ərəf sözü azərbaycan dilində

ərəf

Yazılış

  • ərəf • 88.2353%
  • ƏRƏF • 11.7647%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qızıl kilsə (Ərəfsə)
Qızıl kilsə — V əsr Bizans memarlığına aid kilsə. Qərbi Azərbaycanın Zəngəzur mahalında Sisian rayonunun Ərəfsə və Comartlu kəndləri arasında, yolun qarşı tərəfində yastan üzərində inşa olunub. V əsrdə Bizans stilində inşa olunub. Ərəfsə kəndinin tarixinin bilicilərindən olan Elxan Cümşüdovun Qızıl kilsənin son dövr tarixi barədəki məlumatı: "1985-ci ildə Sisian rayon partiya komitəsinin katibi bizə gəldi və yolları yaxşı tanıdığım üçün xahiş etdi ki, onları Qızıl kilsəyə aparım. Mən onların maşınlarına minəndə, orada daha iki nəfər gördüm. Bunlardan biri italiyalı alim, digəri isə tərcüməçi idi. Biz Qızıl kilsəyə çatdıq, italyan alim əllərini kilsənin uçuqlarına sürtərək kilsənin təxminən V əsrdə inşa edildiyini söylədi. Dəqiq fikri isə analizlər aparıldıqdan sonra deyə biləcəyini dedi. Sonra kilsənin ətrafına fırlandı və divara vurulmuş ermənicə lövhəni göstərib, raykom katibindən orada nə yazıldığını soruşdu. Katib orada qədim erməni kilsəsi sözlərinin yazıldığını bildirəndə, italyan alim başını yelləyib, "Çıxarın o lövhəni buradan", - dedi və əlavə etdi ki, "Bu kilsənin ermənilərə heç bir aidiyyatı yoxdur.
Yaser Ərəfat Beynəlxalq Hava Limanı
Yasir Ərəfat
Yasir Ərəfat (ərəb. یاسر عرفات‎, tam adı Məhəmməd Əbdürəhman Əbdürauf Ərəfat əl-Qüdvə əl-Hüseyni; 4 avqust 1929 və ya 24 avqust 1929, Qahirə, Misir – 11 noyabr 2004[…]) — Fələstin milli muxtariyyətinin 1-ci sədri (1994-2004), Fələstin Azadlıq Təşkilatının (FAT) lideri (1969-2004) və Nobel Sülh mükafatı laureatı (1994). FƏTH siyasi partiyasının qurucu üzvü olmaqla bərabər, 1959-cu ildən 2004-cü ilə qədər bu partiyaya rəhbərlik etmişdir. Ərəb milliyətçiliyi ideologiyasına sadiq idi. Fələstinin azadlığı üçün İsrailə qarşı mübarizə aparmışdır. Əvvəllər, İsrailin bir dövlət kimi varlığına qarşı çıxmasına baxmayaraq, 1988-ci ildə BMT Təhlükəsizlik Şurasının 242 saylı qərarını qəbul edərək bu fikrini dəyişdirmişdir. Ərəfat 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində FƏTH təşkilatı daxili mübarizə içərisində İordaniya ilə açıq şəkildə qarşı-qarşıya qaldıqda olduğu kimi tez-tez anlaşılmazlıqların ortasında qalmışdır. Çox çətinliklə İordaniyadan çıxarılan və Livana yerləşən Ərəfat və FƏTH təşkilatı ölkənin işğala məruz qaldığı 1978 və 1982-ci illər aralığında İsrailin hədəfi oldu. Siyasi baxışlarından asılı olmayaraq, fələstinlilərin çoxu Ərəfatı azadlıq döyüşçüsü kimi tanıyırdı. Bunun tam əksi olaraq, israillilərin əksər hissəsi isə təşkilatın mülki insanlara qarşı həyata keçirdiyi bir çox hərəkətinə görə onu terrorçu olaraq görməkdədir.
Yeni il ərəfəsi
Yeni il ərəfəsi — qriqorian təqvimi ilə ilin son günü, Yeni ildən əvvəlki son gün. Bir çox ölkələrdə bayram zamanı fişəng və digər pirotexniki vasitələrdən istifadə olunur.
Ərəfat dağı
Ərəfat dağı (ərəbcə جبل عرفة) Məkkənin 21 kilometr Cənub Şərqində olan Harəm sərhədləri xaricində qalan ovalıq görünümlü bir yerdir. Ərəfat dağı 454 metr hündürlükdədir. Bu dağ din tarixində Adəm və Həvvanın cənnətdən qovulduqdan sonra görüşdükləri yer olaraq bilinir. Məhəmməd ölümündən (Miladi 632) əvvəl vida xütbəsini on minlərlə adama bu dağda etmişdir. Həcc ziyarətinin qaydasına görə, zilhiccə ayının 9-da zəvvarlar dağın ətrafındakı Ərəfat çölündə gün doğandan, şam azanına qədər qalmalıdır və bu müddət ərzində bir anlıq da olsa belə, ayaq üstə qalxmalıdır.
Ərəfsə
Ərəfsə (Culfa)
Ərəfsə (Culfa)
Ərəfsə — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Kənd rayon mərkəzindən 55 km şimalda, Əlincə çayının sağ sahilində yerləşir. Kənd Zəngəzur silsiləsinin ətəyindədir. Ermənistanın Sisian rayonunda da əhalisini azərbaycanlıların təşkil etdiyi Ərəfsə kəndi olmuşdur. Kənd ərazisində Son Tunc və İlk Dəmir dövrünə aid yaşayış məskəni aşkar edilmişdir. Buradan e.ə II minilliyə aid monoxrom boyalı gil qablar və digər maddi-mədəniyyət nümunələri tapılmışdır. 1590-cı ilə aid sənədlərdə kəndin adı "Ərəfsax" kimi işlədilmişdir. Bəzi tədqiqatçıların fikrincə bu, "sak ərlərinin eli, yurdu" mənasını verir. Onu da qeyd edək ki, sak tayfaları e.ə II minillikdə Culfanın yerli sakinlərindən olmuşlar. Kəndin adı ərəfsəli tayfasının adı ilə əlaqədardır.
Ərəfsə (Qarakilsə)
Ərəfsə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanın Sisian rayonunda kənd. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sisyan nahiyəsində Ərəfsa kimi qeyd olunmuşdur Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib, Ərəfsə sözünün əvəzinə ermənicə "Günəşli" mənasını verən Arevis qoyulmuşdur. Ərəfsənin tarixi adlarından biri də Şəhərcikdir. 1903-cü ildə nəşr olunmuş "Qafqaz" xəritəsində kəndin adı məhz "Şəhərcik" kimi verilmişdir. Ərəfsə kəndi müxtəlif vaxtlarda ətrafda mövcud olan dövlət qurumlarının tərkibinə daxil olub. Xanlıqlar dövründə Qarabağ xanlığının tərkibində olmuşdur. XIX əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycanı işğal etməsindən sonra kənd əvvəlcə Tiflis, sonra isə Yelisavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, mərkəzi Qarakilsə olan Sisian mahalının tərkibində olmuşdur. Çar Rusiyasının çökməsindən sonra Ərəfsə kəndi yuxarıda göstərilən quberniya və qəza tərkibində Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olmuşdur. Şimali Azərbaycanın təkrar Rusiya tərəfindən — bu dəfə bolşeviklərin iştirakilə işğal oluunmasından sonra Zəngəzur qəzası Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun layihəsinə uyğun olaraq, iki yerə bölünmüş, şərqi Azərbaycan SSR-ə, qərbi isə Ermənistan SSR-ə verilmişdir. Bununla da Türkiyənin Azərbaycan və Orta Asiya türkləri ilə birbaşa təmasda olmasının qarşısı alınmışdı.
Ərəfsə daş körpüsü
Ərəfsə körpüsü — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Ərəfsə kəndində tarixi abidədir. Həmçinin "Culfa körpüsü" adı ilə də tanınır. Ərəfsə kəndi ilə Korəhmər adlı ərazini birləşdirir. Əlincə çayı üzərindədir. 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi tərəfindən tədqiq olunmuşdur. Səfəvilər dövründə, XVI–XVII əsrlərdə inşa edilmişdir. Körpü fərqli ölçülərdə olan çay və dağ daşlarından istifadə edilərək tac formasında inşa olunmuşdur. Tağları yonulmuş ağ daşlarla haşiyələnmişdir. Körpünün orta hissəsində isə xüsusi çay daşlarından istifadə olunmuşdur. Körpünün torpağa bitişik hissələri çay yatağından 1,5 metr hündürlükdə inşa edilmişdir.
Ərəfsə körpüsü
Ərəfsə körpüsü — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Ərəfsə kəndində tarixi abidədir. Həmçinin "Culfa körpüsü" adı ilə də tanınır. Ərəfsə kəndi ilə Korəhmər adlı ərazini birləşdirir. Əlincə çayı üzərindədir. 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi tərəfindən tədqiq olunmuşdur. Səfəvilər dövründə, XVI–XVII əsrlərdə inşa edilmişdir. Körpü fərqli ölçülərdə olan çay və dağ daşlarından istifadə edilərək tac formasında inşa olunmuşdur. Tağları yonulmuş ağ daşlarla haşiyələnmişdir. Körpünün orta hissəsində isə xüsusi çay daşlarından istifadə olunmuşdur. Körpünün torpağa bitişik hissələri çay yatağından 1,5 metr hündürlükdə inşa edilmişdir.
Ərəfsə piri
Ərəfsə piri — Culfa rayonunun Ərəfsə kəndində оrta əsrlərə aid dini ziyarətgah. Ziyarətgahın iki böyük otağı, cənub və şimal tərəfə eyvanları var. Əsas ziyarət obyekti nisbətən böyük ölçüyə malik mərkəzi otaqdakı qəbirdir. Əlincəçayın sоl sahilindəki təpənin üstündə yerləşir. Buranın pir olması barədə dəqiq məlumat yoxdur. Lakin yerli əhali arasında rəvayətə görə, nə vaxtsa üç ərəb burada məskən salıb yaşamışdır. Sonradan kənd meydana gəlmişdir. Ərəblər öləndən sonra yanaşı dəfn edilmiş və və onların qəbirləri ziyarətgaha çevrilmişdir. Kəndin adı məhz "üç ərəb" mənasında "ərəb" və farsca "sə" (üç) sözlərin birləşməsindən əmələ gəlmişdir. Pir ətrafında arxeoloji araşdırmalar zamanı Son Tunc və İlk Dəmir dövrlərinə aid keramika parçaları tapılmışdır.
Ərəfsəlilər
Ərəfsəlilər — türk tayfası. Kəngər tayfasından aiddirlər XVIII-XIX əsrin ortalarına aid mənbələrdə Naxçıvan mahalında yaşayan kəngər mənşəli bir sıra qol və tirələrin içərisində ərəfsənin də adı çəkilir. Nadir şah Əfşarın (1736–1947) hakimiyyəti dövründə Naxçıvandakı ərəfsəliləri öz aralarından çıxmış vəkil və ağsaqqallar idarə edirdi. Xanlıqlar dövründə ərəfsəlilər Qarabağ xanlığının tərkibində, mərkəzi Qarakilsə olan Sisian mahalında məskunlaşmışlar. Naxçıvan və Dərələyəz mahallarının bir sıra kəndində yaşayan ərəfsəlilər maldarlıqla məşğul olmuş, sonralar buğda, çovdar, arpa, vələmir, habelə mərcimək, günəbaxan və s. becərmiş, arı pətəkləri saxlamışlar. 1918–1920-ci illərdə Andranikin erməni-daşnak dəstələrinin hücumları nəticəsində Naxçıvana qaçan azərbaycanlıların içərisində ərəfsəlilər də vardı. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra onlar öz kəndlərinə dönə bilmiş, 1988-ci ilin noyabrında isə yenidən deportasiya edilmişlər. Culfa rayonundakı Ərəfsə kəndinin adı ərəfsəlilər ilə əlaqədardır.
Ərəfsəçay
Ərəfsəçay — Culfa rayonu ərazisində çay. Ləkətağ çayının (Əlincəçay hövzəsi) sağ qolu. Zəngəzur silsiləsinin yamacından, 2700 m hündürlükdən başlanır. Ərəfsə kəndindən aşağıda, 1563 m. hündürlükdə Ləkətağ çayına tökülür. Uzunluğu 9 km-dir. Əsasən yeraltı sular və qar suları il qidalanır.

"ərəf" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ərəf nədir? #ərəf sözünün mənası #ərəf nə deməkdir? #ərəf sözünün izahı #ərəf sözünün yazılışı #ərəf necə yazılır? #ərəf sözünün düzgün yazılışı #ərəf leksik mənası #ərəf sözünün sinonimi #ərəf sözünün yaxın mənalı sözlər #ərəf sözünün əks mənası #ərəf sözünün etimologiyası #ərəf sözünün orfoqrafiyası #ərəf rusca #ərəf inglisça #ərəf fransızca #ərəf sözünün istifadəsi #sözlük