Səfərli sözü azərbaycan dilində

Səfərli

Yazılış

  • Səfərli • 99.7020%
  • səfərli • 0.1788%
  • SƏFƏRLİ • 0.1192%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səfərli
Səfərli — soyad. Amil Səfərli (1994—2020) — Vətən müharibəsi şəhidi. Cavid Səfərli (1993—2020) — Vətən müharibəsi şəhidi. Elçin Səfərli (d. 1984) — Yazıçı. Eltac Səfərli (d. 1992) — Azərbaycan şahmatçısı, qrosmeyster (2008). Əliyar Səfərli (1937—2017) — Ədəbiyyatşünas, mətnşünas, maarif xadimi. Əmrah Səfərli (1998—2020) — Vətən müharibəsi şəhidi. Hacıfəxrəddin Səfərli (d.
Amil Səfərli
Eltac Səfərli
Eltac Səfərli (18 may 1992, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2008). == Naliyyətləri == 2002-ci ildə İspaniyada keçirilmiş 10 yaşa qədər uşaqlar arasında şahmat üzrə Avropa Çempionudur. 2003-cü ildə Serbiyada keçirilən Gənclər arasında Avropa çempionudur. 2008-ci ildə Türkiyədə 20 yaşa qədər gənclər arasında dünya çempionatının bürünc medalını qalibi olmuşdur. 2010-cu ildə Azərbaycan Çempionatının və Çiqorinin xatirə turnirinin qalibi olmuşdur. 2013-cü ildə keçirilmiş Avropa Komandalar arası Çempionatında qızıl medal qazanmış Azərbaycan komandasının tərkibində oynamışdır 2015-ci ildə Naxçıvan Open turnirinin qalibi olmuşdur. 2010 və 2016-cı illərdə şahmat üzrə Azərbaycan çempionudur. SOCAR komandasının tərkibində Şahmat üzrə klub komandalarının Avropa Kubokunu qazanmışdır. == Xarici keçidlər == Eltaj Safarli. Chess-DB.com (ing.) Eltaj Safarli.
Elçin Səfərli
Elçin Səfərli (12 mart 1984, Bakı) — azərbaycanlı yazıçı, jurnalist. == Həyatı == Elçin Səfərli Bakı şəhərində 1984-cü il mart ayının 12-də anadan olub. 16 yaşında Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinə daxil olmağı ilə mətbuatda öz peşəkar fəaliyyətinə başlayıb. "Exo" qəzetində çalışıb. Uzun illər İstanbulda yaşayıb və bu da onun erkən yaradıcılığına təsir edib: onun ilk romanlarının məzmunu Türkiyə ilə bağlıdır. Yazıçı rus dilində yazır. "İkinci Orxan Pamuk" adını "Bosforun şirin duzu" (rus. «Сладкая соль Босфора») adlı ilk kitabı işıq üzü görəndən sonra qazanmışdır. 2011-ci ildə Elçin Səfərli haqqında rejissor Sergey Saraxanov tərəfindən qısametrajlı film çəkilmişdir. == Əsərləri == 2008 — rus.
Gündüz Səfərli
Gündüz Ağəmməd oğlu Səfərli (Ağzıbir) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Ağdaş rayon Ağzıbir kənd tam orta məktəbinin bitirib. 2002-ci ildə H. Əliyev adına ali hərbi məktəbə daxil olub və 2006-cı ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirib. 2007-ci ildən “N” saylı hərbi hissədə motoatıcı taqım komandiri işləyib. 2007-ci ildə xüsusi seçimlə seçilərək Xüsusi təyinatlı qüvvələrə təyinat almışdır. Fəaliyyətinə görə vaxtından qabaq kapitan hərbi rütbəsinə yüksəlmişdir. Türkiyə Respublikasında dörd gizli kəşfiyyat kursu keçib. 2016-cı ilin aprel döyüşlərində bir çox kəşfiyyat fəaliyyətlərində iştirak edib və döyüşüb. İkinci Qarabağ müharibəsini Cocuq Mərcanlı kəndinin ətrafinda vuruşaraq başlayıb və Şuşaya qədər öz bölməsi ilə irəlləyib.
Hacıfəxrəddin Səfərli
Hacıfəxrəddin Səfərli (tam adı: Səfərli Hacıfəxrəddin Yəhya oğlu; 29 sentyabr 1949, Cəhri, Naxçıvan rayonu) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2017) Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru. == Həyatı == Hacıfəxrəddin Səfərli 29 sentyabr 1949-cu ildə Naxçıvan MSSR, Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuşdur. 1967–1971-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının tarix fakültəsində təhsil almışdır. == Pedaqoji faəliyyəti == 1971–1979-cu illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin ümumi tarix kafedrasında 0,5 ştat müəllim kimi işə başlamışdır. 1996-cı ildən etibarən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2006-cı ildən kafedranın professorudur. Həmçinin, bu müddət ərzində tarix-filologiya fakültəsində elmi işlər üzrə dekan müavini, 2002–2007-ci illərdə NDU Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. == Elmi fəaliyyəti == 1979-cu ilin noyabrında Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan elm mərkəzində kiçik elmi işçi kimi fəaliyyətə başlamış, böyük elmi işçi və şöbə müdiri kimi çalışmışdır.
Hidayət Səfərli
Hidayət Əhməd oğlu Səfərli (5 fevral 1932, Şəkərabad, Naxçıvan MSSR – 16 yanvar 2013, Bakı) — Ssenari müəllifi, səsləndirici, aktyor. == Həyatı == Hidayət Səfərli 5 fevral 1932-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Anası Hökümə xanım məşhur Ordubad xanı Mirzə Mehdiqulu xanın qızıdır. Hidayət Səfərlinin ailəsi Dünya şöhrətli alim Nəsirəddin Tusi nəslinə aiddir. Atası isə Naxçıvanın tanınmış xanı olan Səfər xanın oğludur. Hidayət Səfərli orta təhsilini Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi (indi həmin məktəb qardaşı şair-dramaturq İslam Səfərlinin adını daşıyır) sonra 1954-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmusdur. 1959-cu ildə Ali məktəbi bitirdikdən sonra Azərbaycan Radiosunda fəaliyyətə başlamışdır. Hidayət Səfərli 48 il Azərbaycan Radiosunun əməkdaşı kimi Respublikamızın bütün rayonlarını qarış-qarış gəzmiş, zəhmətkeş insanların uğurlarından reportajlar, radio-oçerklər, müsahibələr hazırlamışdır. "Radio mənim həyatımdır" deyən Hidayət Səfərli ömrünün radioda, mikrafon önündə keçməsinə, saçlarının bu yolda ağarmasına heyfslənməmişdir. Silsilə müsahibələr "Yaz dumanı qar gətirər, qız dumanı qar gətirər", "Arazla Kür görüşəndə", "Doqquz iqlim qurşaqlı Vətənim", "Xəzər tükənməz sərvətimizdir" və s.
Həsən Səfərli
Həsən Səfər oğlu Səfərli (15 aprel 1898, Naxçıvan – 2 iyun 1960, Naxçıvan) — aktyor, rejissor, müəllim, Naxçıvan MSSR əməkdar müəllimi (1960). == Həyatı == Həsən Səfərli Naxçıvan şəhərində anadan olub. Yerli ibtidai məktəbi bitirib, 1909-cu ildə ilk dəfə səhnəyə Hüseyn Ərəblinskinin tamaşaya qoyduğu "Nadir şah" pyesindəki rolu ilə qədəm qoyub. 1913–1917-ci illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyadakı dram dərnəyinin fəal üzvlərindən olub. İrəvanın teatr truppasında da epizod rollarda səhnəyə çıxıb. Seminariyanı 1917-ci ildə bitirərək Naxçıvana qayıdıb. Həmin ildən müəllimlik fəaliyyəti ilə yanaşı, həvəskarların truppasında, 1931-ci ilə qədər Naxçıvan Dövlət Dram Teatrında aktyor, rejissor, baş rejissor kimi çalışıb. "Rüşdiyyə", "Məktəbi-xeyriyyə" məktəblərində, Müəllimlər Seminariyasında, Pambıqçılıq texnikumunda, ikiillik Müəllimlər İnstitutunda dərs deyib. 18 may 1960-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülüb.
Mais Səfərli
Mais İsmayıl oğlu Səfərli (23 may 1958, Məlikəhmədli, Qubadlı rayonu – 7 dekabr 2020) — Azərbaycan Yurddaş Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı == Həyatı == 1958-ci il mayın 5-də Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakıda orta məktəbi, 1982-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. Təhsilini bitirdikdən sonra fəhlə kimi çalışmağa başlamışdır. Mais Səfərli 1975-ci ildən Azərbaycan Televiziya və Radio Şirkətində çalışmağa başlamışdır. Mais Səfərli evli olmuşdur, 3 uşağı var. 7 dekabr 2020-ci il tarixində koronavirusdan vəfat edib. == İctimai-siyasi fəaliyyəti == Mais Səfərli "Yurddaş" və "Vışka" qəzetlərində çalışmışdır. O, 1988–1992-ci illərdə "Yurddaş" Cəmiyyətinin sədri, 1993-cü ildən ölümünədək isə Azərbaycan Yurddaş Partiyasının sədri olmuşdur.
Nazilə Səfərli
Səfərli (Ağdam)
Səfərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Səfərli qəsəbə inzibati ərazi dairəsində qəsəbə. 7 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılmışdır.
Səfərli (Başkeçid)
Səfərli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Səfərli kəndi rayon mərkəzindən 16 km. cənub-şərqdə, paytaxt Tiflisdən təqribən 80 km. cənub-qərbdə dəniz səviyyəsindən 950-980 metr yüksəklikdə yerləşir. Qonşu kəndləri Məmişli, Hamamlı və Əngirəvan kəndləridir. Kənd əhalisinin sayı 738 nəfərdir (2002-ci il siyahıyaalması). Sakinlərin 45,7%-i kişilər, 54,3%-i isə qadınlardır. Əhalinin cinsi tərkibində belə disbalans sosial vəziyyətin çətinliyi və yüksək işsizlik nəticəsində getdikcə dramatik xarakter alan əmək axını ilə əlaqədardır. Sakinlərin 99%-i etnik azərbaycanlılardır. Səfərli kəndinin əsas təsərrüfatçılıq sahəsi heyvandarlıqdır.
Səfərli (Borçalı)

Səfərli (Tovuz)
Səfərli — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd. Kənd səfərli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. 1933-cü ildə Əli Bayramlı rayonunda da eyniadlı kənd qeydə alınmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd düzənlikdə yerləşir. Kənddə Səfərli kənd kitabxana filialı, Səfərli kənd klubu fəaliyyət göstərir. Kənddə Səfərli kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Səfərli (Xudafərin)
Səfərli (fars. صفرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 298 nəfər yaşayır (72 ailə).
Vüqar Səfərli
Səfərli Vüqar Müzəffər oğlu (19 mart 1958, Tivi, Ordubad rayonu) — Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru (2009–2020); Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi". 1958-ci il martın 19-da Ordubad rayonunun Tivi kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Ordubad rayonunun Tivi kənd orta məktəbinin 1-ci sinfinə gedib və 1975-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1981-ci ildə həmin fakültəni bitirib. 1977-ci ilin iyul ayından sentyabr ayınadək Culfa Üzümçülük Sovxozunda fəhlə işləyib. 1977-ci ilin sentyabr ayında Bakı poçtamptının Qəzet-Jurnal Ekspedisiyası sexinə çeşidləyici vəzifəsinə işə qəbul olub. 1980-cı ildə həmin sexdə elektrik mexaniki vəzifəsinə keçirilib. 1981-ci ildə Bakı poçtamptının "Oneqa" elektron maşınlarının təmir qrupuna mühəndis vəzifəsinə keçirilib. 1985-ci ildə Moskva Rabitə İnstitutuna daxil olub, 1990-cı ildə həmin institutu bitirib. 06.02.2006–27.06.2006-cı il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kurslarını bitirib.
Xəqani Səfərli
İslam Səfərli
Səfərli İslam Əhməd oğlu (12 fevral 1923, Şəkərabad, Naxçıvan MSSR – 6 noyabr 1974, Bakı) — şair-dramaturq, tərcüməçi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973). İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açmışdır. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. "Sınaq gecəsi", "Çex qızının məhəbbəti, "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki bacı", "Qeyrət qapısı", "Abşeron yatağı" və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, yaddaqalan olmuşdu. İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s.
Əliyar Səfərli
Səfərli Əliyar Qurbanəli oğlu (28 dekabr 1937, Anabad, Ordubad rayonu – 4 yanvar 2017, Bakı) — ədəbiyyatşünas, mətnşünas, maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru (1983), professor (1998), AMEA-nın müxbir üzvü (1989). Əliyar Səfərli 28 dekabr 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olmuşdur. 1943–1947-ci illərdə Anabad kənd məktəbində ibtidai təhsilini alan Əliyar Səfərli 1947–1951-ci illərdə Gənzə kənd yediillik məkətbində və Ordubad şəhər Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Daha sonra 1955–1960-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır. Əliyar Səfərli 1960–1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant vəzifəsinə təyin edilmişdir. 1968-ci ildən Bakı Dövlət Universitetində dərs demişdir. 1971–1973-cü illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1973-cü ildən etibarən yenidən Bakı Dövlət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. Ədəbiyyatşünas 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Daha sonra 1992–1994-cü illərdə Təhsil Nazirliyində Ədəbiyyatşünaslıq bölməsinin sədri vəzifəsini icra etmişdir.
Əmrah Səfərli
Əmrah Çingiz oğlu Səfərli (2 aprel 1998, Göbəktala, İmişli rayonu – 4 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Əmrah Səfərli 2 aprel 1998-ci ildə İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur. İmişli rayon Yalavac kənd tam orta məktəbdə təhsil almışdır. Əmrah Səfərli bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdi. Hərbi xidmətini bitirdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdi. Azərbaycan Ordusunun əsgəri olan Əmrah Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmrah Səfərli 4 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Səfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Səfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Hacı Fəxrəddin Səfərli
Hacıfəxrəddin Səfərli (tam adı: Səfərli Hacıfəxrəddin Yəhya oğlu; 29 sentyabr 1949, Cəhri, Naxçıvan rayonu) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2017) Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru. == Həyatı == Hacıfəxrəddin Səfərli 29 sentyabr 1949-cu ildə Naxçıvan MSSR, Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuşdur. 1967–1971-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının tarix fakültəsində təhsil almışdır. == Pedaqoji faəliyyəti == 1971–1979-cu illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin ümumi tarix kafedrasında 0,5 ştat müəllim kimi işə başlamışdır. 1996-cı ildən etibarən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2006-cı ildən kafedranın professorudur. Həmçinin, bu müddət ərzində tarix-filologiya fakültəsində elmi işlər üzrə dekan müavini, 2002–2007-ci illərdə NDU Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. == Elmi fəaliyyəti == 1979-cu ilin noyabrında Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan elm mərkəzində kiçik elmi işçi kimi fəaliyyətə başlamış, böyük elmi işçi və şöbə müdiri kimi çalışmışdır.
İslam Səfərli küçəsi
İslam Səfərli küçəsi (Bakı)
Səfərli İslam Əhməd oğlu
Səfərli İslam Əhməd oğlu (12 fevral 1923, Şəkərabad, Naxçıvan MSSR – 6 noyabr 1974, Bakı) — şair-dramaturq, tərcüməçi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973). İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açmışdır. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. "Sınaq gecəsi", "Çex qızının məhəbbəti, "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki bacı", "Qeyrət qapısı", "Abşeron yatağı" və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, yaddaqalan olmuşdu. İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s.
İslam Səfərli küçəsi (Bakı)
İslam Səfərli küçəsi — Bakıda, İstiqlaliyyət küçəsindən Salatın Əsgərova küçəsinə qədər olan küçə. Küçə Fəvvarələr meydanının sərhədlərindən biridir. Küçə bir neçə dəfə öz adını dəyişdirdi: Fonarnaya - Voronsovskaya (1852-ci ildən) - Məşədi Əzizbəyov (1923-cü ildən) - General Əzizbəyov. Müasir ad İslam Səfərlinin şərəfinə verilmişdir (1923-1974) - Azərbaycan sovet yazıçısı, şair və dramaturq, Böyük Vətən müharibəsi iştirakçısı, Azərbaycan SSR-nin əməkdar artisti. № 3 - Kinoteatr "Araz" (1868, memar Qasım bəy Hacıbababəyov) №19 - Məlikovun köhnə evi (1897, memar Yuzef Qoslavski) Həmid Araslı - Sovet Azərbaycanlı alim-ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki Вороцовская—Азизбекова—Сафарли Arxivləşdirilib 2020-09-30 at the Wayback Machine Архитектор Гославский Улица Ислама Сафарли.
Cavid Səfərli
Ambarsum Məlikovun evi (İslam Səfərli küçəsi)
Ambarsum Məlikovun evi — Bakı şəhərində, İ. Səfərli 13, S. Tağızadə 121 və Tolstoy 136 küçələrinin kəsişməsində yerləşən tarixi malikanədir. Bina 1900-cü ildə Vartan Sarkisovun layihəsi əsasında neobarokko üslubunda inşa edilmişdir. == Tarixi == === İnşası === Bina 1900-cü ildə, XIX əsrin sonu — XX əsrin əvvəllərində Bakı və Tiflisdə fəaliyyət göstərmiş sənayeçi Ambarsum Məlikovun sifarişi ilə memar Vartan Sarkisovun layihəsi əsasında inşa edilmişdir. === Sonrakı istifadəsi === Əvvəllər yaşayış binası kimi istifadə olunmuş binada 1922-ci ildən Azərbaycanın ən qədim kütləvi kitabxanası olan Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası yerləşdirilmişdir. Kitabxana 1919-cu ilin mart ayında, Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı tərəfindən əsası qoyulmuş "Xəzər sahili istehlak cəmiyyəti" adlı təşkilatın təşəbbüsü ilə yaradılmışdır. Azərbaycan qadınlarını geniş sürətdə kitabxanaya cəlb etmək üçün fəaliyyətə başladığı dövrdən kitabxana "Oxucu qadınlar dərnəyi" təşkil etmişdir. 1922-ci ildə Sabirin vəfatının on illiyi ilə əlaqədar olaraq kitabxanaya onun adı verilmiş və həmin ildən kitabxana Məlikovların malikanəsində yerləşdirilmişdir. == Memarlıq xüsusiyyətləri == Məlikovun iki mərtəbəli yaşayış evi forştadtın tarixi məhəllələrinin memarlıq-planlaşdırma həllinin mühüm elementlərindən biridir. Bu evdə tikilinin estetik keyfiyyəti üçün böyük əhəmiyyət kəsb edən yeni tikinti materialı olan qırmızı tökmə kərpiclə order sisteminin zəngin plastikasından uğurla istifadə edilmişdir. Əsas fasad rizalit sistemli daş formanın arxitektur kütlələrin ifadəsinin inkişaf etmiş impulsunu verən xüsusi kompozisiya üsulları ilə fərqlənir.

"səfərli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səfərli nədir? #səfərli sözünün mənası #səfərli nə deməkdir? #səfərli sözünün izahı #səfərli sözünün yazılışı #səfərli necə yazılır? #səfərli sözünün düzgün yazılışı #səfərli leksik mənası #səfərli sözünün sinonimi #səfərli sözünün yaxın mənalı sözlər #səfərli sözünün əks mənası #səfərli sözünün etimologiyası #səfərli sözünün orfoqrafiyası #səfərli rusca #səfərli inglisça #səfərli fransızca #səfərli sözünün istifadəsi #sözlük