Əngin sözü azərbaycan dilində

Əngin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Əngin • 56.6038%
  • əngin • 43.3962%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əngin Altan Düzyatan
Engin Altan Düzyatan (26 iyul 1979, İzmir, Türkiyə) — Türk aktyor və aparıcı. Engin Altan Düzyatan, 1979-cu il 26 iyul tarixində Türkiyə Cümhuriyyətinin İzmir ilinin Qarşıyaxa ilçəsində anadan olmuşdur. 1996-cı ildə "9 sentyabr" Universitetinin Teatr fakültəsinə daxil olmuşdur. 2001-ci ildə bu universitetdən məzun olaraq İstanbula gəlmiş və DOT Teatrı və Kenter Teatrında çalışmış, bundan başqa Diyarbəkr Dövlət Teatrında işləmişdir. Engin Altan Düzyatan, Yeditəpə İstanbul, Koçum Mənim, Bir bulud olsam, Qapalıçarşı, Son, Yol Ayrımı və Cinayət kimi televiziya seriallarında və Romantik Komedi 1, Romantik Komedi 2, Bir ovuc dəniz, Nyu-Yorkda 5 minarə, Anadolu Qartalları, Bu işdə bir yalnızlıq var kimi layihələrdə iştirak etdi. Eyni zamanda "Bir Milyon Canlı Para" müsabiqəsinin aparıcısı oldu. Hal-hazırda TRT 1-də yayımlanan Diriliş Ərtoğrul teleserialında Ərtoğrul Qazi rolunu canlandırır. 2014-cü ildə Nəslişah Alkoçlar ilə evləndi və bu evlilikdən Əmir Aras adlı bir uşağı dünyaya gəldi.
Tikanlı ənginar
Əkilən ənginar
Ənginar
Ənginar (lat. Cynara) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda ənginarın iki növü əkilir. Bunların biri əkin ənginarı, digəri isə İspaniya ənginarı adlanır. Hər iki növ çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin ənginarı Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. Əkin ənginarı ilə yanaşı Azərbaycanda İspaniya ənginarı (Cynara cardunculus) da becərilir.
İspaniya ənginarı
İspaniya ənginarı (lat. Cynara cardunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ənginar cinsinə aid bitki növü. Çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Carduus cardunculus (L.) Baill. Cynara scolymus subsp. cardunculus (L.) Bonnier & Layens Cynara cardunculus subsp. cardunculus Cynara cardunculus subsp. flavescens Wiklund Cynara cardunculus subsp.

əngin sözünün leksik mənası və izahı

  • 1 sif. şair. 1. Geniş, vüsətli, açıq, ucu-bucağı olmayan. Əngin səma. Əngin üfüqlər. – Bizimdir bu əngin, atlaz ovalar; Qoynunda qartal bəsləyən qayalar. A.Şaiq. Mənimsə qəlbimə doğur bir səhər; Açılır qarşımda əngin üfüqlər. S.Vurğun. …Bu səadət səhəri o qədər əngin və işıqlıdır ki, başlanan günəşli gündüzün əbədiliyinə şübhə etmirsən. Mir Cəlal. 2. bax ənginlik. Xəyalımın qanadında ənginlərə yol açdım; Gəzdim döyüş meydanını, səhraları dolaşdım. R.Rza. Dalıram, daldıqca boş ənginlərə; Rənglərə boyanan xoş ənginlərə. N.Rəfibəyli.

    Azərbaycan dilinin izahlı lüğəti / əngin
  • 2 geniş, ucu-bucağı olmayan açıqlıq.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / əngin

əngin sözünün etimologiyası

  • 1 Kökü geniş (dərin) mənasını verən enmək feilidir (indi işlədilmir). Qaqauz dilində yenqin kimi işlədilir. Görünür, en sözü ad-feil omonimi olub, sözün -gin şəkilçisi qəbul etməsi onun feil olduğunu tam sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / əngin

əngin sözünün sinonimləri (yaxın mənalı sözlər)

əngin sözünün rus dilinə tərcüməsi

  • 1 прил. устар. необъятный, беспредельный, неохватный, безбрежный. Əngin üfüqlər безбрежные горизонты, əngin səma необъятное небо

    Azərbaycanca-rusca lüğət / əngin

əngin sözünün inglis dilinə tərcüməsi

əngin sözünün fransız dilinə tərcüməsi

əngin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. шаир. 1. гегьенш, генг, фирягь, ачух, и кьил-а кьил авачир (мес. цав); 2. кил. ənginlik.

    Azərbaycanca-ləzgicə lüğəti / əngin

əngin sözünün türk dilinə tərcüməsi

"əngin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əngin nədir? #əngin sözünün mənası #əngin nə deməkdir? #əngin sözünün izahı #əngin sözünün yazılışı #əngin necə yazılır? #əngin sözünün düzgün yazılışı #əngin leksik mənası #əngin sözünün sinonimi #əngin sözünün yaxın mənalı sözlər #əngin sözünün əks mənası #əngin sözünün etimologiyası #əngin sözünün orfoqrafiyası #əngin rusca #əngin inglisça #əngin fransızca #əngin sözünün istifadəsi #sözlük