Dəmirov sözü azərbaycan dilində

Dəmirov

Yazılış

  • Dəmirov • 98.7313%
  • dəmirov • 0.8074%
  • DƏMİROV • 0.4614%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həsən Dəmirov
Mütəllim Dəmirov
Dəmirov Mütəllim Rəsul oğlu (28 dekabr 1970, Bakı şəhəri)— xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti. == Həyatı == Mütəllim Dəmirov 28 dekabr 1970-ci ildə Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. 1978 - ci ildə Binəqədi rayon Biləcəri qəsəbəsində 5 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 3-cü sinifdən 10-cu sinifə qədər tam orta təhsilini Qobustan rayon A.O.Çernayayevski adına orta məktəbdə davam etdirib. 1988-cı ildə bu məktəbi bitirib. 1989 - 1991 cı ildə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Musiqi Kollecində Xanəndəlik ixtisası üzrə təhsil alıb. Bakalavr təhsilini 2002-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasında alıb. 1995-ci ildə Asəf Zeynallı adına musiqi kollecində Nərman Əliyevin sinfində fərdi xanəndəlik sənətinin sirrlərin öyrənib. 1995-ci ildə “Füzuli 500” Respublika xanəndələr müsaqibəsinin 2 dərəcəli mükafatına layiq görülüb.
Siyahim Dəmirov
Siyahim Əlizamin oğlu Dəmirov (13 sentyabr 1990, Əlinəzərli, Beyləqan rayonu – 29 oktyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Siyahim Dəmirov 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 1997–2008-ci illərdə R. Nəsirov adına Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Siyahim Dəmirov 2009–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun kiçik giziri olan Siyahim Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Siyahim Dəmirov oktyabrın 29-da Şuşa istiqamətində şəhid olub. Beyləqan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyahim Dəmirov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.
Teyyub Dəmirov
Teyyub Hacı Məmməd oğlu Dəmirov (25 aprel 1908, Bakı – 9 avqust 1970, Bakı) — Azərbaycan qarmonçusu. == Həyat və yaradıcılığı == Teyyub Dəmirov 25 aprel 1908-ci ildə Bakıda anadan olub. O, Kor Əhədin tələbəsi və davamçısı olmuş, Əhməd Bakıxanovun bədii rəhbəri olduğu xalq çalğı alətləri ansamblı 1941-ci ildə yenidən bərpa olunanda orada qarmon ifa etmişdir. Teyyub Dəmirovun ifaçılıq sənətində muğamlar, xalq mahnıları və rəqslər əsas yeri tutur. Bundan əlavə o, Azərbaycanda keçirilən müxtəlif musiqi tədbirlərinin iştirakçısı olmuşdur. İfaçılıq və tədris fəaliyyəti ilə yanaşı o, bir sıra rənglər və dəramədlər də bəstələmiş, Azərbaycan qarmonunun inkişafında mühüm rol oynamışdır. Teyyub Dəmirov 9 avqust 1970-ci ildə Bakıda vəfat etmişdir. Onun ifasında səsləndirilən "Bayatı-Şiraz", "Segah", "Rast", "Zabul", "Bayatı-Qacar", "Şur" muğamlarının səsyazmaları Azərbaycan televiziyası və radiosunun fondunda saxlanılır.
Vüsal Dəmirov
İbadulla Dəmirov
Ədalət Dəmirov
Dəmirovlu pir məbədi
Dəmirovlu pir məbədi — Azərbaycanın Laçın rayonunun Qarqışlaq kəndi ərazisində yerləşən qədim alban məbədi. == Haqqında == Məbəd Qafqaz Albaniyasının maddi-mədəni irsinə aiddir. Tədqiqatçılar məbədi XI əsrə aid edirlər. Məbəd binası yerli daşlardan hündür dağlıq ərazidə inşa edilmişdir. Bunun da səbəbi artıq İslamın yayıldığı bir dövrdə məbədi kənar təsirlərdən qorumaq olmuşdur. Məbədin giriş qapısı uzərində böyük alban xaçı həkk edillib. == İstinadlar == == Xarici keçidlər == ""Qarabağ – mədəniyyətimizin beşiyi"". 525.az. İstifadə tarixi: 25 may 2021. "Mədəniyyətimizin beşiyi".

dəmirov sözünün etimologiyası

  • 1 Təmrəyi, təmirətgə kimi formalarda qeydə alınıb. Dəmir sözü ilə bağlıdır. Dəmirlayu (dəmir kimi) şəklində olub, sonra dəmirov formasına düşüb. M.Kaş­ğa­ridə şeir var: Tekre alıb ekrelim (dairə alıb, -vurub, -dairələnək), / Attın tüşüb yükrelim (atdan düşüb yüyürək), / Aslanlayu kükrelim...  Aslanlayu “aslan kimi” deməkdir. Dəmirlayu da “dəmir kimi” deməkdir. Dəmirov yanmış dəmirin üzün­dəki qabıqlara oxşayır. Adı da buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dəmirov

"dəmirov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəmirov nədir? #dəmirov sözünün mənası #dəmirov nə deməkdir? #dəmirov sözünün izahı #dəmirov sözünün yazılışı #dəmirov necə yazılır? #dəmirov sözünün düzgün yazılışı #dəmirov leksik mənası #dəmirov sözünün sinonimi #dəmirov sözünün yaxın mənalı sözlər #dəmirov sözünün əks mənası #dəmirov sözünün etimologiyası #dəmirov sözünün orfoqrafiyası #dəmirov rusca #dəmirov inglisça #dəmirov fransızca #dəmirov sözünün istifadəsi #sözlük