* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Səyahət, yola çıxma, yol. Səfərdə olmaq. Səfərə getmək. Səfər üçün hazırlıq görmək. – Qəribin anası gördü ki, oğlu səfər libasındadır, xəbər aldı: – Oğul haraya gedirsən? “Aşıq Qərib”. …Üç gün idi ki, Gülpəri səfərə yığışırdı. S.S.Axundov. [Tahirzadənin] İraq, İran və Türküstan səfərlərində addımbaşı rast gəldiyi cansıxan lövhələr bir-bir gəlib nəzərində dayandı. Mir Cəlal. □ Səfər etmək – bax səfərə çıxmaq. Gördüm ki, gəlir təngə nigarım, səfər etdim. S.Ə.Şirvani. [Rəhim xan Cavad xana:] Hazırlaş, bu gün axşam Tehrana səfər etməlisən. C.Cabbarlı. Səfərə çıxmaq (getmək) – uzun müddət olduğu yerdən ayrılmaq, yolda olmaq. [Həmzə] belə bir səfərə çıxmaq üçün cahan müharibəsinin kəsilməsini, dünyanın düzəlməsini səbirsizliklə gözləyirdi. Ə.Əbülhəsən. 2. Müharibəyə, döyüşə getmə.
Azərbaycan dilinin izahlı lüğəti / səfər2 is. [ər.] Dəfə, kərə, yol. [Nazir:] Ağa, başına dönüm, bu səfər məni bağışla, dəxi bundan sonra heç vaxt belə iş olmaz. M.F.Axundzadə. [Əsgər:] Xanım, sizə yaraşan şeyim çoxdur, ancaq evdədir, inşallah, gələn səfər gətirərəm. Ü.Hacıbəyov. Budur ki, [Əhməd] nişanlısı ilə görüşüb və toy tədarükü görmək söhbətini gələn səfərə buraxaraq bollu qaçaq mal almağı qət etdi. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / səfər4 ərəb qəməri təqviminin II ayı; yola düşmə, səyahət.
Azərbaycan kişi adlarının izahlı lüğəti / səfər5 SƏFƏR1 ə. 1) səyahət, gəzinti; 2) dəfə, kərə. Səfəri-məhşər məhşərə səfər; səfəri-üqba o biri dünyaya səfər; ölüm. SƏFƏR2 ə. ərəb qəməri təqviminin ikinci ayı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / səfər1 Qəməri təqvimlə ikinci ayın adıdır. Məhərrəm, Rəcəb, Şaban, Ramazan adları da ayların adı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / səfər3 I SƏFƏR Yeni yolçu uğur olsun səfərin! (A.Şaiq); SƏYAHƏT [Alman] ömrünün çoxunu Şərq aləminin səyahətində keçirmişdir (S.S.Axundov); MÜSAFİRƏT (köhn.) Dürrətülbağdad: ..bu qısa müsafırətdə onun vaxtının xoş keçməsinə çalışıram (M.S.Ordubadi). II səfər bax dəfə
Azərbaycan dilinin sinonimlər lüğəti / səfər1 SƏFƏR I is. [ ər. ] Səyahət. Güvənib əhlə olmadan faxir; Bakıya eylədim səfər axir (M.Ə.Sabir). SƏFƏR II is. [ ər. ] Müsəlman qəməri ilinin ikinci ayı. Bu səfər ayı çıxsa, il yarımdır (C.Cabbarlı). SƏFƏR III num. söz [ ər. ] Dəfə, kərə. Qəm yemə, qəm yemə, hər şey düzələr; Sağ çıxmaz əlimdən Nəbi bu səfər (S.Rüstəm).
Azərbaycan dilinin omonimlər lüğəti / səfər2 1 сущ. 1. путешествие. Qarşıdakı səfər предстоящее путешествие, səfərə hazırlıq подготовка к путешествию, səfərə çıxmaq отправиться в путешествие 2. поездка (короткое путешествие в каких-л целях). Qastrol səfəri гастрольная поездка, Respublikanın rayonlarına səfər поездка по районам Республики 3. спорт. выезд. Komanda növbəti oyununu səfərdə keçirəcək команда проведет очередную игру на выезде 4. отъезд. Səfərdə olmaq быть (находиться) в отъезде 5. путь (передвижение куда -л, поездка, путешествие). Uzaq səfər далекий путь, səfərə hazırlaşmaq готовиться (собираться) в путь 6. визит (кратковременное официальное посещение кого-л., чего-л.). Rəsmi səfər официальный визит, qısamüddətli səfər кратковременный визит, dostluq səfəri дружеский визит, səfəri başa çatdırmaq завершить визит 2 сущ. в сочет. с местоим. и прил.: bu səfər этот раз, на этот раз; gələn səfər в следующий раз, keçən səfər прошлый раз, в прошлый раз 3 в сочет. səfər ayı месяц сафар (название второго месяца года по лунному летосчислению)
Azərbaycanca-rusca lüğət / səfər1 i. journey; (dənizlə) voyage; trip; tour; dünya ~i a tour round the world; ~ə çıxmaq to travel; (dənizlə) to voyage; O, səfərə çıxmağı xoşlayır He is fond of travelling
Azərbaycanca-ingiliscə lüğət / səfər1 is. voyage m, visite f ; ~ə çıxmaq rendre (se) en visite ; ~i təxirə salmaq remettre la visite
Azərbaycanca-fransızca lüğət / səfər2 [ər.] сущ. сефер (гьижри-къемери араб календардин кьвед лагьай варз).
Azərbaycanca-ləzgicə lüğəti / səfər3 [ər.] сущ. 1. сефер, сиягьат, рехъ, рекьиз экъечӀун; səfər etmək кил. səfərə çıxmaq; səfərə çıxmaq (getmək) сефердиз экъечӀун (фин), яргъал рекьиз экъечӀун, рекье хьун; 2. дяведал финиф.
Azərbaycanca-ləzgicə lüğəti / səfər