əngi sözü azərbaycan dilində

əngi

Yazılış

  • əngi • 88.8889%
  • Əngi • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tikanlı ənginar
Yuxarı Əngilan
Yuxarı Əngilan — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Yuxarı Əngilan kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Qasımkənd kənd Sovetinin tərkibinə verilmişdir.
Əkilən ənginar
Əngilan
Əngilan — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Əngilan kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Tıxlı kənd Sovetinin tərkibinə verilmişdir.
Əngilan (dəqiqləşdirmə)
Əngilan — Azərbaycanın Xızı rayonunda kənd. Yuxarı Əngilan — Azərbaycanın Xızı rayonunda kənd.
Əngin Altan Düzyatan
Engin Altan Düzyatan (26 iyul 1979, İzmir, Türkiyə) — Türk aktyor və aparıcı. Engin Altan Düzyatan, 1979-cu il 26 iyul tarixində Türkiyə Cümhuriyyətinin İzmir ilinin Qarşıyaxa ilçəsində anadan olmuşdur. 1996-cı ildə "9 sentyabr" Universitetinin Teatr fakültəsinə daxil olmuşdur. 2001-ci ildə bu universitetdən məzun olaraq İstanbula gəlmiş və DOT Teatrı və Kenter Teatrında çalışmış, bundan başqa Diyarbəkr Dövlət Teatrında işləmişdir. Engin Altan Düzyatan, Yeditəpə İstanbul, Koçum Mənim, Bir bulud olsam, Qapalıçarşı, Son, Yol Ayrımı və Cinayət kimi televiziya seriallarında və Romantik Komedi 1, Romantik Komedi 2, Bir ovuc dəniz, Nyu-Yorkda 5 minarə, Anadolu Qartalları, Bu işdə bir yalnızlıq var kimi layihələrdə iştirak etdi. Eyni zamanda "Bir Milyon Canlı Para" müsabiqəsinin aparıcısı oldu. Hal-hazırda TRT 1-də yayımlanan Diriliş Ərtoğrul teleserialında Ərtoğrul Qazi rolunu canlandırır. 2014-cü ildə Nəslişah Alkoçlar ilə evləndi və bu evlilikdən Əmir Aras adlı bir uşağı dünyaya gəldi.
Ənginar
Ənginar (lat. Cynara) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda ənginarın iki növü əkilir. Bunların biri əkin ənginarı, digəri isə İspaniya ənginarı adlanır. Hər iki növ çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin ənginarı Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. Əkin ənginarı ilə yanaşı Azərbaycanda İspaniya ənginarı (Cynara cardunculus) da becərilir.
Əngirəvan
Əngirəvan — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinə daxildir. Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 13 km cənub-şərqdə, Maşaver çayının sağ sahilində yerləşir. Borçalı bölgəsində "Əngirəvan-Səməkürə" yaşayış məntəqəsi adına XVI əsrə aid məxəzlərdə rast gəlinmişdir. Kənddə 1870-ci ildə 7 ailədə 48 nəfər, 1926-cı ildə 21 ailədə 133 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 162 nəfər (86 nəfəri kişilər, 76 nəfəri qadınlar) əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 167 nəfər əhali yaşayır.
Əngixaran
Əngəxaran — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Dzerjinovka kənd Sovetinin Əngəxaran kəndi Şamaxı şəhər Sovetinin tərkibinə verilmişdir. Kəndin əhalisi indiki əraziyə təqribən 300-400 il əvvəl Şamaxının 50 km. şimal-qərbindəki eyniadlı kənddən köçüb gəlmişdir. Yaşlı təbəqə arasında keçmış Əngəxaran kəndinin ərazisi Binə-Əngəxaran adı ilə də tanınırdı. Zarat Xeybəri kəndindən şimal-qərbində, Yeddi qardaş platosundadır. Kəndin adını tat dilindəki əng (arı) sözündən və -an şəkilçisindən ibarət "arı saxlanılan yer" mənasında yozurlar. Kəndin ərazisində eyniadlı dağ və mineral bulaqlar var. Əngəxaran kəndinin ərazisində orta əsrlərə aid yaşayış yeri və qəbiristanlıq mövcuddur. Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.
Əngiz
Əngiz - Vedi nahiyəsi kənd. Böyük Qarabağ kəndinin yaxınlığında yerləşirdi. Kəndin adı 1590 və 1727 adı keçir «İrəvan əyalətinin icmal dəftəri»ndə, qeyd edilmişdir.
Əngiz (Sərab)
Əngiz (fars. انگيز‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 195 nəfər yaşayır (40 ailə).
İspaniya ənginarı
İspaniya ənginarı (lat. Cynara cardunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ənginar cinsinə aid bitki növü. Çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Carduus cardunculus (L.) Baill. Cynara scolymus subsp. cardunculus (L.) Bonnier & Layens Cynara cardunculus subsp. cardunculus Cynara cardunculus subsp. flavescens Wiklund Cynara cardunculus subsp.

əngi sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Salyan) bax əngən. – Əngi adam çox danışar, yorulmaz; – Fatma əngi adamdu

Azərbaycan dilinin dialektoloji lüğəti.

"əngi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əngi nədir? #əngi sözünün mənası #əngi nə deməkdir? #əngi sözünün izahı #əngi sözünün yazılışı #əngi necə yazılır? #əngi sözünün düzgün yazılışı #əngi leksik mənası #əngi sözünün sinonimi #əngi sözünün yaxın mənalı sözlər #əngi sözünün əks mənası #əngi sözünün etimologiyası #əngi sözünün orfoqrafiyası #əngi rusca #əngi inglisça #əngi fransızca #əngi sözünün istifadəsi #sözlük