əngəl sözü azərbaycan dilində

əngəl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əngəl • 99.1434%
  • Əngəl • 0.7821%
  • ƏNGƏL • 0.0745%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əngələvit
Angeğakot — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Mənbələrdə adı Əngələvit, Angelaut, Angeğaqot, Engələyurd kimi qeydə alınan kənd qədimdən Türk-Oğuz boylarının ana yurdu olmuşdur. == Abidələri == Zəngəzur mahalı ərazisində, Qarakilsə (02.03.1940-cı ildən - Sisian) rayonunun Əngələvit (erməni tələffüzündə - Angeğaqot) kəndinin köhnə qəbiristanlığında orta yüzillərə aid türk-xristian qəbirüstü abidələri. Bu abidələr öz forma rəngarəngliyinə görə diqqəti cəlb edir. == Əhalisi == Bura ilk ermənilər XIX yüzilin əvvəllərində Ġrandan köçürülüb gətirilmişlər. Sovet dövründə kəndin adı Angeğaqot kimi rəsmiləşdirilmişdir.

əngəl sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bir şeyin başa yetməməsinə, ya təxirinə səbəb olan şey; maneə, çətinlik. [İblis:] Get, get, daha durma, artar əngəl. H.Cavid. Bu qüvvənin qarşısında heç bir əngəl dayana bilməz. S.Rəhman. □ Əngəl çıxarmaq (törətmək) – çətinlik törətmək, ləngitmək, mane olmaq. Məmləkət işinə əngəl törətmək üçün düşünən başları vurmaq lazımdır. M.S.Ordubadi. Əngəl çıxmaq – 1) maneə törəmək; 2) cəncəl çıxmaq. [Leyla:] Qorxuram, axırda çıxa bir əngəl; Deyəsən, başını girləyib əcəl. S.Rüstəm. Əngəl olmaq – bir şeyin başa yetməsinə, həyata keçməsinə mane olmaq, başa çatmağa, həyata keçməyə qoymamaq, çətinlik törətmək. Əngələ düşmək – çətin vəziyyətə düşmək; pis, xoşagəlməz bir işə dolaşmaq. …Çünki özümüzün əngələ düşməməyimiz üçün amerikalı qızı müdafiə etmək qərarına gəlmişdim. M.S.Ordubadi. Əngələ salmaq – çətin vəziyyətə salmaq, pis, xoşagəlməz bir işə dolaşdırmaq. Başına əngəl açmaq – çətin vəziyyətə salmaq, cəncəl açmaq. [Əsgər:] Biçarə Gülçöhrənin başına əngəllər açdım. Ü.Hacıbəyov. [Səlim bəy:] Ah, Mahmud bəy, qoyma, qoyma qaçsınlar; Qaçıb başımıza əngəl açsınlar. S.Rüstəm. 2. dan. Azar, xəstəlik, yaxud nöqsan, çatışmazlıq mənasında. Malda əngəl var. – Xanım, sizdən təvəqqe eləyirəm, oğlunuzun sözünə çox da qulaq asmayasınız, çünki onun əqlində bir az əngəl var. N.Vəzirov.

    Azərbaycan dilinin izahlı lüğəti / əngəl

əngəl sözünün sinonimləri (yaxın mənalı sözlər)

əngəl sözünün rus dilinə tərcüməsi

  • 1 1. помеха, затор, заминка, загвоздка; 2. препятствие, камень преткновения;

    Azərbaycanca-rusca lüğət / əngəl
  • 2 сущ. 1. помеха, препятствие 2. устар. недуг, болезнь 3. разг. недостаток, несовершенство, изъян ◊ əngəl olmaq служить помехой; əngələ düşmək попадать, попасть в затруднительное положение, в неприятную историю; əngələ salmaq kimi впутывать, впутать, замешать кого во что-л. неприятное; əngəl törətmək чинить, учинить препятствия; başına əngəl açmaq kimin ставить, поставить в затруднительное положение кого

    Azərbaycanca-rusca lüğət / əngəl

əngəl sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (maneə) hindrance, hitch, obstacle; 2. (çətinlik) impediment, scrape, rub; encumbrance; ~ olmaq / törətmək: 1) (mane olmaq) to hinder (d.), to stand* in the way (of); 2) (çətinlik törətmək) to impede (d.); to encumber (d.); başına ~ açmaq to pull into trouble (d.); ~ə düşmək to get* into a scrape; to get* into a mess; to be* in a pretty pickle idiom. ◊ ~ə salmaq to involve (d.) in a scrape; ~i çıxmaq to give* rise to a scandal, to cause a scandal; Bunun sonra əngəli çıxa bilər Afterwards it may cause / give rise to a scandal; 3. (qüsur) defect, shortcoming; something wrong; Onun çox əngəli var It has many defects; It suffers from many shortcomings; Mühərrikdə bir əhgəl var Something is wrong with the engine

    Azərbaycanca-ingiliscə lüğət / əngəl

əngəl sözünün fransız dilinə tərcüməsi

əngəl sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. энгел (1. манийвал, четинвал; əngəl çıxarmaq (törətmək) энгел акъудун, энгелвал авун, четинарун, маний хьун, гежарун; əngəl çıxmaq энгел акъатун а) манийвал арадал атун; б) женжел акъатун; əngəl olmaq энгел хьун, са кар кьилиз акъатуниз манийвал авун; əngələ düşmək энгелда гьатун, кӀеве гьатун, кӀеве акӀун, четинвиле гьатун; кьилел пис (хушуниз текъвер) са кар атун; əngələ salmaq энгелда ттун, кӀеве ттун, кӀеве акӀурун; кьилел пис (хушуниз текъвер) са кар гъун; başına əngəl açmaq кьилел женжел акъудун, кӀеве акӀурун, кӀеве ттун, четин везиятда ттун; 2. рах. азар, хестевал ва я нукьсан, рехне, кимивал манада; malda əngəl var малдик энгел ква).

    Azərbaycanca-ləzgicə lüğəti / əngəl

əngəl sözünün türk dilinə tərcüməsi

"əngəl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əngəl nədir? #əngəl sözünün mənası #əngəl nə deməkdir? #əngəl sözünün izahı #əngəl sözünün yazılışı #əngəl necə yazılır? #əngəl sözünün düzgün yazılışı #əngəl leksik mənası #əngəl sözünün sinonimi #əngəl sözünün yaxın mənalı sözlər #əngəl sözünün əks mənası #əngəl sözünün etimologiyası #əngəl sözünün orfoqrafiyası #əngəl rusca #əngəl inglisça #əngəl fransızca #əngəl sözünün istifadəsi #sözlük