Dəmirli sözü azərbaycan dilində

Dəmirli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Dəmirli • 72.5275%
  • dəmirli • 25.2747%
  • DƏMİRLİ • 2.1978%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəmirli
Yaşayış məntəqələriDəmirli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı kənd. Dəmirli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Dəmirli — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Dəmirli yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda qədim yaşayış yeri.
Altun Dəmirli
Altun Fərman oğlu Dəmirli (1 sentyabr 1997, Şəmkir rayonu – 2 aprel 2016, Tərtər) — Azərbaycan Ordusunun əsgəri, 2020-ci ilin 2-4 aprelində Dağlıq Qarabağ istiqamətində olan döyüşlərdə dünyasını dəyişmişdir. == Həyatı == Altun Dəmirli 1997-ci il sentyabrın 1-də Şəmkir rayonunun Düyərli qəsəbəsində anadan olub. O, subay idi. == Hərbi xidməti == Altun Dəmirli Azərbaycan Silahlı Qüvvələrinin əsgəri idi. O, 2016-c ilin 2-4 aprelində Dağlıq Qarabağ istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişib.Aprelin 14-də Altun Dəmirli, doğulduğu Şəmkir rayonunun Düyərli qəsəbəsində dəfn olundu. Onunla vida mərasiminə Şəmkir RİH nümayəndələri, Azərbaycan Ordusunun zabitləri qatıldı. == Təltifləri == “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı (2016) — Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə.
Dəmirli (Ağdərə)
Dəmirli (Tsağkaşen) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Dəmirli kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Yerli əhali arasında Dəmirlər kimi də işlənir. Digər adı Xoruzlu (kəngərlilərin bir qolu olan xoruzlu kəngərlisinin adı) olmuşdur. Oykonim orada məskunlaşmış dəmirli nəslinin adı ilə adlandırılmışdır. == Tarixi == Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. Erməni silahlı qüvvələrinin işğalı altındadır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Dəmirli (Bolnisi)
Dəmirli — Gürcüstanın Bolnisi rayonunda kənd. == Təhsil == İlk məktəb 1932-ci ildə yaradilib. Baza məktəbi (2006-cı ildə 9 sinifdə 66 şagird) fəaliyyətdədir. == Tanınmış şəxsləri == Əlövsət Osmanlı - fizika riyaziyyat elmləri namizədi. == Məşhurları == Əlövsət Osmanlı - Fizika-riyaziyyat elmləri namizədi. == Coğrafi mövqeyi == Dəmirli kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 21 km qərbdə, dəniz səviyyəsindən 800 m hündürlükdə yerləşir. == Əhalisi == 1918-ci ildə 109 nəfər, 1926-cı ildə 20 ailədə 109 nəfər, 2002-ci ildə 95 ailədə 359 nəfər, 2006-cı ildə 96 ailədə 350 nəfər,2016-cı il 77 ailə 308 nəfər.
Dəmirli (Borçalı)
Dəmirli — Gürcüstanın Bolnisi rayonunda kənd. == Təhsil == İlk məktəb 1932-ci ildə yaradilib. Baza məktəbi (2006-cı ildə 9 sinifdə 66 şagird) fəaliyyətdədir. == Tanınmış şəxsləri == Əlövsət Osmanlı - fizika riyaziyyat elmləri namizədi. == Məşhurları == Əlövsət Osmanlı - Fizika-riyaziyyat elmləri namizədi. == Coğrafi mövqeyi == Dəmirli kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 21 km qərbdə, dəniz səviyyəsindən 800 m hündürlükdə yerləşir. == Əhalisi == 1918-ci ildə 109 nəfər, 1926-cı ildə 20 ailədə 109 nəfər, 2002-ci ildə 95 ailədə 359 nəfər, 2006-cı ildə 96 ailədə 350 nəfər,2016-cı il 77 ailə 308 nəfər.
Dəmirli (Tərtər)
Dəmirli (Tsağkaşen) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Dəmirli kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Yerli əhali arasında Dəmirlər kimi də işlənir. Digər adı Xoruzlu (kəngərlilərin bir qolu olan xoruzlu kəngərlisinin adı) olmuşdur. Oykonim orada məskunlaşmış dəmirli nəslinin adı ilə adlandırılmışdır. == Tarixi == Kənd Ağdərə rayonunun tərkibində olub. Ağdərə ermənilər tərəfindən işğal edildikdən və Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra Tərtər rayonunun ərazisinə düşüb. Erməni silahlı qüvvələrinin işğalı altındadır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Dəmirli nekropolu
== Coğrafi mövqeyi == Dəmirli nekropolu,Culfa rayonunun Ləkətağ kəndindən şimalda,Dəmirliçayla Bərxudarçayın qovşağında uzunsov təpənin üzərində arxeoloji abidə. == Ümumi məlumat == Nekropolun ətrafı yaşayış yeri olmuşdur.Qəbirlər daş qutu tiplidir.Onlar yanlarda iri sal daşlarla qurularaq irihəcmli,yastı sal daşlarla qapadılmışdır.Qəbirlər müxtəlif istiqamətə yönəldilmişdir.Bəzi qəbirlər qazılaraq dağıdılmış,bəzilərinin üst daşları aşınma nəticəsində düşmüşdür.Nekropolun ərazisindən çəhrayı və boz rəngli keramika parçaları toplanmışdır.Toplanmış arxeoloji materiallara əsasən nekropolu 1-7-ci əsrlərə aid etmək olar.
Elşən Dəmirli
Elşən Gündüz oğlu Dəmirli (15 oktyabr 1998; Nic, Qəbələ rayonu, Azərbaycan — 28 sentyabr 2020; Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Elşən Dəmirli 15 oktyabr 1998-ci ildə Qəbələ rayonunun Nic qəsəbəsində dünyaya göz açmışdır. Orta təhsilini Qəbələ rayon Nic qəsəbə 3 saylı tam orta məktəbində almışdır. 2016-cı ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidməti Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə kəşfiyyatçı kimi başa vurmuşdur. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Mingəçevirdə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elşən Dəmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 28 sentyabr 2020-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Hüseyn Dəmirli
Hüseyn Zeynal oğlu Dəmirli (d. 4 avqust 1993; Biləsuvar, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Hüseyn Dəmirli 1993-cü ilin 4 avqust günündə Biləsuvar şəhərində anadan olub. 2011-ci ilin 6 oktyabr günündə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Hüseyn Dəmirli nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilib. Hüseyn Dəmirli 2013-cü ildə hərbi xidmətini başa vursa da, 2014-cü ildə yenidən könüllü olaraq Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başladı. == Hərbi xidməti == Kiçik çavuş Hüseyn Dəmirli 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Hüseyn Dəmirli doğulduğu Biləsuvar şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
Mehman Dəmirli
Mehman Dəmirli (Dəmirli Mehman Əlişah oğlu; d. 1964. Ərəbqədim, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ) — Hüquq elmləri doktoru, professor. “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Avropa İttifaqı hüququ və müqayisəli hüquqşünaslıq kafedrasının professoru. == Həyatı == Dəmirli Mehman Əlişah oğlu 1964-cü il yanvarın 23-də Azərbaycan Respublikası Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olub. 1990-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini, 1994-cü ildə isə həmin universitetin aspiranturasını (qiyabi) bitirib. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatında dövlət-hüquq şöbəsində işləyib. 1994-2003-cü illərdə Bakı Dövlət Universitetinin dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası və Bakının digər ali məktəblərində dərs deyib. M.Dəmirli 1998-ci ildə Odessa Dövlət Hüquq Akademiyasında (indiki “Odessa Hüquq Akademiyası” Milli Universiteti) “Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövlət quruluşu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2005-ci ildə isə Yaroslav Mudrı adına Ukrayna Milli Hüquq Akademiyasında (Xarkov) “dövlət və hüquq tarixi və nəzəriyyəsi” ixtisası üzrə “Tarixi-hüquqi idrakın predmet sahəsi: ənənə və yenilənmə (epistemoloji analiz)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Dəmirli yaşayış yeri
Dəmirli — Naxçıvan Muxtar Respublikası Culfa rayonu ərazisində Erkən Orta əsrlərə aid yaşayış yeri. == Haqqında == Culfa rayonunun Ləkətağ kəndinin şimalında yaşayış yeri. Dəmirliçayla Bərxudarçayın qovuşuğunda yerləşir. Yaşayış yerinin böyük hissəsi Dəmirliçayın sağ sahilini əhatə edir. Abidənin ərazisində dördkünc və dairəvi formalı binaların qalıqları izlənməkdədir. Yerüstü materiallar olduqca azdır. Bəzi hissələrdə iri daşlardan hörülmüş, xalq arasında "kələk" adlandırılan tikintilərin qalıqları mövcuddur. Tədqiqatlara əsasən demək olar ki, yaşayış yeri yarımköçəri maldar tayfaların yurd yeri olmuşdur. Aşkar olunmuş arxeoloji materiallar Son Antik və Erkən Orta əsrlərə aiddir. Yaşayış yerini I-VII əsrlərə aid etmək olar.
Dəmirlidağ
Dəmirlidağ – Culfa rayonu ərazisində dağ (hünd. 3368,2 m). Zəngəzur silsiləsinin suayırıcısında, Əlincəçayın Dəmirlisu qolunun mənbə hissəsində zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin andezitli porfirit lava-brekçiyalarından təşkil olunmuş cənub-qərb yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Cənub-qərb yamacında andezitli porfirit tərkibli iki subvulkanik kütlə açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Kolanısu antiklinalının şimal qanadında yerləşir. Yamaclarında şimal-şərq və şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları, həmçinin dioritli porfirit daykaları izlənilir.
Dəmirlisuçay
Dəmirlisuçay — Culfa rayonu ərazisində çaylar. == I Dəmirlisuçay == Culfa rayonu ərazisində Əlincəçayın (Arazın qolu) sağ qoludur. Soltanbud dağının şərq ətəyindən başlanır. Uzunluğu 6 km.-dir. Əsasən qar və yağış suları ilə qidalanır. == II Dəmirlisuçay == Culfa rayonu ərazisində Ləkətağçayın (Əlincə hövzəsi) sol qoludur. Zəngəzur silsiləsinin yamacından, 2950 m hündürlükdən başlanır. Uzunluğu 8 km-dir. Əsasən, qar suları və yeraltı sularla qidalanır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.26 dəfə / 1 mln.
2004 •••••••••••• 0.34
2007 •••••••• 0.21
2009 ••••••••••• 0.32
2010 ••••••••••••• 0.36
2011 •••••••••••••••••••• 0.60
2012 ••••••••••••••• 0.43
2013 ••••• 0.15
2014 •••••• 0.17
2016 •••••• 0.17
2018 ••••••••••••••• 0.45
2019 •••••••••••••• 0.42

dəmirli sözünün leksik mənası və izahı

  • 1 sif. kim. Tərkibində dəmir olan. Bu [mineral] sular kimyəvi tərkiblərinə görə dəmirli, qələvili, kükürdlü, mərgümüşlü, narzan tipli, karbon qazlı və sairə sulardır. R.Əliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / dəmirli

dəmirli sözünün rus dilinə tərcüməsi

  • 1 прил. железистый, содержащий железо. геол. Dəmirli qumdaşı железистый песчаник, dəmirli kvarsit железистый кварцит, dəmirli sular железистые воды, dəmirli süxurlar железистые породы

    Azərbaycanca-rusca lüğət / dəmirli

dəmirli sözünün inglis dilinə tərcüməsi

dəmirli sözünün fransız dilinə tərcüməsi

dəmirli sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#dəmirli nədir? #dəmirli sözünün mənası #dəmirli nə deməkdir? #dəmirli sözünün izahı #dəmirli sözünün yazılışı #dəmirli necə yazılır? #dəmirli sözünün düzgün yazılışı #dəmirli leksik mənası #dəmirli sözünün sinonimi #dəmirli sözünün yaxın mənalı sözlər #dəmirli sözünün əks mənası #dəmirli sözünün etimologiyası #dəmirli sözünün orfoqrafiyası #dəmirli rusca #dəmirli inglisça #dəmirli fransızca #dəmirli sözünün istifadəsi #sözlük