səfəri sözü azərbaycan dilində

səfəri

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • səfəri • 99.1009%
  • Səfəri • 0.8760%
  • SƏFƏRİ • 0.0231%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qafqaz səfəri
Fransız yazıçısı Aleksandr Düma tərəfindən yazılan səyahətnamə. Aleksandr Düma 1858-ci ilin ikinci yarısından 1859-cu ilin əvvəlinə kimi Qafqaz da daxil olmaqla Rusiya imperiyası ərazisində olmuşdur . Səyahətinə Peterburqdan başlayan A. Düma daha sonra Moskva, Qazan, Saratov və Həştərxandan keçməklə Qafqaza gəlmiş, burada bir sıra Azərbaycan şəhərlərində, o cümlədən Dərbənd , Quba , Bakı, Şamaxı və Nuxada olmuşdur. A. Düma Nuxadan Tiflisə , oradan da Potiyə getmişdir . O, Potidən gəmi ilə İstanbula, oradan da Marselə getmişdir. Vətənə qayıdan yazıçı səfər yaddaşını " Qafqaz Səfəri " adlı əsəri ilə oxucuları ilə bölüşüb . Bu əsər 1859-cu ildə Parisdə fransızca, 1861-ci ildə Tiflisdə rusca, 1962-ci ildə Nyu-Yorkda ingiliscə çap olunmuşdur. "Qafqaz səfəri" əsərinin fransızca ilk nəşrində A. Dümanı səfər zamanı müşayiət etmiş rəssam Moynenin çəkdiyi çoxsaylı şəkillərin reproduksiyaları verilmişdir. "Qafqaz səfəri" əsəri ümumilikdə 68 fəsildən ibarətdir. Əsər boyunca AZƏRBAYCANLILARDAN Tatarlar olaraq bəhs edilir.
Təbuk səfəri
Təbuk yürüşü — Təbuk müharbəsi (ərəb. غزوة تبوك‎) həzrət Məhəmmədin Hicri təqvimi il 9-cu ili Rəcəb və Şaban aylarındakı sonuncu savaşı idi. Bu Qəzvədə həzrəti Peyğəmbər Romalılarla müharbə etmək məqsədi ilə Təbuk məntəqəsinə səfər etdi. Amma səhabələrdən bəziləri və məxsusən mədinə münafiqləri bu orduda iştirak etməkdən boyun qaçırtdılar və yaxud müsəlmanların qəlbinə qorxu salmağa çalışdılar. Həzrət peyğəmbər səfərə çıxmazdan əvvəl həzrət Əlini mədinədə öz yerinə canişin təyin etdi. İslam qoşunu Romalılarla heç bir münaqişəyə girmədən Təbukda bir neçə gün qaldıqdan sonra, Mədinəyə qayıtdı. Həmçinin Qurani-Kərimdə Təbuk yürüşü barəsində bir neçə ayə nazil olaraq münafiqləri və onların növbəti planlarını ifşa etdi. == Təbuk yürüşünün səbəbi == İlk tarixçilərin əsərlərindən qalan mənbələrin əksəriyyətində Təbuk döyüşü ilə bağlı rəvayətlər nəql olunmuşdur. Ancaq bu rəvayətlərdəki önəmli mövzulardan bəzilərində(Təbuk qəzvəsinin səbəbi kimi) fikir ayrılıqları var. Məşhur bir rəvayətə əsasən, bu səfərdə İslam peyğəmbərinin məqsədi Şam bölgəsində Romalıların hərbi hazırlıq hərəkətlərinə qarşı mübarizə aprmaq idi.
Bağdad səfəri (1638)
Bağdad səfəri — 17. Osmanlı sultanı IV Murad tərəfindən Səfəvilər üzərinə tərtib edilmiş ikinci səfər. Osmanlı-Səfəvi müharibəsinin son mərhələsinə aid bu səfər sonunda Qəsri-Şirin sülhü bağlandı. == Səfərin gedişi == Sultan Murad səfərə çıxmazdan əvvəl taxt üçün təhlükə hesab etdiyi qardaşı Şahzadə Qasımı edam etdirdi və 8 may 1638 tarixində şeyxülislam Yəhya Əfəndi və kaptan-ı dərya Mustafa Paşa ilə birlikdə yola çıxdı. Bu əsnada özünü Mehdi elan edən Şeyx Əhməd Sakaryada ələ keçirilərək öldürüldü. Urfa yaxınlığında vəfat edən sədrəzəm Bayram Paşanın yerinə sədarətə Təyyar Mehmed Paşa gətirildi. 6 noyabrda Mosula çatan Sultan Murad 15 noyabrda Əbu Hənifə türbəsi yaxınlığında çadırını qurdu. Qalanın alınmasından bir gün əvvəl Təyyar Mehmed Paşa hücumlar əsnasında şəhid düşdü. Yerinə kaptan-ı dəryaMustafa Paşa sədarətə gətirildi. Ertəsi gün (24 dekabr 1638 cümə günü) qala hakimi Bektaş xan qalanı təslim etdi.
Dostluq Səfəri (1977)
İrəvan səfəri (1635)
İrəvan səfəri — 17. Osmanlı sultanı IV Murad tərəfindən Səfəvilər üzərinə tərtib edilmiş səfər. Osmanlı-Səfəvi müharibəsinin son mərhələsinə aid bu səfər Osmanlıların qələbəsi ilə başa çatmışdır. == Səfər öncəsi == Dövlət idarəsini tamamilə əlinə alan Sultan Murad 1632-ci ildə Şah Səfinin Gürcüstanı işğal edib Van qalasını mühasirəyə almasının ardından Murtuz Paşanı Van qalasının mühafizəsi ilə vəzifələndirdi və sədrəzəm Mehmed Paşa idarəsindəki Osmanlı ordusunu Üsküdara göndərdi (15 oktyabr 1633). Həmin gün Van qalası mühasirədən azad oldu və sərdar yola davam edərək Hələbə, oradan isə ayaqlanan yeniçəriləri yatırtmaq üçün Diyarbəkirə gəldi. == Səfərin gedişi == Şeyxülislam Yəhya Əfəndi ilə birlikdə 28 mart 1635 tarixində Üsküdardan yola çıxan Sultan Murad yol boyunca vəzifələrini yerinə yetirməyən bəzi qazıları, vəzirləri və tütün istifadə edənləri edam etdirmişdir. Bayburt yaxınlığında sədrəzəm Mehmed Paşa ilə görüşən Sultan Murad ordunun rəhbərliyini ələ alıb Səfəvi sərhəddi hesab edilən Qars qalasına doğru irəlilədi (17 iyul 1635). Qaynaqların verdiyi məlumata görə bu əsnada Osmanlı ordusu 200 min əsgər və 125 döyüş topu ilə Səfəvi torpaqlarına daxil olurdu. 26 iyulda İrəvan qalası önlərinə gələn Sultan Murad öz çadırını qalaya yaxın bir yüksəklikdə qurdurdu və bu təpəlik sonralar Hünkar yüksəkliyi adlandı. 11 günlük müdafiənin ardından İrəvan qalası təslim oldu (8 avqust).
Dostluq səfəri (film, 1977)
Hicaz Qüvvə-i səfəri
Hicaz Qüvvə-i səfəri və ya Hicaz səfəri qüvvələri — Osmanlı ordusuna bağlı olaraq qurulan səfər ordusu. Ordu komandanlığı rütbəsindəki hərbçi komandanlığını edirdi. I Dünya müharibəsində Mədinə mühasirəsindən əvvəl Mədinədə qurulmuşdur.Fəxrəddin paşa 17 iyul 1916 tarixində Hicaz səfəri qüvvələrinin komandanı olaraq təyin edilmişdir. Bu ordunun əsas qüvvəsi Mədinə qarnizonu idi. 1916-cı ilin payızında bu orduda 14 min döyüşçü var idi.
III Aleksandrın Bakıya səfəri
III Aleksandrın Bakıya səfəri — Rusiya imperiyasının imperatoru III Aleksandr Aleksandroviçin, imperatriça Mariya Fyodorovnanın və onların uşaqlarını Nikolay Aleksandroviçin və Georgi Aleksandroviçin Bakıya səfəri 8-9 oktyabr 1888-ci ildə olmuşdur. . Bu, Rusiya monarxlarının Bakıya ilk və yeganə səfəri olmuşdu. İmperator və onun ailəsinin Bakıya səfəri zamanı Bakı şəhəri artıq 29 il idi ki, Bakı quberniyasının inzibati mərkəzi idi və əhalisinin sayına görə Qafqazda ikinci yeri tuturdu. 1888-ci ildə Bakı şəhərində 80 min nəfərə yaxın adam yaşayırdı . Şəhərdə əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdilər. 1886-ci ildə Bakının gəliri 327 min manata çatırdı, gəlirin əsas hissəsi (təxminən 90 min manat) yükdaşımaların payına düşürdü. == 8 oktyabr 1888-ci il == Imperatorun qatarı Bakı şəhərinə şənbə günü gündüz saast 12-də gəldi. Qubernatorun evinin üstündə xüsusi formalı bayraq asılmış, gəmilərdən yaylım atəşləri açılmışdır. Dəmiryol stansiyasına gedən yol bayraqlar və bitkilərlə bəzədilmişdir. Yol boyu bütün şalbanlar Lənkərandan gətirilmiş yaşıl sarmaşıqlarla örtülmüşdür .
Osmanlı donanmasının Açe səfəri
Osmanlı donanmasının Açe səfəri və Osmanlı donanmasının Açeyə yürüşü — 1566-1567-ci illərdə Osmanlı imperiyası ilə Açe sultanlığı arasında əlaqələrin qurulması məqsədilə göndərilmiş Osmanlı dəniz ekspedisiyası. 1560-cı illərin ilk yarısında Açe sultanı Sultan Əlauddin Riyat Şah əl-Kahar İstanbula diplomatik missiya göndərdi. O, Sultan Süleyman Qanunini İslamın xəlifəsi olaraq tanıdı və ondan portəgizlərə qarşı mübarizədə kömək istədi. Osmanlılar Portuqaliyalılara qarşı mübarizədə Açeyə kömək etməyə razılaşdılar. Dəniz yürüşünə admiral Kurtoğlu Hızır Rəis rəhbərlik edirdi. Osmanlı dəniz missiyası potuqallarla mübarizə aparan açelilərə odlu silah yardımı gətirmişdilər. Türklərin hərbi yardımı müqabilində açelilər mirvari, brilyant və yaqutla hesablaşdılar. == Tarixi == === Açe Osmanlı əlaqələri === Açe Sultanlığı ilə Osmanlı İmperiyası arasında qeyri-rəsmi əlaqələr 1530-cu illərdən mövcud olmuşdur. Bu əlaqələr Sultan Ələddin dövründən başlamışdır. Belə ki, Bu zaman Açedə hakimiyyətə gələn Sultan Ələddin Riyat-şah əl-Kahar həm Sumatradaki öz gücünü gücləndirmək, həm də Portuqalları Malakkadan qovmaq üçün bu əlaqələri genişləndirmək niyyətində idi.Portuqaliyalı admiral Fernan Mendes Pinto xatirələrində 1539-cu ildə təxminən 300 "türk"ün olduğu bir donanmanın gəlməsi ilə bağlı yazmışdır.
Nadir şah Əfşarın Herat səfəri
Nadir xan Əfşarın Herat səfəri - 1730-cu ilin avqust ayəndan başlayan və Herat üzərində Səfəvi hakimiyyətinin yenidən bərqərar olması ilə nəticələnən səfər == Zülfüqar xanın üsyanı == Nadir öz qoşunları ilə İraqda (bu günkü İranın cənub-qərbi nəzərdə tutulur) və Azərbaycanda Osmanlı qüvvələrinə qarşı ağır döyüşlər apararkən vaxtilə ondan ağır zərbə almış əbdali əfqanları Şah Təhmasib hakimiyyətinə itaət etməkdən boyun qaçırdılar. Mərkəzi hakimiyyətə qarşı istiqamətlənmiş bu qiyamın təhrikçiləri əslində gilzayi əfqanları idilər. Qəndahar hakimi Sultan Hüseyn Nadirə qarşı tək silah qaldırmağın mümkünsüz olduğunu başa düşərək ilk əvvəl Herat hakimi Allahyar xanı öz tərəfinə çəkməyə çalışdı. Lakin Allahyar xandan rədd cavabı aldıqdan sonra Sultan Hüseyn öz adamlarına Herat əhalisi arasında Nadir xana qarşı təbliğat aparmağı tapşırdı. Çünki, Herat camaatı da Allahyar xanın Nadirə qarşı sədaqətindən razı deyildi. Bu narazı əbdali əyanları toplanaraq Fərəh hakimi Zülfüqar xanı Herat hakimliyini öz əlinə almağa çağırdılar. “Aləm Ara-ye Naderi”nin verdiyi məlumata görə, Allahyar xanla Zülfüqar xanın atası arasında olan ixtilaflar da Zülfüqar xan tərəfdarlarının ona qarşı sərt mövqe tutmasına səbəb oldu. Bir tərəfdən Sultan Hüseynin fitnələri, digər tərəfdən də Zülfüqar xan tərəfdarlarının Allahyar xana qarşı sərt mövqeyi birləşərək Allahyar xanın Herat hakimliyindən devrilməsi ilə nəticələndi. Allahyar xan müqavimət göstərməyə çalışsa da bir nəticə hasil olmadı və o, Heratı tərk etmək məcburiyyətində qaldı. Ailəsini və uşaqlarını Maruçaq qalasına gətirib sonra oranın hakimi Mövcudqulu xanla birlikdə Məşhədə, Nadirin Xorasan hakimi təyin etdiyi İbrahim xanın yanına gəldi.
Nadir şah Əfşarın Xorasan səfəri
Nadir xan Əfşarın Xorasan səfəri — Nadir xanın II Təhmasib tabeliyində apardığı ilk böyük hərbi kampaniya == Nadirin II Təhmasib tabeliyində ilk fəaliyyətləri == 1726-cı il sentyabr ayında Təhmasibə bağlı qüvvələri də öz ətrafında birləşdirən Nadir ilk növbədə ölkənin şərq sərhədlərini bərpa etmək üçün səfərbərliyə başladı. Bu siyasət eyni zamanda həm Məlik Mahmudu və Əbdadiləri həm də Gilzayları hədəf almışdı. Lakin ilk hücum hədəfi olaraq Məlik Mahmud seçildi. Bunun əsas səbəbi Məşhəd kimi şiiələr üçün müqəddəs sayılan bir mərkəzin bu güruhun əlinə keçməsi eləcə də Məlik Mahmudun ən zəif düşmənlərdən biri olması idi. Məlik Mahmud da Xorasanda ikitərəfli təzyiqin gücləndiyini hiss edirdi. Şərq tərəfdə Nadir günü-gündən güclənir, bölgədəki tayfa və oymaqları öz nəzarəti altına alır və Məşhəd üzərinə hücuma hazırlaşırdı. O biri istiqamətdən isə Səfəvi xanədanının varisi olan Təhmasib Məşhədin qərbində, Mazandaran və Astrabad ətrafında qüvvə toplamaqda idi. Təhmasibin gücləndikdən sonra Məşhəd üzərinə hücum təşkil edəcəyi də gizli deyildi. Mirzə Mehdi xan Astrabadiyə görə, Məlik Mahmud onun ətrafında mürəkkəbləşən vəziyyəti öz xeyrinə dəyişmək üçün Təhmasibin üzərinə qoşun çəkməyi qərarlaşdırdı. Bu məqsədlə qoşunu ilə Cəvin və Esfəreyn istiqamətində hərəkətə başladı ki, orada Təhmasibin qoşununa zərbə vurub onun tərəfindən ehtimal edilən təhlükəni aradan qaldırsın.
Rəhbərlərin Bakıya səfəri (film, 1925)
== Məzmun == Filmdə keçmiş SSRİ dövlət və partiya rəhbərlərindən bir qrupunun Azərbaycana səfərindən, onların zəhmətkeşlərlə görüşlərindən, yerli partiya və dövlət orqanları ilə tanış olmalarından söhbət açılır. == Film haqqında == Film saxlanılmayıb.
Sergey Yeseninin Bakıya Səfəri (1925)
== Məzmun == Kinolent görkəmli rus şairi Sergey Yeseninin Bakı səfərindən, Azərbaycan xalqının mənəviyyatı və məişəti, adət-ənənəsi ilə tanışlığından bəhs edir. == Film haqqında == Film saxlanılmayıb.
Trotskinin Bakıya səfəri (film, 1924)
== Məzmun == Film marksist inqilabçı və nəzəriyyəçi, sovet siyasi xadimi, sovet ordusunun qurucusu və ilk rəhbəri, trotskizm nəzəriyyəsinin banisi Lev Trotskinin Bakı səfərinə həsr olunmuşdur. == Filmin heyəti == === Filmdə iştirak edən === Lev Trotski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 28.
M. İ. Kalininin Bakıya Səfəri (1923)
M.İ.Kalininin Bakıya səfəri — 1923-cü ildə çəkilmiş qısamerajlı sənədli film. == Məzmun == Filmdə SSRİ Mərkəzi İcraiyyə Komitəsi sədrlərindən biri M.İ.Kalininin Bakıya səfərindən, onun burada keçirdiyi görüşlərdən, təntənəli yığıncaqlardakı çıxışlarından danışılır. == Filmin heyəti == === Filmdə iştirak edən === Mixail Kalinin == Mənbə == "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sergey Yeseninin Bakıya səfəri (film, 1925)
== Məzmun == Kinolent görkəmli rus şairi Sergey Yeseninin Bakı səfərindən, Azərbaycan xalqının mənəviyyatı və məişəti, adət-ənənəsi ilə tanışlığından bəhs edir. == Film haqqında == Film saxlanılmayıb.
Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri
Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri - AXC rəhbərliyinin hərbi silah və sursat alınması üçün İtaliya krallığına 1919-cu ildə göndərdiyi nümayəndə heyətinin səfəri nəzərdə tutulur. == Arxa plan == İlk əvvəllər Azərbaycan Xalq Cümhuriyyəti İtalyan qoşunlarının Azərbaycanda yerləşdirilməsinə nail olmağa çalışırdı. Buna görə də Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə Ə.Tahirov yolüstü Romada dayandı və İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi Mayoni ilə görüşdə Ə.Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini soruşduqda Mayoni ona bir neçə kağız göstərərək bildirdi ki, Parisdə olan İtaliya nümayəndələri ilə görüşdə Ə.M.Topçubaşov Azərbaycana İtaliya ordusunun göndərilməsinin arzuolunmazlığını bəyan edib. Ə.M.Topçubaşov öz bəyanatında əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi ki, belə münasibət Ə.M.Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir. Əslində İtaliya tərəfi Qafqaza ordu göndərməməyə qərar verdiyindən, Ə.M.Topçubaşovun ilk müzakirələr zamanı hələ ingilis ordusu Azərbaycanda olarkən İtaliya ordusunun ora göndərilməsinə ehtiyac olmadığı haqqında söylədiyi fikrinə istinad edirdi. Bu fikir, həm Аzərbaycan, həm Gürcüstan nümayəndələri tərəfindən irəli sürüləndə İngiltərə ordusunun Qafqazı tərk etməsi barədə rəsmi açıqlama hələ elan edilməmişdi. Lakin Britaniya hökumətinin Qafqazı tərk etmək barədə Sülh konfransına rəsmi müraciətindən sonra Cənubi Qafqaz respublikaları ətrafında siyasi şərait əsaslı dərəcədə dəyişmişdi. Ona görə də Ə.Tahirov Mayoniyə bildirdi ki, siz əhali və xalqın İtaliyaya münasibətini, polkovnik Qabba başda olmaqla, Azərbaycana göndərdiyiniz missiyaya göstərilən münasibət əsasında mühakimə yürüdə bilərsiniz. Bu missiyanın şərəfinə Azərbaycan hökumətinin təntənəli qəbul mərasimi keçirdiyini açıqlayan Ə.Tahirov əlavə etdi ki, hökumət və əhali sizin ordunuzu Azərbaycanda görməkdən şad olardı.
M. İ. Kalininin Bakıya səfəri (film, 1923)
M.İ.Kalininin Bakıya səfəri — 1923-cü ildə çəkilmiş qısamerajlı sənədli film. == Məzmun == Filmdə SSRİ Mərkəzi İcraiyyə Komitəsi sədrlərindən biri M.İ.Kalininin Bakıya səfərindən, onun burada keçirdiyi görüşlərdən, təntənəli yığıncaqlardakı çıxışlarından danışılır. == Filmin heyəti == === Filmdə iştirak edən === Mixail Kalinin == Mənbə == "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
M.İ.Kalininin Bakıya səfəri (film, 1923)
M.İ.Kalininin Bakıya səfəri — 1923-cü ildə çəkilmiş qısamerajlı sənədli film. == Məzmun == Filmdə SSRİ Mərkəzi İcraiyyə Komitəsi sədrlərindən biri M.İ.Kalininin Bakıya səfərindən, onun burada keçirdiyi görüşlərdən, təntənəli yığıncaqlardakı çıxışlarından danışılır. == Filmin heyəti == === Filmdə iştirak edən === Mixail Kalinin == Mənbə == "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri (film, 1925)
Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri sənədli filmi 1925-ci ildə "Kino-Mədənçi" Studiyasında istehsal edilmişdir. Filmdə Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfərindən bəhs edilir. == Məzmun == Filmdə Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfərindən, onların Azərbaycanda yeni sosialist sənayesinin təşkili və iş prosesi, fəhlələrin həyat və məişəti ilə yaxından tanış olmalarından bəhs edilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Səfərihisar
Səfərihisar (türk. Seferihisar) —İzmir ilinin ilçəsi. İzmirin cənub-qərbində yer alır. İl mərkəzinə uzaqlığı 36 km-dir. İlçənin şimalında Urla, şimal-şərqində Gözəlbağça və Qarabağlar, şərqində Menderes ilçələri, cənubunda və qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 375 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 44,526 nəfərdir.
Səfərilər sülaləsi
Səfərlər sülaləsi (fars. سلسله صفاریان‎) İranın cənubi-şərqində, Əfqanıstanın cənubi-qərbində yerləşən Sistanda qurulmuş, 862–1003 illər arasında fəaliyyət göstərmiş qısa ömürlü bir xanədanlıqdır. == Tarixi == Səfərilərin mərkəzi bugünkü Əfqanıstan sərhədləri içində qalan Zərənc şəhəridir. Sülalə tarixi haqqında çox bilgi olmayan, fəqət Şərqi İranda misgərlik edən Yəqub ibn Leys Əs-Səfər (867–879) tərəfindən qurulmuş və adını ondan almışdır. Əs-Səfər topladığı güc sayəsində sərkərdə olmuş və Sistan bölgəsini, daha sonra da müasir İran və Əfganıstan torpaqlarının böyük bir qismini fəth etmişdir. Əs-Səfər ölümündən öncə Tahirilərin əlində olan Xorasanı ələ keçirərək, onlara son qoydu və Bağdad yaxınlarına qədər çatmışdır. Səfərilər İmperatorluğunun qurucusu Yaqubun ölümündən sonra çox yaşamadı. Ondan sonra taxta keçən qardaşı Əmr ibn Leys (879–902) 900-cü ildə Samanilər sülaləsinə bir döyüşdə məğlub oldu. Daha sonra Xorasanı vermək məcburiyyətində qaldı. Sonrakı illərdə tamamilə zəifləyən dövlətə 1003-cü ildə Samanilər tərəfindan son qoyuldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 153.08 dəfə / 1 mln.
2002 ••••••••••••••••• 236.40
2003 •••••••••••• 164.56
2004 •••••••••••••••••••• 279.95
2005 ••••••••••••••• 199.06
2006 •••••••••••••• 195.73
2007 ••••••••••••••• 198.95
2008 ••••••••••••• 178.09
2009 •••••••••••• 158.54
2010 •••••••••••• 167.11
2011 •••••••••••• 166.86
2012 ••••••••••• 148.17
2013 •••••••••• 130.85
2014 •••••••••••• 155.31
2015 ••••••••••• 145.28
2016 ••••••••••• 147.86
2017 ••••••••••• 153.81
2018 ••••••••••• 145.48
2019 ••••••••• 114.89
2020 •••• 51.85

səfəri sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) səfərə, yola aid olan; 2) yol üstündə olan; 3) tezliklə doğulacağı gözlənilən.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"səfəri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səfəri nədir? #səfəri sözünün mənası #səfəri nə deməkdir? #səfəri sözünün izahı #səfəri sözünün yazılışı #səfəri necə yazılır? #səfəri sözünün düzgün yazılışı #səfəri leksik mənası #səfəri sözünün sinonimi #səfəri sözünün yaxın mənalı sözlər #səfəri sözünün əks mənası #səfəri sözünün etimologiyası #səfəri sözünün orfoqrafiyası #səfəri rusca #səfəri inglisça #səfəri fransızca #səfəri sözünün istifadəsi #sözlük