nəfi sözü azərbaycan dilində

nəfi

Yazılış

  • nəfi • 61.1111%
  • Nəfi • 27.7778%
  • NƏFİ • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nəfi
Ən-Nəfi
Ən-Nəfi (ər. النافع) — Allahın adlarından biri.
Ömər bəy Nəfi
Nəfisə Xatun
Nəfisə Mələk Sultan (1363, Bursa – 1400, Konya) — 3-cü Osmanlı sultanı Murad Hüdavəndigarın qızı. == Həyatı == Nəfisə Sultan 1363-cü ildə Bursada dünyaya gəldi. Atası Osmanlı sultanı Murad Hüdavəndigar, anası isə onun kənizlərindən biridir. Uşaqlıq illəri Bursada keçən Nəfisə Sultan 1378-ci ilin baharında Qaramanoğlu Ələddin Əli bəylə evləndirildi. Eyni mərasimlə qardaşı Şahzadə Bəyazid də Gərmiyanoğlu Süleyman bəyin qızı Dövlətşah Xatunla nigahlandı. Siyasi məqsədlərlə baş tutan bu nigahdan 3 oğlu dünyaya gələn Nəfisə Sultan evliliyi boyunca əriylə atası Murad Hüdavəndigar və qardaşı İldırım Bəyazid arasında vasitəçi rolunu oynadı. Əri Ələddin Əli bəyin Osmanlılara qarşı Anadolu bəyliklərini ayaqlandırması nəticəsində Osmanlı ordusu dəfələrlə Konyanı mühasirəyə almış, ancaq hər dəfə Nəfisə Sultan araya girərək tərəflər arasında sülhü təmin etmişdir. Bu səfərlərdən ən önəmlisi isə 1385 tarixli Qaraman səfəridir. Nəfisə Sultanın xahişiylə Konya qalası mühasirədən azad edilmiş, Ələddin Əli bəy Murad Hüdavəndigarın əlini öpərək yenidən Osmanlı təbəəliyini qəbul etmişdir. Ancaq Murad Hüdavəndigarın vəfatından sonra Ələddin Əli bəy yenidən Osmanlı hakimiyyətinə qarşı ayaqlandı.
Səid Nəfisi
Səid Nəfisi (fars. سعید نفیسی‎, 8 iyun 1895, Tehran — 13 noyabr 1966, Tehran) — İran ədəbiyyatşünası, yazıçı, tarixçi, ictimai xadim. Tehran universitetinin profesoru (1934), İran Ədəbiyyat və Dil Akademiyasının üzvü (1935). == Həyatı == İranın müasir ictimai-siyasi tarixinə, İran, Orta Asiya, Hindistan, rus və Qərbi Avropa ədəbiyyatına dair tədqiqatların, bədii əsərlərin müəllifidir. Babək və Nizami Gəncəvi haqqında tədqiqatları var, 3 dəfə Bakıda olmuş, Ə. Firdovsinin "Şahnamə" poemasının 1000 illiyi şənliklərində (1934), M. F. Axundovun anadan olmasının 150 illik yubileyində (1962) iştirak etmişdir. "Xəzərin o tayına səfərlərim" adlı yol qeydlərində Üzeyir Hacıbəyovla görüşləri haqqında məhəbbətlə söhbət açmışdır. Bəstəkarın Firdovsiyə ithaf olunmuş kantatasını sevə-sevə dinləyən Səid Nəfisi bu əsəri çox yüksək qiymətləndirərək yazmışdır: "...Bakıya gəlməzdən əvvəl də Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adını eşitmişdim. Onun "Əsli və Kərəm", "Arşın mal alan", "Məşədi İbad" və qeyri əsərləri fars dilinə tərcümə edilmiş və İranda oynanmışdır. Onun musiqi parçaları İran gənclərinin dilinin əzbəridir. ...Cürətlə deyə bilərəm ki, Azərbaycan musiqi cəhətdən Şərqin İtaliyasıdır.
Övraqi-nəfisə (jurnal)
"Övraqi-nəfisə" ("Nəfis vərəqlər"; az.-əbcəd اوراق نفیسه‎) — aylıq milli demokratik ruhlu ədəbi-bədii, ictimai-siyasi jurnalı, Azərbaycan mətbuatı tarixində ədəbiyyat və incəsənət məsələlərinə həsr olunmuş ilk dövrü mətbuat orqanı. 1919-cu ilin mart-avqust aylarında Bakıda cəmisi 6 nömrəsi nəşr edilmişdir. == Haqqında == Naşiri Zülfüqar Hacıbəyov, redaktoru Əliabbas Müznib idi. Rəngli şəkillərini rəssam Əzim Əzimzadə çəkmişdir. Jurnalın səhifələrində Firidun bəy Köçərli, Abdulla Şaiq, Cəmo bəy Cəbrayılbəyli, Zülfüqar Hacıbəyov, Əliabbas Müznib, Əmin Abid, Məhəmməd Hadi və başqa müəlliflər iştirak edirdi. Burada ədəbiyyat, musiqi, teatr, həmçinin memarlıq abidələri haqqında məqalələr və fotoşəkillər, aktyorların həyatı və səhnə fəaliyyəti barədə yazılar dərc olunurdu. Jurnalda ədəbiyyat tarixi məqalələri aparıcı yer tuturdu. Burada Molla Pənah Vaqif, Əbdülqasım Nəbati, Mirzə Fətəili Axundov, Əli bəy Hüseynzadə, Haşım bəy Vəzirov, Məhəmməd Hadi, Rəşid bəy Əfəndiyev, Əlabbas Müznib, Xədicə Ədvi, Hacı Səlim Səyyah, Bədri Seyidzadə, Əliağa Vahid və başqalarının tərcümeyi-halı və şeirlərindən nümunələr verilirdi. Topluda Şərq musiqisi və musiqi alətlərinə dair məşhur ərəb yazıçısı Cürci Zeydanın əsəri, memarlıq abidələrindən "Tac Mahal" haqqında məqalə və Bakı abidələrinin rəsmləri dərc edilmişdi. Jurnalın birinci nömrəsi yenicə qətlə yetirilmiş Hüseyn Ərəblinskiyə həsr olunmuşdu.
İbn ən-Nəfis
İbn ən-Nəfis-Qan dövranı və ürək-damar fiziologiyasının atası hesab olunan şəxs. == Həyatı == Tam adı İbnü’n-Nəfis Əlauddin Əbul-əla Əli ibn Əbul-Hazm əl-Kureşi et-Dəməşkidir. 1210-1288-ci illər arasında yaşamışdır. Şamda dünyaya gələn İbnü’n-Nəfis, Nurəddin Mahmud Zəngi tərəfindən XII əsrdə qurulan xəstəxanada (əl-Bimaristan ən-Nuru) tibb elmini öyrəndi. İlk müəllimi Abdurrahim ibn Əli Əl-Dəhvarın yanında tibb təhsilini tamamladı və Qahirəyə yerləşdi. Nasiri xəstəxanasında vəzifə gördü və bir çox tələbə yetişdirdi. Tələbələri içində ən məşhur olanı, cərrahlıqla əlaqədar bir əsər yazan İbnü l-Kuffdur. İbnü’n-Nəfis, fəqih olaraq Qahirə Mənsuriyə mədrəsəsində dərs vermiş, ayrıca qrammatika, məntiq və fəlsəfə ilə də məşğul olmuşdur. İbnü’n-Nefis’in əsərləri arasında ən çox tanınanı "Mu’cəz" olub İbnü’s-Sinanın Qanununun bir növ xülasəsidir. Ən böyük kəşfi isə ağciyər dövranını tapmasıdır.Öz dövründə tibb elmi sahəsinin öndəri olan İbnü’n-Nəfis, daha çox insan orqanizmi üzərində təsirli olan faktorları araşdırdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 0.67
2013 ••••• 0.15

nəfi sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

faydalı, xeyirli, qazancla əlaqəli olan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"nəfi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəfi nədir? #nəfi sözünün mənası #nəfi nə deməkdir? #nəfi sözünün izahı #nəfi sözünün yazılışı #nəfi necə yazılır? #nəfi sözünün düzgün yazılışı #nəfi leksik mənası #nəfi sözünün sinonimi #nəfi sözünün yaxın mənalı sözlər #nəfi sözünün əks mənası #nəfi sözünün etimologiyası #nəfi sözünün orfoqrafiyası #nəfi rusca #nəfi inglisça #nəfi fransızca #nəfi sözünün istifadəsi #sözlük