* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Xalq arasında yayılmış adət, ənənə. Köhnə dəbdə layla demək köhnəlib artıq; Bəs neyləyək? M.Araz. Bilirəm, əziz tutub babaların dəbini. Unutmayıb Babəkin o döyüş məktəbini. R.Rza. // Moda. [Suğra] güllü-çiçəkli krepdeşindən lap yeni dəblə tikilmiş uzun bir don geymişdi. M.Hüseyn. □ Dəb düşmək – ümumi adət və vərdiş halını almaq, moda olmaq. [Tahirzadə:] Məsmə bacı, indi bu çox dəb düşən sözdür. Mir Cəlal. Dəb salmaq (gətirmək) – olmayan bir şeyi xalq arasında yaymaq, adət halına salmaq. Köhnə kəndə təzə dəb salmaq (gətirmək). (Məsəl). [Cahan:] O gün ola, balam, toy edəsən, qız alasan; Evlənmək işini aramıza dəb salasan. Ü.Hacıbəyov. Dəbdən düşmək (çıxmaq) – adət halından çıxmaq; vaxtı keçdiyi, dövrü ötdüyü üçün daha işlənməmək, ortadan qalxmaq. Biz din və təriqətin dəbdən düşən, hörmət və etibarını itirən … bir dövrdə dünyaya gəldik. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / dəb2 DƏ’B ə. dəb, adət, qayda.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dəb2 1. DƏB (geyim forması) Mədinə tamahkar deyildi ki, deyəsən Yavər ona dəbdə olan bir paltar almaq və yaxud yayda hansı kurorta isə aparmaq üçün pul tapmağa cəhd edir, əldən-ayaqdan olur (M.İbrahimov); MODA [Sürəyya:] Aylarla baş sındırırlar bir yeni modam düzəldincə (Ə.Qasımov). 2. dəb bax adət 1
Azərbaycan dilinin sinonimlər lüğəti / dəb2 сущ. 1. мода: 1) господство тех или иных вкусов в отношении одежды и др. предметов. Dəb salmaq (qoymaq) ввести в моду, dəbə düşmək войти в моду, dəbdən düşmək выйти из моды, стать немодным, устареть, dəbdə olmamaq быть не в моде, müasir dəb современная мода, son dəb последняя мода, son dəbdə geyinmək одеваться по последней моде, dəbdən qalmamaq не отставать от моды 2) всеобщее признание, известность в определенное время. Lirik mahnılar indi dəbdədir лирические песни теперь в моде 2. обычай. Yerli dəbdə toy свадьба по местному обычаю, bu bizdə dəb deyil это не в нашем обычае
Azərbaycanca-rusca lüğət / dəb1 i. fashion, vogue; ~də in fashion / vogue; ~ə düşmək to come* into fashion / into vogue, to become* fashionable; ~dən çıxmaq to go* out of fashion / vogue; ~ yaratmaq to introduce a fashion; ~ə salmaq to bring* into fashion (d.); ~ə uyğun / müvafiq in the fashion, fashionably; ~ə uyğun geymək to dress fashionably; son ~də in the latest fashion; ~ salmaq to set* a fashion
Azərbaycanca-ingiliscə lüğət / dəb1 is. mode f ; ~də à la mode ; ~ə düşmək être (revenir vi (ê) à la mode
Azərbaycanca-fransızca lüğət / dəb1 [ər.] сущ. деб, адет; // мода; dəb düşmək деб гьатун, адет хьун, мода хьун; dəb salmaq (gətirmək) деб кутун, адет тир гьалдиз гъун; dəbdən düşmək (çıxmaq) дебдай аватун (акъатун), дебда амукь тавун, адет тир гьалдай акъатун; девирдилай аслу яз арадай акъатун (мес. са чӀал, дин ва мс.).
Azərbaycanca-ləzgicə lüğəti / dəb