* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Səbri olan, səbir edən, təlaş və məyusluq və ya hövsələsizlik göstərməyib mətanətlə dözən, dözümlü. O, çox səbirli adamdır. – [Şahin Firəngizə:] Siz çox səbirli adamsınız, yoldaş Qaradağlı, mənim bağrım çatlayır, bu saat boğazımdan heç su da keçməz. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / səbirli2 SƏBİRLİ, DÖZÜMLÜ Qaraca qız da Nurəddin kimi pis günə dözümlü, səbirli bir uşaqdır (S.S.Axundov); TƏMKİNLİ, HÖVSƏLƏLİ (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / səbirli1 SƏBİRLİ – CIRTQOZ Bu, səbirli, dəyanətli, çalışqan uşaqdır (A.Şaiq); Cırtqoz kişidir, bir söz deyən kimi alışır (“Ulduz”).
Azərbaycan dilinin antonimlər lüğəti / səbirli2 прил. терпеливый: 1. обладающий терпением, способный с терпением переносить, сносить что-л. Səbirli xəstə терпеливый больной, səbirli müəllim терпеливый учитель 2. способный делать что-л. долго, настойчиво, с терпением. Səbirli usta терпеливый мастер, səbirli tədqiqatçı терпеливый исследователь, səbirli rəssam терпеливый художник; səbirli görünmək казаться терпеливым, səbirli olmaq быть терпеливым
Azərbaycanca-rusca lüğət / səbirli