Sədəf sözü azərbaycan dilində

Sədəf

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Sədəf • 63.8767%
  • sədəf • 35.6828%
  • SƏDƏF • 0.4405%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sədəf Budaqova
Sədəf Budaqova – Azərbaycanlı xanəndə (muğam ifaçısı), müğənni. == Həyatı == Budaqova Sədəf Mehdi qızı 1 fevral 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Masazır qəsəbəsində 11 saylı orta məktəbdə təhsil almağa başlayıb, 2012–ci ildə bu məktəbi bitirmişdir. 2007-2012-ci illər ərzində Xırdalan şəhər musiqi məktəbində Xanəndə ixtisası üzrə Qasım Əliyevdən təhsil alır. 2012–ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin Xanəndə ixtisası üzrə Azərbaycan və Özbəkistanın xalq artisti Gülyaz Məmmədovanın sinfinə daxil olaraq 2015-ci ildə Kolleci bitirir. Həmin ildə Azərbaycan Milli Konservatoriyasının Xanəndə ixtisası üzrə Xalq artisti, professor Mənsum İbrahimovun sinfinə daxil olur. 2019-cu ildən Sumqayıt Musiqi Kollecində müəllimə kimi çalışır. 2020-ci ildə Konservatoriyanı bitirir. 2022-ci ildən magistr pilləsi üçün yenidən Milli Konservatoriyada təhsil alır. == Fəaliyyəti == 2011-ci ildə Bakıda, Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin yardımı, Paşa Bankın baş sponsorluğu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi III Beynəlxalq Uşaq Muğam Festivalında baş mükafat — "Qran–Pri" qazanıb.
Sədəf Tahiryan
Sədəf Tahiryan (fars. صدف طاهریان‎; 21 iyul 1988, Tehran) — İran aktrisası və model.
Sədəf adası
Sədəf adası (türk. Sedef Adası, yun. Τερέβινθος) — Türkiyəyə məxsus olan, Mərmərə dənizində yerləşən ada. Adalar arxipelaqının ən kiçik adasıdır. Bizans imperiyası dönəmində sürgün yeri kimi istifadə edilirdi. Əvvəlki adı Terebinthosdur. Əvvəllər dovşanın bol olması ilə əlaqədar dovşan adası belə deyilirdi. Ada 1850-ci ildə Topxana müdiri Fəthi Əhmət Paşanın mülkiyyətinə verilmişdir. O, adaya zeytun ağacları əkdirmişdir. Paşanın ölümündən sonra ada baxımsız qalmışdır.
Sədəf Çaxmaq
Sədəf Çaxmaq (türk. Sedef Çakmak; 9 iyun 1982) — Türkiyə siyasətçisi, LGBT fəalı. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. O, lezbiyandır. == Həyatı == Sədəf Çaxmaq 9 iyun 1982-ci ildə anadan olmuşdur. O, 2015-ci ildən bəri Cümhuriyyət Xalq Partiyasının İstanbul Başakşəhər bələdiyyəsi rayon məclis üzvüdür. Çaxmaq Türkiyədə açıq şəkildə LGBT kimliyi ilə vəzifəyə gəlmiş ilk siyasətçidir. Sədəf Çaxmaq Qalatasaray Universitetinin Sosiologiya Fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. O, universitet illərində mülki cəmiyyət təşkilatlarında işləməyə başlamışdır. 2004-cü ildən bəri LGBT fəalı olaraq fəaliyyət göstərir.
İbrahim Ədhəm Sədəf
İbrahim Ədhəm Sədəf (1980, Yozqat ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == İbrahim Ədhəm Sədəf 1980-ci ildə Yozqat ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Yozqatda alıb. İstanbul Okan Universiteti İdarəetmə Bölməsindən və Anadolu Universiteti Açıq Təhsil Bölməsindən məzun olub. Uzun illərdir MHP üzvüdür. 2006-2014-cü illərdə MHP Yozqat ilçə sədri olub. 2015 və 2017-ci illərdə MHP Yozqat il sədri seçilib. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Yozqat ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir.
Aleksandra sədəflisi
Aleksandra sədəflisi (lat. Argynnis alexandra) — Pulcuqluqanadlılar dəstəsinə, Nimfalidlər fəsiləsinə aid növ., == Təsviri == Qanadları açılmış halda erkəklər 45 mm, dişilər isə 55 mm-dir. Qanadların üst tərəfi kərpici — qırmızı rəngdə olub, üzərində çoxlu sayda kiçik ləkələr vardır. Arxa qanadların alt səthi yaşıla çalan sədəf rəngli olub, üzərində gümüşü ləkələr vardır. Bu ləkələr qanadın əsasına doğru cəmlənmişdir. == Yayılması == Talış meşələri. == Həyat tərzi == Kol və ayıdöşəyi pöhrəliklərində, meşə talalarında və kənarlarında, yollar və cığırlar boyunda. Kəpənəklər mayın axırında iyulun ortalarına qədər uçur. Tırtıllar iyul – avqustda yerli bənövşənin- Viola caspia Kupff, yarpaqları ilə qidalanır. Puplar qışlayır.
Sədəfi buludlar
Sədəfi buludlar və ya Perlamutr buludları — Stratosferdə 20–26 km hündürlükdə müşahidə olunan xırda buz kristallarından və soyumuş su damlalarından ibarət ox nazik buludlardır.
Sədəfli
Sədəfli — Azərbaycan Respublikasının Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Sədəf Yekəxanası olmuşdur. Tədqiqatçıların ehtimalma görə, oykonim kəndin ilk sakinlərindən olan Sədəf adlı şəxsin adı ilə bağlıdır. == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 335 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Mərəzə platosunda, Qarpızlı yaylasının yamacında yerləşir.

sədəf sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Bəzi balıqqulağıların iç qatını təşkil edən və müxtəlif bəzək şeyləri hazırlamaq üçün istifadə edilən, müxtəlif rənglərə çalan parlaq bərk maddə. Yaxasına hərdən-hərdən; İnci sədəf düzən gözəl! Aşıq Ələsgər. İmi çəhrayı atlaz örtüyü açıb, başdan-başa sədəfə tutulmuş tarını ehtiyatla çıxartdı. İ.Əfəndiyev. // Sədəfdən qayrılmış, sədəflə bəzədilmiş. Sədəf düymə. Sədəf qaval. – Səba xanım öz etidalını itirmədi. Kamançanı götürüb başındakı sədəf qübbəni çıxardı, onun içərisindən kiçik bir məktub çıxarıb Atabəyə uzatdı. M.S.Ordubadi. Tarçı, köklə sarı simi; Bir şey çal ellər eşqinə! Durma, köklə sədəf tarı. M.Müşfiq. // məc. Öz parlaqlığı, zərifliyi, rənginin saflığı ilə sədəfi xatırladan (bəzən obrazlı təşbehlərdə işləyir). Bir şirin göftarlı, bir şəkər sözlü; Ağzı sədəf, dişi dürdanədəndir. M.V.Vidadi. Sədəf dəhanından çıxan sözlərin; Hər biri bir qeybixəzanədəndir. M.P.Vaqif. Gülzarın süzgün baxışı, yanaqlarının atlaz şəfəqi, gülümsədiyi zaman görünən ağ sədəf dişləri indi də Rüstəmin bu gün səhər gördüyü kimi qarşısında idi. T.Ş.Simurq. □ Sədəf kimi – ağ, parlaq. Onun sədəf kimi ağ dişləri parıldayır, iki ala gözləri dərin bir səmimiyyətlə alışıb yanırdı. M.Hüseyn. …Güləndə dodaqlarının arasından sədəf kimi saf dişləri ağarırdı. M.Rzaquluzadə. Sədəf saçmaq (səpmək) – nur saçmaq, işıqlandırmaq, parıldatmaq. Gündüz yağan qar toxtamış, Ay aləmə sədəf saçırdı. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / sədəf
  • 2 dəniz böcəyinin qabığından hazırlanan parlaq maddə; saflıq, parlaqlıq.

    Azərbaycan qadın adlarının izahlı lüğəti. / sədəf
  • 3 ə. 1) içindən inci çıxarılan dəniz böcəyi; 2) bax sədəfə (1-ci mənada).

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sədəf

sədəf sözünün etimologiyası

  • 1 Dəniz böcəyinin adıdır, ərəb sözüdür. Qədim düşüncəyə görə, dənizə ildırımlı yağış yağanda sədəf dürrə (inciyə) hamilə olur, ildırımsız yağanda isə şəvəyə (bu, farscadır, qara rəngli qiymətli daşdır, ona əqiq də deyirlər). Həmin böcəyin qabığına da sədəf deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / sədəf

sədəf sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 SƏDƏF I is. [ ər. ] zool. İçindən inci çıxan dəniz böcəyi. Külək sədəfləri vurub sahilə çıxarmışdı. SƏDƏF II is. [ ər. ] Perlamutr, şirmayı. Durma, köklə sədəf tarı; Bir hava çal, can oynasın (M.Müşfiq). SƏDƏF III is. Dırnaq. Baş barmağının sədəfi kəhrəba rənginə çalırdı (İ.Şıxlı).

    Azərbaycan dilinin omonimlər lüğəti / sədəf

sədəf sözünün rus dilinə tərcüməsi

  • 1 1. перламутр; 2. перламутровый;

    Azərbaycanca-rusca lüğət / sədəf
  • 2 I сущ. перламутр (ценное вещество с переливчатой окраской, представляющее собой твердый внутренний слой некоторых раковин и употребляемое для мелких поделок и украшений). Sədəflə bəzəmək украшать перламутром II прил. перламутровый: 1. относящийся к перламутру. Sədəf qatı зоол. перламутровый слой 2. сделанный из перламутра. Sədəf düymə перламутровая пуговица, sədəf muncuqlar перламутровые бусинки 3. напоминающий перламутр своим блеском, нежностью окраски и т.п. Sədəf kimi dişlər перламутровые зубы, sədəf saçmaq отливать перламутром; sədəf kəpənəyi зоол. перламутровка (дневная бабочка)

    Azərbaycanca-rusca lüğət / sədəf

sədəf sözünün inglis dilinə tərcüməsi

sədəf sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. седеф; // седефдин, седефдикай авур (мес. дуьгме); sədəf kimi седеф хьтин, лацу, цӀарцӀар гудай (мес. сарар); sədəf saçmaq (səpmək) седефди хьиз нур гун, экуь авун, цӀарцӀар тун.

    Azərbaycanca-ləzgicə lüğəti / sədəf

sədəf sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Borçalı, Meğri, Naxçıvan) 1. dırnaq (Borçalı, Meğri) 2. dırnağın dibi (Naxçıvan). – Sədəf sohra dırnağ olur (Naxçıvan). – Barmağımın sədəfi tüşüfdü (Borçalı) II (Cəbrayıl, Yardımlı) kiçik ağ düymə. – Köynəyin sədəfi düşüb (Yardımlı)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"sədəf" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sədəf nədir? #sədəf sözünün mənası #sədəf nə deməkdir? #sədəf sözünün izahı #sədəf sözünün yazılışı #sədəf necə yazılır? #sədəf sözünün düzgün yazılışı #sədəf leksik mənası #sədəf sözünün sinonimi #sədəf sözünün yaxın mənalı sözlər #sədəf sözünün əks mənası #sədəf sözünün etimologiyası #sədəf sözünün orfoqrafiyası #sədəf rusca #sədəf inglisça #sədəf fransızca #sədəf sözünün istifadəsi #sözlük