* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••••• | 78.80 |
2003 | •••••••••••••••••••• | 108.66 |
2004 | •••••••••• | 52.55 |
2005 | ••••••••• | 48.58 |
2006 | •••••• | 32.21 |
2007 | ••••••• | 35.10 |
2008 | ••••• | 26.07 |
2009 | ••••• | 26.56 |
2010 | •••••• | 28.23 |
2011 | •••••• | 29.60 |
2012 | ••••• | 25.30 |
2013 | •••••••• | 39.97 |
2014 | ••••• | 26.77 |
2015 | ••••••• | 33.68 |
2016 | •••••• | 28.98 |
2017 | ••••• | 25.20 |
2018 | •••••• | 30.71 |
2019 | •••••• | 29.35 |
2020 | •••••• | 28.38 |
1 is. [ər.] 1. İnsanın ictimai və şəxsi davranışında tutduğu mənəvi-əxlaqi prinsiplərin məcmusu; mənəvi yüksəklik, ululuq, heysiyyət. Şərəfini qorumaq. – Ədəbdən, elmdən gər feyziyab olsa əvamünnas; Düşər şənü şərəfdən mollalar, işanlar, insanlar. M.Ə.Sabir. // Fəxr, iftixar ediləcək şey. …[Rüstəm bəy:] [Məşədi İbad ilə] qohumluğu özüm üçün böyük bir şərəf hesab edirəm. Ü.Hacıbəyov. // Namus, mənəvi saflıq, təmizlik, bəkarət. Şərəfini ləkələmək. Qadınlıq şərəfi. – Telli kənd içində, el arasında [İslamın] papağını yerə soxmuş, namus və şərəfini ayaqlar altına salmışdı. S.Hüseyn. Odur ki, Qulu [Teymurbəyi] təhrik etmək üçün daim şərəf məsələsindən bəhs edərdi. Çəmənzəminli. // Yaxşı ad, etibar. Müəssisəmizin şərəfini qoruyaq. 2. Ehtiram, sayğı, hörmət. Xaki-dərgahinə hər sübh sürtər gün üzünü; Qaliba ondan ona hasil olubdur bu şərəf. Füzuli. 3. Şərəfinə şəklində – birinə hörmət əlaməti olaraq, birinin adına, xatirəsinə. Ceyran evdə olduqca böyük bir süfrə görür. Eldar onun şərəfinə böyük bir hazırlıq yapdırmış( dı)… S.Hüseyn. [Firəngiz] ilk badələri Səmədin şərəfinə qaldıraraq, öz sözləri ilə dedi. B.Bayramov. 4. Şərəflə şəklində – ləyaqətlə, vicdanla, üzüağ. Vəzifəsini şərəflə yerinə yetirmək. Vətən naminə şərəflə çalışmaq. – Qulaq as, gör anan nə öyüd verir; Şərəflə, vüqarla yaşayın ancaq. S.Vurğun. ◊ Şərəf lövhəsi köhn. – istehsalatda ən yaxşı, ən qabaqcıl işçilərin adı və şəkli vurulan lövhə. Sarayın geniş, işıqlı, yaraşıqlı foyesində neft qabaqcıllarının şəkilləri vurulmuş böyük şərəf lövhəsi var idi. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / şərəf1 Ərəbcədir, cəm forması “əşrəf”dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / şərəf5 1. ŞƏRƏF, ŞAN, ŞÖHRƏT Yenilməz bayraq kimi hər tərəfi gəzibdir; Mənim şərəfim, şanım, şöhrətim Qız qalası (M.Rahim); MƏNLİK Aslan isə öz nəfəsini saxlayan və mənliyini sevən adam idi (S.Vəliyev); VÜQAR Səni qaldıran zaman vüqarını ucaldıb; Dünyalar qədər qədim millətim, Qız qalası (M.Rahim). 2. şərəf bax hörmət
Azərbaycan dilinin sinonimlər lüğəti / şərəf1 1. честь, слава, амбиция, почет, достоинство; 2. предмет гордости, гордость;
Azərbaycanca-rusca lüğət / şərəf2 сущ. 1. честь: 1) совокупность высших морально-этических принципов личности. Şərəf işi дело чести, öz şərəfini qorumaq беречь свою честь 2) достоинство. Fəhlə şərəfi рабочая честь, bu bizim üçün böyük şərəfdir это большая честь для нас 3) хорошая репутация, доброе имя. Ölkənin şərəfi честь страны, məktəbin şərəfi честь школы 4) целомудрие, непорочность. Şərəfinə toxunmaq затронуть честь, qızlıq şərəfi девичья честь 5) почёт, уважение. Əmək böyük şərəfdir труд – великая честь 6) то, что дает право на почет, уважение. Şərəfinə nail olmaq удостоиться чести … 7) о том, кем или ч ем гордятся. O, bizim ədəbiyyatımızın şərəfidir он – честь нашей литературы; şərəfinə kimin, nəyin в честь кого, чего (в знак уважения, почтения к кому-, к чему-л., памяти о к ом-, о чем-л.). Bayram şərəfinə в честь праздника, ali qonağın şərəfinə ziyafət vermək дать обед в честь высокого гостя ◊ şərəf lövhəsi доска почёта (доска с именами и фотографиями лучших производственников, отличников учебы и т.п.)
Azərbaycanca-rusca lüğət / şərəf1 i. 1. honour, glory, dignity; 2. pride; ~inə toxunmaq to offend / to wound smb.’s pride; Bunu özümə şərəf sanıram I consider it an honour; Ona şərəf nail olub ki,... The honour fell* on / to him (her) (+to inf.). He / she had the honour (+to inf.)
Azərbaycanca-ingiliscə lüğət / şərəf1 is. honneur m, dignité f ; réputaion f ; gloire f ; ~inə en l’honneur de ; ~ vermək faire l’honneur de ; özünə ~ sanmaq considérer comme un honneur ; ~ toxunmaq déshonorer vt
Azərbaycanca-fransızca lüğət / şərəf1 [ər.] сущ. шереф (1. ягь, гъейрат; намус, михьи тӀвар; 2. дамах ийиз жедай затӀ, дамах; 3. гьуьрмет; хъсан тӀвар, ихтибар; баркаллувал; 4. şərəflə шерефдалди, баркаллувилелди, виждандалди); ** şərəf lövhəsi куьгьн. са кӀвалахдал кьетӀен агалкьунар авай, зегьметдин кӀвенкӀвечийрин шикилар ва тӀварар ядай кьул.
Azərbaycanca-ləzgicə lüğəti / şərəf\ – insanın duyan, düşünən və azad bir varlıq olaraq özündə daşıdığı dəyər, insaniyyətinin dəyəri. Kant belə düşünürdü ki, şərəfli bir varlıq olması səbəbilə insan heç bir zaman vasitə kimi istifadə edilməməlidir. Əxlaqi-şüur anlayışı və etik kateqoriya; məzmu-nuna görə ləyaqət anlayışına oxşardır. Fərdin özünün-özünə və cəmiyyətin fərdə münasibətinin təzahür forması olan şərəf \ insanın davranışının və başqalarının ona münasibətini münasib şəkildə tənzimləyir.
Fəlsəfə terminlərinin izahlı lüğətif. 1) yüksək mərtəbə, dərəcə; ululuq; 2) öyünmə, fəxr, iftixar.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətinamus, qeyrət, heysiyyət, iftixar.
Azərbaycan qadın adlarının izahlı lüğəti.