-qərbindəki Sıçuan əyalətinin şimal-mərkəzində Mianyangda Pingvu kəndində qida və sənətkarlıq hazırlığı videoları hazırlaması ilə məşhurdur. YouTube kanalında 2.3 milyarddan çox baxış və 15.2 milyon abunəçisi var. Kanal, 12 May 2021-ci ildə Rekorda sahib olmuşdur. Belə ki, "YouTube-da Çin dilində kanal üçün ən çox abunəçi" olaraq Guinness Dünya Rekordudur. == Erkən həyat == Li 6 iyul 1990-cı il tarixində Çinin Sıçuan şəhərində anadan olub, əvvəl adı "Li Jiajia" (Çin: 李佳佳; pinyin: Lǐ Jiājiā) idi. Çox gənc yaşlarında yetim qalmışdır. Goldthread-ə verdiyi müsahibədə Li, ögey anasının pis davranışından sonra nənə və baba evinə köçdüyünü bildirdi. == Karyera == Li 2015-ci ildə videolarını Meipaidə yayımlamağa başladı. Əvvəlcə Li videolarını təkbaşına çəkdi, lakin o vaxt yaradıcı video montaj bacarıqları ifadə etməyə bacarmırdı.
Martes zibellina
Samur (lat. Martes zibellina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Təsviri == Samurun bədən uzunluğu 56 sm, quyruğu isə 20 sm-ə qədərdir. Xəzinin rəngi dəyişkəndir. Bəzi fərdlər demək olar ki, tamamən qara rəngdə olur. Bəzilərinin rəngi isə çox açıq, qumlu sarı və ya parlaqdır. Elə fərdlərdə vardır ki, arxa tərəfində tünd bir kəmər olan qəhvəyi ton, yan tərəflər isə nisbətən açıqdır. == Həyat tərzi == Sibir tayqasının xarakterik bir sakinidir. Çevik və ölçüsünə görə çox güclü yırtıcıdır. Yerüstü həyat tərzi sürür.
Marçayevo zirvəsi
Marçayevo zirvəsi (bolq. връх Мърчаево, ‘Vrah Marchaevo’ \'vr&h m&r-'cha-e-vo\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 1100 m hündürlüklü qaya zirvəsidir. Zaqreus silsiləsinə daxildir. Hektoriya buzlağından şimal-şərqdə, Paspal buzlağından cənub-qərbdə yerləşmişdir. Zirvə qərbi Bolqarıstanda yerləşən Marçayevo şəhərinin adını daşıyır. == Yerləşməsi == Marçayevo zirvəsi 64°51′21″ c. e. 61°52′56″ q. u. koordinatlarında yerləşmişdir.
Milli Dua Ziyafəti
Milli Dua Ziyafəti (ing. National Prayer Breakfast) — ABŞ-də prezidentlərin və dövlət nümayəndələrinin iştirakı ilə hər il keçirilən ən böyük mərasimlərdən biri. 2014-cü ildəki Ziyafətə dünyanın 134 ölkəsinin nümayəndəsi, o cümlədən iki ölkənin prezidenti, xeyli sayda dövlət və ictimai xadim qatılmışdır. 2015-ci ildeki Ziyafetde Azərbaycanı temsil edən yeganə Azərbaycanlı Dr Vüqar Şahbazlı olmuşdur. Bu NPB-də ilk defe olaraq XIV Dalay Lama da iştirak etmişdir.
Minotavra ziyarət (film, 1987)
Minotavra ziyarət — film rejissor Eldor Urazboyev tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Maksim Qorki adına kinostudiya və "Mosfilm" kinostudiyası da istehsal edilmişdir. Əsas rolları Sergey Şakurov, Anna Kamenkova, Vladimir Samoylov, Aleksandr Filippenko, Valentin Qaft, Mixail Puqovkin, Laymonas Noreyka, Lev Borisov, Qriqori Lyampe, Svetlana Xaritonova, Nina Menşikova, Aleksandr Yakovlev ifa edirlər. == Məzmun == Filmdə iki hekayə var. Onlardan biri 1986-cı ildə SSRİ-dən, digəri isə XVII-XVIII əsrlərdə İtaliyada, görkəmli skripka ustası Antonio Stradivarinin yaşadığı və işlədiyi dövrdən bəhs edir. Prokuror, müstəntiqi Stanislav Pavloviç Tixonova məşhur musiqiçi, skripkaçı, SSRİ xalq artisti Lev İosifoviç Polyakovun mənzilində oğurluq hadisəsinin araşdırılmasına dair tapşırıq verir. Əfsanəvi "Santa Maria" skripkası tapılmasa Stradivari iflas ediləcək. İstintaq zamanı məlum olub ki, skripkanın oğurlanması oğruların əsas hədəfi olub. İstintaq zamanı Tihonov cinayətkarların aktiv müqaviməti ilə qarşılaşır. Araşdırmalar davamlı olara davam edir.

"zi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zi nədir? #zi sözünün mənası #zi nə deməkdir? #zi sözünün izahı #zi sözünün yazılışı #zi necə yazılır? #zi sözünün düzgün yazılışı #zi leksik mənası #zi sözünün sinonimi #zi sözünün yaxın mənalı sözlər #zi sözünün əks mənası #zi sözünün etimologiyası #zi sözünün orfoqrafiyası #zi rusca #zi inglisça #zi fransızca #zi sözünün istifadəsi #sözlük