* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••••••• | 0.39 |
2005 | ••••••••••• | 0.67 |
2007 | •••• | 0.21 |
2010 | •• | 0.09 |
2012 | •••••••••••••••••••• | 1.29 |
2013 | ••• | 0.15 |
2016 | ••• | 0.17 |
2017 | •••••••• | 0.49 |
2019 | ••••••••••••• | 0.83 |
1 is. (adətən cəm şəklində). 1. Ər, qoçaq, igid. Ərənlər kimi döyüşmək. – Ərənlər əlindən badə içdinmi? Bulanlıq çayları üzüb keçdinmi? “Aşıq Qərib”. Əsrlər boyunca ərlər, ərənlər; Hünər dünyasından doymadı, getdi. S.Vurğun. 2. Dünyagörmüş, müdrik, ağıllı adam. [Həcər:] Bizlərdə ərənlər üçə deyərlər. S.Rəhimov. 3. Dini etiqada görə Allaha və övliyalara yaxın olmaq şərəfinə nail olmuş adam. Çağıraram ərənləri, pirləri; Arzularam bizim əziz yerləri. Aşıq Rəcəb. Ərənlər söyləyən, Allah yazanı; Duymadan yox olan imana yazıq! Ə.Cavad. [Gülsənəm:] Ərənlər mənə kömək, – deyə qıy çəkdi: – Ay ana, mənə kömək! S.Rəhimov. 4. Mövhumi təsəvvürlərə görə suda yaşayan mövhum bir vücud. Suya söylə ərən eşitsin, köməyinə çatsın. Yalan desən, səni suyun ərənləri vursun! (mövhumatçı qadınların dilindən).
Azərbaycan dilinin izahlı lüğəti / ərən1 Kökü “igid” mənasını verən ər sözüdür. Kişi anlamında işlədilən ər sözü də yuxarıdakı ilə eyni olub. İndi Anadolu türkləri kişi əvəzinə erkək kəlməsini işlədirlər. “Bizdə filankəs erkək adamdır” cümləsi var və buradakı erkək elə igid anlamını əks etdirir. Ərən sözündəki ən şəkilçisi tarixən çoxluq bildirib, sonra mənasını dəyişib. Ərən “igidlər” demək olub, indi isə “igid” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ərən2 сущ. водяной (в поверьях: сверхъестественное существо, обитающее в воде)
Azərbaycanca-rusca lüğət / ərən1 i. 1. (qoçaq, igid) brave / courageous man*; brave spirit; 2. (müdrük adam) sage, wise man*, man* of wisdom; Ərənlər üçəcən deyiblər at. söz. ≅ Once is no custom
Azərbaycanca-ingiliscə lüğət / ərən1 (adətən cəm şəklində) сущ. 1. викӀегь, кьегьал, игит; 2. дуьнья акур, каркам, акьуллу кас; 3. дин. эрен (Аллагьдиз, эвлиянриз мукьвал тир кас); 4. мавгьуматчийрин фикирдалди це яшамиш жедай са махлукь.
Azərbaycanca-ləzgicə lüğəti / ərənƏr sözündəndir, igid, cəsur, mərd deməkdir. (“Koroğlu” dastanının lüğəti) Dastanda “müqəddəslər”, “ulular” mənasında da işlənir. Ermək (çatmaq) sözü ilə də bağlayanlar da vardır (haqqa ermişlər mənasında). Koroğlu çağırır genə Səfəri, Yox imiş dünyanın sonu, səməri, Qıraram dəstəni, vurram nəfəri, Ərənlərin piri yanımda gərək! (“Koroğlunun Qars səfəri”) * Başına dönüm sövdayar, Aparırlar pirə məni. Ərənlərə qurban deyə, Aparırlar pirə məni. (“Koroğlu ilə Bolu bəy”) (“Koroğlu-Nəzər”) * Hər yana getsən yolundu, Ərənlər saği-solundu, Koroğlu qoca qulundu, Mənim hərcayi Eyvazım. (Paris nüsxəsi,10-cu məclis)
Azərbaycan dastanlarının leksikasıƏr sözündən olub, “müqəddəslər” mənasında da işlənir. Ermək sözü ilə də bağlayanlar vardır (haqqa ermişlər mənasında). Övliyalar, ənbiyalar, ərənlər, Hanı məndən doğru yola varanlar? Qərq oldu dəryaya neçə min canlar, Kərəm eylə, qoyma məni dəryada. (“Novruz”) * Canım qurban ərənlərin pirinə, Çatdırar aşiqi bir-birinə; Atam bağışlasın taci-sərinə, Ana, halal eylə, mən gedər oldum. (“Novruz”) * Oyandım qəflətdən, açdım gözümü, Ərənlər payinə sürtdüm üzümü, Dindirdilər, haq söylədim sözümü, Doxsan min kəlməmə bəyan dedilər. (“Qurbani”) Qeyd: Sonuncu misrada Qurandakı sözlərin miqdarına işarə edilir. * Özüm gördüm ərənləri, Mənə badə verənləri. (“Qurbani”) * Mahmud dedi: – Paşam sağ olsun, sənin qızını ərənlər mənə buta veriblər. (“Mahmudla Nigar”)
Azərbaycan dastanlarının leksikasıigid, qəhrəman, bahadur.
Azərbaycan kişi adlarının izahlı lüğəti