zə sözü azərbaycan dilində

Yazılış

  • zə • 89.4081%
  • ZƏ • 5.6075%
  • Zə • 4.9844%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gəncə zəlzələsi
Gəncə zəlzələsi (427) — Gəncədə 427-ci ildə baş vermiş zəlzələ. Gəncə zəlzələsi (1139) — Gəncədə 1139-cu ildə baş vermiş zəlzələ.
Gəncə zəlzələsi (1139)
Gəncə zəlzələsi — 1139-cu ildə sentyabrın 30-da Gəncə şəhərində baş vermiş zəlzələ. Zəlzələ Gəncədən 50 km cənubda baş verib. Belə ki, 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb. == Tarixi == Gəncə zəlzələsi Səlcuq hökmranlığı zamanı, 1139-cu il sentyabr ayının 30-da baş vermişdir. Zəlzələnin şahidi, Gəncə sakini, alban tarixçisi və hüquqşünası Mxitar Qoş baş verənləri bu cür təsvir edir: "Areq ayının 18-ci günü, cümə günündən şənbəyə keçən gecə (30 sentyabr 1139-cu il, şənbə günü) Allahın şiddətli qəzəbi dünyaya töküldü. Yerin hiddəti və qüvvətli dağıntı dəhşətli qəzəblə bu Alban torpağına yetişdi. Bunun nəticəsində onun paytaxtı Gəncə də öz sakinlərini udaraq, cəhənnəmə atıldı". Gəncədə zəlzələ zamanı həlak olanların sayı dəqiq məlum deyil.
Gəncə zəlzələsi (427)
Gəncə zəlzələsi — Azərbaycan tarixində ilk yazılı mənbələrdə qeydə alınan zəlzələ 427-ci ildə baş vermişdir. Zəlzələ Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə baş vermişdir. Minlərlə insan həlak olmuşdur. Azərbaycanın seysmoloji tarixinin əsası da bu ildən başlanır.
Gəncə zərbxanası
Gəncə zərbxanası — Gəncə şəhərində yerləşən sikkə zərbxanası. Güman edilir ki, Gəncədə zərbxananın fəaliyyəti Sasani dövründən başlamışdır. Zərbxana 1804-cü ilə, Gəncə xanlığının süqutuna qədər fəaliyyət göstərmişdir. == Tarixi == === Sasani və Xilafət dövrü === Sasani hökmdarı II Xosrov Pərvizin adından Gəncədə zərb edilmiş sikkəsi hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Sikkənin aversində II Xosrovun surəti, reversində atəşpərəst məbədinin təsviri verilmişdir. Şəklin ətrafında Gəncə zərbxanasının monoqrammı zərb edilmişdir. Əməvi dövründə Gəncə zərbxanasında II Xosrovun sikkə tipləri əsasında sasani-ərəb dirhəmləri zərb edilmişdir. Bu tip sikkələr h. 77-ci il (696-cı il) Əməvi xəlifəsi Əbd əl-Məlik Mərvanın pul islahatına qədər zərb olunmuşdur. Rusiya Dövlət Ermitaj Muzeyinin numizmatika fondunda h.
Gəncə zərbxanası tarixindən
Gəncə zərbxanası — Gəncə şəhərində yerləşən sikkə zərbxanası. Güman edilir ki, Gəncədə zərbxananın fəaliyyəti Sasani dövründən başlamışdır. Zərbxana 1804-cü ilə, Gəncə xanlığının süqutuna qədər fəaliyyət göstərmişdir. == Tarixi == === Sasani və Xilafət dövrü === Sasani hökmdarı II Xosrov Pərvizin adından Gəncədə zərb edilmiş sikkəsi hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Sikkənin aversində II Xosrovun surəti, reversində atəşpərəst məbədinin təsviri verilmişdir. Şəklin ətrafında Gəncə zərbxanasının monoqrammı zərb edilmişdir. Əməvi dövründə Gəncə zərbxanasında II Xosrovun sikkə tipləri əsasında sasani-ərəb dirhəmləri zərb edilmişdir. Bu tip sikkələr h. 77-ci il (696-cı il) Əməvi xəlifəsi Əbd əl-Məlik Mərvanın pul islahatına qədər zərb olunmuşdur. Rusiya Dövlət Ermitaj Muzeyinin numizmatika fondunda h.
Gərni zəlzələsi (1679)
1679-cu il İrəvan zəlzələsi — 4 iyun 1679-cu ildə İrəvan şəhərində və ətrafında baş vermiş güclü zəlzələ. Zəlzələnin episentri Baş Gərni kəndi yaxınlığında olub. Zəlzələnin maqnitudası 6,4 bal (digər mənbələrə görə 8 bal) gücündə olub. Yeraltı təkanların gücü 9–10 bala çatıb. Bu, Cənubi Qafqaz tarixindəki ən güclü zəlzələlərdən biri hesab olunur. Zəlzələ nəticəsində İrəvan şəhəri ətraf ərazilər güclü zərər görüblər. Nəticədə 20 mindən çox adam xəsarət almış, 7500-dən artıq insan həlak olmuşdur.. == Tarixi == İrəvan zəlzələsi 1679-cu il iyunun 4-də baş vermişdir. Zəlzələ nəticəsində İrəvan şəhəri və ətrafı darmadağın olmuşdur. Kanakir, Vəliağalı, Baş Gərni və digər yaşayış məntəqələri yerlə yeksan olub.
Hacallı (Zəngilan)
Hacallı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsinin mərkəzi olan kənd. == Tarixi == Kənd düzənlikdədir. Yaşayış məntəqələri hacıllı/hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 63 evdə 299 şiə kürd yaşayırdı.
Hacı Məhəmmədəli xan Zərnavi
Hacı Məhəmmədəli xan (1682 – 1763, Ağsu) — 1747-ci ildən 1761-ci ilə kimi Yeni Şamaxıda hakimiyyət sürən Şirvan xanı. == Həyatı == Təxminən 1682-ci ildə Sufi Nəbi Zərnəvainin ailəsində doğulmuşdur. 1747-ci ildə Nadir şah Əfşar tərəfindən Yeni Şamaxının hakimi kimi təsdiqlənmişdir. Zərnava kəndindən Hacı Məhəmmədəli xan oturaq əyan-əşrəfin nümayəndəsi idi. Köçəri əmirlər onun başçılığı ilə barışa bilmirdilər. Xançobanlı elindən çıxmış Əsgər bəy Allahverdi bəy oğlu ona qarşı mübarizə aparırdı. 1749-cu ildə şəkili Hacı Çələbi xan, qarabağlı Pənahəli xan, gəncəli Şahverdi xan ilə birlikdə Kartli-Kaxetiyaya hücum etmək üçün razılığa gəlmişdi. Lakin İrəvan xanının xəbərdarlığı ilə baş verə biləcək hadisəyə qarşı II İraklinin hazırlığı bu ittifaqın pozulması ilə nəticələndi. Şamaxı xanlığında ikihakimiyyətliliyin mövcud olması xanlığın mübarizə qüdrətinə mənfi təsir göstərirdi. 1755-ci ildə Hacı Çələbi xan çox sayda qoşunla Şirvanı almaq məqsədilə gəlib Ağsu şəhərini mühasirə etdikdə Yeni Şamaxı hakimi Hacı Məhəmmədəli xan Quba hakimi Hüseynəli xandan kömək istədi.
Haiti zəlzələsi
Haiti zəlzələsi – 12 yanvar 2010-cu ildə Cənubi Amerika ölkəsi Haitidə 7 bal gücündə baş verən zəlzələ zamanı 222000-dən çox adam həlak olub, 300000-dən artıq adam yaralanıb. 1,3 milyon insan yaşadığı yurdundan olub. 100000-ə yaxın ev təmamilə dağılıb. == Haiti zəlzələsi == Haiti zəlzələsi 12 yanvar 2010-cu il yerli vaxtla saat 21:53:09-da episentri paytaxt Port-Au-Prinsdən 25 km aralıda olan 7.0 Rixter gücündə zəlzələ idi. Zəlzələ yerin 13 km dərinliyində baş verib.Amerika Birləşmiş Ştatlarının Geoloji Tədqiqatı 5.0 və 5.9 bal gücündə on dörd afterşok qeydə aldı. Zəlzələ nəticəsində Port-o-Prensdə böyük dağıntılar baş verib. Zədələnmiş ərazilərə Haiti Milli Sarayı (Prezident Sarayı), Haiti Milli Assambleyasının binası, Port-o-Prins Katedrali və mərkəzi həbsxana daxildir. Ölkə üzrə xəstəxanalar dağıdılıb və ya ciddi şəkildə zədələnib. Birləşmiş Millətlər Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Sabitləşdirmə Missiyasının (Haiti) paytaxtdakı baş ofisinin dağıldığını bildirdi. Missiyanın rəhbəri Hedi Annabinin yanvarın 13-də öldüyü prezident René Preval tərəfindən təsdiqləndi.
Heydər Əliyev ideyalarının zəfər yürüşü (kitab)
Heyvandarlıq Zərbəçi Cəbhədir (1981)
Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981)
Hidravlik zərbə
Hidravlik zərbə (Su çəkici)(ing. Water hammer) boru sistemində su sürətinin sürətlə dəyişməsi nəticəsində yaranan təzyiq dalğasıdır. Suyun boruya təsiri ilə bir səs ortaya çıxır və vuruşun adı buradan gəlir. Hidravlik zərbə müxtəlif səbəblərə görə boru kəmərlərində baş verə bilər. Bunlara misal olaraq, nasos motorunun qəfil kəsilməsi, xəttin bağlanması / açılması və nasosun işə salınması kimi qaçılmaz səbəblər var. Su çəkicinin nəticəsi olaraq boru kəmərində dövri olaraq yüksək təzyiq və aşağı təzyiq dəyərləri yaranır. Boru və ya xəttdəki digər elementlər bu təzyiqlər altında zərər görə bilər. Bu səbəblərə görə boru kəmərlərinin dizaynı zamanı su çəkici hesablanmalı və xəttə zərbəni önləmək üçün elementlər quraşdırılmalıdır. == Hidravlik zərbənin hesablanması == Boruda zamandan asılı hərəkət və davamlılıq tənliklərini həll etməklə hesablana bilər. Bu tənliklər iki üsulla həll edilə bilər.
Hind okeanında zəlzələ və sunami (2004)
Hind okeanında zəlzələ və sunami — 26 dekabr 2004-cü ildə baş vermiş zəlzələ. 2004-cü ilin 26 dekabr tarixində Hind okeanında baş vermiş və gücü 9,1-9,3 bal təşkil etmiş zəlzələ müasir tarixin ən məhvedici təbii fəlakətlərindən biri kimi yadda qalan sunamiyə səbəb oldu. Zəlzələnin episentri Hind okeanında, Sumatra (İndoneziya) adasının şimal-şərq sahilləri yaxınlığında qeydə alındı. Zəlzələdən sonra yaranmış sunami İndoneziya, Şri-Lanka, Hindistan və Tayland sahillərinə qədər çatdı. Dalğaların hündürlüyü 15 metrdən çox idi. Maraqlıdır ki, zəlzələ Yeni Zelandiyanın Oklend adalarının qərb sahillərinə yaxın və Avstraliyanın Makkuori adasının şimal sahili yaxınlığında 8,1 bal gücündə qeydə alınmış zəlzələdən 3 gün sonra baş verdi. Bu hadisənin qeyri-adiliyi ondan ibarət idi ki, alimlərin müşahidələrinə əsasən, 8 bal və daha güclü zəlzələlər, orta hesabla, ildə bir dəfə baş verir. Hind okeanında baş vermiş zəlzələ nəticəsində yerin təkindən ixrac olunmuş enerji, təxminən, 2 ekocoul oldu. Bu enerji Yer planetinin hər bir sakini üçün 150 litr su qaynadılması üçün kifayətdir. Zəlzələ bütün planetə təsir etdi və hətta Amerika Birləşmiş Ştatlarında belə 3 mm vertikal tərpənmələrlə qeyd edildi.
Hindi Zəmi
Hindi Zəmi (fars. هندی‌زمین‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 192 nəfər yaşayır (66 ailə).
Hüseynabad-i Zəlləhcub (Qürvə)
Hüseynabad-i Zəlləhcub (fars. حسين آباد ظله جوب‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 155 nəfər yaşayır (32 ailə). Əhalisini kürdlər təşkil edir.
Hüseynpaşa xan Zərğami
Hüseynpaşa xan Zərğami — əslən Qarabağlı müharibə əmir bahaduru, komandir(sərdar) və Müzəffərəddin şah sarayının naziri idi. O, əvvəlcə Müzəffərəddin Mirzə, Təbrizdə şahzadə olaraq şahzadənin hökumətində xidmətə başladı. 1884-cü ildə Hac İmamqulu xan İlxani Qullar Ağası Başının oğlu Məhəmmədhüseyn xan Bəxtiyari Həftləng, Təbrizdə Müzəffərəddin Mirzənin qulamlarının başçısı olan zaman,Hüseynpaşa xan yüzbaı qulamlar dəstəsində idi. 1886-cı ildə Məhəmmədhüseyn xan Qullar Ağası Başının varisi oldu və 1891-ci ilə qədər bu vəzifədə idi. 1892-ci ildə bu vəzifədən başqa birinci general(سرتیپ اولی/Sərtip əvvəli) dərəcəsi ilə Azərbaycanın acudan başısı oldu və 1893-cü ildə müharibə əmir bahaduru oldu.
Hüseynqulu xan Zəngənə
Hüseynqulu xan Zəngənə (?-?) — Zəngənə elinin başçılarından, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi. == Həyatı == Hüseynqulu xan Hacı Hüseynəli xan oğlu Kirmanşah şəhərində doğulmuşdu.Mükəmməl mədrəsə təhsili almışdı. 12 mart 1729-cu ildə Nadir Hüseynqulu xanı Gilan əyalətinə hakim təyin etdi. Həmin zaman Gilan rusların əlində idi. Nadir Rusiyaya elçi göndərin Gilan və Astrabadı geri tələb etdi. 1730-cu ilin martında Nadir Həmədana doğru istiqamət götürdü. Onun qoşunu 25 min nəfərlik süvari və piyadalardan ibarət idi. Bu yürüşdə onu toplar və zənburəklər müşayiət edirdilər. Eyni zamanda o, Tehrandakı qüvvələrə də xəbər göndərdi ki, Qəzvin-Ave yolu ilə Azərbaycanın cənub-qərbinə doğru hərəkət etsinlər. Hüseynqulu xan Zəngənə özünün beş min nəfərlik dəstəsi ilə Gülpayqan yaxınlığında düşərgə saldı.
Hüseynxanlı (Zərdab)
Hüseynxanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə 1 natamam orta məktəb, 1 uşaq bağçası var. == Əhalisi == Kənd əhalisinin sayı təxminən 800 nəfərdir.[mənbə göstərin] == İqtisadiyyatı == Əhali əsasən əkinçılık və maldarlıqla məşğul olur. == İdman == Rayonda ən yaxşı futbol oynayanlar Qaravəlli kəndi ilə yanaşı bu kənddə toplanıb. == İnfrastruktur == 2014-cü ilin noyabr ayının 27-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Həbib Zərbəliyev
Həbib Zərbəliyev (24 sentyabr 1953, Xurşud, Salyan rayonu) — Azərbaycanda İndoneziya dili üzrə ilk mütəxəssis, Azərbaycan Dillər Universitetinin professoru == Həyatı == Həbib 1953-cü ilin 24 sentyabrında Salyan rayonunun Xurşud kəndində anadan olmuşdur. O vaxtlar Xurşud kəndində yalnız ibtidai məktəb fəaliyyət göstərirdi. İki il orada oxuduqdan sonra Həbib Salyan şəhər internat məktəbində təhslini davam etdirməli olur. Burada oxuduğu müddətdə müəllimlər ondan həmişə razılıq edir, onun ən yaxşı oxuyan şagird olduğunu deyirdilər. Səkkizinci sinfə qədər burada oxuduqdan sonra 1968-ci ildə Həbib Əli Bayramlı şəhər Pedaqoji Məktəbinin ibtidai sinif müəllimi şöbəsinə daxil olur. Burada da o, yaxşı oxuması ilə fərqlənir. Bununla yanaşı, Həbib bədii özfəaliyyət dərnəyində də fəaliyyətini davam etdirir, pedaqoji məktəbin ansamblı ilə əlamətdar günlərdə tələbələr qarşısında, eləcə də müxtəlif rayon və şəhərlərin mədəniyyət saraylarında konsert proqramları ilə çıxış edir. 1972-ci ildə Həbib pedaqoji məktəbi fərqlənmə diplomu ilə bitirib ibtidai sinif müəllimi ixtisası alır və təyinatla Puşkin (indiki Biləsuvar) rayonuna işləməyə göndərilir. 1973-cü ilin mayına qədər Nərimanov kənd orta məktəbində sinif müəllimi işlədikdən sonra Həbib ordu sıralarına çağırılır. Ordudan qayıtdıqdan sonra o, doğma kəndində müəllimlik fəaliyyətini davam etdirir.
Həkəri (Zəngilan)
Həkəri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == Göyən çölündə, Həkəri çayının Araza töküldüyü yerin yaxınlığındadır. Qəsəbə 1950-ci illərdə Həkəri dəmir yolu stansiyası yanında salınmış və həmin stansiyanın adı ilə adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Hələbcə şəhərinə zəhərli qaz hücumu
Hələbcə qətliamı — İran-İraq müharibəsi zamanı İrana dəstək verən kürdləri cəzalandırmaq məqsədilə İraq lideri Səddam Hüseynin əmrilə İraqın şimalında kürdlərin yaşadığı Hələbcə şəhərinin əhalisinə qarşı 1988-ci il 16-17 mart tarixlərində həyata keçirilmiş kimyəvi silah hücumu. Hücum zamanı iprit, zarin, tabun və VX qazından istifadə edilmişdir. Ölənlər barədə müxtəlif məlumatlarda bir neçə yüz nəfərdən 7 minədək insanın öldüyü, həmçinin 20 minə yaxın insanın isə müxtəlif xəsarətlər aldığı bildirilir. Daha çox 5 000 nəfərin öldüyü və 11 000 nəfərin xəsarət aldığı barədə məlumata üstünlük verilir. 1 mart 2010-cu il tarixində İraq Ali Cinayət Məhkəməsi Hələbcə qətliamını soyqırım kimi tanımışdır.
I İmadəddin Zəngi
I İmadəddin Zəngi (ərəb. عماد الدین زنكي‎ ;1085–14.sentyabr.1146) — həmçinin Zangi, Zengui, Zenki və Zanki kimi də adlandırılır. O, Oğuz türklərindən olan atabəy idi və Mosul, Hələb, Həma və Edessa qraflığını idarə etmişdir. Zəngilər sülaləsi adını məhz ondan almışdır. I İmadəddin Zənginin atası İmadəddin Zəngi bin Qasımüddövlə Ağsunqur olmuşdur. Tarixi qaynaqların Qasımüddövlə Ağsunqur haqqında verdiyi bilgilərdən onun dördüncü Səlcuq sultanı Məlikşah bin Arslanın yaxın qohumu olması bəllidir. Sultan Məlikşahla Ağsunqur həm də uşaqlıq yoldaşı olmuşdur. Qasımüddövlə ayamasını da Ağsunqura Sultan Məlik şah vermiş və onu 1084-cü ildə Hələb şəhərinə vali təyin etmişdi. İmadəddin Zəngi uşaq ikən atası Qasımüddövlə Ağsunqur öldürülmüşdür. Aqsunqur I Məlikşah tərəfindən Hələb valisi təyin olunmasına baxmayaraq, 1094-cü ildə xəyanətə görə edam olunu.
I İnönü zəfəri
Birinci İnönü döyüşü — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türk-Yunan müharibələrində yunan ordusu ilə türk Ankara Hökumətinin ordusu arasında 6-11 yanvar 1921-ci il tarixlerində baş vermiş bir döyüş. == Tarix == 15 may 1919-cu ildə yunan orduları İzmir şəhərini işğal edir. 10 avqust 1920-ci ildə isə türk sultanının nümayəndəsi Sevr sülh sazişini imzalayır ki, bu anlaşmaya görə Yunanıstana Şərqi Frakiya (bəzi mənbələrdə Trakiya), bütün İzmir vilayəti, İmbros və Tenedos adaları keçirdi. Yunan ordusu bu ərazilərə öz ordularını yeridərək qarşılarındakı bütün partizan və üsyançı türk dəstələrini əzirdi. Yunan ordusunun hərəkətləri Türkiyə Böyük Millət Məclisini qəti addımlar atmağa vadar etdi. Böyük Millət Məclisi sultan hökumətini vətən xaini və satqın elan edir və Sevr müqaviləsini tanımır. Mustafa Kamal Atatürk və onun silahdaşları təcili olaraq şərq cəbhəsindəki qoşunları qərbə ataraq yeni dəstələr yığmağa başlayır. == Döyüş == Yanvar ayının əvvəlində general Papulasın başçılığı altında olan yunan ordusu Bursadan Əskişəhər istiqamətində hərəkət etməyə başlayır. 6–9 yanvar 1921 tarixləri arasında döyüşlər örtmə və təhlükəsizlik qüvvələri əməliyyatı şəklində reallaşdı. 9 yanvarda onlar ilk türk qoşunları ilə rastlaşır və İnönü dəmir yolu stansiyasında döyüşə girirlər.
Kalium zəyi
Alüminium-kalium sulfat — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – ağ, rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 1,76; S – 2; Ayrılma – {111}üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – dadı kəmşirindir, ağız büzüşdürücüdür, suda yaxşı həll olur (151 q/l 20°C-də); Morfologiya – kristallar: nadir rast gəlir; oktaedrik, nisbətən az – heksaedrik; Mineral aqreqatları: torpaqvari və sıx kütlələr, qabıqlar, qaysaqlar. == Mənşəyi və yayılması == Arid vilayətlər üçün tipik olan ekzogen əmələgəlmə kimi göl sularının buxarlanması zamanı kristallaşır. Sulfid yataqlarının oksidləşmə zonasında da əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: başqa sulfatlar, müxtəlif karbonatlar və s. Mineralın tapıldığı yerlər: Qara-Qum (Türkmənistan); Şorsu (Özbəkistan); Şimali Qafqaz; Dağıstan; Tambov və Ulyanovsk yaxınlığında (Rusiya); Katmay (ABŞ) və b. Azərbaycanda Böyük Qafqazın Cənub yamacının pirit saxlayan gil şistlərində yerləşən bir sıra kiçik zəy təzahürləri məlumdur. Bundan başqa bir sıra filiz yataqlarının və təzahürlərinin (Filizçay, Çıraqdərə, Gədəbəy, Bülüldüz və b.) oksidləşmə zonalarında, Kəlbəcər rayonun və Naxçıvan MR-nın bəzi yerlərində aşkar edilmişdir. == Tətbiqi == Dəriaşılama işlərində, boyaq, kağız istehsalında, təbabətdə və b.

"zə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zə nədir? #zə sözünün mənası #zə nə deməkdir? #zə sözünün izahı #zə sözünün yazılışı #zə necə yazılır? #zə sözünün düzgün yazılışı #zə leksik mənası #zə sözünün sinonimi #zə sözünün yaxın mənalı sözlər #zə sözünün əks mənası #zə sözünün etimologiyası #zə sözünün orfoqrafiyası #zə rusca #zə inglisça #zə fransızca #zə sözünün istifadəsi #sözlük