Nəqi Zakirov
Nəqi Zakirov (tam adı: Nəqi Sirazetdin oğlu Zakirov, tatar. Нәкый Сираҗетдин улы Закиров, rus. Наки Сиразиевич Закиров; təxəllüsü: Nəqi İsənbət, tatar. Nəqi İsənbət/Нәкый Исәнбәт, rus. Наки́ Исанбе́т; 29 dekabr 1899, Maloyaz[d], Zlatoust qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 12 sentyabr 1992, Kazan, Tatarıstan, Rusiya) — Tatarıstan yazıçısı, şairi, dramaturqu, romançısı, alimi, filoloqu, dilşünası, folklorçusu, tatar dilindəki lüğətlərin kompilyatoru.
== Həyatı ==
Nəqi Sirazetdin oğlu Zakirov 29 dekabr 1899-cu ildə indiki Rusiyanın Başqırdıstan Respublikasının Salavat rayonunun Malayaz kəndində bir molla ailəsində anadan olmuşdur. O, ibtidai təhsili yerli mədrəsələrdən birində almış, daha sonra isə Ufa şəhərindəki «Həsəniyyə» mədrəsədində təhsil almağa başlamışdır.
15 yaşında ikən Kazan şəhərindəki «Məhəmmədiyyə» mədrəsədində təhsil almağa başlamışdır. Bu dövrdə o, jurnallarda əsərlərini nəşr etməyə başlamışdır. Eyni zamanda dilşünaslığa maraq göstərən Nəqi İsənbət Tatarıstan folkloru ilə də maraqlanmağa başlamışdı.