zəb sözü azərbaycan dilində

zəb

Yazılış

  • zəb • 57.1429%
  • Zəb • 28.5714%
  • ZƏB • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağa İsmayıl Zəbih
Ağa İsmayıl Zəbih (1781, Gəncə – 1868, Təbriz) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli yazır: Ağa İsmayıl Zəbih Gəncənin adlı şairlərindən birisi hesab olunur. Ağaismayıl "Zəbih" təxəllüsünü götürməkliyə səbəb Həzrət İsmayıl ilə bir isimdə (adaş) olmağıdır. Çün Həzrət İsmayıl həqq-taalanın əmri ilə Mina dağına atası İbrahim Xəlilullah tərəfindən zibh olunmaq üçün aparılmışdı, o münasibətlə Ağaismayıl dəxi özü üçün "Zəbih" təxəllüsünü intixab etmişdir. Zəbih mühacirətən xeyli müddət Təbrizdə iqamət edib, orada ticarət əmrinə məşğul olarmış və bir vaxtı orada tacirbaşılıq mənsəbinə dəxi yetişibdir. Dünyagörmüş və işaşıran bir vücud imiş. Bəzi rəvayətə görə, sonradan yenə Gəncəyə müraciət edib və burada hicrətin 1285-ci ili təxminən 70 yaşında vəfat edibdir. Amma səhihi budur ki, mərhum Ağaismayıl vətəninə müraciət etməyib, Təbriz şəhərində vəfat edibdir. Zəbih xoşxülq və pürsavad bir vücud imiş. Fars şairlərinin əsərlərindən ittilan-kamili var imiş.
Hoşyar Zəbari
Hoşyar Mahmud Məhəmməd Zəbari (kürd. Hişyar Zêbarî; 2 dekabr 1953, Akra[d]) — İraq kürd siyasətçisi. O, İraqın xarici işlər naziri, maliyyə naziri və baş nazirin müavini vəzifələrində çalışmışdır. == Həyatı == Hoşyar Mahmud Məhəmməd Zəbari 2 dekabr 1953-cü ildə İraqın Akra şəhərində, kürd əsilli ailədə anadan olmuşdur. O, İordaniyada siyasət üzrə bakalavr dərəcəsini bitirdikdən sonra Birləşmiş Krallığın Esseks Universitetində sosiologiya üzrə magistr dərəcəsi almışdır. Zəbari 1990-cı illərdə Kürdüstan Demokrat Partiyasının xarici əlaqələr üzrə sözçüsü olmuş, partiyanı təmsil etmək məqsədilə Birləşmiş Krallıq və ABŞ-da olmuşdur. Zəbari 2003-cü ildə İraq Hökumət Şurası tərəfindən İraqın Xarici İşlər naziri təyin edilmişdir. O, 2014–2016-cı illərdə maliyyə naziri və baş nazirin müavini vəzifələrində də çalışmışdır. == Şəxsi həyatı == Zebari İraq kürdü və sünni müsəlmandır. Onun atası Zəbari tayfasının başçısı Mahmud Ağa Zəbari idi və 1981-ci ildə İraq kəşfiyyatı tərəfindən qətlə yetirilmişdir.
Rüfət Zəbioğlu
Rüfət Zəbioğlu Axundov (1932 -1983) — şair. == Həyatı == Rüfət Zəbioğlu Bakıda müəllim ailəsində doğulmuşdur. İlk təhsilini 31 saylı Bakı şəhər orta məktəbində almışdır (1940-1950). Azərbaycan Dövlət Universitetinə daxil olmuş (1951), bir il sonra Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə SSRİ Yazıçılar İttifaqının nəzdində olan Maksim Qorki adına Ədəbiyyat İnstitutuna dəyişilmişdir. Onun ilk şeiri ― "Bakinski raboçi" qəzetində dərc edilmişdir (1949). Şeirləri ―Azərbaycan, ― Kirpi jurnallarında, ―Ədəbiyyat və İncəsənət qəzetində müntəzəm çap olunmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində redaktorluqla başlamışdır (1957). Sonra Azərbaycan Xalq Yaradıcılığı Evində dramaturgiya şöbəsinin müdiri (1958-1969), Bakı Neft Texnikumunda inspektor (1969-1974), Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1974-1978) işləmişdir. Bundan sonra müstəqil yaradıcılıqla məşğul olmuşdur. Rüfət Zəbioğlu 1983-cü il iyulun 20-də vəfat etmişdir.
Zəbanilər
Zəbanilər (ərəb. الزبانية‎) — islam esxatologiyasında, cəhənnəm mələkləri və ya ölüm zamanı ruhları aparan mələklər . Adları Quran kitabının Ələq surəsində keçir: "Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!". Təhrim surəsi (azərb. Qadağan edilmə‎) sərt və güclü mələklər haqqında bəhs edilir: "Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)". Muddəssir surəsinin 30-cu ayəsinə görə, Zəbani mələklərin sayı 19-dur. İslam rəvayətinə əsasən, Zəbanilər mələkləri qandallar və zəncirlərlə günahkarları qarşılayacaqlar. Mələklər onları dəmir kötəkləriylə döyəcəklər və hər dəfə onlar oradan çıxmaq istəyəndə mələklər onları geri qaytaracaqlar. == İstinadlar == == Ədəbiyyat == A. Jeffery. The foreign vocabulary of the Qurʾān.
Zəbbulla Əliyev
Zəbbulla Əliyev (tam adı: Əliyev Zəbbulla Xeyrulla oğlu; 6 mart 1946, Sabirabad – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. 1946-cı il 6 mart tarixində Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. 1 nömrəli tikiş fabrikində sürücü işləyib. Beş uşaq atası idi. Uşaqlar 38 №-li məktəbdə təhsil, alır. Vüqar, Leyla, Sevinc, İzzət. Kiçik oğlu Rauf ruhi xəstədir. Zəbbulla Əliyev XI Qızıl Ordu meydanında başından odlu güllə yarası almış, yanvarın 20-də vəfat etmişdir. Anadan olduğu kənddə dəfn edilib.
Zəbi Abdullayev
Zəbi Abdullayev (17 mart 1919, Tıxlı, Xızı rayonu – 13 oktyabr 2002) — azərbaycanlı tarixçi-filosof, beynəlxalq səviyyəli siyasi icmalçı. == Həyatı == === İlk illər === Zəbi Abdullayev 17 mart 1919-cu il tarixində Xızının Tıxlı kəndində anadan olmuşdur. Orta məktəbi Xızıda bitirmişdir. Həmin illər repressiya dövrü idi. Çətin bir dövrdə yaşamasına baxmayaraq, hələ kiçik yaşlarından onun elmə-biliyə böyük həvəsi, marağı olmuşdur. Qəbul imtahanını uğurla verən Zəbi Bakı Pedaqoji Texnikumuna qəbul olunmuşdur. O, hələ məktəb illərindən meylini kitaba salmışdı; hətta ilk təhsilini aldığı Xızı məktəbinin kitabxanasında demək olar ki, oxumadığı kitab qalmamışdır. Tələbəlik illərindən başlayaraq isə o, özünün zəngin şəxsi kitabxanasını yaratmışdır. Onun şəxsi kitabxanasında əsasən oxuduğu Azərbaycanın dahi yazıçı və şairlərinin, Qərb klassiklərinin əsərlərindən ibarət idi. Orada yüzlərlə kitabı toplamışdır.
Zəbi Quliyev
Zəbi Əhəd oğlu Quliyev (1910, Hacıtəpə, Lənkəran qəzası – 1972, Bakı) — Azərbaycan SSR dövlət xadimi. == Həyatı == Zəbi Quliyev 1910-cu ildə Hacıtəpə kəndində din xadimi Axund Əhədin ailəsində anadan olub. İlk təhsili atası Axund Əhəddən alaraq, kəndlərində məktəb olmadığı üçün ibtidai məktəbə qonşu Xırmandalı kəndinə, orta məktəbə Masallı şəhərində alır. Zəbi Quliyev Lənkəran Pedaqoji Məktəbini, 1931-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirir. === Ailəsi === Zəbi Quliyevin 2 oğlu, 2 qızı olub. == Fəaliyyəti == Zəbi Quliyev 1931-ci ildən 1941-ci ilə kimi Göyçay, Şəki, Masallı, Samux rayonlarında rayon partiya komitələrinin katibi vəzifəsində çalışmışdır. 1941-ci ildə Samux rayonuna rayon partiya komitəsinin 1-ci katibi təyin edilir. 1942–1943-cü llərdə İkinci Dünya mharibəsində iştirak edir və yaralanaraq geri qayıdır. 1944–1950-ci illərdə Göyçay və Tovuz rayonlarının partiya komitələrinin birinci katibi olmuşdur. 1952–1953-cü illərdə Gəncə vilayət komitəsində şöbə müdiri, 1953–1955-ci illərdə Balakən və 1955–1957-ci Şəkidə RPK-nın 1-ci katibi vəzifələrində işləyir.
Zəbid
Zəbid—Yəməndə tarixi bir şəhər. == Coğrafiyası == Yəmən Tihaməsində Hudəydənin 100 km. cənubi-qərbində yerləşir. Qırmızı dənizə 25 km. uzaqlıqdadır. == Tarixi == Şəhər, adını ortasında qurulduğu verimli vadidən almışdır. Bura öncələri Əşarilərdən Husayb ibn Abdüşəmsə izafətən Husayb adıyla bilinməkdə və bir neçə kənddən meydana gəlməkdəydi. Bölgədə yaşayan Əşar (Əşairə) qəbiləsi mənsublarından içlərində Əbu Musa əl-Əşarinin də olduğu bir heyət 628-ci ildə müsəlman olduqlarını bildirmək üzrə Mədinəyə doğru yola çıxmış, ancaq mindikləri gəmi fırtına üzündən Həbəşistan sahilinə sürüklənincə buradakı mühacirlərə qatılmışdılar. Həzrət peyğəmbərin bölgəyə vali təyin etdiyi Tahir b. Əbu Halə ilə Əbu Musa əl-Əşaridən sonra Yəmən Xüləfa-yi Raşidin və Əməvilər dövründə, ardından Abbasilərin ilk dönəmində valilər tərəfindən idarə olundu.
Zəbiyulla Məmmədov
Zəbiyulla Şahin oğlu Məmmədov(14 aprel 2000, Bakı – 4 noyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zəbiyulla Məmmədov 2000-ci il aprelin 14-də Bakı şəhərində anadan olub.Orta təhsilini 2006–2015-ci illərdə Yuri Kovalyov adına 229 saylı tam orta məktəbdə alıb. 2010–2015-ci illərdə 33 saylı uşaq musiqi məktəbində tar ixtisası üzrə təhsil almışdır. 12–13 yaşlarında T. İsmayılov adına mədəniyyət sarayında vokal dərsləri almış, bir çox səhnə fəaliyyəti olmuşdur. 2015–2019-cu illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində "Tar" ixtisası üzrə təhsil alıb. Humay Qədimovanın tələbəsi olub. Təhsil aldığı illərdə bir çox tədbirlərdə iştirak etmiş, bir neçə əsər bəstələmişdir. O musiqidən əlavə bir çox şeirlər yazmışdır. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı və "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Zəbiyulla Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Talış qəsəbələrinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Zəbur
Zəbur (ərəb dili: زبور, ibrani dili: תְּהִלִּים Təhillim, yunan dili ψαλτήριον Psalterion). Qədim ibrani dilində תְּהִלִּים (Təhillim) kəlməsi "Həmdlər" mənasına gəlir, qədim yunan dilində ψαλτήριον (Psalterion) kəlməsi isə sitraya bənzər çox simli bir alətin adı idi. 150 mədh və dualardan ibarət olan bu kitab yəhudi Müqəddəs Yazıları olan Tanaxın Yazılar (כְּתוּבִים Kətuvim) hissəsində yer alır. == Zəburun bölünməsi == Zəbur 150 məzmurdan (ruhani nəğmə) ibarətdir. Yəhudi Müqəddəs Yazılarının ən qədim tərcüməsi Septuagintada məzmurların sıra sayı Zəburun ibrani mətnindəkindən bir az fərqlənir. İbrani mətni ilə qədim yunan tərcüməsində (Septuaginta) olan sıra sayının fərqi aşağıdakı cədvəldə göstərilir: Bibliyanın Septuagintadan edilən rus və digər tərcümələrində məzmurların sıra sayı Septuagintaya əsaslanır, lakin 2009-cu ildə nəşr olunan Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində qədim ibrani mətn əsas götürülmüşdür. Bundan əlavə, Zəbur kitabı ənənəvi olaraq 5 hissəyə bölünür: a) 1–41-ci məzmurlar; b) 42–72-ci məzmurlar; c) 73–89-cu məzmurlar; ç) 90–106-cı məzmurlar; e) 107–150-ci məzmurlar. == Zəburun müəllifləri == Məzmurların əksəriyyətində müəlliflərinin adları qeyd edilmişdir. Ümumiyyətlə, Zəburu çox vaxt "Davudun Zəburu" adlandırırlar. Doğrudan da, ən qədim məzmurların müəllifi Davud peyğəmbər olmuşdur.
Zəbəka (Piranşəhr)
Zəbəka (fars. زبكا‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 191 nəfər yaşayır (29 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

"zəb" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zəb nədir? #zəb sözünün mənası #zəb nə deməkdir? #zəb sözünün izahı #zəb sözünün yazılışı #zəb necə yazılır? #zəb sözünün düzgün yazılışı #zəb leksik mənası #zəb sözünün sinonimi #zəb sözünün yaxın mənalı sözlər #zəb sözünün əks mənası #zəb sözünün etimologiyası #zəb sözünün orfoqrafiyası #zəb rusca #zəb inglisça #zəb fransızca #zəb sözünün istifadəsi #sözlük