dəy sözü azərbaycan dilində

dəy

Yazılış

  • dəy • 85.7143%
  • Dəy • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gürcüstanın adları dəyişdirilmiş kəndlərinin siyahısı
== Bolnisi bələdiyyəsi ==
Gürcüstanın adları dəyişdirilmiş şəhərləri
Gürcüstanın adları dəyişdirilmiş şəhərlərinin tam siyahısı:
Gürcüstanın adları dəyişdirilmiş şəhərlərinin siyahısı
Gürcüstanın adları dəyişdirilmiş şəhərlərinin tam siyahısı:
Həsən Dəyirmanı (Talış)
Həsən Dəyirmanı (fars. حسن دايرمان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (31 ailə).
Java (dəyişən tipləri)
Java proqramlaşdırma dilində, dəyişənlərin tipləri iki yerə bölünür. 1. Primitiv tipli dəyişənlər. 2. Referans tipli dəyişənlər. Primitiv tipli dəyişənlər: Javada səkkiz ədəd primitiv dəyişənlər mövcuddur. Bunlar byte, short, int, long, float, double, boolean və char tipləridir. Bunlardan byte, short, int və long tiplərinin dəyərinə tam ədəd (yalnızca tam rəqəm) vermək olur. float və double tiplərinin qiymətinə kəsrli ədəd (məsələn: 1,3) vermək olur. boolean tipi bir az fərqli olaraq sadecə true (doğru) və false (yanlış) qiymətlərini alır.
Kapitalın orta çəkili dəyəri
Kapitalın orta çəkili dəyəri və ya maliyyəti (ing. weighted average cost of capital-WACC) — müəssisənin əldə etdiyi kapitalın qarşılığında səhmdarlara və kreditorlara ödənməsi gözlənilən orta xərclərdir.[1] Başqa sözlə müəssisənin maliyyələşmə mənbələrinə çəkiləcək orta xərcləri göstərir. == Hesablanması == Şirkətlər bir çox qaynaqlardan maliyyələşə bilirlər: adi və imtiyazlı səhmlər, birbaşa borclar, dövlət yardımları(məsələn subsidiya) vb. Kapitalın orta çəkili dəyəri də bu maliyyəşmə mənbələrinin kapitalın tərkibindəki nisbi çəkisini nəzərə alınaraq hesablanır. Düsturu isə aşağıdakı şəkildədir: k a = k e ∗ W e + ( 1 − V ) ∗ k d ∗ W d {\displaystyle k_{a}=k_{e}*W_{e}+(1-V)*k_{d}*W_{d}} ke — adi səhmin gəlirliliyi We — adi səhmin kapitalın tərkibindəki çəkisi V — vergi dərəcəsi kd — borcun dəyəri (xərci) Wd — borcun kapitalın tərkibindəki çəkisi Burada k e ∗ W e {\displaystyle k_{e}*W_{e}} nizamnamı kapitalının orta xərcini göstərir. == Məqsədi == KOÇD sayəsində müəssisə gəlirlərinin hansı hissəsinin səhmdarlara və kreditorlara ödənəcəyini müəyyən edəbilir. Bu əmsalın köməkliyi ilə müəssisə planlaşdırılan investisiya layihəsinin məqsədəuyğun olub-olmadığını müəyyənləşdirir. Yəni investisiyanın gəlirliliyi KOÇD əmsalından böyük olmalıdır ki, müəssisə investisiya layihəsini reallaşdırsın. == Həmçinin bax == Xalis cari dəyər Geri ödəmə müddəti metodu == Mənbə == PROJE ANALİZİ VE DEĞERLENDİRME. Anadolu universiteti.
Konformasiya dəyişikliyi
Konformasiya dəyişikliyi — Biokimyada, uyğunlaşma dəyişikliyi, tez-tez ətraf mühit amillərindən qaynaqlanan bir makromolekul formasındakı dəyişiklikdir. Makromolekul ümumiyyətlə çevik və dinamikdir. Ətrafdakı dəyişikliklərə və ya digər amillərə görə forması dəyişə bilər. Mümkün olan hər bir forma konformasiya, aralarındakı keçişə isə konformasion dəyişiklik deyilir. Bu cür dəyişikliklərə səbəb ola biləcək amillər arasında temperatur, pH, gərginlik, xromofor işığı, ion konsentrasiyası, fosforilasiya ola bilər . == Laboratoriya təhlili == Kristalloqrafiya, spin etiketləmə texnikasından istifadə edərək elektron paramaqnit rezonansı (EPR), dairəvi dikroizm , hidrogen mübadiləsi kimi bir çox biofiziki üsullar makromolekulyar konformasiya dəyişikliklərini öyrənmək üçün istifadə edilə bilər. İkili Qütblü İnterferometriya, biomolekullardə konformativ dəyişikliklər haqqında məlumat verməyə qadir olan bir üsuldur . Bu yaxınlarda zülalların uyğunlaşma dəyişikliklərini öyrənmək üçün ikinci harmonik nəsil adlanan xüsusi bir xətti olmayan optik texnika tətbiq edilmişdir. Bu üsulda, mutagenez və ya qeyri -spesifik bağlanma səbəbiylə bir zülalda hərəkət edən bir yerə ikinci harmonikdə aktiv bir zond yerləşdirilir və zülal adsorbe edilir və ya xüsusi olaraq səthdə immobilizasiya edilir. Zülal konformasiyasındakı dəyişiklik, boyanın səth müstəvisinə nisbətən ümumi oriyentasiyasında və buna görə də ikinci harmonik şüanın intensivliyində bir dəyişikliyə səbəb olur.
Maya dəyəri
Maya dəyəri — müəssisənin istehsalat-təsərrüfat fəaliyyətini hərtərəfli əks etdirən və işinin səmərəliliyini xarakterizə edən ümumi göstəricidir. Maya dəyəri məhsulun hazırlanması və satışına müəssisə və birliklərin cari xərclərinin (pul ifadəsində) cəmini göstərir. Bu xərclər xammala, əsas və köməkçi materiallara, yanacaq və enerjiyə sərf olunan xərcləri, əmək haqqını, məhsulların hazırlanması prosesində əsas fondlardan istifadə olunması ilə bağlı və b. xərcləri (o cümlədən hazırlanmış əmtəə məhsulların stansiyaya göndərilməsi və nəqliyyat vasitələrinə yüklənməsi) özündə cəmləşdirir. Sənaye müəssisələrinin işində məhsulların maya dəyəri əsas keyfiyyət göstəricilərindən biridir. Məhsullarının istehsalı, əməyin məhsuldarlığının yüksəldilməsi, dövriyyənin sürətləndirilməsi, əməyin təşkilinin və istehsalının yaxşılaşdırılması və planın artıqlaması ilə yerinə yetirilməsi — bütün bunlar son nəticədə, istehsal olunan məhsulların maya dəyərinə təsir göstərir. Odur ki, məhsulun maya dəyəri göstəricisinə görə sənaye müəssisəsinin fəaliyyətinin keyfiyətini qiymətləndirmək olar. Maya dəyəri qiymətin əsas tərkib hissələrindən biridir və ona görə də maya dəyərinin aşağı salınması sistematik olaraq sənaye məhsullarının və xalq tələbatı mallarının qiymətlərinin aşağı düşməsinə səbəb olur. Maya dəyərinin və qiymətlərin aşağı salınması əhalinin alıcılıq qabiliyyətinin genişlənməsinə imkan yaradır, beləliklə, həmin məhsullara olan tələbatın, onların satış həcminin artmasına təsir edir və son nəticədə sənayenin inkişafı üçün baza yaradır.
Milli Dəyişiklik Cəmiyyəti
Məhəmməd Əl-Baradei tərəfindən yaradılıb. 2009-cu ildə BAEA direktoru vəzifəsindən gedən əl-Baradey Misirdə siyasi fəaliyyətə başlayacağını bəyan etdi. Az bir vaxtda Misirin tanınmış jurnalistləri, yazıçılar, siyasətçilər, sənətçilər və başqa tanınmış şəxslər əl-Baradeyin yaratdığı hərəkata qoşuldular. Qeyd edək ki, hələ iki il əvvəl əl-Baradey Misirdə həm parlament (2010-cu ildə keçirildi), həm də prezident (bu il keçirilməsi planlaşdırılır) seçkilərində iştirak edəcəyini bəyan etdi.
Milyardın dəyəri, Timsah xətti (roman)
Milyon funt sterlinq dəyərində bank bileti (film, 1954)
"Milyon funt sterlinq dəyərində bank bileti" (ing. The Million Pound Note) — rejissor Ronald Nimin filmi. == Məzmun == 1903-cü ildə amerikalı Henri Adams bədbəxt vəziyyətdə Britaniyaya gəlib çıxır. Cibində qara qəpiyi belə olmayan bu adam təsadüfən Monpelye qardaşları ilə tanış olur. Qardaşlar ona bir zərfdə pul verirlər. Zərfdən 1 milyon funt-sterlinq dəyərində bank bileti çıxır. Bu biletin onda olmasının sayəsində Henri Londonun yüksək təbəqəli adamlarının əhatəsinə düşür...
Modifikasiya dəyişkənliyi
Modifikasiya dəyişkənliyi — Çarlz Darvin canlılarda çoxlu fərqli xüsusiyyətlərin olmasını müşahidə etmişdir. İstər mədəni bitki və ev heyvanlarının, istərsə də təbiətdəki vəhşi heyvan və yabanı bitki növlərinin bu qədər müxtəlif olması onu maraqlandırmışdır. O apardığı tədqiqatlar nəticəsində bu qənaətə gəlmişdir ki, canlılar, əsasən, ətraf mühitin təsiri nəticəsində dəyişir. Çarlz Darvin öz fikirlərini sübut etməyə çalışmışdır. == Modifikasiyanın baş vermə mexanizmi == Darvin apardığı müşahidə və araşdırmalar nəticəsində belə qənaətə gəlmişdir ki, orqanizmlər irsən malik olduqları fərdi xüsusiyyətlərlə və yaşadıqları şəraitdəki mühit amillərinin təsiri ilə əlaqədar inkişaf edir. Bu isə onlarda müxtəlif dəyişikliklərin baş verməsinə səbəb olur. Orqanizmlərin yeni əlamətlər qazanmaq kimi ümumi xassəsi və ya növ daxilindəki fərdlər arasındakı fərqlər dəyişkənlik adlanır. Darvin dəyişkənliyin səbəblərini araşdırıb formalarını da göstərmişdir. Dəyişkənlik iki cür olur: qeyri-irsi (modifikasiya) dəyişkənliyi irsi dəyişkənlik == Modifikasiya dəyişkənliyinin xüsusiyyətləri == genotip dəyişmir; irsən ötürülmür; növlərin uyğunlaşmasını təmin edir; tədricən baş verir; növləri qoruyub saxlayır; qrup xarakterlidir. == Qeyri-irsi dəyişkənlik == Növün müxtəlif şəraitdə yaşayan fərdlərində bəzi fərqli cəhətlərin meydana çıxması məlumdur.
Mənəvi Dəyərlərin Təbliği Fondu
Mənəvi Dəyərlərin Təbliği Fondu — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan və Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmışdır. Elə həmin fərmanla "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi" təsdiq edilmişdir. == Maliyyələşməsi == Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır. Fondun nizamnamə kapitalı 100 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi Fondun əmlakı hesabına – dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir. == Direktorları == Mehman İsmayılov — 22.12.2017 — 05.07.2024 Vüsal Göyüşov — 05.07.2024 — ...
Mənəvi dəyər
Mənəvi dəyər – özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Azərbaycan məktəblərində formalaşdırılan başlıca dəyərlər bunlardır: == Mənbə == Fikrət Süleymanoğlu. İbtidai təhsil pilləsi üçün "Həyat bilgisi" kurrikulumu ilə bağlı bəzi qeydlər. İbtidai məktəb və məktəbəqədər tərbiyə jurnalı, 2007,№4, s.76-80.
NBA All-Star Oyunu Ən Dəyərli Oyunçu Mükafatı
NBA All-Star Ən Dəyərli Oyunçu Mükafatı hər il NBA finalında ən yaxşı çıxış edən oyunçuya verilən mükafat. İlk dəfə 1953-cü ildə verilmişdir. Bundan əlavə əvvəlki iki ilin ən yaxşı oyunçuları Ed Makauley və Paul Arizinə də bu mükafat verildi. Bob Pettit (1958, 1959) və Rasl Vestbruk(2015, 2016) ardıcıl iki il mükafatı qazanan yeganə basketbolçulardır. Bob Pettit (1956), Bob Kousi (1957), Vilt Çemberlin (1960), Bil Rasl (1963), Oskar Robertson (1964), Uilis Rid (1970), Deyv Couens (1973), Maykl Cordan (1988, 1996, 1998), Mecik Conson (1990), Sakil O'Nil (2000), and Alen Iverson (2001) eyni ildə həm All-Star oyunu Ən Dəyərli Oyunçu mükafatı və NBA Ən Dəyərli Oyunçu mükafatını qazanan oyunçulardır. Maykl Cordan bu nəticəni üç dəfə təkrarlayan yeganə şəxsdir.
NBA Ən Dəyərli Oyunçu Mükafatı
NBA Ən Dəyərli Oyunçu Mükafatı (Most Valuable Player, qısaca MVP), NBAdə oyunçulara verilen bir mükafatdır. Hər il üç dəfə Ən Dəyərli Oyunçu Mükafatı sahibini tapır. Bunlardan ilki All Star Şərq-Qərb Matçı Ən Dəyərli Oyunçu Mükafatıdır. Bu mükafat, hər il şou məqsədli təşkil olunur, Şərq və Qərb komandalarının oyunçularından ibarət olan yığma komandaların oynadığı matçda ən yaxşı performansı göstərmiş olan oyunçuya verilir. Digər iki mükafat isə Normal Mövsüm "Ən Dəyərli Oyunçu Mükafatı" və Pleyoff "Ən Dəyərli Oyunçu Mükafatı"dır. Seçkinin nəyə əsasəm edildiyi məlum olmamaqla yanaşı, ümumiyyətlə qazanan komandaların ən yaxşı oyun sərgiləmiş oyunçularının bu mükafatı alması, bu mövzuda yazılmamış qanunlardan biridir (Məğlub olan bir komandanın oyunçusu yüksək statistik rəqəmlərinə çatsa belə "Ən Dəyərli Oyunçu Mükafatı"na layiq olmaq kimi bir şansı yok kimdir.). Çikaqo Bullz oyun qurucusu Derrik Rouz, 22 yaşında bu mükafatı alaraq ən gənc yaşda MVP olan oyunçu olmuşdur. Dirk Noviçki bu mükafatı qazanan tək Avropalı oyunçudur. Stiv Neş də bu mükafatı qazanan tək Kanadalıdı. 2015-ci il May ayından etibarən bu mükafatı qazanan son ad Stefan Karridir.
Nüsxə dəyişəni
Nüsxə dəyişəni (ing. instance variable, rus. переменная экземпляра, türk. örnek değişkeni) — obyekt-yönlü proqramlaşdırmada: sinfin nüsxəsi ilə bağlı olan dəyişən. Əgər sinif hər hansı dəyişəni təyin edirsə, onda bu sinfin hər bir nüsxəsi həmin dəyişənin özəl nüsxəsinə malik olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Paytaxtların dəyişdirilməsi
Paytaxtların dəyişdirilməsi — paytaxt funksiyalarının ölkə daxilində bir şəhərdən digərinə keçirilməsi (bir sıra hallarda xüsusi olaraq bu məqsədlə tikilmiş yaşayış məskənlərinə).
Praktik cəhətdən dəyərli maddələr
Praktik cəhətdən dəyərli maddələr – zərif üzvi sintez üsulu ilə az miqdarda reaktivlərlə alınan mürəkkəb quruluşa malik, tətbiqə yönələn qiymətli birləşmələrə deyilir. Zərif üzvi sintez sahəsində görülən işlərin son məqsədi müəyyən praktik tətbiqə malik, dəyərli xassələri olan maddələrin alınmasıdır. Təbii ki, o preparat praktiki cəhətdən tətbiq olunur ki, hal-hazırda bu məqsəd üçün buraxılan preparatdan öz effektivliyi, yeni xüsusiyyətləri, aşağı istehsal dəyəri ilə fərqlənsin. Belə yeni və effektiv maddələrin axtarışı çətindir və baha başa gəlir. Buna baxmayaraq ayrı-ayrı birləşmələr sinfi üzrə qanunauyğunluqlar aşkar edilmişdir, amma hələ də birləşmələrin quruluşunun xüsusiyyətləri ilə onların bu və ya digər fiziki və bioloji xassələri arasındakı qanunauyğunluqlar aşkara çıxarılmamışdır. Bu da zərif üzvi sintez sahəsində, optimal xassələrə malik olan yeni sinif və yeni tip maddələrin axtarışını çətinləşdirir. == Praktik cəhətdən dəyərli maddələrin axtarışı == Yeni effektiv maddələrin axtarışı əsasən empirik və ya yarımempirik yolla çoxlu miqdarda maddələrin aktivliyin müəyyən növünə, məsələn pestisid kimi təsiri və ya antikorroziya xassələrinin yoxlanılmasından ibarətdir. Məsələn, yeni effektiv pestisidi aşkara çıxarmaq üçün neçə min yeni birləşməni sınaqdan keçirmək lazım gəlir, yeni mikroba və virusa qarşı preparatların tapılması üçün minlərlə maddənin bu xassələri yoxlanılır. Buradan aydın olur ki, praktikada tətbiq oluna biləcək və yeni rəqabətə davam gətirə biləcək preparatın buraxılmasına nə qədər qüvvə və vəsait sərf olunur. Təqribi hesablamalara görə, yeni pestisidin axtarışı və istehsalının təşkili hal-hazırda bir neçə milyon dollara başa gəlir.
Qlobal dəyişən
Qlobal dəyişən (ing. global variable, rus. глобальнaя переменная) - fəaliyyət sahəsi proqramın bütün blokları və ya modulları olan dəyişən. Global dəyişən, adətən, proqramın əsas (yuxarı səviyyəli) blokunda elan olunur. Onun qiyməti proqramın istənilən deyimi (STATEMENT) tərəfindən istifadə edilə və dəyişdirilə bilir. Bu hal proqramın sazlanmasını və dəyişdirilməsini çətinləşdirdiyindən, qlobal dəyişənlərin sayını mümkün qədər məhdudlaşdırmaq lazımdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sikkələrin dəyərinin aşağı salınması
Sikkələrin dəyərinin aşağı salınması, qiymətli metalların içərisinə daha az qiymətli olanları əlavə edərək həqiqi dəyərinin azaldılması prosesidir. Beləliklə də, üzərində yazılan dəyəri eyni qalsa da, faktiki dəyəri azalır. Məsələn, qızıl üçün "Ayar" anlayışına daxil olan xarici metalların nisbətini də ifadə edir. Ayar nə qədər yüksək olarsa, qızılın nisbəti də bir o qədər yüksəkdir. (24 ayar ən yaxşı keyfiyyətdir.) Qızıla adətən mis əlavə edilir. Ancaq bu vəziyyət, qızılın rəngini dəyişərək qırmızıya çevrilməsinə səbəb olur. Dəyəri aşağı salınmış olan Sikkələrin əsl dəyəri bu gün nəzərə alınmır. Çünki onlar nisbətən dəyərsiz metallardan hazırlanırlar. Əhəmiyyətli olan onun üzərindəki nominal dəyərdir. Osmanlı İmperiyasında XIX əsrə qədər metal pul və sikkələrdən istifadə edilmişdir.
Skobelev qardaşlarının dəyirmanı
Skobelev qardaşlarının dəyirmanı — Bakıda malakan Sergey və İvan Skobelev qardaşları tərəfindən tikilmiş dəyirman binası. Bəzi mənbələrdə onların bu dəyirmanı Hacı Zeynalabdin Tağıyevlə birlikdə tikdirdikləri də qeyd olunub. Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Skobelev qardaşları == 1820-ci ildən başlayaraq, malakanlar öz dini inanclarına görə Cənubi Qafqaza, Krıma, Sibirə və digər ərazilərə sürgün ediliblər. Azərbaycanın da bir çox bölgələrinə köçürülən malakanlar əsasən kənd təsərrüfatı ilə məşğul olublar. Skobelev qardaşları 1860-cı ildə Bakıya köçməmişdən qabaq Mərəzə kəndində əkinçiliklə məşğul olublar. Bakıya gəldikdən sonra onlar ikinci malakan icmasının üzvü olublar. Sergey və İvan Skobelev qardaşları 1872-ci ildə Bakıda 2 buxar maşınlı dəyirmanın əsasını qoyurlar. == Haqqında == Skobelev qardaşları 1902-ci ildə Bakıda yeni dəyirmanı tikmək üçün Bakı Şəhər Dumasına müraciət etdikdə 1902–1904-cü illərdə Bakı Şəhər Dumasının sədri olmuş Aleksandr Novikov buna qarşı çıxıb.O bunu onunla əsaslandırırdı ki onların dəyirmanı tikmək istədikləri ərazi gələcək 10 ildə şəhərin mərkəzinə çevriləcək. Yaratdığı səs küy və narahatlığa görə o dəyirmanın şəhərin kənarında tikilməsini istəyirdi.
Sosial dəyişiklik
Ümumi bir ifadə olaraq, istifadə formalarına görə "sosial dəyişiklik" Sosial strukturdakı dəyişiklik: təbiət, təşkilatlar, sosial davranış və ya cəmiyyət içindəki sosial münasibətlər, insanların bir yerdə yaşaması və daha çox şey üçün istifadə edilə bilər. Fərdi və ya paylaşılan dəyərlər baxımından bir qrupa təsir göstərən hər hansı bir davranış və ya hadisə, Bu, cəmiyyətin dəyişməsinə səbəb olacaq bir şeyə qərəzli bir münasibət (daha çox subyektiv mənada) göstərməyi ifadə edə bilər. Bu termin tarixi tədqiqatlarda, iqtisadiyyatda və siyasət elmində iqtisadi böyümə və inkişaf, demokratikləşmə, qloballaşma və siyasi sistemlərin fərqi və ya uğursuzluğu kimi mövzuları əhatə etmək üçün istifadə olunur. Bu termin inqilab və paradiqma qədər geniş anlayışları əhatə edə bilər və ya kiçik şəhərlərin idarə etdiyi cəmiyyətlərdə baş verən dəyişikliklərə qədər daraldıla bilər. Sosial dəyişiklik anlayışı fərdlər qrupunun bəzi xarakterik xüsusiyyətlərinin ölçüsünü də nəzərdə tuta bilər. Bu termin müntəzəm olaraq cəmiyyətin xeyrinə müsbət olduğu qəbul edilən dəyişiklikləri təsvir etsə də, həyat tərzinin mövcudluğuna mane olan və ya zərər verən nəticələri və ya yan təsirləri də təsvir edə bilər. Sosial dəyişiklik sosial işdə və sosial elmdə bir problemdir, eyni zamanda siyasi elmlər, iqtisadiyyat, tarix, antropologiya və digər sosial elm sahələrini də əhatə edə bilər. Yaradılan bir çox sosial dəyişiklik formaları arasında sosial dəyişikliklər üçün teatr, birbaşa fəaliyyət, əks mövqe, qərəzlilik, ictimai təşkilatlanma, inqilab və siyasi aktivlik mövcuddur.
Tanrıların yel dəyirmanları
Tanrıların yel dəyirmanları (ing. Windmills of the Gods) — Sidni Şeldonun 1987-ci ildə Triller janrında yazdığı romandır. 1987-ci ildə bu əsərin əsasında mini-serial çəkilmişdir.
Tanrıların yel dəyirmanları (mini-serial, 1988)
Tanrıların yeldəyirmanları (ing. Windmills of the Gods) - 1988-ci ildə çəkilmiş mini-serialdır.

"dəy" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəy nədir? #dəy sözünün mənası #dəy nə deməkdir? #dəy sözünün izahı #dəy sözünün yazılışı #dəy necə yazılır? #dəy sözünün düzgün yazılışı #dəy leksik mənası #dəy sözünün sinonimi #dəy sözünün yaxın mənalı sözlər #dəy sözünün əks mənası #dəy sözünün etimologiyası #dəy sözünün orfoqrafiyası #dəy rusca #dəy inglisça #dəy fransızca #dəy sözünün istifadəsi #sözlük