ərmən sözü azərbaycan dilində

ərmən

Yazılış

  • ərmən • 71.4286%
  • Ərmən • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ərmən yaylası
Ermənistan yaylası — Ön Asiyanın şimalında yerləşən yayla. Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir. == Adı == "Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir. == Yerləşməsi == Ermənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir:Göyçə, Van və Urmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi Türkiyə və Ermənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir. Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür.
Aşağı Ərmənək (Qoşaçay)
Aşağı Ərmənək (fars. ارمناك سفلي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 571 nəfər yaşayır (115 ailə).
Yuxarı Ərmənək (Qoşaçay)
Yuxarı Ərmənək (fars. ارمناك عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 453 nəfər yaşayır (81 ailə).
Ərmənis
Ərmənis — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Ərməniyyə
Ərməniyyə (ərəb. إمارة أرمينيا‎‎‎, translit. imārat Arminiya) — Əməvilər sülaləsi dövründəki inzibati bölgü üzrə Xilafət sistemindəki IV əmirlik (canişinlik). "Azərbaycan tarixi: ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər" kitabında qeyd olunur:Yeni ərəb inzibati-bölgü sisteminə görə Cənubi Qafqazda ərəb işğal dairəsinə daxil edilmiş bütün torpaqları özündə birləşdirən “Ərminiyə” ərazisi vaxtilə Bizans imperatoru Yustinianın (527-565) “Qərbi Ermənistan”da həyata keçirdiyi inzibati islahata uyğun olaraq ənənəvi şəkildə I-IV Ərminiyə adı ilə dörd hissəyə bölünmüşdü. I və II Ərminiyə şimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, qərbdə Kiçik Qafqaz dağlarından şərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir və əsasən ərəblərin Aran adlandırdığı qədim Albaniya torpaqlarını özündə birləşdirirdi. Ərəb Arran vilayətinin tərkibinə Albaniyanın özündən başqa 644-cü ildən müsəlmanların tabeliyində olan Tiflis və onun civarları, eləcə də dağlıların yaşadıqları ərazi də daxil edilmişdi. Ermənistan özü isə III-IV Ərminiyə bölgüsünə aid idi.Bu ərazi Cənubi Qafqaz ölkələrini də əhatə edirdi. Mərkəzi Dəbil (Dvin) şəhəri idi; bu şəhərin xarabalıqları indiki Ermənistan ərazisindədir. Abbasilər sülaləsi dövründə III əmirlik olub və 789-cu ildən paytaxtı Bərdə idi. Ərəb müəllifləri (əl-İstəxri, ibn Havqəl, əl-Müqəddəsi və s.) çox vaxt Azərbaycan (indiki Cənubi Azərbaycan), Arran (indiki Azərbaycan Respublikası) və Ermənistanı (indiki Şərqi Türkiyə) bir inzibati vahiddə birləşdirərək Ərməniyyə və ya Azərbaycan adlandırırlar.
Ərmənşahlar bəyliyi
Əhlatşahlar bəyliyi (1100-1207) — Əhlatda (Xilatda) XII əsrin əvvəllərində qurulmuş olan bir türk dövləti. == Tarixi == Bu dövlətə Ərmənşahlar, Sökmənlilər də deyilir. Sultan Məlikşahın əmisi oğlu olan Qütbəddin İsmayıl 1080-ci ildə Azərbaycan ümumi valiliyinə təyin edilmişdi. Qütbəddin İsmayılın komandirlərindən olan Sökməyin Böyük Səlcuq Sultanı Məlikşahın əmisi Yakutinin oğlu olan Qütbəddin İsmayılın qulamı (köməkçi-xidmətlə) idi. Qısa zamanda özünü göstərmiş və sürətlə yüksələrək komandir olmuşdur. Ədalət və yaxşılığı ilə şöhrət qazanan Sökməyin Ahlatta dəvət edildi. Sökməyin əsgərləri ilə Əhlata gələrək şəhəri təslim aldı. Burada bir hökumət, yəni bəylik qurdu. Ailəyə də bundan sonra Ahlat Şahları (Ahlatşahlar) və Ərmənşahlar deyildi.
Ərmənət
Ərmənət (keçmiş adı Oğuzyeri) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə, Xalxal kəndinin şərqində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Xalxal inzibati ərazi dairəsinə daxildir. Kəndin əhalisi (749 nəfər) taxılçılıq, heyvandarlıq və bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, 50 yerlik ATS, tibb məntəqəsi var. Qədim tarixi olan məşhur Qovurqala (Xaçmaz Qovurqalası) kəndin şimalındakı Qaladağın zirvəsindədir. Kənddə ticarət və iaşə obyektləri var. Ərmənətə Oğuz-Xalxal avtobus marşrutu ilə getmək olur. == Toponimikası == Ərmənət oyk, düz. Oğuz rayonunun Xalxal i.ə.v.-də kənd.

ərmən sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

cəsur, qoçaq, igid adam; qəhrəman, qorxmaz.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"ərmən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ərmən nədir? #ərmən sözünün mənası #ərmən nə deməkdir? #ərmən sözünün izahı #ərmən sözünün yazılışı #ərmən necə yazılır? #ərmən sözünün düzgün yazılışı #ərmən leksik mənası #ərmən sözünün sinonimi #ərmən sözünün yaxın mənalı sözlər #ərmən sözünün əks mənası #ərmən sözünün etimologiyası #ərmən sözünün orfoqrafiyası #ərmən rusca #ərmən inglisça #ərmən fransızca #ərmən sözünün istifadəsi #sözlük