Nəbi sözü azərbaycan dilində

Nəbi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Nəbi • 98.1790%
  • nəbi • 1.2398%
  • NƏBİ • 0.5812%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nəbi
Peyğəmbər — İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhylərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs. Qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır. “Peyğəmbər” sözü fars dilindən çevrilmişdir. Peyam xəbər, peyğəmbər “elçi” deməkdir. Peyğəmbər ərəbcə rəsul sözünün qarşılığıdır. Ərəbcə “Rəsul” (رسول) oxşar məna daşır .“Nəbi” (نبي) sözü də “nəbə” kökündən törəmiş, xəbər verən, “elçi” mənasını verən sözdür. Ərəbcə Nebi sözünün mənşəyinin Nabuya əsaslandığı güman edilir. Bundan əlavə yalvaç sözü peyğəmbər deməkdir.
Məscidül-Nəbi
24°28′08″ şm. e. 39°36′41″ ş. u. Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi (ərəb. المسجد النبوي‎) — Mədinədə məscid. Dünyanın ən böyük məscidlərindən biri. İslamda Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur. Məscidi-Nəbəvi Hicrətdən sonra Mədinədə Məhəmməd ibn Abdullah ilə əshabı tərəfindən inşa edilən, Məhəmmədin qəbrini ehtiva edən məsciddir. Məscid günümüzdə ətrafını əhatə edən mərmər örtülmüş avlusu daxil olmaqla 400.000 m² ümumi sahəyə malikdir.
Nəbi Babayev
Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) (10 dekabr 1924, Xırdalan, Bakı qəzası – 15 yanvar 2007, Bakı) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı. Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882–1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
Nəbi Hüseynov
Nəbi Hacıbala oğlu Hüseynov, (9 iyul 1992; Birinci Şıxlı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ — 9 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Nəbi 1992-ci il iyulun 8-də Qazaxın Birinci Şıxlı kəndində anadan olub. Uşaqlığı elə, həmin kənddə keçib. Yaxınları deyir ki, çox mehriban, hər bir şəraitə tez uyğunlaşan uşaq olub. 8-ci sinifdə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunur. Liseyi bitirdikdən sonra isə H.Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilini davam etdirir. Hərbi təhsilini bitirdikdən sonra orduda xidmətə başlayır. Nəbi Hüseynov, "Aprel döyüşləri" zamanı Qusarda "N" saylı hərbi hissədə topçu komandiri idi və döyüşlərə də elə, topçu kimi qatılır. Döyüşlərdə ərazi bütövlüyümüzün təmin olunmasında yaxından iştirak edir.Döyüşlərdən sonra Xüsusi Təyinatlı Qüvvələrə qatılmaq üçün kurslarda iştirak edir və yüksək dəqiqliklə bitirərərək, kəşfiyyatçı kimi xidmətə başlayır. Daha sonra isə baş kəşfiyyatçı olur.
Nəbi Həsənoğlu
Məhərrəmov Nəbi Həsən оğlu (1934, Daşkənd, Basarkeçər rayonu – 13 avqust 1979, Yeni Daşkənd, Bərdə rayonu) — dastançı-şair. Nəbi Həsənоğlu 1934-cü ildə Qərbi Azərbaycanın qədim Göyçə mahalının Daşkənd kəndində məşhur еl şairi Həsən Xəyallının оcağında anadan оlmuşdur. İlkin yaşlarından atası Həsəndən dərin ruhani təhsili almış, ərəb və fars dillərində nəinki yazıb охumaq, hətta danışıq dillərini də öyrənmişdir. Nəbi sözün həqiqi mənasında qarеyi-quran оlmuşdur. 1941-ci ildə Daşkənd kənd оrta məktəbində təhsil almağa başlayan Nəbi 1951-ci ildə Daşkənd kənd оrta məktəbini bitirmişdir. Hələ məktəbli оlarkən 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsi zamanı atası Həsənin müharibəyə gеtməsi ilə əlaqədar ailənin çətinliyi böyük оğul kimi оnun üzərinə düşmüşdür. 1953-cü ildə Göyçə mahalından dеpоrtasiya оlunduqdan sоnra Bərdə rayоnunun Yеni Daşkənd kəndində məskunlaşmışdır. Nəbi mükəmməl ruhani təhsili alsa da hеç vaхt ruhanilik, mоllalıq еtməmişdir. Uzun illər bənnalıq sənətində işləmişdir. Nəbi Həsənоğlu əsasən dastanlar müəllifi kimi tanınmışdır.
Malik ibn Nəbi
Malik ibn Nəbi (ərəb. مالك بن نبي‎; 1905[…], Qüsəntinə, Qüsəntinə vilayəti[d] – 31 oktyabr 1973, Əlcəzair) — Əlcəzair yazıçısı və filosofu. == Həyatı == Malik ibn Nəbi Əlcəzairdə dünyaya gəlmişdir. Orta təhsilini öz ölkəsində müvəffəqiyyətlə bitirmiş, həmin yaşlarında islami tədqiqatlara başlamışdır. 1930-cu ildə Parisə getmiş və oradakı Ali Texnika Məktəbinə girmişdir. Bu məktəbi mühəndis olaraq bitirdikdən sonra müstəmləkəçilərin köləsi kimi bir mühəndislik vəzifəsini icra etməkdənsə, kasıb və cahil qalmış qardaşları, məmləkətinin sadə adamları ilə çiyin-çiyinə sərbəst işləməyi seçmişdir. Marselə köçmüş, əlcəzairli həmyerlilərinin yanına gedərək onlarla birlikdə ağır şərtlər altında işləmiş və bir tərəfdən də onlara islami həqiqətləri çatdırmağa çalışmışdır. Gündüzləri iş zamanı müsəlman qardaşlarını maarifləndirməyə çalışan Malik bin Nəbi gecələrini və boş vaxtlarını islam və islam xalqları haqqında düşünmək və tədqiqat aparmaqla keçirirdi. 1940-cı ilin sonlarına doğru Marseldəki mühacir əlcəzairlilərin təhsil almaları üçün bir təhsil mərkəzi açmağa müvəffəq oldu. Burada gecə-gündüz işləyərək bir çox din qardaşının islami biliklərini inkişaf etdirdi, onları müstəmləkə həyatından xilas olmanın tək yolunun, islami prinsiplərə qayıtmaq və dini haqqı ilə tətbiq etmək olduğu xüsusunda tamamən razı salmağa müvəffəq oldu.
Mirzə Nəbi Qayıbzadə
Mirzə Nəbi Qayıbzadə (1810-1869) şair Mirzə Nəbi əfənd Qazax distansiyasının Salahlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Mirzə Nəbi Qayıbzadə XIX əsrin əvvəllərində yaşamış Azərbaycan şairlərdn biri. Abbas ağa Nazir in atasıdır. "Bəyani-hal" poeması Onun yazdığı şerdən ancaq Şair İskəndər ağaya müraciətən inşad qıldığı "Vəsfi-yaran"ı və "Dərdi-pünhan"ı və "Əhvali-dövran"ı bəyan etmək xüsusunda yazdığı əsərdir.
Ayişə Nəbi
Ayişə Nəbi (21 mart 1967, Haqqıxlı, İcevan rayonu) — araşdırmaçı yazar-şair, jurnalist, tərcüməçi, ilahiyyatçı. == Həyatı == Ayişə Məhəmməd qızı Nəbi martın 21-də 1967-ci ildə Qərbi Azərbaycanın Karvansara (İcevan) rayonunun Haqqıxlı (S.Vurğun) kəndində ziyalı ailəsində doğulub. Həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurub həmin il Az.Neft-Kimya institutuna daxil olub 1990-cı ildə mühəndis-elektrik ixtisası üzrə məzun oldu. Bir il Az.Sənaye Layihə institutunda gənc mütəxəssis kimi işlərkən “Gənclik” jurnalına dəvət aldı və bir il də orada işlədi. Sonra “Fəryad” və s.qəzetlərdə işlədi. Bu müddət ərzində bədii-publisistik yazılarla dövri mətbuatda müntəzəm çıxış etdi. İlk şeiri “Sovet Ermənistanı” qəzetində çap olundu. Sonra İstanbulda dini təhsil aldıqdan sonra vətənə qayıdaraq yenidən şeir, hekayə, məqalə, araşdırma, tərcümələr edərək ölkə qəzet və dərgilərində çap etdirdi. Türk və dünya ədəbiyyatından bir çox örnəyi dilimizə çevirərək Azərbaycan oxucusuna tanıtmış, eləcə də 20-də çox yerli müəllifin şeir, hekayə, povest, monoqrafiya, elmi əsər və romanlarını Türkiyə türkcəsinə, Edqar A.Po, Edqar Li Masters, Emili Dikinson kimi tanınmışların əsərlərini isə rus dilindən dilimizə çevirmişdir. Yaradıcılığa şeirlə başlayan Ayişə Nəbi “Sükut” (1997, Ağrıdağ), “Laməkan” (2008, Nurlan), “Qaf dağı Anka” (2011, Nurlan) “Qutlu vadiyə vardım” şeirlər, “Ərəb olmaq istəmirəm” (2014) məqalələr, “Yalınayaq şeirlər” tərcümə, “Eşq gözəlləməsi”(uzun hekayə) kitablarının, biri çox araşdırma və publisist məqalələrin müəllifidir.
Nəbi Məmmədov
Nəbi Məmmədov (tələbə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına və xalq maarifi nazirinə müraciətinə əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Nəbi Məmmədov (döyüşçü) — Azərbaycanlı MMA və Sambo idmançısı.
Nəbi Nəbiyev
Nəbi Nəbiyev Əliabbas oğlu (1925, Karrar, Göyçay qəzası) — coğrafiya üzrə fəlsəfə doktoru, iqtisad elmləri doktoru, professor, akademik. N. Ə. Nəbiyev 1925-ci ildə Azərbaycanın Kürdəmir rayonunun Karlar kəndində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi bitirib. Böyük Vətən müharibəsində 2 orden və 15 medalla təltif edilmişdir. 1947-ci ildə keçmiş V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdu. 4 övladı var. 2011-ci il fevral ayının 25-də Bakıda rəhmətə getmişdir. 1951-ci ildən Azərbaycan EA Coğrafiya institutunda elmi katib, kiçik elmi işçi işləyib. 1957-ci ildə Akademiyanın İqtisadiyyat İnstitutuna keçirilmişdir. Orada aparıcı elmi işçi vəzifəsində işləyib.
Nəbi Tamayev
Nəbi Koroğlu oğlu Tamayev (1887, Sust, Naxçıvan qəzası – 2 iyun 1957, Sust) — çoban, Sosialist Əməyi Qəhrəmanı (1948). Nəbi Tamayev 1887-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə "26 Bakı komissarı" kolxozunda başlamış, bu kolxozda çoban işləmişdir. 1947-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 avqust 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Nəbi Tamayev 2 iyun 1957-ci ildə Babək rayonunda vəfat etmişdir.
Nəbi Tamoyev
Nəbi Koroğlu oğlu Tamayev (1887, Sust, Naxçıvan qəzası – 2 iyun 1957, Sust) — çoban, Sosialist Əməyi Qəhrəmanı (1948). Nəbi Tamayev 1887-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə "26 Bakı komissarı" kolxozunda başlamış, bu kolxozda çoban işləmişdir. 1947-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 avqust 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Nəbi Tamayev 2 iyun 1957-ci ildə Babək rayonunda vəfat etmişdir.
Nəbi Xəzri
Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) (10 dekabr 1924, Xırdalan, Bakı qəzası – 15 yanvar 2007, Bakı) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı. Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882–1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
Nəbi Yaqubov
Nəbi Ibrahim oğlu Yaqubov — Tanınmış Azərbaycan alimi, texnika elmləri doktoru, professor. Neft və Kimya İnstitutunun (indiki ADNSU) “Nəzəri mexanika” kafedrasının müdiri (1970-1990-cı illər); "Qazax Xeyriyyə Cəmiyyəti"nin yaradıcılarından biri (1991) Nəbi Yaqubov 1936-cı ildə Qazaxda, Qaymaqlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-Riyaziyyat fakültəsinə qəbul olur. Məzun olduqdan sonra aspiranturaya daxil olur. Görkəmli Azərbaycan alimi Akademik Azan Mirzəcanzadənin rəhbərliyi altında əvvəlcə namizəzdlik, sonra isə doktorluq dissertasiyası müdafiə edir. Ömrünun sonuna qədər Neft və Kimya İnstitutunun (indiki ADNSU) “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışıb. Professor N.Yaqubov, tanınmış alim və pedaqoq olmaqla yanaşı, həm də Azərbaycan və Türk tarixinin, ədəbiyyatının mahir bilicisi idi. 1991-ci ildə "Qazax Xeyriyyə Cəmiyyəti"-nin yaradıcılarından biri olub. İbrahim Nəbioğlunun atasıdır.
Nəbi Zeynalov
Nəbi kəndi
Nəbi kəndi (Takab)
Nəbi qalası
Culfa rayonunun Gal kəndindən şimal-şərqdə, İlandağın şimal yamacında, sıldırım qayalarla əhatə olunmuş orta əsrlərə aid İlandağ yaşayış yerinin əhalisi arasında yayılmış adı "Nəbi qalası"dır. Bu abidədə 1991–ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Qalanın ətrafı möhrədən tikilmiş divarlarla əhatə edilmişdir. Mədəni təbəqənin qalınlığı 0,5 m – dən 1 m - ə çatır. Yerüstü materiallar əsasən gil qab qırıqlarından (çəhrayı rəngli küpə, kasa tipli qablar) ibarətdir. İlandağ yaşayış yerinin XI – XVIII əsrlərə aid olması güman edilir. Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə bu ərazinin orta əsr mənbələrində, o cümlədən Həmdullah Qəzvininin xatırladığı dörd Naxçıvan qalasından biri olan Tağmar qalası olması fikrini irəli sürmüşdür.
Qaçaq Nəbi
Qaçaq Nəbi (1854, Aşağı Mollu, Qubadlı rayonu – 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı. Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür, digərlərinə görə isə türkdür. 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir. Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır. Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir. Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir.
Şair Nəbi
Nəbi Kərim oğlu Nəcəfov (1898, Kəlbəcər rayonu – 1969) — şair. Nəbi Kərim oğlu Nəcəfov 1898-ci ildə Kəlbəcər rayonunun Milli kəndində anadan olmuşdur. O çox kasıb həyat keçirmişdir. Atası Kərimlə birlikdə 1924-cü ilə kimi rəncbərlik etmiş, böyük bir ailəni çətinliklə dolandırmışdır. O həm də ən kamil sazbənddir. 1924-cü ildən 1930-cu ilə kimi kənd soveti katibi olmuşdur. 1930-cu ildən sonra rayonda müxtəlif vəzifələrdə işləmişdir. Şair Nəbi 1969-cu ildə vəfat etmişdir.
Nəbi Muxtarov
Nəbi Muxtarov (1948) — Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Nəbi Muxtarov 1948-ci ildə doğulub. 1966-cı ildə Martuni rayonundakı beynəlmiləl orta məktəbi bitirib. Həmin il Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub, institutu bitirdikdən sonra müəllim kimi fəaliyyətinə başlayıb. 1968-ci ildə Füzuli rayon komsomol komitəsində məktəbli gənclər şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1969-cu ildə Füzuli rayon komsomol komitəsinin ikinci katibi, 1971-ci ildə isə birinci katibi vəzifəsində çalışıb. Rayon partiya komitəsinin büro üzvü seçilən Nəbi Muxtarov 1974–1975-ci illərdə hərbi xidmətdə olur. Hərbidən qayıtdıqdan sonra, 1976-cı ildə rayon həmkarlar ittifaqları şurasının sədri, 1977-ci ildə Füzuli rayon ХDS İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində çalışıb. О, 1978-ci ilin sentyabr ayında Bakı Ali Partiya Məktəbinə təhsil almağa göndərilib. Elə həmin vaxtlar о, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini də bitirib.
Xıdır Nəbi
Xızır Nəbi bayramı və Xıdırəlləz — Xızır və İlyas peyğəmbərin dünyada görüşdüyü günü qeyd edən xalq bayramı. Bayram Türkiyə, Krım, Qaqauziya, Suriya, İraq, Qafqaz və Balkan regionunda qeyd edilir. Qeyd edilən bir çox regionlarda bayram 5-6 may tarixlərindən keçirilsə də Azərbaycan mühitində bu bayram fevral ayında keçirilir. == Tarixi == Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur. Bu bayram demək olar ki, bütün türk xalqlarında keçirilir. Daha çox Xıdırelləz, Hıdırelləz bayramı adı ilə tanınır. Hıdırelləz böyük çoxluqla Anadolu və Balkan türkləri arasında qeyd edilməkdədir.
Xızır Nəbi
Xızır Nəbi bayramı və Xıdırəlləz — Xızır və İlyas peyğəmbərin dünyada görüşdüyü günü qeyd edən xalq bayramı. Bayram Türkiyə, Krım, Qaqauziya, Suriya, İraq, Qafqaz və Balkan regionunda qeyd edilir. Qeyd edilən bir çox regionlarda bayram 5-6 may tarixlərindən keçirilsə də Azərbaycan mühitində bu bayram fevral ayında keçirilir. == Tarixi == Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur. Bu bayram demək olar ki, bütün türk xalqlarında keçirilir. Daha çox Xıdırelləz, Hıdırelləz bayramı adı ilə tanınır. Hıdırelləz böyük çoxluqla Anadolu və Balkan türkləri arasında qeyd edilməkdədir.
Nəbi Məmmədov ( tələbə)
[mənbə göstərin] Nəbi Məmmədov (18 noyabr 1900) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına və xalq maarifi nazirinə müraciətinə əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 1919-cu ildə Kiyev Dövlət Kommersiya İnstitutunun tələbəsi olmuş, maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmış və bütün sənədləri Kiyevdə qalmışdır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini bitirmək üçün yenidən Kiyevə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Nəbi Məmmədov (cüdoçu)
Nəbi Məmmədov (7 avqust) 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo çempionatının bürünc medalçısıdır. Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib.Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb.2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub. MMA üzrə 4 dəfə Azərbaycan çempionu; 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi; 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısıdır "Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır.
Nəbi Məmmədov (döyüşçü)
Nəbi Məmmədov (7 avqust) 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo çempionatının bürünc medalçısıdır. Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib.Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb.2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub. MMA üzrə 4 dəfə Azərbaycan çempionu; 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi; 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısıdır "Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır.
Elmar Nəbiyev
Elçin Nəbiyev
Elçin Nəbiyev (10 dekabr 1967, Xalatala, Balakən rayonu – 30 noyabr 2021, Xızı rayonu) — Azərbaycanlı hərbçi-şturman, polkovnik. Azərbaycan Hərbi Hava Qüvvələrinin baş şturmanı, A. R. Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ & HHMQ) qərargah rəisi vəzifəsinin icraçısı, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində rəis, Birinci Qarabağ müharibəsinin iştirakçısı. İlk və yeganə azərbaycanlı olaraq Sovet vaxtı MiQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib. Elçin Nəbiyev sonra könüllü olaraq Azərbaycan Ordusuna dönərək Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Vətən müharibəsində də, onun təcrübəsindən istifadə olunub. Hətta birinci müharibədə Nəbiyevin olduğu qırıcı ermənilər tərəfindən vurulub. Vurulmuş vəziyyətdə həmin təyyarəni aeroporta endirib. Müharibə zamanı ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük İkinci Qarabağ Müharibəsində uğurlu əməliyyatların tərtibində müəlliflərdən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhrəmanlarından biridir.
Fatmaxanım Nəbiyeva
Nəbiyeva Fatmaxanım Xalid qızı (2 may 1958, Yuxarı Ləki, Ağdaş rayonu) - AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikasi şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent == Həyatı == 1958-ci ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuşdur. 1975-ci ildə orta məktəbi, 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya-coğrafiya fakultəsini qırmızı diplomla bitirmişdir. == Elmi yaradıcılığı == 1979-cu ildə ADPİ-nun coğrafiya-biologiya fakultəsini qırmızı diplomla bitirmiş, 1979-1985-ci illərdə orta məktəbdə coğrafiya-biologiya müəllimi vəzifəsində işləmişdir. 1986-cı ildə qiyabi aspiranturaya daxil olmuş, 1992-ci ildə “Türyançayın orta hövzəsində eroziyaya uğramış yamacların fitomeliorasiya yolu ilə bərkidilməsi” mövzusunda dissertasiya işini akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə müdafiə edərək, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır . 1985-ci ildən elmi institutda çalışır. Elmi stajı 32 ildir. Elmi fəaliyyəti dövründə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, elmi katib vəzifələrində çalışmışdır. 1985-2002-ci illərdə Eroziya və Suvarma Elmi-Tədqiqat İnstitutunun “Səhralaşma və torpaqların mühafizəsi” laboratoriyasında, 2002-2004-cü illərdə Botanika İnstitutunun “Geobotanika” şöbəsində, 2004-2008-ci illərdə Genetik Ehtiyatlar İnstitutunun “Bioekologiya” laboratoriyasında işləmiş və 2008-ci ildən AMEA Naxçıvan Bölməsinin “Bitki sistematikası” şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. Laboratoriya işlərində, layihələrin hazırlanmasında, ekspedisiyalarda və çöl-tədqiqat işlərində yaxından iştirak edir. Herbari materiallarının toplanmasında, öyrənilməsində, sistemə salınmasında, qorunub saxlanmasında, “Herbari Fondu”nun zənginləşdirilməsində və elmi məqsədlərlə istifadə olunması sahəsində səmərəli elmi-tədqiqat işləri aparır.
Firudin Nəbiyev
Firudin Nəbiyev (4 avqust 1960, Ermənistan SSR – 3 avqust 2020, Türkiyə) — Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri. == Həyatı == Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olmuşdur. 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1988-ci ilin avqust ayından Azərbaycan Respublikasının Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. 24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2003-cü il tarixli, 1286 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli, 1613 nömrəli Sərəncamı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir. 16 yanvar 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2627 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini –Sərhəd Qoşunlarının Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli, 2050 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 mart 2012-ci il tarixli 2078 saylı Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Fərid Nəbiyev
Fərid Nəbiyev (22 iyul 1999, Ağstafa) — azərbaycanlı futbolçu, Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubunun hücumçusu. == Klub karyerası == === Qəbələ === Nəbiyev "Qəbələ" akademiyası vasitəsilə inkişaf etmişdir. Nəbiyev əsas komanda ilə debütünü 21 dekabr 2016-cı ildə etmişdir. O, 90-cı dəqiqədə "AZAL" klubu ilə qarşılaşmada Teo Uiksi əvəz etmişdir. Həmin görüşdə Qəbələ Azərbaycan Kuboku görüşündə AZAL-a 2-0 hesabı ilə qalib gəlmişdir. === Slaviya Praqa === Nəbiyev 2017-ci ilin avqust ayında Çexiya Gənclər Liqası təmsilçilərindən olan "Slaviya Praqa" klubunun 21 yaşadək futbolçulardan ibarət komandası ilə 3 illik bir müqavilə imzalamışdır. O, 4 sentyabr 2017-ci ildə "Prşibram" klubunun 21 yaşadək futbolçulardan ibarət komandası ilə keçirilən qarşılaşmada debüt etmişdir. Matç 1:2 hesabla "Slaviya Praqa" komandasının məğlubiyyəti ilə başa çatmışdır. Start heyətində yer alan Nəbiyev 84-cü dəqiqədə əvəzlənmişdir. Nəbiyev 2018-ci ilin avqust ayında cari mövsümdə 5 oyunda çıxış etdiyinə, 4 qol vurduğuna və 3 məhsuldar ötürmə etdiyinə görə əsas komandaya dəvət almışdır.
Fərman Nəbiyev
Fərman Bəhram oğlu Nəbiyev (28 fevral 1960, Mingəçevir) — Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i (2010), "Qızıl qələm", "H.B.Zərdabi" mükafatları laureatı, "Mingəçevir işıqları" qəzetinin baş redaktoru, "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin rəhbəri. == Həyatı == Fərman Nəbiyev 28 fevral 1960-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. == Təhsili == 1977-ci ildə Mingəçevirdəki 3 saylı orta məktəbi, 1986-cı ildə ADU-nun (hazırda BDU) jurnalistika fakültəsini bitirmişdir. == Karyerası == 1980-ci ildən mətbuatda çalışır. Bir müddət korrektor işlədikdən sonra, yerli qəzetlərdə müxbir və şöbə müdiri ("Mingəçevir işıqları" və "Səda"), respublika qəzetlərinin bölgə müxbiri ("Ülfət", "Həyat") olmuşdur. 1992-1993-cü illərdə Mingəşevir İcra hakimiyyəti başçısı yanında mətbuat xidmətinin rəisi olmuşdur. 1999-cu ildə "Mingəçevir işıqları" adı ilə şəxsi qəzetini təsis edib və həmin vaxtdan qəzetin baş redaktorudur. 2009-cu ilin noyabrında ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Mingəçevir Media Mərkəzini açıb. 2004-cü ilin dekabrından "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin prezidentidir. 2010-cu ilin iyulunda İREX-lə partnyor kimi Mingəçevirdə İcma Məlumat Mərkəzini, avqust ayından isə Beynəlxalq Miqrasiya Təşkilatının maliyyə yardımı ilə İnsan alveri qurbanları üçün reabilitasita və reinteqrasiya mərkəzini yaradıb.
Gülnarə Nəbibəyova
Gülər Nəbiyeva
Gülər Nəbiyeva (tam adı: Gülər Nəbi qızı Nəbiyeva; d. 15 iyul 1970) — Azərbaycanın tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikası Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, Prezident mükafatçısı. == Həyatı == 1970-ci ildə Azərbaycan Respublikası Yevlax rayonu Yuxarı Bucaq kəndində anadan olub. Ailədə 5 uşaq olublar. Aktrisa atasının icazəsilə aktrisa peşəsinə yiyələnib. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. == Fəaliyyəti == 1992-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. Bir çox Beynəlxalq teatr və kino festivallarında iştirak etmişdir. Gülər Nəbiyeva teatrda çalışdığı illər ərzində 30-dən çox rol ifa etmiş, bədii və telefilmlərdə, televiziya tamaşalarında iştirak etmişdir. Teatr və kino sahəsindən əlavə aktrisa Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Estetika kafedrasının müəllimi çalışır.
Hüseyn bəy Nəbibəyov
Nəbibəyov Hüseyn bəy Qasım bəy oğlu (15 yanvar 1892–1931) — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyətinin zabiti, polkovnik, Sovet dönəmində hərbi hazırlıq müəllimi, 1930-cu il Şəki üsyanının rəhbərlərindən biri olmuş polkovnik Bəhram bəy Nəbibəyovun, AXC ordusunun podpolkovniki Zahid bəy Nəbibəyovun və AXC Birinci Cavanşir piyada alayının kapitanı Vahid bəy Nəbibəyovun qardaşı. == Həyatı == Hüseyn bəy Nəbibəyov 1892-ci ildə Azərbaycanın Şəki şəhərində bəy ailəsində anadan olub. Şəkidə Rus-Tatar məktəbində bir müddt oxuduqdan sonra təhsilini Kutaisi Realnı məktəbində davam etdirib. Sonra Sankt-Peterburqdakı Konstantin artilleriya məktəbini birinci dərəcəli diplomla başa vurub. Böyük qardaşı Bəhram bəy Nəbibəyovun komandiri olduğu Qafqaz iyirminci artilleriya briqadasında podporuçik kimi hərbi xidmətə başlayıb. Hüseyn bəy 1914-cü ildə poruçik, 1916-cı ildə ştabs-kapitan rütbəsinə layiq görülüb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda podpolkovnik rütbəsi ilə yüksək vəzifədə çalışıb. Bir müddət Bakı hərbi dairəsi məhkəməsinin hakimi olub. Hakim işlədiyi dövrdə Cümhuriyyətin hərbi naziri, atilleriya generalı Səməd bəy Mehmandarova sui qəsd edən dəstənin məhkəmə işini aparan Hüseyn bəy cinayətkarların layiqli cəzalandrılmasına nail olmuşdur. 1920-ci ildə polkovnik rütbəsi almışdır.
Kamilə Nəbiyeva
Kamran Nəbizadə
Kamran Nəbizadə — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü. == Həyatı == Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.[mənbə göstərin] 1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmən il Lomonosov adına Moskva Dövlət Universitenin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti "iqtisadiyyatçı", "maliyyə mütəxəssisi" ixtisası ilə bitirib. Daha sonra Türkiyənin "Garanti Bankasında" ezamiyyət keçib.[mənbə göstərin] 1993-cü ildən 1998-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb. 1998-ci ildən 2003-cü ilə qədər "LUKoil Marine İnternational" şirkətinin vitse-prezidenti olub. 2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakültəsini "Dünya iqtisadiyyatı üzrə mütəxəssisi" ixtisası ilə bitirib. 2003–2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Enerqetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb. 2006-cı ildən sahibkarlıq fəaliyyəti[hansı?] ilə məşğul olub. 2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir.
Mahmud Nəbiyev
Nəbiyev Mahmud (3.4.1893, Nuxa - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == Tiflisdəki İmperator 1-ci Aleksandr kişi gimnaziyasını bitirmiş (1914), Kiyev Universitetinin fızika-riyaziyyat şöbəsində 3 il oxumuş, lakin maddi çətinliklə əlaqədar təhsilini davam etdirə bilməmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə adı Rusiyaya göndəriləcək tələbələrin siyahısına daxil edilmişdi. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Murad Nəbibəyov
Musa Nəbioğlu
Musa Nəbioğlu (azərb. Musa Nəbi oğlu Çobanov‎; 26 dekabr 1958, Darbaz, Bolnisi rayonu) — "Əməkdar mədəniyyət işçisi" (2015), Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru. Musa Nəbioğlu 1958-ci il dekabrın 26-da Borçalı mahalında — Gürcüstan SSR-nin Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1975-ci ildə həmin kənddəki orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. İnstitutu bitirdikdən sonra Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyin təyinatı ilə Zalqa rayonundakı Tecis kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib. 1986–1997-ci illərdə pedaqoji fəaliyyətini Darvaz kəndində davam etdirib. Uzun illərdir ki, həm də jurnalistlik fəaliyyəti məşğul olur. O, pedaqoji fəaliyyətlə yanaşı Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzetlərlə müntəzəm əməkdaşlıq edib, Gürcüstan Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında çalışıb. 1997-ci ildən Bakıda yaşayıb fəaliyyət göstərən Musa Nəbioğlu bir sıra mətbuat orqanlarında çalışıb. 2003-cü ildən isə təsisçisi olduğu "Ulu körpü" qəzetinə redaktorluq edib.
Nadir Nəbiyev
Nadir Nəbiyev (d. 18 iyul 1980, Tovuz) — Azərbaycan futbolçusu. 18 iyul 1980-ci ildə Tovuzda anadan olmuşdur. Azərbaycan milli futbol komandasının heyətində 27 oyun keçirmişdir.
Namiq Nəbiyev
Nicat Nəbiyev
Nəsib Nəbioğlu
Nəsib Nəbioğlu (Tam adı: Nəsib Nəbi oğlu Verdiyev; d. 2 may 1954; Kəlbəcər rayonu, Çaykənd) — Rusiya və Azərbaycan Yazıçılar Birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi. 1954-cü il mayın 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. 1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə Baykonurda Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra 1975-1980-ci illərdə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb. 1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu əla qiymətlərlə bitirib. 1985-ci ildə İnstitututu bitirdikdən sonra SSRİ Dövlət Xarici Turizm Komitəsinin Baş İdarəsində məsul vəzifələrdə çalışıb. Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibidir. M.Axundovun, S.Vurğunun, R.Rzanın, M.İbrahimovun, N.Rəfibəylinin, M.Arazın, Məmməd Aslanın, T.Məliklinin, Aşıq Ələsgərin, Aşıq Şəmşirin eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş rus dilində məqalələrin müəllifi olan Nəsib Nəboiğlu V.Şukşinin, V.Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Yeseninin, N.Rubsovun bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib.

nəbi sözünün leksik mənası və izahı

nəbi sözünün etimologiyası

nəbi sözünün sinonimləri (yaxın mənalı sözlər)

nəbi sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. устар. пророк (по религиозным представлениям, провозвестник и истолкователь божественной воли)

    Azərbaycanca-rusca lüğət / nəbi

nəbi sözünün ləzgi dilinə tərcüməsi

"nəbi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəbi nədir? #nəbi sözünün mənası #nəbi nə deməkdir? #nəbi sözünün izahı #nəbi sözünün yazılışı #nəbi necə yazılır? #nəbi sözünün düzgün yazılışı #nəbi leksik mənası #nəbi sözünün sinonimi #nəbi sözünün yaxın mənalı sözlər #nəbi sözünün əks mənası #nəbi sözünün etimologiyası #nəbi sözünün orfoqrafiyası #nəbi rusca #nəbi inglisça #nəbi fransızca #nəbi sözünün istifadəsi #sözlük