səfeh sözü azərbaycan dilində

səfeh

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • səfeh • 90.5579%
  • Səfeh • 6.8670%
  • SƏFEH • 2.5751%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səfeh
Səfeh və ya idiot — ağıl çatışmazlığından əziyyət çəkən insan. Səfeh — Vitebskdə çıxan ədəbi-publisistik jurnal. İdiot — Fyodr Dostoyevskinin romanı. == Filmlər == Dostoyevskinin romanı əsasında çəkilmiş filmlər İdiot — Pyotr Çardıninin filmi. İdiot — Jorj Lampenin filmi. İdiot — Akira Kurosavanın filmi. İdiot — İvan Pıryevin filmi. İdiot — Alan Bricesin teleserialı. İdiot — Aleksandra Remizovanın televiziya tamaşası. Dəlisov sevgi — Anje Julavskinin filmi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.58 dəfə / 1 mln.
2003 •••••• 0.39
2005 •••••••••••••••••••• 1.35
2006 •••• 0.23
2007 •••••••••• 0.63
2009 ••••••••••••••••••• 1.28
2010 •••••••••••••••••••• 1.36
2011 ••••••••••• 0.69
2012 •••••••• 0.52
2013 ••••••••••••••• 1.02
2014 •••••• 0.34
2015 ••••• 0.34
2016 •••••• 0.35
2017 ••••• 0.33
2019 ••• 0.14
2020 •••••••••••• 0.80

səfeh sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Gic, ağıldan kəm, axmaq, sarsaq. Səfeh adam. Səfeh iş. – [Hacı Mehdi:] Səfeh şeydir, gündə biri gəlir, çığırırbağırır, gedir. Ə.Haqverdiyev. // İs. mənasında. O ki Səfdərqulu ağanın oğludur, o da səfehin birisidir; veyil-veyil gəzməkdən savayı bir işi yoxdur. N.Vəzirov. // Zərf mənasında. Səfeh danışmaq. Səfeh iş görmək. 2. Vecsiz, mənasız, boş, yaramaz. Səfeh hərəkət. Səfeh söhbətlər. // Bəzən söyüş kimi işlənir. Nə eyib olacaq, səfeh, sənə deyirəm ki, olmaz da! E.Sultanov.

    Azərbaycan dilinin izahlı lüğəti / səfeh

səfeh sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 sarsaq — axmaq — gic — başıboş — yelbeyin

    Azərbaycan dilinin sinonimlər lüğəti / səfeh
  • 2 SƏFEH [Mirzə Ələsgər:] O ki Səftərqulu ağanın oğludur, o da səfehin birisidir (N.Vəzirov); AĞILDAN KASIB Eh, ay oğul, sən də məndən beşbetər ağıldan kasıbsan, ha!.. (M.Hüseyn); AXMAQ Sadıq: Deyən gərək, ay axmaq, nə üçün arvadın sözünə baxmırdın (S.Rəhimov); BAŞIBOŞ (dan.) Sənəm: Lap ondan da pisdir. Axmaqdır, başıboşdur (M.İbrahimov); ƏBLƏH (köhn., kl.əd.)Nola bir evdə qoyaydız qarabaş; Verməyəydiz məni bu əbləhə kaş! (M.Ə.Sabir); ƏHMƏQ (kl.əd.) Molla İbrahimxəlil: Qərib əhməqsən, sən nuxuluları mənə tanıdırsan? (M.F.Axundzadə); GİC (dan.) Şamaxı: Mənə nə desə yaxşıdır, köpəkoğlu, deyir ay dədə, gicəm bəyəm əlaçı olum, canıma cəfa basım (Anar); GİCBAŞ Çimnaz: Gicbaş arvad da Veysə necə tapşırıb, elə-elə gedib qızı istəyib (Ə.Əbülhəsən); GİCBƏSƏR (dial.) Bu gicbəsərin biridir (ADDL); İDİOT (anadangəlmə səfeh) Rafı: İdiot, bax buna deyərlər (Ə.Kərim); KƏMSƏR (dial.) Ay kəmsər, sənin məniynən nə işin var? (ADDL); KÖVDƏN (köhn.) Vəzir Ağa Başirə: Sən kövdən, bir mənim evimi, mənim nökərlərimi dolandıra bilmirsən! (M.F.Axundzadə); SARSAQ Vəli Oruca: Axmaq danışma, sarsaq! (M.F.Axundzadə); ZIRRAMA (dan.) Talıbov: Nə elədiyini başa düşürsənmi, ay zırrama?! (Y.Şirvan); BAŞSIZ (məc.) DILĞIR (dan.).

    Azərbaycan dilinin sinonimlər lüğəti / səfeh

səfeh sözünün antonimləri (əks mənalı sözlər)

səfeh sözünün rus dilinə tərcüməsi

  • 1 1. глупый, безрассудный, бестолковый, ненормальный; 2. дурак, олух;

    Azərbaycanca-rusca lüğət / səfeh
  • 2 I прил. глупый: 1. неумный, умственно ограниченный. Səfeh adam глупый человек 2. свидетельствующий о недостатке ума, лишенный разумной содержательности. Səfeh iş глупое дело, səfeh söz глупое слово, səfeh çıxış глупое выступление 3. бесмыссленный, дурацкий (лишенный разумных оснований). Səfeh söhbət глупый разговор, səfeh hərəkət глупый поступок II в знач. сущ. глупый, глупая. Səfehdən nə istəyirsiniz? чего хотите от глупого? III нареч. глупо. Səfeh hərəkət etmək поступить глупо

    Azərbaycanca-rusca lüğət / səfeh

səfeh sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. silly; fool; Ay səfeh, mən onu demirəm No, silly, I do not mean that! Sən nə səfehsən! What a fool you are! II. s. silly, foolish, rash, stupid; ~ cavab a foolish answer; ~ adam silly / stupid person; ~ davranış stupid behaviour; ~ qərar qəbul etmək to make* / to take* a rash decision III. z. bax səfeh-səfeh

    Azərbaycanca-ingiliscə lüğət / səfeh

səfeh sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. сефигь, акьулдикай кими, ахмакь, сарсах (мес. кас, кар); 2. манасуз, буш, виже текъвер, сефигь (мес. ихтилат).

    Azərbaycanca-ləzgicə lüğəti / səfeh

səfeh sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bax səfih.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"səfeh" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səfeh nədir? #səfeh sözünün mənası #səfeh nə deməkdir? #səfeh sözünün izahı #səfeh sözünün yazılışı #səfeh necə yazılır? #səfeh sözünün düzgün yazılışı #səfeh leksik mənası #səfeh sözünün sinonimi #səfeh sözünün yaxın mənalı sözlər #səfeh sözünün əks mənası #səfeh sözünün etimologiyası #səfeh sözünün orfoqrafiyası #səfeh rusca #səfeh inglisça #səfeh fransızca #səfeh sözünün istifadəsi #sözlük