dəm sözü azərbaycan dilində

dəm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəm • 91.0500%
  • Dəm • 6.9667%
  • DƏM • 1.9833%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəm çaydanı
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Gürcüstan dəmir yolları
Gürcüstan dəmir yolları (gürc. საქართველოს რკინიგზა - Sakartvelos rkiniqa) — dəmir yollarında nəqliyyat və isyismar işlərini həyata keçirən şirkət. == Potensialı == Güscüstan dəmir yoları Gürcüstan ərazisundə yerləşən dəmir yol xəttlərini özündə birləşdirir. Dəmir yollarının ümumi uzunluğu 1612 km təşkil edir. Burada ümmumilikdə istifadədə 1422 dəmir tolu körpüsü, 32 dəmir yol tuneli, 22 sərnişin vağzalı, 114 yük terminalı fəaliyyət göstərir. Sadaxlı stansiyası Ermənistanla sərhəd sransiyası fəaliyyət göstərir. Dəmir yollarının demək olar ki, böyük qusmi elektrikləşdirilmişdir. Bircə Ninisminda-Axalkələk istiqamətində olan xətt elektrikləşdirilməmişdir. Bu xətt SSRİ-nin dağılması ilə əlaqədar istifadəyə verilə bilinməmişdir. Samtredia — Tiflis — Qardabani istiqamətində dəmir yolu iki xəttlidir.
Gədəbəy ensiz dəmiryolu xətti
Gədəbəy ensiz dəmiryolu xətti - Cənubi Qafqazda ilk dəmir yol xətti (1868-ci il). == Tarixi == Gədəbəyin ən baxımlı yerlərindən biri Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Simens qardaşları burada xeyli iş görüblər. 1865-ci ildə ilk zavod işə salınıb. 1883-cü ildə ikinci müəssisə - Qalakənd misəritmə zavodu tikildi. Bununla əlaqədar Gədəbəy - Qalakənd arasında yol çəkildi, körpülər inşa olundu. Daha da vacibi Gədəbəy zavodu ilə meşə zolağı olan, gələcəkdə zavod tikiləcək Qalakənd arasında 31 kilometrlik ensiz dəmir yol xətti çəkildi. Simens Gədəbəy rayonuna etdiyi ikinci səfərinə (1868-ci il) aid xatirələrində bu barədə belə yazırdı: Dağlıq relyefı olan ərazidə bu xəttin çəkilməsi üçün 50-yə yaxın müxtəlif layihəli körpü və keçidlər inşa edildi. Həmin xətt Cənubi Qafqazda ilk dəmir yol xətti oldu.
Gəncə Dəmiryol Stansiyası
Gəncə Dəmiryol Stansiyası — Gəncə şəhərindən keçən Bakı–Tbilisi dəmiryolu xətti üzərində vağzal tipli dəmiryol stansiyası. 29 dekabr 2013-cü ildə Gəncə dəmiryol stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Hacılı Dəmiryol Stansiyası
Hacılı — Azərbaycan Dəmir Yollarının eyni adlı stansiyası. == Ümumi məlumat == Hacılı stansiyası Füzuli rayonunun Araz Yağlıvənd kəndində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Heybət dəmir yolu stansiyası
Heybət dəmir yolu stansiyası — Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşmiş yolu stansiyası. Azərbaycan Respublikasının Prezidenti 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə ləğv edilmişdir. Buna səbəb Heybət dəmir yolu stansiyasına bitişik hissədə inşa edilmiş Abşeron dəmir yolu stansiyası olmuşdur. Stansiya Meyvəli bazarının yaxınlığında yerləşirdi.
Horadiz Dəmiryol Stansiyası
Horadiz — Azərbaycan Dəmir Yollarının eyniadlı stansiyası. == Ümumi məlumat == Horadiz stansiyası Füzuli rayonunun Horadiz şəhərində yerləşir. Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edir. İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.
Hüseyn Dəmirli
Hüseynabad-i Dəmirçi (Bicar)
Hüseynabad-i Dəmirçi (fars. حسین‌آباد دمیرچی‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 52 nəfər yaşayır (13 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Həsən Dəmirov
Həsən Dəmirçi
Həsən Dəmirçi (18 fevral 1941, Təbriz – 24 iyun 2018, Təbriz) — azərbaycanlı milli-mədəni fəal, şair, yazıçı, bəstəkar, musiqiçi. == Həyatı == Həsən Dəmirçi 1941-ci ildə Təbriz şəhərində anadan olub. 1981-ci ildə Təbrizdə küçələrdə ana dili ilə bağlı şüarlar yazdığına görə həbs olunub. 2006-cı ildə Milli Qiyam Günündə Təbrizdəki etirazçılara 30 nəfərlik orkestri ilə konsert verdiyinə görə, eləcə də etirazlara qoşulduğuna görə musiqi məktəbi və orkestri ləğv edilib. İran İnqilab məhkəməsinin hökmü ilə bir il həbs cəzasına məhkum olunaraq Təbriz Mərkəzi Həbsxanasına salınıb. Daha sonra vəkil Nağı Mahmudi ona qarşı verilmiş hökmdən şikayətçi olduqdan sonra Həsən Dəmirçi bəraət qazanıb və 6 aydan sonra azadlığa buraxılıb. Azadlığa çıxdıqdan sonra dəfələrlə təzyiqlərə və təqiblərə məruz qalıb. 2009-cu ildə rəhbərlik etdiyi “Azərbaycan Musiqi Məktəbi” Eteelaat əməkdaşları tərəfindən bağlanıb. Nəticədə 11 musiqi müəllimi işsiz, 200 tələbə isə təhsilsiz qalıb. 2015-ci ilin dekabr ayında İranda və Güney Azərbaycanda yaşayan 1046 türk fəalı Suriya türkmənlərinin qırğınına qarşı çıxaraq onlara dəstək bəyanatı imzalayıblar.
Kami-Şirataki Dəmiryol Stansiyası
Kami-Şirataki Dəmiryol Stansiyası (上白滝駅, Kami-Shirataki-eki) - Yaponiyanın Hokkaydo prefekturasının Enqaru şəhərində yerləşən dəmiryol stansiyası. Stansiyanın nömrəsi A44-dir. 2016-cı il yanvarın 16-da Çin kanalı CCTV tərəfindən stansiyanın yalnız bir məktəbli qıza görə bağlanmadığı söylənilmişdi. Stansiyanın martın 26-sı qız məktəbi bitirdikdən sonra bağlanacağı bəyan olunmuşdu. Bu xəbər İnternetdə geniş müzakirə olunurdu. Lakin sonradan bağlanma tarixinin qızın məktəbi bitirməyi ilə bağlı olmadığı məlum oldu.
Karen Dəmirçyan
Karen Dəmirçyan (17 aprel 1932, İrəvan, Ermənistan SSR, SSRİ – 27 oktyabr 1999, İrəvan) — SSRİ partiya xadimi Ermənistan KP MK-nın birinci katibi
Kaunas dəmiryol tuneli
Kaunas dəmiryol tuneli (lit. Kauno geležinkelio tunelis) — Rusiya imperiyasında inşa edilmis ilk 2 dəmiryol tunelindən biri və Litvadakı ən qədim dəmiryol tuneli. == Təsviri == Bu xətt 1861-ci ildə Peterburq-Varşava dəmiryolunun davamlılığını təmin etmək məqsədi ilə istifadəyə verilmişdir. Kaunasda 30 metrlik bir təpənin altı ilə çəkilmişdir. Tunelin hündürlüyü 6,6 m, eni 8,8 m, uzunluğu 1285 m təşkil edir. Tunelin önündən Kayşradoryo küçəsi (lit. Kaišiadorių gatvė) keçir. == Tikinti tarixi == 20 noyabr 1861-ci ildə tuneldən ilk parovoz keçmişdir Tunel 1862-ci ildə tam istifadəyə verilir. Sankt-Peterburq-Varşava dəmir yolunun Prussiya istiqamətində xətti butradan keçirdi. Tünelin ölçüsü Birinci Dünya müharibəsi zamanı almanlar tərəfindən standart göstəricidə yenidən tikilmişdir.
Keşlə Dəmir Yolu Dayanacağı
Keşlə dəmiryol stansiyası — "Dəmiryol Stansiyası" və "Lokomotiv Deposu", Bakı şəhərində yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Keşlə Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir.
Keşlə Dəmiryol Dayanacağı
Keşlə dəmiryol stansiyası — "Dəmiryol Stansiyası" və "Lokomotiv Deposu", Bakı şəhərində yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Keşlə Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir.
Keşlə Dəmiryol Stansiyası
Keşlə dəmiryol stansiyası — "Dəmiryol Stansiyası" və "Lokomotiv Deposu", Bakı şəhərində yerləşən sərnişin və yük qatarlarının keçdiyi dəmiryol stansiyası. Keşlə Dəmiryol Stansiyası Bakı-Moskva dəmiryolu xəttinin üzərində inşa edilmişdir.
Keşlədə dəmiryol qəzası
Keşlədə dəmiryol qəzası — Bakı ilə Keşlə arasındakı dəmiryol qəzası. 1930-cu illərdə Bakı ilə Keşlə arasında gecə iki qatar toqquşmuşdur. Qəza zamanı 2 qatar, 5-6 yük və sərnişin vaqonu yararsız hala düşmüşdür. Hadisə zamanı sərnişinlərdən 29-u ölmüş, 69-u isə ağır yaralanmışdır. Qəzaya Keşlə stansiyası işçilərinin səbəb olduğu aydınlaşdırılmışdır. Bu səbəbdən stansiyanın növbətçisi və 6 işçisi tutulmuşdur.
Kiçik Dəmyə
Kiçik Dəmyə — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Tarixi == Kiçik Dəmyə kəndinin əsası 1970-ci ildə qoyulmuşdur. Həmin ərazi əvvəllər xalq tərəfindən Dəmyə adlandırılıb. Sonra Dəmyə kəndinin əsası qoyulub. 1970-ci ildə isə kənd Böyük və Kiçik Dəmyəyə bölünüb. Burada əsasən Xankəndi Avtovağzalının təqaüdə çıxmış işçilərinə həyət evləri verilib. Kənd Xankəndi şəhərinin tabeçiliyində olub. == Coğrafiyası və iqlimi == Kiçik Dəmyə kəndi Böyük Dəmyə kəndi və Xocalı rayonu ilə həmsərhəddir.
Köçərli Dəmiryol Stansiyası
Köçərli Dəmiryol Stansiyası — Tərtər rayonunda, Bakı–Xankəndi dəmiryolu xətti üzərində Bərdə Dəmiryol Stansiyasından sonra gələn dəmiryol stansiyası.Stansiya işğaldan sonraki dövürdə memar Kamran Allahyarovun layihəsi əsasında yenidən layihələndirilmişdir == Tarixi == Dəmiryolların elektrikləşdirilməsinə diqqət artırıldığı illərdə Yevlax – Bərdə - Ağdam dəmiryolu 1967-ci ildə işə salınmışdır.
Latviya dəmir yolları
Latviya dəmir yolları (latış. Latvijas dzelzceļš‎) — Latviyanın milli dəmir yol şirkəti Əsası 1919-ci ildə qoyulmuşdur. 1994-ci ildə Pribaltika dəmir yollarının balansından ayrılaraq müstəqil şirkətə çevrilmişdir. Ümumilikdə dəmir yollarının uzunluğu 2263,3 km-dir. Bu məsafənin cəmi 258,8 % elektrikləşdirilmişdir. Reylslər arasında məsafə 1520 mm-dir. Baş ünvani — Riqa şəhəri, Qoqol küçəsi, 3. 2005 - 2015 illər ərzində şirkətin rəhbəri Uqis Maqonis olmuşdur (latış. Uģis Magonis‎) == Şirkətin strukturu == Şirkətin tərkibinə törəmə 7 bölmə daxildir: LDz «Cargo» LDz «Infrastruktūra Ltd» LDz «Ritošā sastāva serviss» LDz «Apsardze» LDz «Ritošā sastāva serviss» VRC Zasulauks Pasažieru Vilciens (sərnişin daşıma) == Arsenalı == Teplovozlar: Teplovoz M62, 2М62, 2М62У, 2M62УР, 2M62УЦ, 2ТЭ10М, 2ТЭ10У, ТЭП70, ЧМЭ3, ТЭМ2, ТГК2, ТГМ3, ТГМ4, 2ТЭ116, ЧМЭ3М Elektrovaqonlar: ЭР2, ЭР2Т, ЭР2М. Divel-vaqonlar: ДР1А, ДР1АМ, ДР1АЦ. Reyls avtobusu: АР2. === Əvvəllər istifadə edilmiş texnikalar === Teplovoz — ТЭП60 Elektrovovlar — ВЛ26, ЕЛ2 Elektrovaqonlat — Ср3, ЭР2И Dizel vaqonlar — ДР1П == Dəmir yol xətləri == === İşlək olan xətlər === 01 Ventspils — Tukums II 02 Tukums II — Elqava 03 Elqava — Krustpils 04 Krustpils — Dauqapils 05 Dauqapils — İndra 06 Riqa — Krustpils 07 Krustpils — Rezenke II 08 Rezenke II — Zilupe 09 Karsava — Rezenke I 10 Rezenke — Dauqapils 11 Dauqapils — Kursums 12 Eqlayne — Dauqapils 13 525 km yol postu — 401 km yol postu 14 Riqa — Elqava 15 Elqava — Liepaya 16 Elqava — Meytene 17 Riqa — Luqaji 18 Tornyaklns — Tukums II 19 Zemitan — Skulte 20 Çiekurkalns — Riqa Krasta 21 Qluda — Renqe 22 Zasulausks — Bolderya 24 Riqa Preçu 2 — Saurieşi 25 Zemitan — Şkirotava 26 191 km yol postu — 524 km yol postu 27 Plyavinyas — Qulbene 36 Yaunkalsnava — Veseta 37 Otvetvleniya Dauqapils 38 Otvetvleniya Rezenke 32 Qulbene — Aluksne == Elektrikləşdirilmiş dəmir yol xətti == Elektrikləşdirilmiş dəmir yollarının uzunluğu 249 km-dir.
Macarıstan Dövlət Dəmir Yolları
Macarıstan Dövlət Dəmir Yolları (mac. Magyar Államvasutak, MÁV) — Macarıstanın milli dəmir yolu şirkəti. Baş qərargahı Budapeşt şəhərində yerləşir. == Tarixi == === 1846–1918 === İlk buxarlı lokomotiv dəmir yolu xətti 15 iyul 1846-cı ildə Peşt və Vaç şəhərləri arasında açılmışdır. Uğursuz Macarıstan inqilabdan sonra mövcud xəttlər Avstriya dövləti tərəfindən milliləşdirildi və yeni xətlər çəkildi. 1850-ci illərin sonlarında Avstriya-Sardiniya müharibəsi nəticəsində bütün dəmir yolu xəttləri avstriyalı özəl şirkətlərə satıldı. 1867-ci ildə Avstriya-Macarıstan anlaşmasından sonra nəqliyyat məsələləri yerli dəmiryol şirkətlərini dəstəkləmək vəzifəsini öz üzərinə götürən Macarıstan hökumətinin məsuliyyətinə çevrildi. Bu zaman 1874-cü ildəki illik büdcənin 8% -i dəmir yolu şirkətinin subsidiyalarına keçdi. Nəticədə Macarıstan Parlamenti 1868-ci ildə Dövlət Dəmir Yollarının qurulmasını təklif etdi. Məqsəd Macarıstanın əsas dəmir yolu xəttləri üzərində nəzarəti ələ almaq və idarə etmək idi.
Macarıstan dəmir yolu tarixi parkı
Macarıstan dəmir yolu tarixi parkı (mac. Magyar Vasúttörténeti Park) — Macarıstanın paytaxtı Budapeştdəki dəmiryol stansiyasında və Macarıstan Dövlət Dəmir Yollarının emalatxanalarında, Budapeştin keçmiş Şimal Deposundakı dəmiryol muzeyidir. Muzey 70.000 kvadratmetrdən çox ərazini əhatə edir və yüzdən çox eksponata sahibdir. Əsasən nəqliyyat vasitələrinə (lokomotiv, vaqon və s.) və dəmir yolu texnikasına malikdir. == Baxış == Muzeydə Macarıstan Dövlət Dəmir Yollarına məxsus buxar mühərrikləri ilə işləyənlərdən başlayaraq elektrik mühərrikləri ilə idarə olunanlara qədər olan 50-dən çox lokomotiv var. Ancaq onlardan bəziləri hələ də istismar edilə bilər. Muzey digər dəmir yolu nəqliyyat növlərini məsələn: əl ilə işləyən araba və relslərin vəziyyətini izləmək üçün yoxlama avtomobillərini də nümayiş etdirir. Eksponatlar arasında Orient Express üçün hazırlanmış restoran avtomobili və müvafiq olaraq 1912 və 1934-cü illərdə yığılmış Arpad avtomobili də var. Muzeydə Macarıstan Xalq Respublikası Nazirlər Sovetinin sədri Yeno Fokun rəsmi avtomobili olan Çayka (GAZ-13) avtomobili də var. Daha sonra avtomobil Macarıstan Dövlət Dəmir Yolları tərəfindən relslərdə hərəkət etmək üçün yenidən işlənmişdir.
Mariasell dəmir yolu
Mariasell dəmir yolu (alm. Mariazellerbahn‎) — Aşağı Avstriyanın paytaxtı Sankt-Pölten şəhəri ilə Avstriyanın ən böyük ziyarətçi mərkəzi olan Mariazell şəhərini birləşdirən dar ölçülü dəmir yolu xətti. 2010-cu ilin dekabrından bəri dəmiryolunun sahibi və operatoru Aşağı Avstriya Nəqliyyat Təşkilatıdır (Niederösterreichische Verkehrsorganisationsgesellschaft, NÖVOG). == Tarixi == Mariazell ziyarətgah mərkəzi 19-cu əsrdə Avstriya-Macarıstanın xaricilər tərəfindən ən çox ziyarət edilən yerlərindən biri idi. Burada dəmiryolunun inşası ilə bağlı bir çox fikirlər ortaya atılmışdı. Yalnız Aşağı Avstriyanın Dəmir Yolları haqqında Qanun (Niederösterreichisches Landeseisenbahngesetz von 1895) 1895-ci ildə qəbul edildikdən sonra layihə üzərində iş başladı. Dəmiryolu xəttinin keçdiyi bölgə çətin ərazi olduğundan, dar dəmiryolunun inşa edilməsinə qərar verildi. 1896-cı ildə Aşağı Avstriya Dəmiryol İdarəsində (Niederösterreichische Landeseisenbahnamt) direktor vəzifəsini icra edən Yosef Foqovitsin nəzarəti altında tikinti işləri başladı. 4 iyul 1898-ci ildə yolun ilk hissəsi açıldı. Tikinti 1906-cı ildədək davam etdi.
Mincivan Dəmiryol Stansiyası
Mincivan Dəmiryol Stansiyası — Azərbaycanın Zəngilan rayonu ərazisindəki eyniadlı şəhər tipli qəsəbədə vağzal tipli dəmiryol stansiyası. Stansiyadan Culfa—Horadiz—Sarıcalar—Osmanlı-Yeni dəmiryol xətti keçir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra faliyyəti dayandırılmışdır. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Monteneqroda dəmiryolu
Monteneqroda dəmiryolu — Monteneqroda mövcud olan nəqliyyat sahələrindən biri. Ölkədə olan dəmiryollarının ümumi uzunluğu 250 km-dir (bunun 162 km elektrikləşdirilmişdir). Relslər arasında məsafə 1435 mm-dir. Dəmiryolu xətlərində ümumilikdə 121 tunel vardır ki, bunlarında ümümi uzunluğu 58 km-dir. Dəmir yolu Monteneqro nəqliyyat sistemində böyük rol oynamır və sərnişin daşımada isə zəif şəkildə iştirak edir.. Ölkədəki dəmir yolu infrastrukturunu, sərnişin daşımalarını, yük daşınmasını və dəmir yolunun saxlanmasını müstəqil idarə olunan dörd ayrı şirkət vardır. Sərnişin daşımaları "Monteneqro dəmiryolları" dövlət şirkəti tərəfindən idarə edilir (mont. Жељезница Црне Горе / Željeznica Crne Gore). Montecargo isə Monteneqronun daxilində yük daşımalarını idarə edən bir şirkətdir. Üstəlik ölkədəki yük vaqonları və yük lokomotivlərinin istismarını da təşkil edirlər.

dəm sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Od üstündə aramla bişmə, yaxud dəm alma. Xörək dəmdədir. – Dedim: – Vallah, onu-bunu bilmirəm, bu saat … [çay] dəmdə, şahmat da stol üstdə qurulu. C.Məmmədquluzadə. □ Dəm almaq (çəkmək) – 1) qaynar suda qalıb yetişmək, suyu çəkilərək öz buğunda bişmək. Plov dəm almışdır. – Hər cümə avamın plovu dəm çəkir. M.Möcüz; 2) od üstündə rəng alaraq ətri çıxmaq və içməyə yararlı hala gəlmək (çay, qəhvə haqqında). Dəm tökmək – tərləmək, damcı-damcı tökülmək (dəm çəkmək üçün qazanın ağzına qoyulan qapaqdan). Dəmə qoymaq – aramla öz buğunda bişmək, yaxud dəm almaq üçün zəif od üstündə saxlamaq. Xörəyi dəmə qoymaq. Çayı dəmə qoymaq. Dəmini almaq – dəm almaq üçün qazanın ağzına qoyulmuş qapağı götürüb üzərindəki damcı-damcı suyu kənara tökmək. Sürmə xala plovun dəmini aldı… S.Rəhimov. 2. Buğ, buxar, qaz. // Kömürün və s.-nin natamam yanması nəticəsində əmələ gələn boğucu, zəhərli qaz. Dəm tutmaq. Dəmdən zəhərlənmək. Dəm qazı. 3. məc. Kef, nəşə; istirahət. Dəm dəm gətirər, qəm – qəm. (Ata. sözü). Qüssəyə gəl, qəmə gəl; Kef istəsən, dəmə gəl; Dərd bilən özü gələr; Bilməyənə demə, gəl. (Bayatı). □ Dəm almaq (çəkmək) – nəşələnmək, keflənmək, ləzzət çəkmək, xoşlanmaq. [Aşpaz] ocağın istisi dəydikcə xumarlanıb dəm alırdı. M.Hüseyn. Dəmə uymaq – kefə uymaq, başı kefə qarışmaq. Heç demirlər oğul-uşaq var. Yəqin dəmə uyublar. S.Rəhimov. Dəmi sazlanmaq – kefi gəlmək; nəşələnmək. Mocuxun kefi kökəldi, dəmi sazlandı. S.Rəhimov. 4. məc. dan. Bərk kefli, məst. Hərif dəmdir. 5. məh. Bax dəmyə 1-ci mənada. Dəm xır. Dəm bostan. ◊ Dəm tutmaq – 1) züy tutmaq bax züy1 (1-ci mənada). Yağan o gur yağış da silə bilmədi fəqət; Onun kədərlərinə dəm tutmuşdu təbiət. B.Vahabzadə; 2) səsini başqasının səsinə uyğunlaşdırmaq. [Ziba] özözünə mığıldaya-mığıldaya uşağın ağlamağının dəmini tuturdu. C.Məmmədquluzadə. …İmamqulu isə koxanın xorultusuna gecə uzunu dəm tutdu. S.Rəhimov; 3) məc. başqasının dediklərini, fikrini təkrar etmək, başqasının hərəkətlərini təqlid etmək. Dəm vermək – 1) hərəkətə gətirmək, işə başlamaq. İşə dəm vermək; 2) bax dəm tutmaq 2 və 3-cü mənalarda. Dəm vurmaq – səlahiyyəti, məlumatı, xəbəri və ya haqqı olmadığı bir şeydən ağızdolusu danışmaq, bəhs etmək, iddiasında olmaq. Hətta millətin dərisini soyan adamlar da millətdən dəm vurub, “millət belə gəldi, millət belə getdi” deyirlər. F.Köçərli. // Ümumiyyətlə, bir şey haqqında danışmaq. Füzuli, aləmi-qeyd içrəsən, dəm vurma eşqindən. Füzuli. Göyün ulduzları da guya bir-biri ilə məhəbbətdən dəm vururdular. Ə.Haqverdiyev. [Bədircahan:] Birdən başlarsan cahıllıqdan dəm vurmağa, onda yəqin ki, iş düzəlməz. N.Vəzirov. // “Özündən” sözü ilə – özünü tərifləmək. Az özündən dəm vur. – Çox özündən dəm vuran aşıqların sazını əlindən alıb yola salmışdı. “Koroğlu”. Dəmə tutmaq – danışdırmaq, sorğu-suala tutmaq. Qubernat tutubdur Sonanı dəmə; Edir sözlərini dilmanc tərcümə. H.K.Sanılı.

    Azərbaycan dilinin izahlı lüğəti / dəm
  • 2 is. [fars.] Nəfəs. □ Dəm-dəmə vermək – nəfəs-nəfəsə vermək, səs-səsə vermək. Mərsiyəxanlar verəcək dəm-dəmə; Sən hələ bildiklərini qoy nəmə! Ə.Nəzmi.

    Azərbaycan dilinin izahlı lüğəti / dəm
  • 3 is. [fars.] 1. Qısa vaxt, an, ləhzə. □ Bir dəm – 1) bir vaxt, bir anlıq. Xəstənəm, çox dilərəm yanıma bir dəm gələsən; Çəkibən xəncəri, bağrım başını bir dələsən. M.P.Vaqif; 2) heç, əsla. Gözəl üzündə bir dəm; Nə dərd görmüşdüm, nə qəm. S.Vurğun. Bir dəmdə – bir anda, bir ləhzədə, dərhal, göz açıb-yumunca. Dönər rəyimlə bir dəmdə bu çərxi-kəcmədar əlbət. S.Ə.Şirvani. Bu dəm(də) – bu vaxt, bu əsnada. Hərgah bu dəmdə Nurəddinin nəzəri Əmiraslana düşsəydi, onun gözlərində parlayan odu və üzündə zühur edən acığı görərdi. S.S.Axundov. Bu dəmdə havadakı mələkdən bir səs gəldi. Ə.Haqverdiyev. O dəm(də) – o saat, o vaxt, o dəqiqə, dərhal. Ağaclar tərpədəndə baş çəməndə; Söyüd söylər o dəmdə: – Mən də, mən də. (Ata. sözü). Cütçü baba böylə deyib qeyznak; Eylədi ol qırğını ol dəm həlak. A.Səhhət. Mən istədim mane olam, amma o dəmdə yadıma saldım ki, bu gün, … bayram günüdür… C.Məmmədquluzadə. Hər dəm – hər dəqiqə, hər an, hər ləhzə, həmişə, daim. Quzuya qurd desəm – istəməz quzu; Yazıqlar! Hər dəmdə yazıqdı onlar. M.Araz. // Ümumiyyətlə, vaxt, çağ, zaman, əyyam, dövr (çox vaxt cəmdə işlənir). Cavanlıq dəmi. – Yorğun qanadlarım çırpınmaq istər; Gəl keçən dəmləri etməyəlim yad. M.Müşfiq. Bu dəmlərdə heç nəyə də əlim çatmasa; Qaysağını qopardıram Araz dərdimin. M.Araz. □ Dəmi gəlmək – vaxtı gəlmək, növbəsi yetişmək. Araza gəmi gəldi; Su daşdı, gəmi gəldi; Yaş tök, ağla, gözlərim; Ayrılıq dəmi gəldi. (Bayatı). 2. Ədat mənasında. Gah, bəzən. – Ay hacı, dünyadır da, dəm eniş, dəm yoxuş, bilmirsən? S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / dəm
  • 4 DƏM1 f. 1) nəfəs çəkmə, nəfəs; 2) zaman, an; 3) ah. Dəmi-sərd dərin ah. DƏM2 ə. qan. DƏM3 ə. söhbət. DƏM’ ə. göz yaşı.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dəm

dəm sözünün etimologiyası

  • 1 Farsca “zaman” “an”, “nəfəs”, “kef” anlamını verən sözdür. Bu dəmdə birləş­mə­­­sində an, dəmkeş sözündə isə “nəfəs” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dəm

dəm sözünün sinonimləri (yaxın mənalı sözlər)

dəm sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 DƏM I is. [ fars. ] Zaman, an, ləhzə. Boran keçdi, bahar gəldi; Qızıl gülün dəmi çatdı (R.Rza). DƏM II is. [ fars. ] Kef, əyləncə. Dədə, ona həm dəm, həm də qəm çömçəsi deyərlər (Dastanlar). DƏM III is. [ fars. ] Plov və ya çayın müəyyən müddət odun üstündə saxlanması. Günorta zamanı plov hazır olub dəmə vuruldu (Ə.Haqverdiyev). DƏM IV is. [ fars. ] Qaz. Kömürün dəmi bizi birtəhər etdi. DƏM V sif. [ fars. ] Çox içib məst olan, sərxoş. Biri ayıq, biri dəmdir; Bu da özgə bir aləmdir (F.Mehdi).

    Azərbaycan dilinin omonimlər lüğəti / dəm

dəm sözünün rus dilinə tərcüməsi

  • 1 1. чад, угар; 2. заварка чая; 3. момент, мгновение;

    Azərbaycanca-rusca lüğət / dəm
  • 2 1 I сущ. 1. чад, угар (удушливый газ, образующийся при неполном сгорании) 2. жар (сильно нагретый горячий воздух). Məni dəm vurdu меня обдало жаром II прил. угарный. Dəm qazı угарный газ; dəm tutmaq угорать, угореть; dəm tutmuş угоревший 2 I сущ. заварка (о чае) II прил. заварочный. Dəm çayniki заварочный чайник; dəm almaq: 1. настаиваться, настояться (о чае); 2. выпариваться, выпариться, выстоять на слабом огне (о плове); 3. перен. наслаждаться чем-л.; проводить время в развлечениях; dəmdə bişmək томиться (вариться, париться на медленном огне); dəmə qoymaq: 1. ставить, поставить на заварку, заваривать; dəm olmaq быть в нетрезвом состоянии, быть под мухой, быть под градусом 3 сущ. разг. время, мгновение, момент. Bu dəmdə в это время, hər dəm в любую минуту, в любой момент 4 в сочет. с tutmaq: 1. аккомпанировать, сопровождать, вторить (при игре на инструменте) 2. перен. подпевать кому-л.

    Azərbaycanca-rusca lüğət / dəm

dəm sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. fumes, carbon monoxide, charcoal fumes II. s.: ~ qazı carbon monoxide, charcoal fumes; Onu dəm qazı vurub / tutub He / She has been poisoned by carbon monox ide / (charcoal) fumes; He / She is suffering from carbon monoxide III. i. brew; ~ almaq to draw*, to brew; Çay dəm alır The tea is drawing / brewing; ~ə qoymaq to draw (d.), to brew (d.), to put (d.) on the stove / fire to draw* IV. s.: ~ çayniki teapot V. i. moment, instant; Bu dəmdə At that moment, At that very instant; ayrılıq ~i moment / hour of parting VI. i. accompaniment; ~ tutmaq 1) mus. to accompany (d. on), to join (in singing) (d.), to join in a singing (d.); 2) məc. to echo (d.); ~ vurmaq (danışmaq) to speak* / to tell* boastly about a matter one has no right to speak / to talk about; ◊ ~ olmaq to be* completely drunk

    Azərbaycanca-ingiliscə lüğət / dəm

dəm sözünün fransız dilinə tərcüməsi

dəm sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. нефес; dəm-dəmə vermək ван-ванце ттун.

    Azərbaycanca-ləzgicə lüğəti / dəm
  • 2 [fars.] сущ. 1. дем; дем къачун; dəm almaq (çəkmək) дем къачун а) демда гьатун (мес. аш); б) ранг акъатун, хъвадай гьалдиз атун (мес. чай, кофе ва мс.); dəm tökmək гьекь хьун, стӀал-стӀал кӀвахьун (дем къачун патал эцигнавай къажгъандин кьиликай стӀалар); dəmə qoymaq демда тун, дем къачун патал зайиф цӀал эцигун (мес. аш, чай); dəmini almaq дем къачун патал тунвай къажгъандин кьил хкажна адак квай стӀалар къерехдихъ кӀвадарун; 2. бугъ, бухар, газ; // къванцицӀивин ва мс. хъсан кун тавуникай арадал къведай бамишдай, зегьерлу газ; 3. пер. кеф; ял ягъун; // dəm almaq (çəkmək) кеф хкудун, лезет къачун, хуш атун; dəmə uymaq кьил кефиник акахьун; dəmi sazlanmaq кефи къарагъун, кефи саз хьун, кефияр къумбар хьун; 4. пер. рах. дем, кефли, мест; 5. кил. dəmyə 1); ** dəm tutmaq а) зил кьун (кил. züy 1); б) ван масадан ванцив кьадайвал авун, сад авун; в) пер. масада лагьай гаф, фикир тикрар хъувун, масадан чӀалар ахъаюн; dəm vermək а) гьерекат кутун, кардив эгечӀун; б) кил. dəm tutmaq (б,в); dəm vurmaq дем ягъун, хабар (малумат, ихтияр) авачир са затӀуникай сив ацӀана рахун, бягьс авун; рахун; // вичи-вич тарифун, туп ягъун; dəmə tutmaq жузна-жаваб авун, рахурун, луькӀуьнарун.

    Azərbaycanca-ləzgicə lüğəti / dəm
  • 3 [fars.] сущ. 1. герен, гьелен, легьзе, куьруь вахт; bir dəm а) са герен; б) гьич, асла; bir dəmdə са гьеленда, са легьзеда, гьасятда, вил мичӀна ахъайдалди; bu dəm(də) и гьеленда, и вахтунда, и чӀавуз; o dəm(də) гьа гьеленда, гьа вахтунда, гьа декъикъада, гьасятда; hər dəm гьар герен, гьар декъикъа, гьар легьзе, гьамиша, даим; 2. вахт, чӀав, заман, девир; cavanlıq dəmi жегьилвилин девир, жегьил тир чӀав; // dəmi gəlmək вахт атун, вахт хьун, нубат агакьун; 3. кӀус. гагь, бязен.

    Azərbaycanca-ləzgicə lüğəti / dəm

dəm sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Naxçıvan) divarda olan dəlikdeşik. – Bu öydə nə çox dəm var II (Biləsuvar, Əli Bayramlı) alət III (Füzuli) nəm

Azərbaycan dilinin dialektoloji lüğəti.

"dəm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəm nədir? #dəm sözünün mənası #dəm nə deməkdir? #dəm sözünün izahı #dəm sözünün yazılışı #dəm necə yazılır? #dəm sözünün düzgün yazılışı #dəm leksik mənası #dəm sözünün sinonimi #dəm sözünün yaxın mənalı sözlər #dəm sözünün əks mənası #dəm sözünün etimologiyası #dəm sözünün orfoqrafiyası #dəm rusca #dəm inglisça #dəm fransızca #dəm sözünün istifadəsi #sözlük