Ərgən sözü azərbaycan dilində

Ərgən

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Ərgən • 72.0588%
  • ərgən • 26.4706%
  • ƏRGƏN • 1.4706%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gülbən Ərgən
Nur Ergen Türkiyə pop müğənnisi, aparıcı, model və aktrisası. == Həyatı == 25 avqust 1972-ci ilde İstanbulda anadan olmuşdur. Karyerasına model kimi başlayan Gülbən tez bir zamanda film dünyasına atılmışdır. Türk tamaşaçısı onu "Dayə" serialında canlandırdığı Mələk obrazı ilə tanıdı. İbrahim Tatlısəslə iş birliyi ona böyük uğur gətirdi. O, Tatlısəsin "Haydi söylə" klipində çəkildikdən sonra, onunla "Firat" serialında baş rolu bölüşdü. Müğənni kimi debütünü 1996-ci ildə "Mərhaba" albomu ilə etdi. Ardınca "Kör Aşık", "Sade ve Sadece" albomlarını yazdırdı. Bu albomlardan ən yadda qalanlar isə "Sandık lekesi", "Abayı yaktım", "Arka sokaklar", "Teşekkür ederim", "Sade ve sadece" mahnıları oldu. 1998-ci ildə "Mərziyə" serialında baş rola çəkildi.
Xalid Ərgənc
Xalid Ərgənc (türk. Halit Ergenç; 30 aprel 1970, İstanbul, Türkiyə)— Türkiyə aktyoru. == Həyatı == Xalid Ərgənc Beşiktaş Atatürk Məktəbinin məzunudur. 1989-cu ildə İstanbul Texniki Universitetinin Gəmi İnşaatı və Dəniz Elmləri fakültəsində təhsil alarkən, təhsilini ikinci kursdan yarımçıq qoymuş, elə həmin il Memar Sinan Universitetinin Opera və Musiqili Teatr Aktyorluğu fakültəsinə daxil olmuşdur. == Filmləri == Xoş sərsərilər Qara mələk Beləmi olacaq?
Ərgənə iyesi
Ərgənəqon Dastanı
Ərgənəqon (türk. Ergenekon) və ya Ərgünə-xun (monq. Эргүнэ Хун/Ergüne xun) — mənbələrə görə Göytürklərin dirilişi ilə əlaqəli hekayə. Ərgənəqon türklərin Orta Asiyadakı əfsanəvi anayurdu. Rus tarixçi Gumilevin araşdırmalarına görə Dik Yamac mənasını daşıyır., Qədim əsərlərdəki təsvirlərə görə Ərgənəqonun Altay dağlarındakı, Beluça dağında olduğundan bəhs edilir. == Tarixi əsərlərdə == XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir. Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var.
Ərgənə iyəsi
Ərgənəqon dastanı

ərgən sözünün leksik mənası və izahı

  • 1 sif. Həddi-büluğa çatmış, lakin hələ evlənməmiş və ya ərə getməmiş. Onun iki ərgən oğlu var. – Ziba hələ bir qədər də subay gəzə bilməzdimi? Yaxud Ziba özü üçün daha münasib bir ərgən oğlan seçə bilməzdimi? S.Rəhimov. Rəhmətliyin qızı, adam ərgən oğlana gedəndə bu qədər çəmxəm eləməz ki… Ə.Vəliyev. Bəndalı gələndə, elə bil daş-divar da dilə gəlir, deyəsən, ərgən oğlanla zarafatlaşırdı. Mir Cəlal. □ Ərgən olmaq – evlənmək və ya ərə getmək vaxtı çatmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / ərgən
  • 2 Həddi-büluğa çatmış, lakin hələ evlənməmiş və ya ərə getməmiş. (“Koroğlu” dastanının lüğəti) Koroğlu dövlətin endirsin düzə, Say, götür hamısın səksən min yüzə. Səksən min gəlinə, səksən min qıza, Səksən min ərgənə, dula da vermə!                            (“Həmzənin Qıratı aparmağı”)

    Azərbaycan dastanlarının leksikası / ərgən

ərgən sözünün etimologiyası

  • 1 Yetişmək, çatmaq mənasını verən ermək feili var. Ərgən həmin feildən əmələ gəlib, mənası yetişmiş deməkdir. Oğlana da, qıza da ərgən deyirik. Deməli, söz ər (kişi, oğlan) kəlməsi ilə bağlı ola bilməz. Ata malı qardaşlar arasın­da bö­lü­nərkən hələ arvad almamış qardaşa əlavə pay verilirmiş. Buna “ərgənlik” de­yiblər. Quzuqulağı, xımı, turşəng (əsli farsca türşək) kimi yeməli bitkilərin gövdəsi bərkiyəndə erkəkləyib deyirlər. Bu da yetişmək, vaxtı ötmək anlamı ilə bağlıdır. Qaqauz dilində ərgən əvəzinə, yergin işlədilir. Görünür, sözün əsli yetişmək feili ilə bağlı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ərgən

ərgən sözünün sinonimləri (yaxın mənalı sözlər)

ərgən sözünün rus dilinə tərcüməsi

ərgən sözünün inglis dilinə tərcüməsi

ərgən sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. агакь(нав)ай, анжах гьеле гъуьлуьз тефенвай ва я свас тагъанвай (руш ва я гада); ərgən olmaq агакьун, гъуьлуьз фидай ва я свас гъидай вахт хьун, бегьем хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / ərgən

ərgən sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağdam, Bərdə, Cəbrayıl, Daşkəsən, Kəlbəcər, Qarakilsə, Salyan, Zəngilan) bax əryən. – Bəhman ərgən oğlandı (Bərdə); – Əli illaf ərgən oluf (Zəngilan); – Oğlum ərgəndi, hələ evlənmiyif (Daşkəsən); – Bırda oqqədər ərgən oğlannar var ki! (Salyan); – Ərgən qızdar kəntdə çoxdu (Qarakilsə)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"ərgən" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ərgən nədir? #ərgən sözünün mənası #ərgən nə deməkdir? #ərgən sözünün izahı #ərgən sözünün yazılışı #ərgən necə yazılır? #ərgən sözünün düzgün yazılışı #ərgən leksik mənası #ərgən sözünün sinonimi #ərgən sözünün yaxın mənalı sözlər #ərgən sözünün əks mənası #ərgən sözünün etimologiyası #ərgən sözünün orfoqrafiyası #ərgən rusca #ərgən inglisça #ərgən fransızca #ərgən sözünün istifadəsi #sözlük