səfərə sözü azərbaycan dilində

səfərə

Yazılış

  • səfərə • 98.7904%
  • Səfərə • 1.1952%
  • SƏFƏRƏ • 0.0143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yenidən Səfərə (1972)
Rejissor: Əhməd Abdullayev
Yenidən səfərə (film, 1972)
Rejissor: Əhməd Abdullayev
Hacı Səfərəli bəy Səfərbəyov
Helan-i Səfərəli (Hurand)
Helan-i Səfərəli (fars. هلان صفرعلي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (30 ailə).
Kamil bəy Səfərəliyev
Kamil bəy Səfərəliyev (1872 – 27 noyabr 1920) ― Bakı Şəhər Dumasının müvəqqəti sədri (1905–1907), Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü. == Həyatı == Kamil bəy Səfərəliyev hərbçi idi. Çar ordusunda polkovnik rütbəsinə qədər yüksəlib. Ordudan tərxis olunub Bakıya qayıdandan sonra əvvəl bank sahəsində çalışıb. Sonralar Bakının meri olub. Bakıda bir çox sənaye obyektlərinin, binaların, həmçinin o vaxt Mixaylov, sonradan Əzizbəyov adına xəstəxananın tikintisi onun adıyla bağlıdır. Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edir. === Ailəsi === 1902-ci ildə Kamil bəy Səfərəliyev Azərbaycanın daha bir tanınmış nəslindən olan Qəmər xanım Əbülfət qızı Ziyadxanova ilə ailə qurub Kövkəb Səfərəliyevanın atasıdır.
Kövkəb Səfərəliyeva
Kövkəb Kamil qızı Səfərəliyeva (3 yanvar 1907, Bakı – 27 iyun 1985, Bakı) — pianoçu, pedaqoq, professor, Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı, Azərbaycan SSR xalq artisti (1972). == Həyatı == Kövkəb Kamil qızı Səfərəliyeva 1907-ci ildə Bakı şəhərində anadan olub. 1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olur. Eyni vaxtda o həm də fortopiano sinfində musiqi dərsləri də alırdı. 1916-cı ildə isə təhsilini musiqi texnikumunda davam etdirir. 1917–18-ci illərdə artıq Azərbaycanda Demokratik Respublikasının yaradılması və bu yöndə baş verən siyasi olaylarla bağlı vəziyyət getdikcə dəyişməyə başlayır. 20-ci illərdə isə demokratik təbəqəyə qarşı kəskin repressiyalar başlayır. Bu repressiyaların təsiri Səfərəliyevlər ailəsindən də yan keçmir. Baş verən hadisələrlə bağlı keçirdiyi məşəqqətli əzablar nəticəsində Kövkəbin atası Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edir. 1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi texnikumunu bitirir və çox gənc olmasına baxmayaraq onu Türk qadın seminariyasına işə dəvət edirlər.
Molla Səfərəli bəy Məlikhaykazov
Molla Səfərəli bəy Məlikhaykazov (1803, Xanyurdu – 1876, Xanyurdu) — azərbaycanlı din xadimi və şair. Molla Səfərəli bəy Qarabağ xanlığının bəy ailələrindən biri olan Məlikhaykazovlar ailəsinə mənsubdur. 1803-cü ildə Qarabağ xanlığının Çiləbörd mahalının Xanyurdu məntəqəsində dünyaya gəlmişdir. Atası Ağacan bəy mülkədar olmuşdur. İbtidai təhsilini atasından almışdır. Bundan sonra Şuşadaki Beyt-ül Ədəb mədrəsəsində təhsilinə davam etmiş, sonda molla titulunu almışdır. Buradan Nəcəfə yollanmış, burada dini və dünyəvi elmlər üzrə təhsil almışdır. Din işlərlə yanaşı, Molla Səfərəli bəy Azərbaycan türkcəsində və farsca lirik şeirlər yazmışdır. Şeirlərinin əsas mövzusu əxlaq üzrə olmaqla, çox az bir hissəsi günümüzə qədər gəlib çıxmışdır. 1876-cı ildə vəfat etmişdir.
Məhəmmədtağı Səfərəlibəyov-Sidqi
Məhəmməd Tağı Sidqi (tam adı: Səfərov Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu) — Azərbaycan maarifçisi, pedaqoq, şair, publisist, böyük mütəfəkkir, müəllim, ədəbiyyatşünas, filosof və coğrafiyaşünas. Məhəmməd Tağı Sidqinin maarifçi ideyaları, bədii yaradıcılığı və elmi-pedaqoji əsərləri XIX əsrin sonları, XX əsrin əvvəllərinin maarifçilik hərəkatının və maarifçi-realist ədəbiyyatın mühüm hadisəsidir. Onun ideyaları və çoxcəhətli fəaliyyəti nəinki Azərbaycan miqyasında, Qafqazda, Türkiyədə və İranda da əks-səda doğurmuş, ümummilli inkişafa ciddi təsir göstərmişdir. Məhəmməd Tağı Sidqi universal elmi biliklərə malik olan geniş dünyagörüşlü maarifçi ziyalı olmuşdur. Məhəmməd Tağı Sidqi 1854-cü ildə Naxçıvan mahalının Ordubad şəhərində anadan olmuşdur. Məhəmməd Tağı Sidqi Ordubadda mədrəsə təhsili almış, bu təhsil ocağında islam dininin əsaslarını, ərəb və fars dillərini, Şərq ədəbiyyatını öyrənmişdir . Gənc yaşlarında İrana səyahət etmiş, Təbriz, Şiraz, Nişapur şəhərlərini gəzmiş, ordubadlı tacirlərin yanında kiçik ticarətlə məşğul olmuş və ailəsini dolandırmaq üçün çayxana açmışdı. Bu çayxana həmin dövrdə Ordubadda yaşayan şairlərin və açıqfikirli adamların görüş və fikir mübadiləsi yerinə çevrilmişdir . Məhəmməd Tağı Sidqinin oğlu, tanınmış publisist Məmmədəli Sidqi Səfərov 5 fevral 1951-ci il tarixdə yazdığı "Tərcümeyi-halım" adlı xatiratında atasının çayxanasını aşağıdakı kimi səciyyələndirmişdir: "O zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olur… Haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami Gəncəvi kimi şairlərin şeirləri oxunur və təhlil olunurmuş. Böyük pedaqoq və görkəmli maarifçi şair Məhəmməd Tağı Sidqi 9 dekabr 1903-cü ildə indiki Kəngərli rayonunun Qarabağlar kəndində qəflətən vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur.
Oleq Səfərəliyev
Oleq Səfərəliyev (13 oktyabr 1952, Talas rayonu[d], Cambul vilayəti) — rejissor, ssenari müəllifi və film prodüseri. Murad-Sad (film, 1988) Birbaşa efir (film, 1989) Çalışan adam (film, 1996) Prezident və xanımı (film, 1996) Əlvida, cənub şəhəri (film, 2006) Qar kraliçası (film, 2006) Savva Morozov (serial, 2007) Petrovka, 38. Semenovun komandası (serial, 2008) Məni tap (film, 2010) Dəlisov yubiley (film, 2011) Növbətçi mələk 2 (serial, 2012) Qadınlar və digər problemlər (serial, 2014) Ka-de-bo (film, 2016) Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Qışlaq-i Səfərəlinüsrət (Biləsuvar)
Qışlaq-i Səfərəlinüsrət (fars. قشلاق صفرعلي نصرت‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (13 ailə).
Qışlaq-i Səfərəliqibəli (Biləsuvar)
Qışlaq-i Səfərəliqibəli (fars. قشلاق صفرعلي غيب علي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 55 nəfər yaşayır (10 ailə).
Rüstəm Səfərəliyev
Sərəfəliyev Rüstəm Qasım oğlu (1909, Qoçəhmədli, Qaryagin qəzası – 1991, Bakı) — partiya və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı. Sərəfəliyev Rüstəm Qasım oğlu 1909-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Sosialist Əmək Qəhrəmanı (1949). 1929–1974-cü illərdə müəllim, Pedaqoji texnikumun direktoru, Bakıda məktəb direktoru, Keşlə rayonunun Xalq Maarif şöbəsinin müdiri, AKR MK aparatında təlimatçı, Şəki RK-nın katibi, Azərbaycan KP Balakən, Zaqatala, Bərdə, Göyçay Rayon Komitələrinin birinci katibi və s. vəzifələrdə işləmişdir. 1948-ci ildə dövlətə kənd təsərrüfatı məhsulların istehsalı və satışının yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Sov.İKP 19, 25, 26 və AKP 18–30-cu qurultayların nümayəndəsi olmuş, 1951-ci ildən AKP MK üzvü idi. Azərbaycan SSR Ali Sovetinin (1, 5, 7–10-cu çağırış) deputatı idi. 4 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuş "Bizim katib" adlı film çəkilmişdir.
Rəhman Səfərəliyev
Rəşad Səfərəliyev
Samirə Səfərəliyeva
Samirə Elxan qızı Səfərəliyeva — Azərbaycan jurnalisti, televiziya aparıcısı. Samirə Səfərəliyeva 3 iyun tarixində Bakı şəhərində anadan olub. Valideynləri Səfərəliyev Elxan Nuruş oğlu və Səfərəliyeva Xədicə Həzi qızı Laçın rayonunda anadan olduqlarından uşaqlığı elə bu rayonda keçib.[mənbə göstərin] Ailəlidir. Ruslan (2003) və Mədinə (2011) adında iki övladı var. 1981-ci ildə Nizami rayonundakı 129 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. 1991-ci ildə orta məktəbi bitirib, sənədlərini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə verib. Lakin daxil ola bilməyib. Müxtəlif qəzetlərdə ştatdankənar müxbir kimi fəaliyyətə başlayıb. İlk yazısı isə Laçın rayonunda nəşr edilən “Laçın” qəzetində çıxıb.[mənbə göstərin] 1993-cü ildə Qərb Universitetinin "Ümumbəşər siyasəti və iqtisadiyyatı" fakultəsinə daxil olub. Axşam şöbəsində oxuduğu üçün günortalar qəzet və jurnallarda jurnalistik fəaliyyətini davam etdirib.
Səfərəli Babayev
Səfərəli Yaqub oğlu Babayev (15 mart 1923, Naxçıvan rayonu, Naxçıvan MSSR – 2003) – coğrafiya elmləri doktoru (2002), professor, Naxçıvan MR Əməkdar müəllimi, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü (2003). Səfərəli Babayev 1923-cü ildə Naxçıvan MR-nın Babək rayonunun Əznəbürd-Təzəkənd kəndində anadan olmuşdur. 1940-cı ildə Naxçıvan Pedaqoji Texnikumunu, sonralar Naxçıvan Dövlət Müəllimlər İnstitutunu bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Coğrafiya fakültəsini və Azərbaycan KP MK yanında Respublika Partiya Məktəbini fərqlənmə diplomları ilə bitirmişdir. 1959-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunun dissertantı olmuşdur. 1968-ci ildə "Naxçıvan MSSR-in təbii şəraiti və landşaftı" mövzusunda namizədlik müdafiə etmişdir. 2002-ci ildə isə "Naxçıvan MR-da Dədə-Qorqud toponimləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1937–1938-ci illərdə Babək rayonu Xıncab kənd yeddiillik məktəbində işləmişdir. 1948-ci ildə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komitəsinin katibi seçilmişdir. 1950–1952-ci illərdə Azərbaycan KP MK yanında İkiillik Partiya məktəbinin dinləyicisi olmuşdur.
Səfərəli Məmmədov
Məmmədov Səfərəli İbrahim oğlu (30 dekabr 1929, Əhən, İsmayıllı rayonu – 22 mart 2010, Bakı) — Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının Əməkdar inşaatçısı, Bakı şəhərinin fəxri vətəndaşı, Prezident təqaüdçüsü Səfərəli Məmmədov 30 dekabr 1929-cu ildə İsmayıllı rayonunun Əhən kəndində anadan olub. 1947-ci ildən Azərbaycan Sənaye Tikinti Nazirliyinin 4 nömrəli trestinin 48 nömrəli tikinti idarəsində 48 il çalışıb. Trestdə fəhləlikdən trestin Həmkarlar İttifaqının sədri vəzifəsinə qədər yüksəlmişdir. Səfərəli Məmmədov 22 mart 2010-cu ildə vəfat etmişdir.
Səfərəli Vəzirov
Vəzirov Səfərəli Ağarza oğlu (28 aprel 1929, Divəzər, Xızı rayonu – 9 noyabr 1982, Bakı) — qarmon ifaçısı. Qarmon çalmağı atasından öyrənmiş, daha sonra məşhur qarmonçu Kor Əhəddən (1893-1942) və Teyyub Dəmirovdan (1908-1970) dərs almış, ondan musiqi, ifaçılıq sənətinin sirlərini daha mükəmməl mənimsəmişdir. Az müddətdə Səfərəli el arasında öz dəst-xətti ilə tanınır. Səfərəli qarmon ifaçılığını təkmilləşdirməklə bərabər 1948 ildə Xalq Təsərrüfatı İnstituna qəbul olunur. Tələbə ikən institutda yaratdığı x.ç.a. ansamblına rəhbərlik edir. 1951 ildə Polşada keçirilən Beynəlxalq musiqi festivalının qalibi olur. Onun ifasında 1953-cü ildə lentə alınmış bir sıra muğam («Çahargah» dəstgahı) və rəqslər («Qazaxı», «Kolxozu», «Azərbaycan», «14 nömrə», «Qaytağı», «Tərəkəmə», «Vağzalı»), həmçinin özünün bəstələdiyi «Pambıq çöllərində» kompozisiyası AzRT Fondunda qorunur. Səfərəli Vəzirovun oğlanları əməkdar artistlər Ədalət Vəzirov, Kamil Vəzirov, Ramiz, Babək, Qalib musiqi aləmində tanınmış musiqi ifaçılarıdır.
Səfərəli bəy Kəbirli
Səfərəli bəy Kəbirli — Qarabağ xanı İbrahimxəlil xanın yaxınlarından biri, Zəngəzur mahalının naibi, poruçik. Səfərəli bəy Əli bəy oğlu Kəbirli elinin Əlibəyli qışlağında dоğulmuşdu. Mədrəsə təhsili almışdı. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Səfərəli bəy Cəfərqulu xan Məhəmmədhəsən ağa oglu Sarıcalı-Cavanşirin lələsi idi. Cəfərqulu xan 1809-cu ildə lələsinin əlindən Qaravəlli kəndini almaq istəyirdi. Səfərəli bəy öncə Mehdiqulu xana, sonra Qafqaz canişininə şikayət etdi ki, bu obanı onun atası Əli bəy Muğandan gətirmişdir. Sonda obanı Səfərəli bəyə qaytarılar. Səfərəli bəy ruslara qulluq göstərmişdi. Öncə prapоrşik, sоnra 1820-ci il mart ayının 31-də Yermоlоvun əmri ilə pоruçik rütbəsi almışdı.
Səfərəli bəy Vəlibəyov
Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov (1861, Şuşa – 31 avqust 1902, Şuşa) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, görkəmli maarif xadimi, pedaqoq, publisist. Səfərəli bəy Vəlibəyov XIX əsr Azərbaycan pedaqoji tarixinin simalarından biridir. O, Zaqafqaziya (Qori) müəllimlər seminariyasını bitirən ilk üç Azərbaycanlıdan biri olmuş,[mənbə göstərin] ömrünün 16 ilini pedaqoji işə sərf etmişdir. Bu müddət ərzində C.Məmmədquluzadə, N.Nərimanov, S.S. Axundov kimi şəxsiyyətlər ibtidai təhsillərini Vəlibəyovdan almışdır. Hacı Vəli bəy Kəbirlinin ikinci oğlu Şıxhəsən bəyin oğlu Səfərəli bəy Vəlibəyov 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdurş. Molla yanında təhsil alarkən ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. 1875–1879-cu illərdə Şuşa şəhər rus məktəbində təhsil almışdır. 1879-cu ildə Aleksey Çernyayevski tələbə toplamaq məqsədi ilə Şuşada olarkən gənc Səfərəli bəylə söhbət aparmış, zirək və bacarıqlı olduğunu görüb onu Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində açılmış Azərbaycan bölməsinə aparmış, onu seminariyanın 2-ci sinfinə qəbul etmişdir. Seminariya həyatı, ordakı təlim-tərbiyə sistemi basqa seminaristlər kimi Səfərəli bəy Vəlibəyovun da mənəvi inkişafına müsbət təsirini göstərmişdir. Gələcək müəllim təhsilin ilk günlərindən başlayaraq özünü qabil və işgüzar bir gənc kimi göstərir, tədris fənlərinə dərindən yiyələnir, dünya ədəbiyyatı nümunələrini mütaliə edir, pedaqoqika elmi haqqında təhsil alır.
Səfərəli bəy Əbdürrəhmanbəyov
Səfərəli bəy Məşədi Hacı bəy oğlu Əbdürrəhmanbəyov (1878-17 may 1899)—Qarabağ bəylərindən. Hacı bəyin ikinci oğlu Səfərəli bəy 1878-ci ildə Cəbrayıl qəzasının Əbdürrəhmanbəyli obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə keçinirdi. Səfərəli bəy 17 may 1899-cu ildə qaçaqlar tərəfindən öldürüldü. Hadisənin təfsilatı: Zəngəzur qəzasının Sisyan nahiyəsinin Pul kəndi yaxınlığında Əbdürrəhmanbəyli köçü qaçaqlarla üzləşdi. Qaçaqlardan Qaragüvəndikli Cabbar Hüseyn oğlu və Əbdülhəsən Bədəl oğlu Səfərəli bəydən qızıl pul tələb etdilər. Səfərəli bəy onlara bir neçə qoç təklif etdi ki, aparın şişlik çəkin. Qızılım yoxdur. Mübahisə edib, çəplşdilər.
Səfərəli İmamqulu oğlu Qarabaği
Usta Səfərəli (Səfərəli İmamqulu oğlu Qarabaği) (1788-1856) — Qarabağ xanlığının papaqçılarından biri Səfərəli İmamqulu oğlu 1788-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Molla yanında oxumuşdu. Papaqçılıqla məşğul olmuşdu. Qarabağ xanlığının elitar təbəqəsinin papağını tikirdi. Usta Səfərəli 1856-cı ildə Şuşa şəhərində vəfat edib. Usta Səfərəli Xədicə ilə ailə qurmuşdu. Zeynal, Həsən, Həzrətqulu, Məmmədqulu adlı oğlanları, Püstə adlı qızı vardı. Ənvər Çingizoğlu, Qarabağ xanlığı, Bakı, "Şuşa", 2007. Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
Səfərəlibəyovlar
Səfərəlibəyovlar — Azərbaycan xalqının soylarından biri. Səfərəliyevlər nəslinin başçısı Səfərəli bəy köklü Bakılı olub. Pirşağının kəndxudası olan Səfərəli bəy yerli əhali arasında böyük nüfuza malik olub. Səfərəli bəyin nəvəsi – Kövkəb xanımın ulu babası Hacıağa Hüseynqulu bəy Səfərəliyev çar II Nikolay tərəfindən "bəy" titulu almışdı. Hacıağa Hüseynqulu bəyin ailəsində 5 oğul böyümüşdü: İsmayıl bəy, Dadaş bəy, Ağa Rəhim bəy, İbrahim bəy və Tağı bəy. Səfərəli bəy — Pirşağının kəndxudası Tağı bəy Səfərəlibəyov — mühəndis. İsmayıl bəy Səfərəliyev — məşhur Azərbaycan xeyriyyəçisi, milyonçu, Müsəlman Xeyriyyə Cəmiyyətinin türk hərbi əsirlərə nəzarət üzrə təyin edilmiş nümayəndəsi. Kamil bəy Səfərəliyev Kövkəb Səfərəliyeva — pianoçu, pedaqoq, professor, Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı (1972), Azərbaycan SSR xalq artisti (1972).
Səfərəliyev
Səfərəliyev — soyad. Ədalət Səfərəliyev Xanlar Səfərəliyev Rəhman Səfərəliyev Oleq Səfərəliyev Zülfiqar Səfərəliyev Toponim Səfərəliyev — Samux şəhərinin keçmiş adı.
Səfərəliyeva Şölə
Şölə Cavanşir qızı Səfərəliyeva (29 avqust 1984, Bakı) — Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının əməkdar artisti. Şölə Cavanşir qızı Səfərəliyeva 29 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 200 saylı BMLK-da orta təhsilə başlayıb. 1992-ci ildə 21 nömrəli musiqi məktəbinin fortepiano sinfinə qəbul olub. 2 oktyabr 1995-ci ildə əfsanəvi " Qaya " kvartetinin solisti, Rauf Babayevin musiqi məktəbində başladığı vokal sinfinə qəbul olub, "Bəri Bax" uşaq ansamblının solisti kimi fəaliyyətə başlayıb. 11 illik vokal sinfini bitirib. (Atası) Səfərəliyev Cavanşir Xalid oğlu 15.08.1958, (anası) Səfərəliyeva Sona Sabir qızı 09.06.1959 (qardaşı) Səfərəliyev Elçin Cavanşir oğlu 13.02.1986 2001-ci ildə İctimai-Siyasi universitetin Azərbaycan dili və ədəbiyyatı filologiya fakültəsinə daxil olub. Təhsil illərində şairlər Zöhrab Tahir, Nəriman Həsənzadə, görkəmli tarixçi alim İqrar Əliyev, politoloq Aydın Mirzəzadədən dərs alıb. 2019-cu ildə Azərbaycan Milli Konservatoriyasının populyar musiqi və caz fakültəsinin magistr pilləsinə (solo oxuma) qəbul olub.
Xanlar Səfərəliyev
Xanlar Həsən oğlu Səfərəliyev (1885, Qoçəhmədli, Cəbrayıl qəzası – 26 sentyabr (9 oktyabr) 1907, Bakı) — Fəhlə hərəkatının üzvü, Hümmət təşkilatının fəalı. 1938–2008-ci illərdə indiki Göygöl rayonu onun şərəfinə Xanlar adlanmışdır. Xanlar Səfərəliyev 1885-ci ildə Cəbrayıl qəzasının Qoçəhmədli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qarğabazar kənd məktəbində almışdı. 1900-cü ildə Bakı şəhərinə köçmüş, Bibiheybət neft mədənlərində, "Naftalan" zavodunda işləmişdi. Bakı proletariatının 1904-cü il dekabr tətilinin təşkilatçılarından olmuşdu. Birinci rus inqilabı dönəmində, (1905–1907-ci illərdə) RSDFP Bibiheybət rayon komitəsi və bolşevik "Hümmət" təşkilatının büro üzvü kimi fəhlələr arasında təşviqat və təşkilat işi aparmış, tətil hərakatına başçılıq etmiş, bolşevik qəzet və vərəqələrinin yayılmasında fəallıq göstərmişdi. 1907-ci ilin payızında "Naftalan şirkəti" fəhlələrinin tətilinə rəhbərlik etmişdi. Xanlar Səfərəliyevin inqilabı fəaliyyəti neft sənayesi sahiblərini hiddətləndirmişdi. Abuzər bəy Aşurbəyov Dağıstandan qatil dəvət etmiş, Xanları öldürməyə görə böyük pul boyun olmuşdu.
Hacı Səfərəli məscidi (Təbriz)
Hacı Səfərəli məscidi — İran Azərbaycanının Şərqi Azərbaycan ostanının Təbriz şəhristanının Təbriz şəhərində yerləşən məscid. == Tarix == Bina Səfəvilər dövründə tikilsə də Qacarlar çağında Təbrizin tacirlərindən olmuş Hacı Səfərəli Xoyi tərəfindən təmir edilərək yenidən qurulmuşdur; ona görə də məscid eramıza qədər həmin şəxsin adını daşıyır. == Memarlığı == Məscidin damı uzun bir güzbəz ilə örtülmüşdür. Həmin günbəz göy və mavi kaşılar ilə bəzədilmiş olsa da zamanımızda onun bəzəklərinin bir hissəsi və həmçinin günbəzin üst hissəsi dağıdılmışdır. Bu məscidin binası ən yüksək səviyyədə simmetriya və möhkəmliklə tikilib elə bundan asılı olaraq 1871-ci ilin selində məscidin yarı hissəsinə qədər dolsa da zədələnməmişdir.

"səfərə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səfərə nədir? #səfərə sözünün mənası #səfərə nə deməkdir? #səfərə sözünün izahı #səfərə sözünün yazılışı #səfərə necə yazılır? #səfərə sözünün düzgün yazılışı #səfərə leksik mənası #səfərə sözünün sinonimi #səfərə sözünün yaxın mənalı sözlər #səfərə sözünün əks mənası #səfərə sözünün etimologiyası #səfərə sözünün orfoqrafiyası #səfərə rusca #səfərə inglisça #səfərə fransızca #səfərə sözünün istifadəsi #sözlük